KÖRPÜ₁

is.
1. Çay, dəmir yolu və s. üzərindən keçmək üçün daşdan, taxtadan, dəmirdən qurulan tikili, keçid. Dəmir yol körpüsü. Taxta körpü. Çay körpüsü. Körpüdən keçmək. Körpü tikmək.
– Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi.

□ Asma körpü – bax asma.
2. Dəniz, çay, göl sahilində gəmilərin yan alması, habelə onların hərəkətini təmin etmək üçün müvafiq tikililəri olan yer. Körpüdə gəmiyə minmək. Yükü körpüyə boşaltmaq.
– Bir qədər yol gedəndən sonra yelkənli qayıq bir körpünün qabağında dayandı. M.S.Ordubadi.
Cəmil Tahiri gəzinti qayıqları dayanan körpüyə sarı çəkdi. M.Hüseyn.

3. Tikinti və təmir işlərində ustanın və b.-nın dayanması üçün taxta, şalban və s.-dən düzəldilən qurğu. Körpü düzəltmək. Körpünün yerini dəyişmək.
4. idm. Güləşmədə və akrobatikada, dabanları və başı yerə dirəyərək, döşün yuxarıya doğru qalxmış vəziyyəti. Körpü durmaq.
5. tex. Avtomobil və ya traktor şassisinin (çərçivəsinin) oxlar üstündə olan və təkərlərlə bağlı hissəsi. Dal körpü. Qabaq körpü.
6. xüs. Bir neçə süni dişi birləşdirən lövhəcik.
7. məc. Bağlayıcı, əlaqələndirici vasitə mənasında.
◊ Qıl körpü1) dini əfsanələrə görə, adamların günahkar və ya günahsız olduğunu müəyyənləşdirmək üçün guya qiyamət günü onların üzərindən keçəcəyi qıl kimi nazik körpü.
Qiyamət var, qıl körpü var, qazan var; Rövşən yollarını tar eyləməynən. Aşıq Ələsgər.
[Fərrux Qurbana:] Cənnət, cəhənnəm, ərəsati-məhşər, qıl körpü haqqında hər axşam hədis söylə. Ə.Vəliyev;

2) məc. çətin sınaq mənasında. Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyünürdü.
Amma, çifayda oraya getmək mümkün deyildi, arada qıl körpü durmuşdu. Çəmənzəminli.

Синонимы

  • KÖRPÜ KÖRPÜ Qadın bu sözlərdən sonra vidalaşıb yelkəndən körpüyə çıxdı (M.S.Ordubadi); CİSR Gəmi cisrin altından üzüb keçdi
KÖRPƏLİK
KÖRPÜ₂
OBASTAN VİKİ
Körpü
Körpü — çay, dərə, uçurum, su hövzəsi və istənilən fiziki məhdudiyyət üzərindən salınan süni mühəndis qurğusudur. Körpü bəşəriyyətin ən qədim ixtiralarından biridir.
Körpü döyüşü
Körpü Döyüşü 634-cü ildə Fərat çayı yaxınlığında Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Körpü pavilyonu
Körpü pavilyonu (isp: Pabellón Puente) İspaniyanın Zaragoza şəhərində yerləşən və şəhərin vacib simvollarından biri sayılan bir binadır. Expo 2008 üçün İraq mənşəli, lakin İngiltərə vətəndaşı və Pritzker Memarlıq Mükafatının sahibi olan Zaha Hadid tərəfindən dizayn edilmişdir. 270 metr uzunluğunda, örtülü və gladiola bənzər bu tikili Ebro çayı üzərində yerləşir və La Almozara istiqamətini sərgi sahəsi ilə birləşdirir. Bina bir körpü kimi fəaliyyət göstərsə də, çox məqsədli bir sərgi sahəsi kimi də fəaliyyət göstərir. Expo 2008 zamanı bu yarmarkanı ziyarət etmək üçün hər saatda təxminən 10.000 ziyarətçinin bu körpüdən keçdiyi güman edilir. Zaha Hadid bu körpünün xarici örtüyü üçün şüşə yunla gücləndirilmiş dəmir-beton sistemindən istifadə etmişdir. Bu material ilə təxminən 29.000 fibreC adlandırılan, hər biri fərqli bir boz rəng çalarına malik olan üzlüklər ilə bu körpü örtülmüşdür. Expo 2008 üçün dizayn və inşa edilmiş Körpü Pavilyonu, bu yarmarkadan sonra sərgilər üçün bir məkan olaraq istifadə edilmək üçün yerli bir bank tərəfindən satın alınmışdır.
Körpü idarəetmə sistemi
Körpü idarəetmə sistemi və ya BMS körpülərin dizaynı, tikintisi, istismarı və saxlanılması, onların idarə olunması üçün vasitədir. Mövcud vəsaitlər daha çox artdıqca, dünyada yol idarələri körpülərin idarə olunması ilə bağlı problemlərlə üzləşirlər və böyük infrastruktur obyektlərinin saxlanılması üçün ehtiyac artır. == Fəaliyyəti == Köprü idarəetmə sistemləri tikinti inventar və yoxlama məlumat bazaları, texniki baxım, sistemli bir şəkildə təmir və reabilitasiya (MR & R) müdaxilələri, maliyyə resurslarının ayrılmasını optimallaşdırmaq və körpü istifadəçilərinin təhlükəsizliyini artırmaqda qurumlara kömək edir. Körpünün idarə edilməsində əsas vəzifələrə inventar məlumatlarının toplanması, müayinə, vəziyyətin və qüvvənin qiymətləndirilməsi, komponentlərin təmiri, möhkəmləndirilməsi və ya dəyişdirilməsi, və fondların ayrılmasının prioritetləşdirilməsi daxildir. BMS, xərclərin məhdudlaşdırılmasında xidmət proqramlarını formalaşdırmaq üçün körpü məlumatlarını idarə etmək vasitəsidir. BMS dörd əsas komponentdən ibarətdir: məlumatların saxlanması, dəyəri və pozulma modelləri, optimallaşdırma və analiz modelləri və funksiyaları yeniləmək. 1980-ci illərdə dövlət və federal səviyyələrdə effektiv və körpülərin idarə olunması sistemlərinin (BMS) inkişaf etdirilməsində əhəmiyyətli maraq görüldü.
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər, vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
Asma körpü
Asma körpü — göyərtənin (yük daşıyıcı hissəsinin) şaquli asqılarda asma kabellərin altına asıldığı bir körpü növü. Bu tip körpünün ilk müasir nümunələri 1800-cü illərin əvvəllərində inşa edilmişdir.
Ağ körpü
Ağ körpü (Ankara) — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən tarixi bir körpü. Ağ körpü (Kərbəla) — Osmanlı dövrünə aid İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən körpü. Ağ körpü (Göygöl) — Göygöl rayonunun Topalhəsənli kəndində Gəncəçayın üzərində yerləşən körpü.
Kosmik körpü
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Qırmızı körpü
Qırmızı körpü (sərhəd)
Sınıq körpü
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Tağlı körpü
Qudyalçay körpüsü (digər adı Tağlı körpü) — Quba rayonu ərazisində yerləşən körpü. Keçmis mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür. XIX əsrdə Quba qəzasında 7 körpü olmuşdur. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Bu səbədən onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmışdır. Körpünün tikintisi 78.000 manata başa gəlmişdir.
Təbii körpü
Təbii arx, təbii körpü və ya daha az tanındığı adıyla qaya arxı — qaya parçasının alt tərəfində meydana gələn təbii qaya forması.Təbii körpülər daxili qayalardan, sahil qayalarından, sahil xəttində yerləşən qayalardan, çaylardan və ya dəniz və çaylarda eroziyaya uğrayan təbii tağlardan formalaşır. Hal-hazırda mövcud olan ən böyük təbii kəmər Çində yerləşir. Təbii körpülər təbii bir arx və ya təbii bir körpü müxtəlif formalarda qaya altlarında formalaşırlar. Bu təbii kəmərlər aşınma prosesində pilləli olaraq daralırlar. Bu zaman pilləli olaraq çölə tərəf meyl edən uçurum meydana gəlir. Təbəqənin altında yumşaq qaya layında qayalıq sığınacaqlar formalaşır. Bunun nəticəsində divarlı dar bir körpü meydana gəlir. Dəniz, çay və eroziyaya məruz qalan ərazilərdə ilk nöbvədə uçurumlar formalaşır. Ayrılma prosesi (havaaltı proseslər) qayaların zəif olduğu sahələrdə mövcud olur və təbii kəmərlər də əsasən buralarda müşahidə olunur. Sahil ərazilərində təbii körpülər iki fərqli geologi quruluşla əlaqəli olaraq formalaşır.
Ulu körpü
Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
Uzun körpü
Uzun körpü — Ədirnədə, Ergene çayı üzərində, Anadolu ilə Balkanları bir-birinə bağlayan yeganə körpü və dünyanın ən uzun daş körpüsüdü. Keçmiş adı Ergene köprüsüdür(Cisri Ergene). Körpünün adı Ədirnə Uzunkörpü ilçəsinə vermişdir. Uzun körpü 1426–1443-cü ildə Osmanlı sultanı II Murad tərəfindən, dövrün baş memarı Müslihiddinə tikdirilib. Körpünün tikintisində baş memar Usta Muslihinddin ilə Memar Mehmed birlikdə çalışmışdılar. 1392 metr uzunluğu, 6.80 metr enində olan körpünün 174 kəməri vardır və 4 il ərzində inşa edildi. Kəmərlərinin bəziləri kəskin, bəziləri girdədir. Körpünün hündürlüyü və eni yer yer dəyişir. Bəzi bölmələrində selyaranlar və üstündə eyvanlar var. Daş sütunlar arasında fil, şir, quş fiqurları diqqət çəkir.
Ödənişli körpü
Ödənişli körpü, istifadəsi üçün pul rüsumu (və yaödəniş) tələb edilən körpüdür . Adətən körpünün sahibi olan özəl və ya ictimai qurucu, yaxud körpünün qoruyucusu qoyduğu investisiyanı bərpa etmək üçün ödənişli yollarda olduğu kimi keçid üçün sürücülərdən rüsum alır.
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü. Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir. 18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür.
Körpü (dəqiqləşdirmə)
Körpü — çay, dərə, uçurum, su hövzəsi və istənilən fiziki məhdudiyyət üzərindən salınan süni mühəndis qurğusu.
Zəncirli körpü
Zəncirli körpü və ya Seçeni körpüsü Budapeştinin iki tarixi hissəsini — Buda və Peşti birləşdirən Dunay çayı üzərindəki asma körpüdür. 1849-cu ildə açılmış və Dunay çayı üzərində ilk daimi körpü olmuşdur. Körpü Macarıstanının iqtisadi və sosial həyatında mühüm rol oynadı və Buda və Peştin vahid Budapeşt şəhərində birləşməsi üçün stimullardan birinə çevrildi. Körpü, tikintisinin təşəbbüskarı və təşkilatçısı olan macar siyasətçisi Qraf İştvan Seçeninin adını daşıyır. Körpü İştvan Seçeni Meydanı və Adam Klark Meydanını birləşdirir. Körpünün sol sahilində Qreşem sarayı və Macarıstan Elmlər Akademiyası, sağda isə Sıfır Kilometr Daşı (Budapeşt) və Buda qalasına aparan Budapeşt Hill Qala funikulyoru nun aşağı stansiyası var. Yuxarı axınında Marqaret körpüsü, aşağı axınında Erzsebet körpüsü yerləşir. Körpü qraf Szeçeninin təşəbbüsü ilə 1839-cu ildə ingilis mühəndisi Villiam Tierney Klark tərəfindən layihələndirilib. Tikintiyə şotland mühəndis Adam Klark nəzarət edirdi. (V. Klark ilə qohumluq əlaqəsi yoxdur).
Dədəli (körpü)
Dədəli Körpü – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında yerləşən qədim körpü. Bu körpü həm strateji, həm də mədəni-tarixi əhəmiyyətə malik olmuşdur. Şərur rayonu ərazisində, Arpaçay üzərində bir tağlı körpü. == Memarlıq quruluşu == Yerli daş materialı inşa edilmişdir. Ümumi uzunluğu 30 m, eni 4 m, mərkəzdə suyun səthindən hündürlüyü 12 m-dir. Körpünün sol tərəfinin özülü sahildəki sal daşın üstündə, sol tərəfinin özülü isə 2 m dərinlikdə qoyulmuşdur. Kənardan baxanda körpüdə monumentallıq hiss olunur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal edilir.Ara məsafəsi 1,5 km olan Keşikçi qəsəbəsi ilə Əyər kəndi arasındakı yol bu körpüdə birləşir. Körpünün tağbənd hissəsində istifadə olunan daşlar kənardakılardan daha səliqəli və dəqiq yonulmuşdur. Tağbəndin aşağı kənarı boyunca düzülmüş daşlar isə körpünün ümumi səthindən bir qədər geri çəkilib, bu isə günəşli havalarda o hissəyə düşən kölgənin körpünün estetik görünüşünü daha ifadəli etməsinə səbəb olur.
Qırmızı körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Qırmızı körpü (İrəvan)
Qırmızı körpü — Ermənistanın paytaxtı İrəvan şəhərində, Zəngi çayı üzərindəki dağılmış körpü. 1945-ci ildə Qələbə körpüsünün açılmasından öncə şəhəri Zəngi çayının sağ sahil ilə birləşdirən əsas və yeganə körpü idi. Qırmızı körpü adı onun tikildiyi vulkanik tufun rənginə əsasən verilmişdir. Əvvəllər Köhnə Zəngi körpüsü və Xoca Pilav körpüsü olaraq da bilinirdi. Kanakirdən olan zəngin bir tacirin vəsaiti ilə yenidənqurma işləri aparılmışdır. Körpünün inşası XII əsrə aiddir. Şəhərə gedən bütün karvanlar məhs bu körpüdən keçirdi. Körpü İrəvan qalası ilə Ağrı vadisini birləşdirirdi. 1679-cu ildə köhnə körpü zəlzələ nəticəsində dağılır, lakin 1680-ci ildə o yenidən tikilir. 1850-ci ildə rus mühəndisləri əvvəlki görünüşünü qoruyaraq körpünün təmirini həyata keçirdirlər.
Qız körpü (Şahindej)
Qız körpü (fars. قيزكرپي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 643 nəfər yaşayır (141 ailə).
Daş Körpü (Tartu)
Daş Körpü (Tartu) — Estoniyanın Tartu şəhərində Emajogi çayı üzərində qorunmamış daş körpü. Livoniyadakı ilk daş körpü, erkən klassik dövrün əhəmiyyətli memarlıq əsəri. == Tarixi == Daş körpü 1775-ci ildə Tartuda baş vermiş böyük yanğından sonra general qubernator Yuri Yuryeviç Brounun təşəbbüsü ilə tikilmişdir. Layihənin müəllifləri İohan Zaklovski və İ. Ziqfriedendir. Körpünün daşları ağır əmək üçün Estoniyaya sürülmüş Puqaçov üsyanının iştirakçıları tərəfindən yonulub. Tikinti 1779-cu ildə başladı və 1784-cü ildə tamamlandı. Körpü 1784-cü il sentyabrın 16-da açılmışdır. Körpünün mərkəzi hissəsi antikvarı xatırladan zəfər tağları ilə bəzədilmişdir. Körpü Tartu şəhərinin mərkəzi meydanının tarixi ansamblının kompozisiyasının əsas elementlərindən biri idi. Körpü meydanın uzununa oxunda yerləşərək ona bir növ təntənəli giriş kimi xidmət edirdi.
Körpü (teleserial, 2022)
Körpü — 2022-ci ilin dekabrında İctimai TV kanalında yayımlanmış komediya və dram janrlarında olan Azərbaycan serialı. == Mövzu == Serial, borclarını ödəyə bilməyən, hər zaman əli darda olan Mamedin (Nofəl Şahlaroğlu) həyatı ilə başlayır. Aktyor kimi fəaliyyət göstərən Mamedin işləri heç vaxt doğru düzgün irəliləmirdi. Həyatının yolunda getmədiyi ərəfədə, heç kimsənin görə bilməyəcəyi yalnız tilsimli təsbehi əlinə alan şəxslərin görə biləcəyi Süleyman (Elnur Hüseynov) adlı ruh ilə tanış olur.
Dədəli körpüsü
Dədəli Körpü – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında yerləşən qədim körpü. Bu körpü həm strateji, həm də mədəni-tarixi əhəmiyyətə malik olmuşdur. Şərur rayonu ərazisində, Arpaçay üzərində bir tağlı körpü. == Memarlıq quruluşu == Yerli daş materialı inşa edilmişdir. Ümumi uzunluğu 30 m, eni 4 m, mərkəzdə suyun səthindən hündürlüyü 12 m-dir. Körpünün sol tərəfinin özülü sahildəki sal daşın üstündə, sol tərəfinin özülü isə 2 m dərinlikdə qoyulmuşdur. Kənardan baxanda körpüdə monumentallıq hiss olunur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal edilir.Ara məsafəsi 1,5 km olan Keşikçi qəsəbəsi ilə Əyər kəndi arasındakı yol bu körpüdə birləşir. Körpünün tağbənd hissəsində istifadə olunan daşlar kənardakılardan daha səliqəli və dəqiq yonulmuşdur. Tağbəndin aşağı kənarı boyunca düzülmüş daşlar isə körpünün ümumi səthindən bir qədər geri çəkilib, bu isə günəşli havalarda o hissəyə düşən kölgənin körpünün estetik görünüşünü daha ifadəli etməsinə səbəb olur.
Eyfel körpüsü
Eyfel körpüsü (rum. Podul Eiffel) — Prut çayı üzərindəki körpü və Moldova ilə Rumıniya arasındakı bir keçid məntəqəsi. Körpü Unqen şəhəri (Moldova) və Yaş vilayətinə (Rumıniya) daxil olan Unqen kommunasını birləşdirir. == Tarixi == 6 may 1872-ci ildə rus diplomatı İvan Alekseeviç Zinoviev və Rumıniyanın xarici işlər naziri Georgi Kostaforu 1873-cü il yanvarın 9-da təsdiq edilmiş dəmir yolu qovşaqları haqqında saziş imzaladılar. Bir körpünün inşası Rus-Türk müharibəsi başlamazdan əvvəl ortaya çıxdı. Yaş-Unqen yolu 1 avqust 1874-cü ildə açılır. Rus-türk müharibəsinə hazırlaşmaq üçün (1877-1878) Rusiya İmperiyası 1871-ci ildə 1 iyun 1875-ci ildə açılmışı olan Kişinyov-Korneşti-Unqen dəmir yolunun tikintisinə başlamışdır. 1875-ci ildə dəmir yolu tam istifadəyə verilir. Kişinyov-Korneşti dəmiryolu hissəsi daha əvvəl 1873-cü ildə açılır. 1876-cı ildə Prut çayında baş verən yaz selindən sonra Bessarabiya ilə Rumıniyanı birləşdirən dəmir yolu körpüsü demək olar ki, dağıdıldı.
Fort körpüsü
Fort körpüsü (Forth Bridge və ya Forth Rail Bridge) — Şotlandiyada dəmiryolu körpüsü. 1890-cı ildə fəaliyyətə verilib. Üç əsas hissədən ibarətdir və hər biri təxminən 520 m uzunluğundadır. Körpü 2529 metr uzunluğunda və okean səviyyəsinin 46 metr hündürlüyündədir.
Gilançay körpüsü
Gilançay körpüsü — Orta əsrlər zamanı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Gilançay üzərində inşa edilmiş və ərazidən keçən ticarət karvanlarına xidmət etmiş körpülərdən biridir. == Coğrafi mövqeyi == Ordubad rayonunun Gilançay kəndindən bir az şimalda yerləşir və hazırda ancaq bir dayağı qalıb. == Memarlıq quruluşu və tikinti materialı == Qalıqlarına əsasən məlum olur ki, körpü yonulmamış iri daşlardan əhəng məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Körpüdən qalan dayağa əsasən deyə bilərik ki, onun bəzi yerləri yonulmuş daşlarla üzlənmişdir. Gilançay kəndi bu körpünün salınmasından bir neçə əsr sonra, əvvəllər Biləv kəndinə məxsus biçənək sahələri və mal qışlağı olan ərazidə məskunlaşan biləvlilərin hesabına XX yüzilliyin əvvəllərində yarandığı üçün, əslən Biləvdən olan və Biləvin təbiətinə, toponimikasına, tarixinə və etnoqrafiyasına sanballı əsər həsr etmiş H. Aslanlı bu körpünü Biləv kəndi ərazisində yaradılan ikinci körpü kimi təqdim edir. Şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına və bu yolla gedib gələn insanlara xidmət edən körpü kifayət qədər böyük olmuşdur. Orta əsrlər dövrünə xas üslubda tikilmiş, tikinti texnikasına görə bölgədəki digər körpülərlə eyniyyət təşkil edən körpünün uzunluğu təxminən 60 metr, eni 3 metr, hündürlüyü 6–7 metr olmuşdur. Körpü uzun müddət ticarət karvanlarının rahat hərəkətini təmin etmiş, lakin sonralar çay daşqınları nəticəsində dağıntıya məruz qalmışdır. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri.
Golden Gate körpüsü
Qolden Qeyt körpüsü (ing. Golden Gate Bridge) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı, San-Fransisko körfəzinin girişində, Qolden Qeyt boğazı üzərində yerləşən körpü. Qolden Qeyt körpüsünün inşasına 1933-cü ilin 5 yanvar tarixində başlanılmışdır. Köprü asma formasında olub, polad metalından hazırlanmışdır. Köprü hal-hazırda dünyanın ən uzun yeddinci asma körpüsü hesab olunur. Köprünün uzunluğu 2.73 km, polad dirəklər arasındakı məsafə isə 1.28 km'dir. Qolden Qeyt körpüsü su səviyyəsindən 235 metr yüksəklikdə yerləşir və nəqiliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 6 zolaqlı yola malikdir. Körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir. == Körpünün inşası == Körfəzdə körpünün tikilməsi fikri XIX əsrin ortalarında mövcud idi. Ançaq həmin dövrdə kiçik tutumlu gəmilərlə körfəz sahilləri arasında səfərlər həyata keçirilirdi və belə bahalı bir layihənin icrası real görünmürdü.
Gəncə körpüləri
Gəncə körpüləri — Gəncənin ən çiçəklənən vaxtının- XI-XII yüzilliklərin abidələri. Köhnə Gəncə ərazisində Gəncəçay üzərindən atılmış üç çoxaşırımlı körpünün indiyə ancaq dayaqları və kiçik fraqmentləri qalmışdır. Gəncə körpüləri iki hissəliqalası olan inkişaf etmiş çaysahili şəhərlərdə sahillərarası əlaqəni təşkil etmək baxımından nadir mühəndis qurğularıdır. Körpülərdən ikisi şəhər qalasının — şəhristanın hissələri arasında,çay axarının aşağısında olan isə,bayır şəhərin iki sahili arasında gediş-gəlişi təmin edirmiş. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir. == Tarixi == Mürəkkəb relyefli yer quruluşu,ərazisində çayların sıx şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilkin amilləridir. Ölkədaxili ilişgiləri çətinləşdirən təbii maniələri azaltmaqla yanaşı,Azərbaycanın ərazisini kəsib keçən qitələrarası ticarət marşrutlarında da rahat gediş-gəlişi təmin etmək üçün körpülər salınması zəruri idi.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Hacı Nağı körpüsü
Orta əsrlər zamanı Ordubad rayonu ərazisində inşa olunmuş körpülərdən biri də yerli əhali arasında "Hacı Nağı körpüsü" kimi tanınan körpü olmuşdur. == Coğrafi mövqeyi == Körpü rayon ərazisinin şimalından cənuba doğru axaraq Dəstə kəndinin Tub-Basar kövşənindən keçərək Araza qovuşan Vənəndçayın üzərində salınmışdır. Bir aşırımlı bu daş körpü (çayın yatağında, şərq va qərb dayaqlar arasında uzunluğu 6 metr, eni 3 m) Böyük İpək Yolunun Naxçıvandan keçən qolları ilə hərəkət edən edən ticarat karvanlarının hərəkətini asanlaşdırmaq məqsədi ilə inşa edilmişdi. Uzun müddət şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına xidmət edən körpü XX yüzilliyin ortalarınadak salamat olmuşdur. El arasında banisinin adı ilə "Hacı Nağı körpüsü" kimi tanınan körpünün qalıqları hazırda qalmaqdadır. == İnşa tarixi == Körpünün üzərində onun inşa tarixi, sifarişçisi, memarı və s. haqqında məlumatları əks etdirən kitabə olmamışdır. Yaxud da belə bir kitabə olmuşdursa da indiyədək gəlib çatmamışdır. Ancaq bu körpü haqqında rayonun Dəstə kəndində 1610-1611-ci illərdə inşa olunmuş və əhali arasında "Meydan məscidi" adlandırılan məscidin kitabəsində məlumat verilir. Hazırda məscidin qərbdən giriş qapısının baş tərəfində qoyulmuş kitabənin məlumatından aydın olur ki, məscid və Dəstə kəndinin Tub-Basar kövşənindəki körpü eyni vaxtda – 1610-1611-ci ildə Məşədi Huseynəli Dəstəqinin oğlu Fəxrül-Hac Hacı Məhəmmədnəqi tərəfindən inşa edilmişdir.
Hacı Rəşid körpüsü
Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə. == Haqqında == Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir.
Heliks körpüsü
Heliks körpüsü — Sinqapurda körpü == Tarixi == Heliks körpüsü 2010-cu ildə açılmışdır. == Quruluşu == Sinqapur çayı üzərində olan bu körpü öz dizaynı ilə unikaldır. Bütünlüklə poladdan düzəldilib. Quruluşca DNK molekulunu xatırladır.
