müdafiə

is. défense f ; protection f ; ~ nazirliyi ministère m de la Défense ; hava hücumundan ~ défense antiaérienne ; ~ etmək défendre vt ; protéger vt ; ~ mövqeyi position f de défense ; ~ silahları armes f pl défensives

müctəhid
müdafiəçi
OBASTAN VİKİ
Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.
Azərbaycan müdafiə nazirləri
Azərbaycan müdafiə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın müdafiə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın müdafiə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == Müstəqillik 18 oktyabr 1991-ci il tarixində yenidən əldə edildikdən sonra təyin olunan nazirlər siyasi partiya üzvlüyü olan prezident tərəfindən təyin olunsalar da, hər biri bitərəf olmuşdur. Ümumiyyətlə, Azərbaycan hökumətlərində daxili işlər, müdafiə və müdafiə sənayesi nazirləri postlarını bitərəf siyasətçilər tutmuşdur.
Bakının Müdafiə Sistemi
Bakının müdafiə sistemi — 1919-cu ilin yayında Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Bakı şəhərinin qurudan və dənizdən müdafiəsinin təşkili üçün həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Təşkili == Bakı istehkamçılar hissəsinin rəhbərliyi altında aparılırdı. Bakı ətrafında 14 müdafiə mövqeyi yaradılmışdı. Onlardan ilk yeddisi Abşeron yarımadasının müdafiə xətti boyunca qurulmuşdu. Bakının müdafiəsi üçün Biləcəri, Böyükşor — Razin dağı və Əhmədli yüksəkliyindən keçən xətt boyunca qurulmuş mövqelər Abşeron yarımadasının müdafiə mövqelərinin davamı kimi nömrələnmişdi. 8-ci dayaq qrupu Biləcəridə, 9-cu qrup Dərnəgüldə, 10-cu Keşlədə, 11-ci Güvüldağda, 12-ci Əhmədlidə, 13-cü Sultan (Zığ) burnunda, 14-cü isə Nargin adasında yerləşdirilmişdi. Bu qrupların hər biri üçün 2 piyada bölüyü, 8 ədəd pulemyot və 2 ədəd top ayrılmışdı. Dayaq qrupları üçün s əngərlər qazılmış, onların arasında əlaqələr yaradılmış, atəş mövqeləri düzəldilmiş və ətrafında tikanlı məftillərdən maneələr qurulmuşdu. Bakı ətrafının müdafiə xəttinin ümumi uzunluğu 40 verstə qədər idi. == Dənizdən müdafiə sistemi == Bakının dənizdən müdafiəsinin təşkili üçün aşağıdakı tədbirlər həyata keçirilirdi: dənizdən Bakıya girəcək marşrutlann müşahidəsi; Bakı hüdudlarının dənizdən qorunması üçün artilleriya müdafiəsinin təşkili; Bakı buxtasında dəniz polisinin yaradılması.
Müdafiə
Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı. Torpaq istehkamlardan rəqibə atəş açmaq və onun atəşindən qorunmaq üçün isifadə edilirdi.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Müdafiə (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiə (hərbi)
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Raketdən müdafiə
Rakdən müdafiə — düş mən döyüş raketlərinin aşkarlanması, izlənməsi, dayandırılması və məhv edilməsi ilə əlaqəli bir sistem, silah və ya texnologiyadır. Əvvəlcə nüvə başlıqlı qitələrarası ballistik raketlərə (ICBM) qarşı müdafiə olaraq hazırlanmış və daha sonra daha qısa mənzilli qeyri-nüvə taktiki raketlər daxil olmaqla genişləndirilmişdir. Bu cür hava hücumundan müdafiə sistemləri ABŞ, Rusiya, Çin, Hindistan, İsrail və Fransa tərəfindən hazırlanmışdır.
Sosial müdafiə
Sosial müdafiə — insanın fəaliyyətinə minimum təminatı təmin edilməsi üçün cəmiyyət və onun müxtəlif strukturları tərəfindən həyata keçirilən tədbirlər sistemi.
Müdafiə büdcəsi
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. == Maliyyələşdirilmə == Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. == Hadisələr == 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Dərbənd müdafiə qalası
Dərbənd müdafiə qalası — Zaqafqaziya və Yaxın Şərq xalqlarını Qafqaz dağlarını keçərək, Xəzər dənizi sahilləri boyunca şimaldan gələn köçərilərin istilalarından qoruyan müdafiə sisteminin (Qafqaz divarı) bir hissəsi. Sistemə Dərbənd istehkamları, bir qala (Narın-Qala), dəniz divarları və Dağ-bar dağ divarı daxil idi. UNESCO tərəfindən qorunan Dərbənd şəhərinin ərazisində yerləşir. == Etimologiya == "Qapı" sözü bir çox xalqların dillərində şəhərin adına daxil edilmişdir. Yunan tarixçiləri bunu alban (Qafqaz Albaniyası dövlətindən) və ya Xəzər qapısı, ərəb müəllifləri - Əsas qapı ( Bab-əl-Əbvab), Türklər-Dəmir (Temir Kapısı), Gürcülər-Dəniz (Dzgvis-Kari) adlandırmışdılar. Şəhərin müasir adına "Dərbənd" (Dərbənd) VII əsrdən başlayaraq, yazılı mənbələrdə rast gəlinir və fars dilindən tərcümədə "Bağlı qapı" deməkdir (hərfi mənası "Qapı düyünü": "hədiyyə" bir qapıdır, "dəstə", əlaqə, düyün). Ərəblər dövründən başlayaraq, hələ XIX -cu əsrə qədər, şimal divarı xəzərlərlə üzbəüz olduğundan "Kafirqapısı" ("kafirlərin divarları") adlanırdı. Bəzi mənbələrdə "Böyük İskəndərin divarı" da adlandırılırdı, çünki əfsanəyə görə böyük bir fateh tərəfindən inşa edilmişdir. Lakin Makedoniyalı İskəndər heç vaxt Dərbənd qapısında olmamışdır.. == Təsviri == Uzunluğu 700 m olan qala, gil məhlulun üstü doldurularaq Yuxarı Sarmat daşından tikilmişdir.
Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi (erm. Հայաստանի պաշտպանության նախարարություն) — Ermənistan Silahlı Qüvvələrinin inkişafına nəzarət edən nazirlik. Binası İrəvanın Baqrevand küçəsi 5 ünvanında yerləşir. Nazirlik rəsmi olaraq 28 yanvar 1992-ci ildə Ermənistan prezidentinin sərəncamı ilə yaradılmışdır.
Federal Müdafiə Nazirliyi
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Hava hücumundan müdafiə
Hava hücumundan müdafiə döyüşü — təcavüzkar hava vasitələrinin səmərəliliyini azaltmaq və ya tamamilə yox etmək üçün görülən tədbirlərdir. Bu tədbirlər həm hava, həm də quru silah sistemlərini, müvafiq qəbuledici sistemləri, komanda və nəzarət tədbirlərini və passiv tədbirləri əhatə edir. Olduqları yerdən asılı olmayaraq dəniz, quru və hava qüvvələrini qorumaq olaraq anlaşılacağı kimi, ana vətənin müdafiəsi üçün də bir çox ölkələr tərəfindən istifadə olunmaqdadır. NATO hava vasitələri ilə edilən hava müdafiəsini qarşı hava müdafiəsi, dəniz və ya qurudan ediləni isə hava müdafiə savaşı olaraq adlandırmışdır. Raket ilə müdafiə hava hücumundan müdafiənin bir qolu olaraq qəbul edilir. == Terminalogiyası == Hava hücümundan müdafiə termini ilk dəfə, böyük ehtimalla, İngilislər tərəfindən Kral hava qüvvələrinin komandanlığı altında qurulan Böyük Britaniya hava müdafiəsi tərəfindən istifadə edilmişdir. Bununla yanaşı, Birləşmiş Krallıqda "anti-hava müdafiəsi (anti-aircraft)" termini də 1950-ci illərə qədər ümumi olaraq istifadə edilmiş və AA olaraq qısaldılmışdır. NATO Hava Müdafiə döyüşünü "dəniz üzərindəki bir gücün, havadan hədəfə çatan silahlar ilə təyyarə, gəmi, sualtı gəmi və ya qurudan edilən hücumdan qorunmaq üçün görülən tədbirlər" kimi izah etmişdir. Bəzi ordularda bütün qüvvələr ilə hava hücumundan müdafiə termini, ixtisası olmayan əsgərlər tərəfindən olunan müdafiə yerinə istifadə edilir. XX əsrin sonlarında istifadə edilən digər terminlər; GBAD (Ground Based Air Defence, Yerdən Hava Müdafiə), SHORAD (Şort Range Air Defence, Qısa Məsafəli Hava Müdafiə) və çiyindən atılan raketləri ehtiva edən MANPADS (Man Portable Air Defence Systems, İnsan İstifadəli Hava Müdafiə Sistemləri) olaraq göstərmək olar.
Milli Müdafiə Universiteti
Milli Müdafiə Universiteti (Türkiyə)
Müdafiə Nazirliyi (Ermənistan)
Ermənistan Müdafiə Nazirliyi (erm. Հայաստանի պաշտպանության նախարարություն) — Ermənistan Silahlı Qüvvələrinin inkişafına nəzarət edən nazirlik. Binası İrəvanın Baqrevand küçəsi 5 ünvanında yerləşir. Nazirlik rəsmi olaraq 28 yanvar 1992-ci ildə Ermənistan prezidentinin sərəncamı ilə yaradılmışdır.
Müdafiə Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi — müdafiə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Qazaxıstan Respublikası Hökuməti yanında Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi. Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi, müdafiə sahəsində dövlət siyasətini həyata keçirən Qazaxıstan Respublikası ordularının mərkəzi icra orqanıdır, eləcə də Silahlı Qüvvələrə aid bütün bölmələrin, strukturların rəhbərliyidir. Qazaxıstan Respublikası. Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi öz fəaliyyətini Qazaxıstan Respublikası Konstitusiyasına, Qazaxıstan Respublikası Prezidentinin və Hökumətinin aktlarına, digər normativ hüquqi aktlara, qanunlara, habelə əsasnamə və nizamnamələrə uyğun olaraq həyata keçirir. Müdafiə Nazirliyi. == Ümumi baza == Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, dövlətin Silahlı Qüvvələrinin sülh və müharibə dövründə əsas idarəetmə orqanı olmaqla Silahlı Qüvvələrin, digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının hazırlanmasını əlaqələndirir. , onların əməliyyat, döyüş və səfərbərlik təhsili, Silahlı Qüvvələrin, digər qoşunların və hərbi birləşmələrin istifadəsi və qarşılıqlı əlaqəsini operativ və strateji planlaşdırmağı təşkil edir və həyata keçirir, eyni zamanda müdafiə maraqları naminə ölkə ərazilərinin əməliyyat avadanlığı üçün bir plan hazırlayır. == Strukturu == == Nazirlər == Şöbənin rəhbərləri Qazaxıstan dövlət siyasətinin önəmli simaları idi. Bu vəzifədə onlardan biri iki dəfə müdafiə naziri olan 10 nəfər iştirak edib: == Mükafatları == Qazaxıstan Respublikası Prezidentinin 30 sentyabr 2011-ci il tarixli 155 nömrəli "Dövlət rəmzləri və onlara bərabər tutulan idarənin və digərlərinin heraltikası məsələləri haqqında" Fərmanına əsasən, birbaşa dövlət başçısına tabe olan və hesabat verən bəzi dövlət orqanlarının mükafatları Qazaxıstan Respublikası, Qazaxıstan Respublikası Konstitusiya Şurası, hüquq-mühafizə orqanları, məhkəmələr, Silahlı Qüvvələr, digər qoşunlar və hərbi birləşmələr " Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin idarə mükafatları bunlardır: Medallar: "Қазақстан Республикасы Қарулы Күштерінің ардагері" (Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Veteranı); "Miнciз қызметі үшін" (Qüsursuz xidmət üçün) I, II, III dərəcələr; "Бітімгершілік операцияларына қатысқаны үшін" (Sülhməramlı əməliyyatlarda iştirak üçün); "Халықаралық ынтымақтастықты дамытуға қосқан үлесі үшін" (Beynəlxalq əməkdaşlığın inkişafındakı xidmətlərinə görə); "Ел қорғаны" (Vətən Müdafiəçisi) I, II dərəcə. Döş nişanları: "Қазақстан Республикасы Қарулы Күштерінің үздігі" (Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin əla işçisi); "Үздік спортшы-жауынгер" (Ən yaxşı əsgər-idmançı); "Спортшы-жауынгер" (Döyüşçü-idmançı) I, II dərəcə.
Müdafiə Nazirliyi (Rusiya)
Rusiya Müdafiə Nazirliyi (rus. Министерство обороны Российской Федерации) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin inzibati və funksional rəhbərliyini həyata keçirən rəsmi qurumdur. Bu təşkilatda nazir; silahlı qüvvələrin üzərində gündəlik inzibati və əməliyyat səlahiyyətlərini yerinə yetirir. Müdafiə Nazirliyinin icra orqanı olan Baş Qərargah; müdafiə nazirinin əməliyyatlar ilə əlaqədar olan əmr, təlimat və tapşırıqlarını yerinə yetirir. Dövlət Şurası vasitəsi ilə Müdafiə Nazirliyi üzərindəki qanunverici səlahiyyətdən istifadə edərək, Rusiya hökuməti silahlı qüvvələri lazımi səviyyədə hazırlamaq üçün qismən məsuliyyət daşıyır.
