MONQOLUSTAN

1. монголия; 2. монгольский;
MONQOLCA
MONPASI
OBASTAN VİKİ
Monqolustan
Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır. Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir.
Monqolustan Respublikası
Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır. Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir.
Monqolustan bayrağı
Monqolustan bayrağı — Monqolustanın Dövlət bayrağı 12 fevral 1992-ci ildə qəbul edilmiş olan qanun layihəsi ilə qəbul edilmişdir.1949-cu ildəki Monqolustan Xalq Respublikasının bayrağına olduqca oxşayan bayrağın köhnə bayraqdakından tək fərqi sosialist quruluşu göstərən Ulduz işarəsinin götürülmüş olmasıdır. Monqolustan bayrağının rəngləri müvafiq olaraq üç bərabər şaquli sütuna, qırmızı - mavi - qırmızıya bölünür. Bayrağa baxan şəxsin sağında qalacaq şəkildə qırmızı sütunun ortasında Soyombo adı verilən milli emblem vardır. Bu nişan alov, günəş, ay, yer, su və Taijitunun həndəsi təsvirlərindən ibarətdir.
Monqolustan coğrafiyası
Monqolustan Mərkəzi Asiyada yerləşən dövlətdir. Dövlətin sahəsi 1 564 116 km² təşkil edir. Bu isə Avropanın ən böyük dövləti olan Fransadan üç dəfə böyükdür. Sahəsinə görə dünya dövlətləri arasında 19-cu yerdə gedir. Şimaldan Rusiya, cənubdan isə Çinlə sərhədlənir. Sərhədlərinin ümumi uzunluğu 8 114 km təşkil edir. Çin Xalq Respublikası ilə 4 673 km, Rusiya Federasiyası ilə isə 3 441 km sərhədə malikdir. Monqolustan ərazisinin böyük qismi Monqoludtan platosunda yerləşir. Burada hündürlül 900-1500 arasında dəyişir. Bura əsasən dağ silsilələri və massivlərdən ibarətdir.
Monqolustan gerbi
Monqolustan gerbi — Monqolustanın dövlət gerbi. 1992-ci ildə Kommunist rejim süquta uğradıqdan sonra qəbul edilmişdir. Monqolların millî Rüzgâr tayının (Monqolca: Hiimori) uçarkən təsvir edildiyi gerbdə Buddizm və Monqol mədəniyyətinə aid simvollar istifadə edilmişdir.
Monqolustan kinosu
Monqolustan kinosu — Monqolustanın kinematoqrafiya və film sənayesi. 1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılmış, 1937-ci ildə "Dünyanın o başında" adlı ilk monqol bədii filmi çəkilmişdir. Milli kino sənətinin təşəkkülü və kino mütəxəssislərinin yetişməsində sovet kinematorqrafçılarının böyük rolu olmuşdur. "Monqolustanın oğlu" (1936, rejissor İ. Trauberq), "Onun adı Suxe-Batordur" (1942, rejissor A. Zarxi və İ. Xeyfits), "Səhra qəhrəmanları" (1945, rejissor Y. Tariç) və s. sovet filmlərində monqol aktyorları və operatorları iştirak etmişdir. "Bizə nə mane olur", "Ürəyin səsi ilə", "Şəffaf Tamir", "Uzaq Miraj" (1956, 1966, 1970, 1981, rejissor R. Dorjpalam), "Həyatın astanasında" (1952, rejissor S. Kenden), "Daşqın, "Kürəkən", "Həyat naminə", "Böyük ailə" (1966, 1971, 1976, 1980, rejissor D. Jizjid), "Nəticə" (1968, SSRİ ilə birgə; rejissor A. Bobrovski və J. Buntar), "Juvada" (1973), "Böyük yolun başlanğıcında" (1978), "Qobi və Xinqandan keçərək" (1981, SSRİ ilə birgə; hər üç filmin rejissoru B. Sumxuu) bədii filmləri monqol kinosunun nailiyyətləridir.
Monqolustan memarlığı
Monqolustan memarlığı — Monqolustan ərazisində formalaşmış memarlıq. Monqolustan ərazisində eramızın əvvəllərinə aid yaşayış məskənlərinin, IX–XIII əsrlərə aid istehkamlı şəhərlərin xarabalıqları qalmışdır. XVI əsrin sonlarından XX əsrin əvvəllərinədək Çin-Tibet memarlığının təsiri ilə saray və məbəd tikililər inşa edilmişdir. Bunlara Ulan-Batorda Erdeni-dzu, Qandan monastırları və s. aiddir. Ən qədim incəsənət abidələri Tunc dövrünə aid qaya təsvirləri, daş heykəllər, tunc kimi məmulatlarla təmsil olunur. Monqolustan Xalq Respublikası 1924-cü ildə qurulduqdan sonra ölkə ərazisində geniş tikinti işləri aparılmışdır. Ulan-Bator kimi köhnə şəhərlər yenidən qurulmuş, Darxan, Nalayxa, Sayn-Şand kimi yeni şəhər və qəsəbələr salınmışdır. 1960–1970-ci illərdə inşaatda sənaye üsulları geniş tətbiq edilmişdir. Щепетильников Н. М. Архитектура Монголии.