II Qazançı körpüsü
2005-ci ildə ərazidə olarkən bu körpüdən bir qədər şimal tərəfdə, dəqiq desək Qazançı kəndinin şimal-şərq tərəfində indiyədək qalan qalıqlarına əsasən orta əsrlər dövrünə aid daha möhtəşəm bir körpünün yeri müəyyən edilmiş, təxmini də olsa ölçüləri götürülmüş, haqqında məlumat toplanmışdır. Əhali tərəfindən “Çay məhəlləsi” adlandırılan yerdə, Əlincəçayın üzərində inşa edilmiş körpünün çayın sahilində və ortasında qalan qalıqlarına əsasən müəyyən edilmişdir ki, körpünün tağlarının dayaqları arasındakı məsafə təxminən 10 metr, uzunluğu 30 metrdən artıq olmuşdur. İnşasında çaydaşı, yonulmuş dağ daşı və əhəng məhlulundan istifadə olunmuş körpü haqqında aparılan tədqiqatların nəticəsi olaraq E.İsayev fəlsəfə doktoru dissertasiyasında və monoqrafiyasında məlumat vermişdir . Körpünü XVII əsrin əvvəllərinə air etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir. == Memarlıq quruluşu == Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. == Tarixi == Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Kollontaev körpüsü
Azovka çayı üzərində avtomobil körpüsü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Burada Azov şəhər çimərliyi, Azov Avtomobil çimərliyi, Monastr, Dini-vətənpərvər kazak güşərgəsi, yaxt-klub, "Şer-Xov-Azov" restoran-otel, uşaq-idman bazası yerləşir. Bura Kollontaevsi xiyabanının davamını təşkil edir. == Əhəmiyyəti == Azov şəhərində rekreasiya zonası daim yenilənir. Bu yaxınlara qədər qamış basmış və boş ərazilərdə hazırda istirahət obtektləri yerləşir. Bunlar arasında "Şer-Xov-Azov" restoran-oteli və yaxt-klubu göstərmək olar. Çayın sağ tərəfində Məbəd mövcuddur. Bir qədər aralıda isə Dini-vətənpərvər kazak güşərgəsi qərarlaşır. Burada uşaqlar kazak həyatı, dini görüşlərlə tanış ola bilərlər.
Körpübasar mahalı
Körpübasar mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Körpübasar mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Körpülü mahalında dağıdılmış kəndlərin siyahısı 1. Teymurxan Kolanısı, 2. Ağdamar, 3. Qaraqışlaq, 4. İnəkli, 5. Çobanı, 6. Arpahəvəsik, 7.
Körpübaşı
Körpübaşı (Trabzon) — Trabzon elinin bir ilçəsidir. Körpübaşı (Manisa) — Manisa ilinə bağlı bir ilçədir.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Körpübaşı (Trabzon)
Körpübaşı — Trabzon elinin bir ilçəsidir. Sürmənə, Araklı və Çaykara mahalları arasında qalar. 1998-ci ildə Körpübaşının Beşköy diyarında əlim bir sel fəlakəti olmuş və 40 küsər türk vətəndaşı həyatını itirmişdir. Mərhum Adnan Qəhvəçi, mərhum Rəcəb Yazıcıoğlu və Mustafa Sait Yazıcıoğlu bu mahala bağlı Beşköy diyarının yetişdirdiyi dövlət adamlarıdır. Milli futbolçu Fateh Təkkə bu mahalda doğulmuşdur. Tarix boyunca bir çox nazirlər və vəkillər yetişdirmişdir. == Tarixi == Körpübaşı mahalının tarixçəsi və ilk yerləşmələr haqqında elmi məlumat yox deyiləcək qədər azdır. Əldəki tarixi məlumatlara görə Trabzon və havalısının Orta Asiyadan gələn qövmlər tərəfindən məskunlaşdırılması ilə, əvvəl sahil şeridi, daha sonra da Körpübaşı məskunlaşdırılmışdır. Köprübaşını ilk məskunlaşdıran qövmlər gur meşələr arasında Günəşdən bir yer taparaq bura yerləşmişlər. İlk məskunlaşdırılan bu yerlər əvvəlcə Günəşdən ar, daha sonra GÜNEŞARA adını almışdır.
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Körpücükaltı vena
== İstinadlar ==

Значение слова в других словарях