Kordova Cümə məscid-kafedralı
Kordova Cümə məscidi(isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanəmının şərəfinə tikdirdiyi məscid (lang-en|Cathedral of Our Lady of the Assumption) (isp. Catedral de Nuestra Señora de la Asunción) İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir.
Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır.
2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi.
Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı.