MÜŞAVİR
MÜŞFİQƏ
OBASTAN VİKİ
Mikayıl Müşfiq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Müşfiq Mecidov
Müşfiq Mirzəyev
Müşfiq Məmmədli
Müşfiq Məmmədli Fazil Oğlu (azərb. Müşfiq Məmmədli‎; 1 avqust 1972, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı. Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990–1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996–1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997–1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004–2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib.
Müşfiq Nəsirov
Müşfiq Orucov
Müşfiq Paşayev
Müşfiq Rzayev
Müşfiq Nazir oğlu Rzayev (23 mart 1998-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda yarımmüdafiəçi kimi çıxış edən Azərbaycanlı professional futbolçudur. Müşfiq Rzayev öz peşəkar karyerasında debütünü 4 avqust 2016-cı ildə Solyaris Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Spartak Kostroma klubuna qarşı oyunda etmişdir.
Müşfiq Teymurov
Müşviq Elşən oğlu Teymurov (15 yanvar 1993-cü ildə Yevlaxda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. Müşviq Teymurov 1993-cü ildə Azərbaycanın Yevlax şəhərində anadan olmuşdur. O, Yexlaxın Karvan uşaq seleksiyaçı klubunda futbolla məşğul olmağa başlamışdır. 2009-cu ildə Müşviq Qəbələ Futbol Akademiyasına qəbul olunmuşdur. Mövsümlərə görə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: Mövsümlərə görə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir: Müşviq Teymurov Qəbələ klubu ilə UEFA Avropa Liqasının 2014-15 mövsümündə iştirak etmişdir. 2014-cü il - Qəbələ klubu ilə 2013-14 Azərbaycan Kuboku mövsümündə finalçı olmuşdur. Müşviq Teymurov 2011-ci ildə Azərbaycan U-19 milli futbol komandasına dəvət almışdır. O, milli ilə debütünü 6 oktyabr 2011-ci ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində İsveç millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Müşfiq Tumurcuq
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Müşfiq Xosizadə
Müşfiq Çobanlı
Müşfiq Çobanov
Müşfiq İbrahimov
Müşfiq İsayev
Müşfiq İsmayılov
Müşfiq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Müşfiq Abbasov
Müşfiq Abbasov (tam adı: Müşfiq Dilqəm oğlu Abbasov; 7 iyul 1978, Bakı) — redaktor, prodüser, aktyor, ssenarist. Müşfiq Abbasov 7 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub. Parni iz Baku KVN komandasının ssenaristlərindən biri olub. 2000-ci ildə Moskvada keçirilən "Onluğun turniri"ndə "Parni iz Baku" əsrin çempionu kubokunda MDB KVN komandalarının müəllifləri içində, 20-ci əsrin ən yaxşı zarafatının müəllifi diplomuna layiq görülüb. 2000-ci ilin sonunda onlar CoRaf tərəfindən təklif gəlir. 2001-ci ildə "Parni iz Baku" komandasının kapitanı rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, Müşfiq CoRaf-ın təklifini qəbul etdi. Daha sonra "Bu şəhərdə" prodakşn kimi qeydiyyatdan keçdi. Sonra Müşfiq "Bu şəhərdə"nin formatını dəyişib, etdi konsert formatı. Müşfiq çörək mağazasında satıcı da işləyib, plastik qapı-pəncərə sexində menecer də, Neftbazada inspektor da, bir çox telekanallarda – redaktor, prodüser, ssenarist kimi də çalışmış, 5 filmin ssenarisini və 20 mahnının sözlərini yazmışdır. Ailəlidir.
Müşfiq Atakişiyev
Atakişiyev Müşfiq Cəmil oğlu (22 aprel 1966, Ağaməmmədli, İmişli rayonu) — iqtisad elmləri doktoru, professor. 2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir. Müşfiq Atakişiyev 1966-cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılmışdır. Elmi fəaliyyətini davam etdirərək 1996-cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür.
Müşfiq Borçalı
Müşfiq Bəktiyev
Müşfiq İsmayılzadə
Müşfiq Şahverdiyev
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Müşfiq Şükürov
Müşfiq Şükürov (tam adı: Şükürov Müşfiq Yarəhməd oğlu; d. 7 iyun 1968, Quba rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. 7 iyun 1968-ci ildə Quba rayonunda anadan olmuşdur. Hazırda Sumqayıt şəhərində yaşayır. AMEA-nın Fəlsəfə İnsitutunun böyük elmi işçidir. Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbi və Azərbaycan Sənaye İnstitutunu (indiki Sumqayıt Dövlət Universiteti) bitirmişdir. 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olmuş və 2001-ci ildə "Ekoloji problem və mənəvi imperativ" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifidir. Fəlsəfi ədəbiyyatdan bir sıra tərcümələr etmişdir.
Müşfiq Ələsgərli
Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri 1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib. 1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub. 1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir. Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.
Mikayıl Müşfiq (1978)
Film tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına, faciəli taleyinə həsr olunmuşdur. Görkəmli şairin anadan olmasının 70 illiyi münasibətilə çəkilmiş kinolentdə Mikayıl Müşfiqin həyatına aid səciyyəvi epizodlar, fotoşəkillər, əlyazmaları, kitablar və təbiət mənzərələri canlanır, şairin misraları səslənir.
Mikayıl Müşfiq (film, 1978)
Film tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına, faciəli taleyinə həsr olunmuşdur. Görkəmli şairin anadan olmasının 70 illiyi münasibətilə çəkilmiş kinolentdə Mikayıl Müşfiqin həyatına aid səciyyəvi epizodlar, fotoşəkillər, əlyazmaları, kitablar və təbiət mənzərələri canlanır, şairin misraları səslənir.
Mikayıl Müşfiqin Xatirə Muzeyi
Mikayıl Müşfiqin Xatirə Muzeyi - Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gələrək, Xızının Sayadlar kəndində yaradılıb. Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır. 2004-cü il 15 sentyabr tarixində keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. Muzey binası 1992-ci ildə tikilərək 1 mərtəbədən və 1 otaqdan ibarət olub, 55 kvadrat metr sahəni əhatə edir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır. Muzey Mikayıl Müşfiqin yaradıcılıq və həyatını əks etdirir. Mikayıl Müşfiq muzeyi-“Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzey statusu alandan sonra 8 nəfər işçi ilə 2006-cı ildən fəaliyyətə başlamışdır. Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır.Şairin büstü muzeyin həyətində qoyulmuşdur. Xatirə Muzeyində isə simvolik məzar qoyularaq, büst hazırlanır.
Mikayıl Müşfiqin büstü (Sumqayıt)
Mikayıl Müşfiqin büstü — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru, repesisya qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) şərəfinə ucaldılmışdır. Abidə 1993-cü ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, 34 nömrəli tam orta məktəbın qarşısında qoyulmuşdur. Abidənin postamenti ağ rəngdədir.
Mikayıl Müşfiqin heykəli
Mikayıl Müşfiqin heykəli - Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən şəhər heykəlidir. 1968-ci ildən heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Zeynalova tərəfindən işlənmiş abidənin açılışı 9 iyun 1970-ci ildə baş tutmuşdur. Heykəlin hündüryülü 1.5 metr, postamentlə birikdə abidənin hündürlüyü isə 3.2 metrdir. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir. Abidə yüksək emosional ifadəliyə malikdir. Heykəlin hündüryülü 1.5 metr, postamentlə birikdə abidənin hündürlüyü isə 3.2 metrdir. İlkin olaraq abidə daha sadə postamentə malik idi. Sonradan yenidənqurma işləri zamanı abidənin postamenti dəyişdirilmiş, bədii və memarlıq baxımından daha maraqlı olan pilləli və stella-pyedastal formalı postament yaradılmışdır. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir. Horizontal postamentin hündürlüyü 60 sm-dir.
Murtəza Kazimi Müşfiq
Mürtəza Kazımi Müşfiq (1887-1978) — müasir İran ədəbiyyatının banilərindən biri, nasir. 1924-cü ildə Berlində nəşr olunan İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan olan tərcümələrini redaktoru olduğu "İrane-Cavan" jurnalında nəşr etdirmişdir. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər "Solğun çiçək" və "Qiymətli qısqanclıq" adlı məşhur romanları kəskin sosial məsələlərə deyil sadə məişət təsvirinə həsr olunmuşdur. Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.
Murtəza Kazımi Müşfiq
Mürtəza Kazımi Müşfiq (1887-1978) — müasir İran ədəbiyyatının banilərindən biri, nasir. 1924-cü ildə Berlində nəşr olunan İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan olan tərcümələrini redaktoru olduğu "İrane-Cavan" jurnalında nəşr etdirmişdir. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər "Solğun çiçək" və "Qiymətli qısqanclıq" adlı məşhur romanları kəskin sosial məsələlərə deyil sadə məişət təsvirinə həsr olunmuşdur. Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.
Müşfiq Mustafayev (leytenant)
Müşfiq Orucov (Leytenant)

Значение слова в других словарях