Müdafiə Nazirliyi (Türkmənistan)
Türkmənistan Müdafiə Nazirliyi (türkm. Türkmenistanyň Goranmak ministrligi) — Türkmənistan Hökuməti yanında, müdafiə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və Türkmənistan Silahlı Qüvvələrinin rəhbərliyi. Hazırda Türkmənistanın müdafiə naziri Yaylım Berdiyevdir. == Siyasət == Türkmənistan əslində keçmiş SSRİ ərazisindəki bütün dövlətlər arasında ən bitərəfdir. Türkmənistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsini imzaladı, nə də GUAM blokuna (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova və son vaxtlara qədər Özbəkistan) üzv deyil. Türkmənistan, həm Taliban, həm də Şimali İttifaqla bərabər münasibətlər saxlayaraq, Əfqan müharibəsi ilə əlaqədar vurğulanan bitərəf siyasət yürütdü. 11 sentyabr 2001-ci il hadisələrindən sonra da müttəfiq qoşunlar respublika ərazisinə çıxmadılar, xüsusən də Niyazov respublikanın Almaniya təyyarələri üçün bir baza təmin etməkdən imtina etdi. bitərəflik prinsipləri. == Zabitlər Evi == Sovet modelinə əsaslanan Zabitlər Evi, mülki-hərbi münasibətləri yaxşılaşdırmaq üçün hazırlanmış hərbi əsas mədəniyyət mərkəzidir. Bu, ABŞ-dakı zabit klublarına bərabərdir.
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd. == Müqavilənin imzalanması və şərtləri == Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi: Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır. Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı. == Nəticəsi == Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu.
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və ya "ADEX" — regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradan tədbirdir.ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. == Məqsəd == "ADEX" sərgisi məhsullarınızı birbaşa alıcılar, sifarişçi firmalar, nüfuzlu tövsiyə mənbələri və son istehlakçılar vasitəsi ilə sata biləcəyiniz meydança olmaqla yanaşı, dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin "ADEX" sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır. == Sərgi bölmələri == == Tədbirlər == Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev "ADEX" sərgilərinin daimi ziyarətçisidir. Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilk dəfə 2014-cü ildə keçirilib. Sərgidə 33 ölkədən 170-dən artıq şirkət iştirak etmişdir. Müasir silah və texnikaların nümayişi, Müdafiə Sənayesi Bakı Ekspo Mərkəzində təşkil olunmuşdur. 2016-cı ildə ADEX sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çex Respublikası və Estoniya kimi ölkələrin hesabına genişlənib.
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları - Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində olan qoşun növü. == Tarixi == Azərbaycan ordusu Sovetlərdən qəbul etdiyi HHM avadanlıqlarının mühüm bir hissəsini işlək vəziyyətdə saxlamağa müvəffəq oldu. Sonrakı illərdə Sovet istehsalı olan S-125, S-75 və S-200 hava hücumundan müdafiə sistemlərini Azərbaycan xarici mütəxəssisləri cəlb etmək, zabitləri xaricdə təhsilə göndərmək, Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və modernləşdirmə müqavilələri bağlamaq yolu ilə modernləşdirdi. == Modernizasiyası == Azərbaycan hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi həm xaricdən yeni avadanlıqların alınması, həm də mövcud nümunələrin modernləşdirilməsi yolu ilə həyata keçirilir. Hazırda Azərbaycanın silahlanmasında əvvəllər mövcud olan maye yanacaqlı raketlər çıxarılır. Onlara texniki xidmət çox zəhmət tələb edir, xüsusi nəfəs və dəri qoruyan geyim vasitələrindən istifadə etməklə zəhərli və çox təhlükəli yanacağın müntəzəm olaraq süzülməsi və yenisinin doldurulması lazım gəlirdi. Son maye yanacaqlı S-75M3 divizionu 2016-cı ilin ortalarında döyüş növbətçiliyindən çıxarıldı. XXI-ci əsrin əvvəllərində Azərbaycan S-200VM komplekslərini tam modernləşdirmədən keçirdi. Ukraynadan əlavə alınan 5B28 ağır zenit raketlərinin hesabına sursat ehtiyatları artırıldı. Həm Bakıda, həm də Mingəçevirə çox yaxın yerləşdirilən S-200 komplekslərinin divizionlarının zərbə radiusu digər obyektlərlə yanaşı, bir neçə su anbarlarının hava hücumundan müdafiəsi üçün tam məsuliyyət daşıyırdı.
Azərbaycan Milli Müdafiə İslam Firqəsi
İttihad Partiyası, Qafqaz İttihad Firqəsi (1918–1920), Rusiyada Müsəlmanlıq "İttihad" (1917–1918), İttihadi-İslam, Milliyəti-İslam və ya Azərbaycan Milli Müdafiə İslam Partiyası— 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümumrusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. == Tarixi == === Yaranması === Heybətqulu Məmmədbəyli xatirələrində, partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən Rusiyada Müsəlmanlıq Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. 1917-ci ilin dekabr ayının 4-də partiyanın gələcəkdə mətbu orqanı olacaq İttihad Ceyhun Hacıbəylinin rəhbərliyi ilə çapa başlamışdır. 1918-ci ilin fevralında Partiyalararası Komitənin ortaq mətbu orqanı Azərbaycan qəzeti təsis edilmişdir. Ceyhun bəy Hacıbəyli də bu qəzetə redaktor olaraq dəvət olunmuşdur. Beləliklə qapanma təhlükəsi ilə üz-üzə qalan İttihad qəzeti öz işçiləri və Rusiyada Müsəlmanlıq Firqəsi rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində firqənin rəsmi mətbu orqanına çevrilir. Fevral inqilabından sonra, 1918-ci ilin yanvar ayında Azərbaycan ərazisində formalaşmağa başlamış islamçı təşkilatlardan Rusiyada Müsəlmanlıq Firqəsi və həmin ilin payızında Gəncədə təsis olunmuş İttihadi-İslam Cəmiyyəti vahid qurumda birləşərək İttihadi-İslam Rusiyada Müsəlmanlıq Firqəsi adını almışdır. Bəzi mənbələrdə partiyanın qurucusu Qara bəy Qarabəyov göstərilsə də, Qara bəy Qarabəyov xüsusi dəvətlə 1918-ci ildə partiyaya qatılmışdır. Bu müddətə qədər o partiyada qeyri-demokratik ünsürlərin olduğunu qeyd etmişdir.
Azərbaycan Milli Müdafiə İslam Partiyası

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir. Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu
Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. == Tarixi == Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının təşkilinə başlandı. Sığorta üzvlük haqlarının vaxtında yığılması, pensiya və müavinətlərin ödənilməsinin maliyyələşdirilməsi sistemini təkmilləşdirmək və bu vəsaitin düzgün xərclənməsi üzərində təsirli nəzarəti həyata keçirmək məqsədilə “Azərbaycan Respublikası Pensiya Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 16 dekabr tarixli 503 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 436 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Pensiya Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir. 1992-ci il 16 oktyabr tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Pensiya Fondu sərbəst maliyyə-bank sistemi olmaqla dövlət pensiya təminatı xərclərini maliyyələşdirirdi və kommersiya fəaliyyətindən əldə etdiyi mənfəət üzrə vergidən, habelə bütün növ rüsum, gömrük və digər tədiyələri ödəməkdən azad idi. "Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 1 iyun 1992-ci il tarixindən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin respublika Pensiya Fonduna, 15%-nin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu. 2004-cü il 1 iyun tarixinədək qüvvədə olmuş “Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, 1992-ci ildə pensiya fonduna vətəndaşların məcburi haqlarının əmək haqqının 1%-ni təşkil etdiyi müəyyən edilmişdi. Müəssisə və təşkilatların sosial sığortaya ayırmalarına və onların məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirmək, eləcə də əhalinin sosial müdafiəsi sahəsində olan paralelçiliyi ləğv etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 30 sentyabr tarixli 233 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılmışdı.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir. Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. === Tarixi === Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. == Hadisələr == 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin müdafiə sistemi
