Minenwerfer
mineralisch
OBASTAN VİKİ
Mineral
Minerallar — Yer qabığının tərkibinə daxil olan müxtəlif kimyəvi tərkibə malik olan təbii cisimdir. Müəyyən edilmişdir ki, Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir. Mineral dedikdə fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmə nəzərdə tutulur. Yer qabığında 3000-ə qədər mineral vardır. Bunların 50-dən çoxu süxur əmələ gətirən minerallara aid edilir. Süxurlar — bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Yer qatını əmələ gətirən müxtəlif bərklikdə və qalınlıqda kütlələrə dağ süxurları deyilir. Minerallar və süxurlar müxtəlif əlamətlərinə — bərkliyinə, xüsusi çəkisinə, kimyəvi tərkibinə, rənginə, ərimə temperaturuna, əmələ gəlməsinə və başqa göstəricilərinə görə bir-birindən fərqlənirlər. Fiziki xassələrinə görə onlar bərk, maye və qaz halında olurlar. İstifadələrindən asılı olaraq yanar faydalı qazıntılar və ya minerallar, yanacaq (daş kömür,neft,qaz,yanar cisimlər,qeyri-faydalı qazıntılara qranit,mərmər,qiymətli daşlar və s., metal filizlərinə dəmir, mis, alüminium və başqaları ayrılırlar.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6–2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO — 9,57%, Al2O3–36,84%, Pb2O3–34,12%, H2O — 19,47%.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Heliotrop (mineral)
Heliotrop (qanlı daş) — rast gəlmə tezliyi şkalası: nadir. == Haqqında == Heliotrop xalsedonun yaşıl fonda «qan damcısı»nı xatırladan parlaq-qırmızı püruzları olan tünd-yaşıl, mavi-yaşıl növ müxtəlifliyidir. Bəzən sarı rəngli ləkələr müşahidə olunur. Adətən püruzlar heliotropun yaşıl kütləsində qeyri-bərabər paylanır. Onların paylanma xarakterindən və ölçülərindən asılı olaraq yaranan rəsmlərə görə heliotropun xırda- və irirəsmli və zonal növ müxtəliflikləri ayrılır. Heliotrop adətən qeyri-şəffaf, nazik qırıntılarda yarımşəffaf, bəzən işıqkeçirən olur. Badamcıq, jeoda, damarcıq, qeyri-düzgün formalı xırda yığınlarına, əsas etibarilə, effuziv süxurlarda rast gəlinir. Onun əmələ gəlməsi əsasən hidrotermal proseslərlə bağlıdır. Onu əqiq, seladonit, kalsit, xlorit, maqnetit, hematit və b. müşayiət edir.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Mineral aqreqatlar
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Mineral göl
Mineral göl və ya duzlu göl, duz gölü — kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.) göl. Mineral göllərin suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. Mineral göllərdən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli mineral göllərində əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
Mineral gübrələr
Mineral gübrələr — tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən duzlardır. Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullardır. Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir. Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır. Makroelementlərin içərisində 3 element - azot, fosfor, kalium bitkilərə daha çox miqdarda lazımdır. Bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Mineral gübrələr payız və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) verilir. Gübrələrin orta norması: 30-100 N, 30-60 P2O5 və 45-902 K2O. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır.
Mineral resurslar
Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.) Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur. Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Dərəşam mineral bulağı
Dərəşam mineral bulağı — Azərbaycanın Culfa rayonu ərazisində, Araz çayının dərəsində bir neçə yerdən çıxaraq axıb çaya tökülür. Bulaqların suyu Rusiyadakı Kislovodsk (Şimali Qafqaz) “Narzan-5” mineral suyunun analoqudur. Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin müalicəsində istifadə etmək olar. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. "Naxçıvanın təbii sərvətləri", Naxçıvan, 2008.
Gömür mineral bulağı
Gömür mineral bulağı — Şahbuz rayonu ərazisində Gömür kəndindən 3 km cənub-qərbdə, Gömür çayın sol sahilində okean səviyyəsindən 2000 m. yüksəklikdədir. Burada 75 sayda bulaqlardan mineral hidrogen-sulfid qarışığı ilə birlikdə karbonqazı da çıxır. Bulaqlardan su çıxarkən yeraltı karst süxurlarını kükürdlü qarışıqla birlikdə tərkibindəki hidrogen-sulfid ionlarını zənginləşdirir. Zəif inerallaşmış sudan revmatik və dəri xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (hər kursda 10–15 dəqiqə, T 25–35 Cº) əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Güleymar mineral bulağı
Güleymar mineral bulağı — Culfa rayonu ərazisində, Güleymar (Köləhmər) kəndindən 1,5 km aralıda, Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən çıxır. Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır. Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə də, suyun arxında dəmir oksidinin qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır. Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir. Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Gülüstan mineral bulağı
Gülüstan mineral bulağı — Culfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimalqərbdə, Əlincəçayın yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksəktəzyiqli mineral su çıxmışdır. "Gülüstan" mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" və Babək rayonundakı "Sirab" mineral sularının analoqudur. Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, "Gülüstan" markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Gənzə mineral bulağı
Gənzə mineral bulağı — Ordubad rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur. Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) “Jeleznovodsk” mineral suyunun analoqudur. Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə suyu kimi istifadə olunur. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Karvansara mineral bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Mineral motor yağları
Mineral motor yağları – neftin yüksəkqaynayan (qaynama temperaturu 300–6000C) yüksəkmolekullu karbohidrogen fraksiyalarının (əsasən, alkilnaften və alkilaromatik), xüsusi təmizlənməsi nəticəsində alınan texniki məhsuldur. Neft yağlarının təsnifatlandırılması onların kinematik özlülüyü (normativ-texniki sənədlərdə qeyd olunur) və istismar xassələri əsasında müəyyənləşdirilir. Neft yağları öz alınma üsuluna görə distillat (neftin distilləşdirilməsi nəticəsində alınan), qalıq (qudronlardan arzuolunmaz komponentlərin çıxarılması ilə alınan) və kompaund (distillat və qalıq komponentlərin qarışdırılması nəticəsində alınan) yağlarına bölünür. Tətbiq sahəsinə görə mineral yağlar sürtkü yağlarına, elektroizolyasiya yağlarına və konservasiya yağlarına bölünür. Mineral yağlar həmçinin kosmetoloji sənayedə də istifadə olunur. Neft yağlarına lazımi xassələri vermək üçün onlara cox zaman aşqar əlavə edirlər. Neft yağlarının əsasında plastik və texnoloji sürtkülər, xüsusi mayelər, məsələn yağlayıcı-soyuducu, hidravlik mayelər və s. alınır. Mineral yağların markaları. Mineral yağların təyinatı və təmizlənmə üsulu onların markalaşdırılmasında qeyd olunur.
Aktinolit (mineral)
Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar. == Xassələri == Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari. == Mənşəyi və yayılması == Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b.
Diaspor (mineral)
Diaspor (mineral) — mineral, α- AlOOH (və ya da HAlO2). Al qismən Mn3+, Fe3+, Cr ilə əvəz olunur. == Haqqında == Diaspor - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {061} və {021} üzrə nadir. Ayrılma {010} üzrə mükəmməl, {110}, {210} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: yarpaqvari, gizli kristallik, stalaktitəbənzər. Rəngi ağ, bozumtul; Mn ya da Fe qatışıqları ilə - boz, yaşıl, sarı, çəhrayı, qəhvəyi, qırmızı. Parıltısı şüşəlidən, almaz parıltısı kimi. Sərtliyi 6,5-7.
Pittisit (mineral)
Pittisit — rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – qırmızımtıl-qonur, qəhvəyi, sarımtıl; Mineralın cizgisinin rəngi – oxra çalarlı sarı; Parıltı – qatranı, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 2,2-2,5; Sərtlik – 2-3; Kövrəkdir; Sınıqlar – qabıqvari, tikanlı; Morfologiya – Mineral aqreqatları: kollomorf əmələgəlmələr, qabıqlar, stalaktitlər. Filiz yataqlarının oksidləşmə zona-larında arsenopirit və löllingitin hesabına yaranan tipik ekzogen əmələgəlmədir. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Rammelsberq (Almaniya); Falun (İsveç). Azərbaycanda Filizçay, Daşkəsən, Şimali-Daşkəsən, Ağdərə yataqlarında qeyd edilmişdir. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Plaqioklazlar (mineral)
Plaqioklazlar — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Ay daşı – ay işığı sayrışmasını xatırladan mavi irizatsiya edən turş plagioklaz; günəş daşı (avantürin) – hematitin çox incə pulcuqvari möhtəvilərilə zəngin olan qızılı turş plagioklaz; maskelinit – rentgenoamorf plagioklaz. Rəng – adətən ağ, bəzən bozumtul, göyümtül, yaşılımtıl, çəhrayımtıl, qırmızımtıl çalarlı ağ, avantürinin – qızılı. Labradorda adətən parlaq göydən qırmızı rəngədək güclü irizatsiya müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq– qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,62-dən (albit) 2,76-dək (anortit); Sərtlik – 6,0-6,5; Ayrılma – {001} və {010} üzrə ~ 86° bucaq altında mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, pilləli, Morfologiya – kristallar: nadir hallarda rast gələn lövhəli, lövhəli-prizmatik, çox vaxt zonal; İkiləşmə: albit, periklin və karlsbad qanunları üzrə geniş təzahür edən polisintetik; sadə ikiləşmələr də qeyd edilir; Mineral aqreqatları: dənəvər kütlələr, bəzən, demək olar ki, tamamilə plagioklazlardan ibarət olan monomineral süxurları (albitit, labradorit, anortozit, plagioklazitləri) təşkil edən aqreqatlar, püruzlar, druzalar və fırçalar (albit). Plagioklazlar əksər püskürmə süxurların əsas süxurəmələgətirən minerallarından biridir. Albitə, nisbətən az hallarda oliqoklaza turş və qələvi peqmatitlərdə rast gəlinir. Kontakt-metasomatik mənşəli plagioklaz təzahürləri məlumdur. Plagioklazlar metamorfik süxurların, albit isə həm də alp tipli damarların adi minerallarıdır. Plagioklazlara autigen əmələgəlmələr kimi çökmə süxurlarda rast gəlinir.
Xalkozin (mineral)
Xalkozin – Cu2S — Psevdorombik sinqoniya – aşağıtemperaturlu (103°C-dən aşağı) modifikasiya – a-Cu2S; heksaqonal sinqoniya – yüksəktemperaturlu (103°C-dən yuxarı) modifikasiya – b-Cu2S. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – təzə, dəyişilməmiş səthdə qurğuşunu-boz, köhnə səthdə – qara; Mineralın cizgisinin rəngi – tünd-boz; Parıltı – metal, tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 5,5–5,8; Sərtlik – 2,5–3; zəif döyüləndir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Bölünmə – qabıqvari; Başqa xassələr – yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısasütunvari; İkiləşmə: tez-tez müşahidə olunur; bitişmə və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: sıx kütlələr, püruzlar, qabıqlar, qaysaqlar, torpaqvari əmələgəlmələr, bornit, xalkopirit, hərdənbir sfalerit, kovellin, həmçinin bitki qalıqları üzrə psevdomorfozalar. Həm hipogen, həm də hipergen şəraitdə əmələ gəlir. Hidrotermal yataqlarda rast gəlir. Misli qumdaşları və misli gil şistləri içərisində yerləşən stratiform tipli yataqların əsas filiz əmələ gətirən minerallarından biridir. Xalkopiritin, bornitin və başqa missaxlayan mineralların oksidləşməsi ilə əlaqədar olaraq yaranan xalkozinin əhəmiyyətli yığınları mis filizi yataqlarının sementləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, bornit, tetraedrit, enargit, lyutssonit, kovellin, digenit, malaxit və b. Mineralın tapıldığı yerlər: Kennikot, Byutt, Bisbi, Bristol (ABŞ); Çukikamata (Çili); Redrut (İngiltərə); Mansfeld (Almaniya); Kounrad, Cezkazqan (Qazaxıstan); Almalıq (Özbəkistan) və b. Azərbaycanda xalkozinin əsas hissəsi kolçedan, mis- və molibden-porfir, qızıl yataqlarının (Gədəbəy, Bittibulaq, Qızılbulaq, Qoşa, Paraqaçay, Urumıs, Misdağ, Katsdağ, Cixix-Saqator və b.) törəmə sulfidlərlə zənginləşmə zonasında yerləşir. Sənayenin müxtəlif sahələrində geniş istifadə edilən misin ən zəngin filizidir.
