Müşfiq Nəbi oğlu İbrahimov (11 yanvar 1995, Bakı, Azərbaycan — 8 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Müşfiq İbrahimov | |
---|---|
Müşfiq Nəbi oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sabunçu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Müşfiq İbrahimov 11 yanvar 1995-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dünyaya gəlmişdir.[2] Sabunçu rayonu 69 saylı tam orta məktəbdə təhsil alıb.
Müşfiq İbrahimov 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Müşfiq İbrahimov Füzulinin azad edilməsində savaşıb. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Sabunçuda dəfn edilib.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Müşfiq İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[6]