Şimal sərhədinin müdafiə sistemi — şimal sərhədi boyunca Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Yaranması == Bu istiqamətdə əsas işlər 1919-cu ilin ikinci yarısında görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin möhkəmləndirilməsi sahəsində praktik işlər iki istiqamətdə aparılırdı. Bir tərəfdən, sərhəd boyunca müdafiə istehkam sistemi qurulur, digər tərəfdən də, Denikin qoşunlarının Azərbaycan sərhədini keçəcəyi təqdirdə onlara müqavimət göstərmək üçün xüsusi taktiki qrup yaradılırdı. Azərbaycanın şimal sərhədlərinin müdafiə istehkam sistemi üç xətt boyunca qurulmuşdu: 1) Xəzri mövqeləri (ön xətt), 2) Sarvan xətti (aralıq xətt), 3) Hilhil xətti (arxa xətt). Bunlardan başqa, Samur körpüsü ətrafında və Mixaylovsk limanmda istehkam işlərinin aparılması nəzərdə tutulurdu. Şimal sərhədinin qorunması ilk vaxtlar general İbrahim ağa Usubovun komandir olduğu 2-ci piyada diviziyasına həvalə edilmişdi. 1919-cu ilin yayında bu diviziyanm sərəncamında 4-cü Quba piyada alayı, 5-ci Bakı piyada alayı, Gəncə piyada alaymın yığma taboru, zirehli qatar, 2 top batareyası var idi. 5–6 min nəfərlik partizan dəstəsinin də şimal sərhədinin müdafiəsinə cəlb ediləcəyi planlaşdırılmışdı. Azərbaycan ərazisi üçün təhlükənin reallaşacağı təqdirdə qüvvələr aşağıdakı kimi bölüşdürülməli idi: 1) Zaqatala dairəsinin partizanlan Dağıstan ərazisinə yeriyərək, Axtı məntəqəsini və Samur çayı hövzəsini tutmalı və Könüllü ordunun arxasmda ona qarşı təhlükə yaratmalı idi; 2) Nuxa (Şəki) qəzasının partizanları da Dağıstan ərazisinə keçməli, düşmənə arxadan zərbə vurmaqla bərabər, onun hərəkəti istiqamətində maneçiliklər yaratmaq idi; 3) Quba partizanlarından isə, əraziləri yaxşı tanıdıqlan üçün, həm nizami süvari bölmələr yetişənə qədər kəşfiyyatın apanlmasında, cinahların qorunmasında, Ferqat kəndindən Giləziyə kimi olan ərazidən dənizin müşahidə altın saxlanılmasında, həm də Qızılburun limanın tutulmasında istifadə edilməsi nəzərdə tutulurdu.
Azərbaycan müdafiə nazirlərinin siyahısı
Azərbaycan müdafiə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın müdafiə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın müdafiə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == Müstəqillik 18 oktyabr 1991-ci il tarixində yenidən əldə edildikdən sonra təyin olunan nazirlər siyasi partiya üzvlüyü olan prezident tərəfindən təyin olunsalar da, hər biri bitərəf olmuşdur. Ümumiyyətlə, Azərbaycan hökumətlərində daxili işlər, müdafiə və müdafiə sənayesi nazirləri postlarını bitərəf siyasətçilər tutmuşdur.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. === Tarixi === Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu.
Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada (film, 1961)
Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada qısametrajlı sənədli filmi 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı Hava Hücumundan Müdafiə zabitlərinin idman yarışları haqqındadır. == Məzmun == Film Bakı Hava Hücumundan Müdafiə zabitlərinin idman yarışları haqqındadır.
Bakı Müdafiə Rayonu Hərbi General-qubernatorunun İdarəsi
Bakı Müdafiə Rayonu Hərbi General-qubernatorunun İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin müdafiəsini möhkəmləndirmək məqsədilə yaradılmış xüsusi hərbi idarəçilik orqanı. == Yaradılması == Denikin ordusu və erməni-daşnak quldurları tərəfindən yaranmış təhlükə ilə əlaqədar 1919-cu ilin payızında Azərbaycan ordusu sərhəddə cəmləşdirilmişdi. Hərbi hissələrin və polisin fəaliyyətini əlaqələndirmək, Bakının müdafiəsini vahid idarə orqanında birləşdirmək məqsədilə 1919 il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsi Bakı müdafiə rayonunun rəisi vəzifəsini təsis etdi və onu hərbi general-qubernator vəzifəsi ilə birləşdirdi. Bakı şəhər rəisliyinin bütün ərazisi və şəhər rəisinin özü Bakı müdafiə rayonunun rəisinə, o isə hərbi nazirə tabe idi. == Rəhbərlik == Müdafiə rayonunun rəisi hərbi nazirin təqdimatı ilə Nazirlər Şurasının sədri tərəfindən təyin edilirdi. General-mayor Həbib bəy Səlimov müdafiə rayonunun rəisi, general-mayor Murad Gəray bəy Tlexas isə Bakı müdafiə rayonunun hərbi general-qubernatoru təyin olunmuşdu === Hərbi general-qubernator === Bakı hərbi general-qubernatoru vəzifəsi, bundan əvvəl Dövlət Müdafiə Komitəsinin qərarı ilə (1919, 13 sentyabr) Bakı İstehkamçılar hissəsinin rəisi təyin edilmiş general-mayor Murad Gəray Tlexasa (əvvəlki vəzifələrində qalmaqla) həvalə olunmuşdur. Bu orqan mülki idarəçiliklə inzibati idarəçiliyi özündə birləşdirməklə geniş səlahiyyətlərə malik idi. M.G.Tlexas Bakının hərbi general qubernatoru kimi imzaladığı 1 saylı əmrində öz qarşısında aşağıdakı vəzifələrin durduğunu bildirirdi: Bakı hərbi general-qubernatorluğunda cinayətkarlığın aradan qaldırılması; general-qubernatorluqda şəxsi və ictimai maraqlara və dövlətin əmin-amanlığına meyilli olan əhalinin işlərinə geniş yardım göstərilməsi; milliyətindən, məzhəbindən, ictimai vəziyyətindəm asılı olmayaraq, hər bir vətəndaşın mənafelərinin qorunması; asayişi, əmin-amanlığı və dövlət quruluşunu pozmağa çalışanlara qarşı amansız mübarizə aparılması və s. Bakının hərbi general-qubernatoru Murad Gəray Tlexas şəhər ətrafının müdafiə sisteminin qurulmasına rəhbərlik etməklə yanaşı, onun daxilində asayiş yaradılmasını da ciddi nəzarət altında saxlayırdı. Onun 1919 il noyabrın 24-də imzaladığı xüsusi əmrlə, müvafiq icazə olmadan, küçə toplantılarının, mitinq və nümayişlərin keçirilməsi qadağan edildi.
Bakı Şəhər İnqilabi Müdafiə Komitəsi
Bakı şəhər inqilabi müdafiə komitəsi-Bakıda mart soyqırımı zamanı yaradılmış daşnak-bolşevik hərbi-siyasi orqanı. == Yaradılması == Bakı şəhər inqilabi müdafiə komitəsi 1918 il martın 30-dan 31-nə keçən gecə daşnak-bolşevik hərbi-siyasi orqanı olaraq Bakıda təşkil olunmuşdur. İnqilabi Müdafiə Komitəsi (İMK) martın 31-də özünün tərkibi və vəzifələri haqqında müraciətində Bakı şəhərinin və onun rayonlarının bütün sovet təşkilatlarını birləşdirən ali hərbi-siyasi orqan olduğunu elan etdi. Müraciət "hamını silaha sarılıb, sovet hakimiyyətini xalq düşmənlərindən müdafiə etməyə" çağırırdı. İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə vaxtaşırı məlumat və Qafqaz Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin qurultayı qarşısında hesabat verəcəyini bildirirdi. == Tərkibi == Komitənin tərkibinə Rusiya Xalq Komissarları Sovetinin Qafqaz işləri üzrə fövqəladə komissarı S.Şaumyan, Qafqaz ordusu Hərbi-İnqilab Komitəsinin sədri Q.Korqanov, Bakı Fəhlə, Əsgər və Martos Deputatları Sovetinin sədri P.Çaparidze, Bakı Hərbi-İnqilab Komitəsinin sədri İ.Suxartsev, S.Saakyan, S.Melik-Yolçyan və başqaları daxil idilər. Müraciətdə İMK tərkibinə daxil olmaq üçün " milli təşkilatların nümayəndələrinin rədd edildiyi" bildirilsə də, "əksinqilabla vuruşmada erməni milli hissələrindən istifadə etmək və hələ sağ eserlərin və daşnakların arxasınca gedən fəhlələri sovet hakimiyyəti tərəfində mübarizəyə cəlb etmək üçün İMK-ə həmin partiyaların nümayəndələrinin də dəvət olunduğu" göstərilirdi. Bu da təsadüfü deyildi, çünki S.Saakyan Bakı sağ eserlərinin, S.Melik-Yolçyan isə "Daşnaksutyun" partiyasının Bakı təşkilatının lideri idilər. == Fəaliyyəti == İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə vaxtaşırı məlumat və Qafqaz Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin qurultayı qarşısında hesabat verəcəyini bildirirdi. "Əksinqilabla vuruşma" çağırışı daşnak-bolşevik güruhunun başçısı S.Şaumyanın qabaqcadan hazırladığı plana uyğun olaraq Azərbaycanın milli qüvvələrinə qarşı çevrildi və Bakının türk-müsəlman əhalisinin kütləvi soyqırımı ilə nəticələndi.
Bakının müdafiəsi uğrunda (film, 1942)
Bakının müdafiəsi uğrunda qısametrajlı sənədli filmi 1942-ci ildə Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə Bakının müdafiəsi uğrunda zəhmətkeşlərin gördükləri təxirəsalınmaz işlər, qazdıqları dərin xəndəklər və s. əks etdirilir. == Məzmun == Film adından da göründüyü kimi, Bakı ətrafında müdafiə istehkamlarının qurulmasına, dərin xəndəklərin qazılmasına həsr olunmuşdur. Bu ağır işə minlərlə bakılı kişilər və qadınlar cəlb olunurdu. İnsanlar bu işi böyük həvəslə yerinə yetirirdilər. Fasilə zamanı əsgərlərdən ibarət ansambl burada çalışanlara konsert də verirdi.
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ing: International Defence Industry Fair, IDEF), Türkiyədə təşkil edilən bir müdafiə sənayesi sərgisidir. Sərgi 1993-cü ildən bəri Türk Silahlı Qüvvələrinə kömək fondu tərəfindən təşkil olunur və ümumiyyətlə Ankara və ya İstanbulda keçirilir. IDEF, müdafiə sənayesi şirkətləri üçün əhəmiyyətli bir beynəlxalq marketinq arenası olan və əsas müdafiə sənayesi sahələrini və tabeliyində olanları bir araya gətirən yüksək texnologiya məhsullarının sərgiləndiyi bir müdafiə sənayesi sərgisidir. IDEF Avrasiya bölgəsindəki ən böyük müdafiə sənayesi sərgisidir və iştirakçı ölkələr, nümayəndə heyətləri və şirkətlər üçün artan tendensiyaya malikdir. Hər bir sərgidən əvvəl Türk Silahlı Qüvvələrinə kömək fondu tender elan edərək təşkilatçı şirkəti və sərgi yerini seçir.
Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya
Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya (ing. Convention for the Protection of Human Rights and Dignity of the Human Being with regard to the Application of Biology and Medicine) — bioetika və tibbi tədqiqatlar sahəsində hüquqi münasibətləri tənzimləyən, beynəlxalq səviyyədə yeganə hüquqi məcburi sənəd olan Avropa Şurası tərəfindən 1997-ci ildə İspaniyanın Oviedo şəhərində qəbul edilmişdir. Konvensiya bütün insanların həyat, ləyaqət və şəxsiyyətinin qorunmasına və heç bir ayrı-seçkilik edilmədən, biologiya və tibbin tətbiqinə dair hər kəsin hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsinə zəmanət vermək məqsədilə çərçivə formalaşdıran konvensiyadır. Gündəlik tibbi praktikada tətbiq olunan əsas prinsipləri müəyyən edən bu sənəd xəstə hüquqlarına dair Avropa razılaşmasıdır və eyni zamanda, biotibbi tədqiqatlar, genetika, orqan və toxumaların implantasiyası mövzularını da əhatə edir. Konvensiyanın müddəaları konkret mövzular üzrə 4 Əlavə Protokolla da tamamlanmışdır: “İnsanın klonlanlaşdırılmasının qadağan edilməsi haqqında” Protokol, “Transplantasiya haqqında” Protokol, “Biotibbi Tədqiqat haqqında” Protokol, “Sağlamlıq məqsədləri üçün genetik test haqqında” Protokol. Avropa Şurasının fəal üzvü olan Azərbaycan Respublikasının qlobal səhiyyə standartlarına doğru irəliləmək, xəstəliklərin profilaktikasını aparmaq və onları aradan qaldırmaq, səhiyyə sistemini və tibb sənayesini inkişaf etdirmək, səhiyyə müəssisələrinin təchizatını və texniki təminatını yaxşılaşdırmaq, həyatın keyfiyyətini artırmaq, insanların sağlamlıq hüququnu təmin etmək sahəsində göstərdiyi cəhdlər, son dövrlərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı aparılmaqda olan islahatlar Oviedo Konvensiyasının prinsip və standartlarının təbliğini və tətbiqini aktuallaşdırır. == Konvensiyanın tərəfləri == Oviedo Konvensiyasını 35 ölkə imzaladı, lakin bu ölkələrdən yalnız 29-u Konvensiyanı təsdiqlədi. Bu, yalnız 29 ölkənin sənədin müddəalarını milli qanunvericiliyində tətbiq etdiyi anlamına gəlir. Əlavə olaraq, bu təsdiqləyən ölkələrdən altısının müəyyən müddəalara bağlılıq dərəcələrini məhdudlaşdıran şərtləri vardır. İngiltərə və Almaniyanın konvensiyanı imzalamaması və ya təsdiqləməməsi diqqət çəkir.

Digər lüğətlərdə