Monqolustan musiqisi
Monqolustan musiqisi — Monqolustan ərazisində formalaşmış musiqi. Qədim ənənəyə malik Monqolustan musiqisi pentatonikaya əsaslanır. Mahnı, epik dastan və instrumental musiqiyə ayrılır. Mahnılar zəngin ornamentli, geniş diapazonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duu-çi (solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunur. Musiqi alətləri: limba (fleyta növü), morinxur və xuçir, şanz (simli), yooçin (simbal növü) və s. Monqolustanda bir müğənninin eyni zamanda ikisəsli oxumasının xüsusi növü mövcuddur. Monqolustanda professional musiqi sənəti 1924-cü ildə Monqolustan Xalq Respublikası qurulduqdan sonra yaranmış və inkişaf etmişdir. İlk musiqili dramlar dastançıların mahnı dialoqları əsasında yazılmışdır. Bəstəkarlardan S. Qonçiksumla, B. Damdinsuren, D. Luvsanşarav, L. Murdorj və başqa kantata, opera, balet, kamera və simfonik əsərlər müəllifi kimi tanınmışlar.
Monqolustan mədəniyyəti
Monqolustan mədəniyyəti köçəri monqolların təsiri ilə yaranmışdır. Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir. Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə ölkənin cənub və şimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır.
Monqolustan paytaxtı
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Monqolustan qazaxları
Monqolustan qazaxları — qazax mənşəli Monqolustan sakinləri. Ölkədəki ikinci böyük etnik qrup və ən böyük milli azlıqdır. 2010-cu il əhalinin siyahıya alınmasına görə Monqolustanda qazaxların sayı 101.526 nəfər idi (ölkə əhalisinin 3.8% -i). Monqolustan qazaxlarının əksəriyyəti Batı Monqolustanda Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində, həmçinin paytaxt Ulan-Batorda yaşayır. Monqolustanda qazaxların sayı 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə 101.526 nəfər (ölkə əhalisinin 3.86% -i), 2015-ci il siyahıyaalmasına görə 117.800 nəfər olmuşdur (Monqolustan əhalisinin 3.85%). Qazaxlar Monqolustanın 21 vilayətində, 181 yaşayış məntəqəsində, əsasən Qərbi Monqolustanda yaşayırlar. Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində ən çox cəmlənmişlər. Qazaxlar həmçinin Ulan-Batorun Nalayx rayonunun 4-cü mikrorayon əhalisinin 90% -ni təşkil edir. Monqolustan qazaxları əksər hissəsində köçəri həyat tərzi sürür və əsasən maldarlıqla məşğul olurlar. Repatriasiya proqramı çərçivəsində 1990-cı illərdə Monqolustan Qazaxıstana 20.000-ə qədər qazax ailəsi köçür.
Monqolustan tarixi
Monqolustan tarixi — Monqolustanın keçmişi. Mərkəzi Asiyanın köçəri cəmiyyətinə quldarlıq təsərrüfatı məlum deyildi. Burada ibtidai icma quruluşundan birbaşa feodalizm ictimai-iqtisadi formasiyaya keçilmişdi. Feodal münasibətləri ilə yanaşı burada mürəkkəb etnoqenez inkişaf edirdi. Bunun gedişində bir çox qəbilə və tayfalar qovuşaraq yeni və daha böyük etnik birliklər- xalqları təşkil edirdilər. Monqol çölləri bir çox müasir türk, monqol, Asiya və Avropa xalqlarının təşəkkül tapdığı və formalaşdığı ərazidir. Çin mənbələrindən məlum olur ki, VIII əsrdə Çinlə sərhəddə Monqus dövləti mövjud olub. Bu dövlətin əhalisi monqolları təşkil edirdilər və daima Sin imperiyasının narahat edirdilər. Tatarlar bu dövlətlə öyünərək qəhrəmanlıq göstərən əsgərlərə monqol adı ilə mürajiət edirdilər. Monqol tayfaları köçəri həyat tərzi keçirirdilər.