Mineral palçıq
Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir. Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb.
Naxçıvanın mineral bulaqları
Naxçıvanın mineral bulaqları — Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərəçay ilə Əylisçay çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara "Tanrı möcüzəsi" kimi inam gətirilərək, "yel suyu", "sirli su", "şor su" və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.
Dəniz mineralları
Quruda yaşayan canlılar üçün havadakı qazların nisbəti necə əhəmiyyətlidirsə, suda yaşayan canlılar üçün də suyun tərkibi elə əhəmiyyətilidir. Məsələn, dənizdə yaşayan canlılar üçün dəniz suyu bütün dünyada eyni tərkibə malik xüsusi bir maddədir. Dəniz suyu müxtəlif elementlərdən ibarət xüsusi mayedir. Dəniz suyu əksəriyyəti azlıq təşkil edən 72 kimyəvi elementin birləşməsindən ibarətdir. Başqa sözlə, dəniz suyunda təbiətdəki bütün elementlərin, demək olar ki, hamısı mövcuddur. Dəniz suyunun tərkibində çoxluq təşkil edən elementlər xlor (Cl), natrium (Na), sulfat (S), maqnezium (Mg), kalsium (Ca) və kaliumdur (K). Bütün mineralların 90%-ni təşkil edən bu 6 elementdən başqa brom (Br), karbon (C), qızıl (Au), iridium (İr) və hətta platinə (Pt) qədər müxtəlif elementlər dəniz suyunda mövcuddur. Həm qütb, həm də tropik dənizlərində sıxlıq dəyişsə də, karbonsuz birləşmələrin nisbəti, demək olar ki, eynidir. == Dəniz suyundakı duzluluğun nisbəti == Hamıya məlumdur ki, dəniz suyu duzludur. Bu duzluluq çox həssas ölçüdədir.
Geologiya-mineralogiya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Hipogen minerallar
Hipogen minerallar — yer qabığıdərinliklərində əmələ gələn minerallardır. == Ümumi məlumat == Hipogen minerallara slikatlı və sulfitli-oksidli maqmatik ərintilərin soyuması zamanı kristallaşan bütün minerallar (çöl şpatları, pirokesenlər, olivin, xromit və s.), qazabənzər birləşmələrlə zəngin qalıq (parmatili) ərintilərin mineralları (mikalar, topaz, berill və s.) kontakt-metasomatik proseslərin mineralları (qranatlar, vezuvian, maqnetit, piroksenlər, şeyelit və s.) hidrotermaln filiz damarlarının mineralları (flüorit, volframit, dəmir, sink, qurğuşun, mis və s.) və s.daxildir. Yer səthində Hipogen minerallaın çoxu davamsızdır, aşınma prosesinin təsiri ilə parçalanaaq Hiporgen minerallara çevrilir.
Ksenogen minerallar
Ksenogen minerallar — təsadüfi minerallar. Yan süxurların yad maddəsinin maqma ilə assosiasiya zamanı və onların qeyri-normal tərkibli kristallaşma sahələrində əmələ gəlir (məsələn: qranat, vollastonit və b.) maqmanın yan süxurarın yad maddəsinin assimilyasiya etməsi və belə qeyri-normal sahələrin kristallaşması nəticəsində əmələ gələn təsadüfi minerallar. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kəlbəcər rayonunun mineral suları
Kəlbəcər haqqında sxemlə məlumat: Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir. MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.
Mineralizatorlar
Mineralizatorlar — maqmada həll olmuş qazlar, qaz və buxarvari (halogenlər, su, hidrogen-sulfid, metalların ftorid və xloridləri) birləşmələr. Mineralizatorlar püskürmə süxur minerallarının kristallaşmasına, filiz yataqlarının çökməsinə imkan yaradır, qismən çökən mineral tərkibinə keçir, qismən isə mineral maddələrin daşınması prosesində katalizator və kompleksəmələgətirici rolunu oynayırlar. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə