Legion ədəbiyyatı
== Azərbaycanın Legion ədəbiyyatı haqqında ==
Cümhuriyyətsonrakı Azərbaycan ədəbiyyatını tədqiq edərkən mühacirət ədəbiyyatı ilə yanaşı legion ədəbiyyatı da Azərbaycan ədəbiyyatında bu və ya digər şəkildə öz əksini tapır. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən vətən, xalq, milli məfkurə barədə düşüncələr yer alırdı ki, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı özünəməxsus yer tutur. Məhdud dairədə yaranmasına və yayılmasına baxmayaraq legion ədəbiyyatı xalqı yenidən yaddaşına qaytardı; iyirmi il keçməsinə rəğmən xalqın azadlıq, müstəqillik duyğularını ifadə etdi, bolşevizmin əsarətinə, qadağalara, represiyyalara qarşı çıxdı. Bu cəhətdən Azərbaycan legion ədəbiyyatını siyası mühacirət dünyagörüşünün bədii əksetdirilməsi hesab etmək olar. Çünki legion ədəbiyyatı ideoloji, siyasi qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı.
== Legion ədəbiyyatının yaranmasında siyası məqamlar ==
Mühacirət ədəbiyyatı kimi, legion ədəbiyyatının da yaranması siyası proseslərlə bağlı idi. İkinci dünya müharibəsi illərində almanlara xeyli azərbaycanlı əsir düşmüş və yaxud şüurlu şəkildə almanlar tərəfə keçmişdilər. Azərbaycan legionerlərinin başçılarından olan F.Düdənginskinin verdiyi məlumatda deyilirdi. " Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayı isə milyona çatırdı".