Müşfiq Xanlar oğlu İsmayılzadə (16 oktyabr 1994; Tovuz rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Müşfiq İsmayılzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2013 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Müşfiq İsmayılzadə 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub.[1] 2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Müşfiq İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub.