Kerri Bredşou
Kerolin “Kerri” Bredşou Preston (ing. Caroline «Carrie» Bradshaw) – Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin və gənclər üçün prikvel-serial “Kerrinin Gündəlikləri”-nin baş qəhrəmanı. Kerri rolunu filmlərdə və serialda aktrisa Sara Cessika Parker, gənc Kerrini isə “Kerrinin Gündəlikləri”-də Annasofiya Robb canlandırmışlar.
Bu obrazın prototipı onun yaradıcısı, jurnalist, "The New York Observer"ə məqalələr yazan və kitabın müəlifi olan Kendis Bunşelldir.
== Böyük şəhərdə seks ==
=== Obrazın təsviri ===
Kerri çox dəbli, ağıllı və cazibədardır. O, heç vaxt ruhdan düşmür və heç vaxt yumor hissini itirmir. Onun yaralı yeri ayaqqabıdı. Manolo Blanik, Cimi Çu kimi məşhur dizaynerlərin ayaqqabılarını görəndə özünü saxlaya bilmir. Kerrinin həyatı onun rəfiqələri Miranda, Samanta və Şarlotta ilə sıx bağlıdır. Onun həyatının sevgisi isə Mister Bigdir və Kerri onu serialın altı mövsümü ərzində unuda bilmir.