Monqolustan (1911-1921)
Monqolustan (monq. Монгол Улс; monq. Олноо өргөгдсөн Монгол улс, — Boqdo-xan Nonqolustanı) — Daxili Monqolustan ərazisində yerləşən dövlət. Əvvəlcə Çinin daxilində muxtar ərazi, Rusiya İmperiyasının protektoratı, nəhayətdə müstəqil dövlət. Şinxay inqilabından sonra Tzin imperiyası ləğv edilir. Onun yerində isə Çin Respublikası elan edilir. Nəticədə imperiyanın ərazisində milli azadlıq hərəkatı başlayır. 1 dekabr 1911-ci ildə Xalxas knyazları və buddist lamaları ölkəni müstəqil olmasını elan edirlər. Hüquqi baxımından bu onunla izah edilir ki, Monqolustan Tzin imperiyasının vassalı olmuşdur, Çin dövlətinin yox. Ölkənin buddist lideri VIII Boqdo-Qeqen 29 dekabrda özünü Boqdıxan elan edir və treokratik monarxiya qurur.
Monqolustan (1911–1921)
Monqolustan (monq. Монгол Улс; monq. Олноо өргөгдсөн Монгол улс, — Boqdo-xan Nonqolustanı) — Daxili Monqolustan ərazisində yerləşən dövlət. Əvvəlcə Çinin daxilində muxtar ərazi, Rusiya İmperiyasının protektoratı, nəhayətdə müstəqil dövlət. Şinxay inqilabından sonra Tzin imperiyası ləğv edilir. Onun yerində isə Çin Respublikası elan edilir. Nəticədə imperiyanın ərazisində milli azadlıq hərəkatı başlayır. 1 dekabr 1911-ci ildə Xalxas knyazları və buddist lamaları ölkəni müstəqil olmasını elan edirlər. Hüquqi baxımından bu onunla izah edilir ki, Monqolustan Tzin imperiyasının vassalı olmuşdur, Çin dövlətinin yox. Ölkənin buddist lideri VIII Boqdo-Qeqen 29 dekabrda özünü Boqdıxan elan edir və treokratik monarxiya qurur.
Monqolustan (orta əsrlər)
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Monqolustan Demokratik Partiyası
Monqolustan Demokratik Partiyası (ing. Democratic Party;monq. Ардчилсан Нам) — Monqolustanın sağ milliyətçi siyasi partiyası. 1990-cı ildə demokratik inqilabdan sonra Monqolustan çoxpartiyalı sistemə keçdi. Demokratik inqilabla Monqolustan kommunist rejimli ölkədən demokratik ölkəyə çevrilirdi. İnqilabdan sonra ölkədə ilk olaraq Demokratik Partiyası, Monqolustan Milli Mütərəqqi Partiyası və Monqolustan Sosial Demokrat Partiyası təsis edildi. 6 dekabr 2000-ci ildə Monqolustan Milli Demokrat Partiyası, Monqolustan Sosial Demokrat Partiyası və digər 5 partiya Monqolustan Demokratik Partiyasında birləşdilər. 1 aprel 2006-cı ildə Partiyanın qurultayında Tsaxia Elbeqdorj partiyanın lideri seçildi. Seçkilərə 4 namizəd qatılmışdı. İlk turda Tsaxia Elbeqdorj 46% səs topladı.
Monqolustan Respublikaçılar Partiyası
Monqolustan Respublikaçılar Partiyası (monq. Монголын Бүгд Найрамдах Нам) - Monqolustanda siyasi partiya. Sədrinin adına görə həmçinin Carqalsayxanın partiyası kimi də tanınır. 2004-ci ildə partiya Monqolustan parlamenti Böyük Xuralda 76 yer qazansa da, 2008-ci ildə bir yer belə əldə edə bilməmişdir.
Monqolustan Xalq Respublikası
Monqolustan Xalq Respublikası (monq. Бугд Найрамдах Монгол Ард Улс) — 1924-cü ildən 1992-ci ilədək iqtidarda olmuş tarixi dövlət. İkinci dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət statusu-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım(Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in statusu-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu. Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Monqolustan şəhərləri
Monqolustanın Milli statistik idarəsiylə (idarə etməsiylə) Arxivləşdirilib 2009-01-03 at the Wayback Machine Səhiyyə Nazirliyinin Səhiyyənin inkişafı üzrə (görə) milli mərkəz.
Monqolustan ədəbiyyatı
Monqolustan ədəbiyyatı — Monqolustan ərazisində formalaşmış ədəbiyyat. Köçəri şifahi ənənələrindən çox təsirlənmişdir. Monqol ədəbiyyatının "üç zirvəsi" olan "Monqolların dəruni dastanı", "Geser" və "Canqar" dastanları Avrasiya çöllüyündə qəhrəmanlıq dastanlarının çoxəsrlik ənənəsini əks etdirir. Monqol ədəbiyyatı cəmiyyətin, siyasi, iqtisadi və sosial inkişaf səviyyəsinin, eləcə də aparıcı intellektual meyllərin əksidir. Monqolustan ədəbiyyatı nəğmələr, qəhrəmanlıq dastanları, əfsanə, tapmaca, atalar sözü və s. kimi şifahi ədəbiyyat nümunələri ilə zəngindir. "Monqolların dəruni dastanı" (1240), Lubsan Dandzanın "Altun dastan" (XVII əsrin əvvəli), Saqan Setsenin "Qiymətli düymə" (1662), anonim "Sarı hekayət" dastanları və s. qədim ədəbi abidələrdəndir. "Geser", "Canqar" dastanları yazıya alınmışdır. Orta əsrlər poeziyasının nümunələri XVII–XVIII əsrlərə aid salnamələrdə mühafizə olunmuşdur.
Monqolustan əhalisi
Monqolustan əhalisi — Monqolustan əhalisinin demoqrafik xüsusiyyətləri. 2016-cı ilə olan məlumata görə Monqolustan əhalisinin sayı 3,081,677 nəfərdir. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, Monqolustan ərazinin məskunlaşma baxımından çox əlverişsiz olması səbəbilə əhalisinin sayına görə 134-cü pillədədir. Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir. 2010-cu ildəki əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfər olmuşdur.
Monqolustan əməliyyatı
Monqolustan əməliyyatı — 5-ci sovet ordusu, Uzaq Şərq Respublikaları Xalq İnqilab Ordusu və Monqolustan Xalq İnqilab Ordusunun general Ungernik ağqvardiyaçı bandalarını darmadağın etmək məqsədilə keçirdiyi müdafiə (may–iyun) və hücum (iyun–avqust) əməliyyatları. 1920-ci ildə Ungernin qoşunları Monqolustanı tutmuş və orada hərbi diktatura qurmuşdu. Monqolustanın Müvəqqəti Xalq Hökuməti ağqvardiyaçılara qarşı birgə mübarizə üçün köçək göndərməyi SSRİ hökumətindən xahiş etmişdir. Monqolustana 5-ci Ordunun 35-ci atıcı diviziyası, 35-ci süvari alayı və s. hissələr göndərilmişdir. Ümumi rəhbərlik 5-ci ordunun komandanı Mixail Matiyaseviçə həvalə edilmişdir. Sovet və monqol qoşunlarının birgə hücum əməliyyatları nəticəsində Ungernin qoşunları məğlub edilmiş, özü isə əsir alınmış və Sibir inqilabi tribunalının hökmü ilə 15 sentyabr 1921-ci il tarixində güllələnmişdir. Böyük Sovet Ensiklopediyası. III cild. Кузьмин С. Л. История барона Унгерна.
Nökər (Monqolustan)
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri. XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
Futbol üzrə Monqolustan çempionatının qaliblərinin siyahısı
Monqolustan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Monqolustan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Monqolustan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Monqolustan 2018 Qış Olimpiya Oyunlarında
Monqolustan 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 1 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Momnqolustan «B» kateqoriyası üzrə 15 km-lik kişilər və 10 km-lik qadınların yürüşündə iştirak hüququ əldə etmişdir.
Monqolustan Milli Futbol Çempionatı
Monqolustan Vətəndaş Müharibəsi (1260-1264)
Monqolustan vətəndaş müharibəsi — Məngu xanın ölümündən sonra iki qardaşı Arıq Buğa və Xubilay arasında baş vermiş müharibə (1260-1264). Müharibədə Bərkə xan Arıq Buğanın, Hülaku xan isə Xubilay xanın tərəfini tutmuşdur. 1258-ci ildə Məngu Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Məngunun ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.
Monqolustan Xarici İşlər Nazirliyi
Monqolustan Xarici İşlər Nazirliyi (monq. Монгол улсын Гадаад харилцааны яам) — Monqolustanın mərkəzi icra hakimiyyəti orqanı, Moqolustanın xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəetməsini həyata keçirir. 2011-ci ildə - müasir tarixdə Monqolustan Xarici İşlər Nazirliyi 100 illiyini qeyd etdi. 1961-ci ildə Monqolustan BMT, ÜTT, BVF və ATƏT kimi təşkilatların üzvü olmuşdur. 1962-ci ildə YUNESKO-nun üzvülüyünə daxil olur. Monqolustan dünyanın 181 ölkəsi və Avropa İttifaqı ilə siyasi əlaqələri var . 1921-ci ilin noyabrında Rusiya ilə, 1949-cu ildə isə Çin Xalq Respublikası ilə diplomatik münasibətlər quruldu. Monqolustanın xaricdə 35 diplomatik nümayəndəliyi var.

Digər lüğətlərdə