marabu
marafonçu
OBASTAN VİKİ
Marafon
Marafon — Yüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır. Onun adı Qədim Yunanıstanda Marafon döyüşü zamanı Marafon düzündən Afinaya qədər qaçmış Fidippid adlı bir elçidən ilhamlanaraq alınmışdır. Marafon qaçışı birinci dəfə 1896-cı ildə təşkil edilmiş olan Afina Olimpiya Oyunları zamanı olmuşdur. 1924-cü ildə isə qaçış məsafəsi 42.195 m olaraq qəbul edilmişdir. Beynəlxalq Həvəskar Atletika Federasiyası 1992-ci ildən etibarən 21. 100 m-lik məsafəyə qaçış üzrə yarım marafon dünya çempionatı təşkil edir. Marafon yarışları eyni keyfiyyətdə olmadığı üçün bu yarışın dünya rekordları yoxdur, yalnız ən yaxşı dərəcələri vardır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hans-Joachim Gehrke, "From Athenian identity to European ethnicity: The cultural biography of the myth of Marathon," in Ton Derks, Nico Roymans (ed.), Ethnic Constructs in Antiquity: The Role of Power and Tradition (Amsterdam, Amsterdam University Press, 2009) (Amsterdam Archaeological Studies, 13), 85–100. Hans W. Giessen: Mythos Marathon. Von Herodot über Bréal bis zur Gegenwart.
Marafon döyüşü
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marafon vuruşması
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marafon şəhəri
Marafon (yun. Μαραθών ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır, Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinadan 32 kilometr şimal-şərqdə yerləşir. Bura Attika periferiyasının Şərqi Attika periferiya vahidində yerləşən eyniadlı icmanın inzibati mərkəzidir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə əhalisi 7170 nəfərdir. == Tarixi == Qədim Marafon şəhəri dörd şəhər birliyinin hissəsi idi; dem Leontis filasına məxsus idi. Pavsaniyə əsasən, şəhər Marafon adlı qəhrəmanın şərəfinə adlandırılmışdır. Dikearxusa görə, Marafon Arkadiyadan olan Marafın şərəfinə adlandırılmışdır. Miflərdə Marafon, Teseyin tutduğu marafon öküzü ilə tanınır.
Marafon (dəqiqləşdirmə)
Marafon — Yüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır Marafon döyüşü — e.ə.
Bakı marafonu
Bakı marafonu — Azərbaycanın Bakı şəhərində hər il ənənəvi formada təşkil olunan qaçış marafonu. Marafon ilk dəfə 2016-cı il mayın 1-də Bakıda keçirilib. == Tarixi == Marafon ilk dəfə 2016-cı il mayın 1-də Azərbaycanın Bakı şəhərində keçirilib. Marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. 2016-cı ildə keçən marafon Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edib. Marafonun iştirakçıları arasında tanınmış ictimai-siyasi xadimlər, idmançılar da olub. Marafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəmə etməyiblər. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olublar.
Boston marafonu
Boston marafonu (ing. Boston Marathon) - Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan yürüş marafonu. Marafon eyni zamanda ABŞ üçün mühüm olan günlərdən biri Vətənpərvərlər günün şərəfinə keçirilməkdədir. İlk dəfə Boston marafonu 1897-ci ildə keçirilib. 1897-ci ildən marafonun təşkili məsələləri ilə Boston Atletika Assosiasiyası məşğul olmaqdadır. Ümumiyyətlə bu kütləvi yarış Massaçusets ştatı ərzisində keçirilən əsas idman bayramlarından biri hesab olunur. Hər il ortalama 500 mindən çox tamaşaçı tərəfindən canlı izlənilən marafon New England tarixi bölgəsində baş tutan ən böyük idman tədbiridir. İlk dəfə (1897) 18 marafonçu ilə keçirilən yarışa 2015-ci ildə 30.251 nəfər qeydiyyatdan keçmişdir. 1996-cı ildə Boston marafonu dünyanın ən böyük iştirakçılı marafonu seçilmişdir. Belə ki, həmin il 38.708 nəfərin qeydiyyatdan keçdiyi, 36.748 nəfərin yarışa qoşulduğu və 35.868 nəfərin isə finiş xəttinə çatdığı yarış dünya rekordu sıralamasına daxil olmuşdur.
Boston marafonu terror hücumu
Boston marafonu terror hücumu (ing. Boston Marathon bombings) — Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan Boston marafonuna 2013-cü ilin 15 aprel tarixində yerli vaxtla saat 14:49 da təşkil edilmiş bombalı terror hücumu. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən üç gün sonra terror hücumunu törətməkdə şübhəli bilinən iki şəxsin şəkilləri əraziyə yaxın olan müşahidə kameralı vasitəsilə təyin edilərək Federal Təhqiqat Bürosu tərəfindən mətbuatda paylaşılmışdır. Hadisəni törətdikdən sonra qaçmağa çalışan şübhəlilər 18 aprel tarixində Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşını öldürmüşdür. Şübhəlilərin hərəkət dairəsini daraldan federal polis sübh vaxtına qədər davam edən xüsusi əməliyyat nəticəsində Boston marafonu terror hücumunu törətməkdə şübhəli bilinən şəxslərdən birini atışma əsnasında ağır yaralamışdır. Ağır yaralanan Tamerlan Tsarnayev adlı çeçen əsilli şəxs xəstəxanaya aparılarkən ölmüşdür. Hadisənin bir digər şübhəlisi öldürülən Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhər Tsarnayev bir müddət gizlənməyi bacarmış, ancaq Massaçusets ştatının Votertaun şəhərinin ətrafında federal polis tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində yaralı olaraq ələ keçirilmişdir.
Lyublyana marafonu
Lyublyana marafonu (sloven. Ljubljanski maraton) — Lyublyana Şəhər Bələdiyyəsi tərəfindən Lyublyanada təşkil edilən marafon. Yarış 1996-cı ildən bəri keçirilir və hər il minlərlə insanı cəlb edir. Marafondan əlavə yarım marafon (21 km), əyləncə qaçışı (10 km) və uşaq və yeniyetmələr üçün kurs təşkil olunur. == Qaliblər == Qeyd: Rekord == Statistika == === Ölkələrinə görə qaliblər === == İstinadlar == === Ümumi === Winners of Ljubljana Marathon. Lyublyana marafonu. Arxivləşdirilib 16 May 2012.
2001 Nyu-York marafonu
2001-ci il Nyu-York marafonu (ing. 2001 New York City Marathon) — bazar günü, noyabrın 3-də ABŞ-ın Nyu-York şəhərində sayca 32-ci dəfə keçirilən illik marafon yarışı. Kişilərin elit yarışında efiopiyalı Tesfaye Cifar 2:07:43, qadınların yarışında isə 2:24:21 nəticə ilə keniyalı Marqaret Okayo qalib gəldi. Hər iki nəticə turnir üçün rekord nəticələr oldu. Tesfaye Cifar Nyu-Yorkda qalib gələn ilk efiopiyalı, Okayo isə qadınlar arasında qalib gələn ikinci keniyalı (Teqla Lorupedən sonra) oldu. Əlil arabası yarışlarında kişilər arasında amerikalı Saul Mendoza (1:39:25) və qadınlar arasında italiyalı Françeska Porçellato (2:11:57) qalib gəldilər. Əl velosipedi yarışında israilli Ziv Bar-Şira (1:27:49) və amerikalı Helene Hayns (1:46:22) qalib oldular. Yarışı 16,810 kişi və 6,838 qadın olmaqla 23,648 idmançı başa vurdu. Yarış 11 sentyabr terror aktlarından sonra keçirildi, buna görə də yarışın istiqamət nöqtələri dəyişdirildi, bundan başqa kütləvi iştirak əvvəlki illərlə müqayisədə xeyli azalmışdı. Təhlükəsizliyi təmin etmək üçün 2,800-ə yaxın polis əməkdaşı iş başında idi, yarış yolları üstündə uçuş qadağası zonası yaradılmış və yarış iştirakçılarına yol boyu dayanan tamaşaçılardan su qəbul etməmək tövsiyəsi verilmişdir.
Bakı Marafonu 2023
Bakı Marafonu 2023 - 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir == Marafonun iştirakçıları == Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıb. == Marafonun məqsədi == Bakı Marafonu 2023” ün mükafatlandırılması iki kateqoriyada olmuşdur. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif edilmişdir.1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim edilmişdir. == Marafonun nəticəsi == Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin dəstəyi ilə isə “Bakı Marafonu 2023” qalibləri adından işğaldan azad olunmuş ərazilərdə 1500 ağac əkilməklə “Marafon bağı”nın salınması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu qalib tələbələrimiz üçün “Marafon bağı”na və mədəniyyət paytaxtımız Şuşaya 1 günlük səfər proqramı hazırlanıb. Eləcə də qadın və kişi kateqoriyası üzrə finişə ilk çatan yaşlı, həmçinin korporativ iştirakçıların da Şuşaya 1 günlük səfərini təşkil edəilib. == Marafonun tərəfdaşı == “Bakı Marafonu 2023”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Dənizkənarı Bulvar İdarəsi, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Azerlotereya, m10, Hyundai, Badamlı, Baltika 0 dəstəyi ilə təşkil olunub.
Payız marafonu (film, 1979)
Payız Marafonu (rusca: Осенний марафон; Rom: Osenniy marafon) 1979-cu ildə çəkilmiş Sovet romantik komediya-dram janrında olan bu film, 1979-cu ildəki Venesiya Film Festivalı, San Sebastian Film Festivalı və 1980-ci ildəki Berlin Film Festivalı mükafatlarının ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında qalibi olmuşdur. Film, həmçinin 52-ci Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyası üzrə Sovet filmi kimi seçilmiş, lakin namizəd kimi qəbul edilməmişdir. Filmdə Oleq Basilaşvili Leninqradda orta yaş böhranı keçirən və həyat yoldaşı, məşuqəsi, qonşuları və iş yoldaşları ilə qarışıq münasibətlərində özünü müdafiə etməyə çalışan Andrey Bouzykine adlı evli İngilis-Rus dillərinin tərcüməçisi rolunu oynayır. Filmdə digər rolları Yevgeni Leonov, Natalya Qundareva, Marina Neyolova, Borislav Brondukov, Nikolay Kryuçkov və Qalina Volçek kimi görkəmli sovet aktyorları və aktrisaları ifa etmişdirlər. Filmin rejissoru Georgiy Daneliya olmuşdur.
Payız marafonu
Payız Marafonu (rusca: Осенний марафон; Rom: Osenniy marafon) 1979-cu ildə çəkilmiş Sovet romantik komediya-dram janrında olan bu film, 1979-cu ildəki Venesiya Film Festivalı, San Sebastian Film Festivalı və 1980-ci ildəki Berlin Film Festivalı mükafatlarının ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında qalibi olmuşdur. Film, həmçinin 52-ci Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyası üzrə Sovet filmi kimi seçilmiş, lakin namizəd kimi qəbul edilməmişdir. Filmdə Oleq Basilaşvili Leninqradda orta yaş böhranı keçirən və həyat yoldaşı, məşuqəsi, qonşuları və iş yoldaşları ilə qarışıq münasibətlərində özünü müdafiə etməyə çalışan Andrey Bouzykine adlı evli İngilis-Rus dillərinin tərcüməçisi rolunu oynayır. Filmdə digər rolları Yevgeni Leonov, Natalya Qundareva, Marina Neyolova, Borislav Brondukov, Nikolay Kryuçkov və Qalina Volçek kimi görkəmli sovet aktyorları və aktrisaları ifa etmişdirlər. Filmin rejissoru Georgiy Daneliya olmuşdur.

Digər lüğətlərdə