MƏRYƏM

İsa peyğəmbərlərin anasıdır. Quranda surələrdən biri onun adını daşıyır. Əri İmranın ölümündən sonra anası onu məbədə gətirmiş və orada onu Zəkəriyyə peyğəmbər öz himayəsinə götürmüşdür. Beləliklə, erkən yaşlarından başlayaraq Məryəm günlərini Allaha ibadət etməkdə keçirirdi. Elə o vaxtdan başlayaraq onun ətrafənda möcüzələr baş verməyə başlamışdır (Quran 3: 35-37). Daha sonra mələklər Məryəmə Allahın buyuruğu ilə İsanı doğacağı müjdəsini gətirdilər (Quran, 3: 45-47). Bundan sonra Məryəm cəmiyyətdən uzaqlaşmış, vaxtı yetişəndə isə xurma ağacının altında İsanı dünyaya gətirmişdir. Bir müddət keçdikdən sonra Məryəm körpəsi ilə geriyə dönmüşdür. Onun uşaqla döndüyünü görən soydaşları ona iftiralar yağdırmışdırlar (Quran, 19: 27-28). O zaman bələkdə olan İsa onlarla danışıb anasını müdafiə etmişdir (Quran, 19: 30-33). Müqəddəs mətnlərdə Məryəmin sonrakı həyatı ilə bağlı heç bir məlumat yoxdur.
MƏRVA
MƏRYƏM
OBASTAN VİKİ
Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Müqəddəs Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Məryəm (ad)
Məryəm — ad.
Məryəm (Çaroymaq)
Məryəm (fars. مريم‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Məryəm Anqubazova
Məryəm Anqubazova – Sosialist Əməyi Qəhrəmanı (1949). Tütünçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Məryəm Aydəmirova
Məryəm Aydəmirova (1 yanvar 1924 – 2 noyabr 1992, Qroznı) — Çeçen müğənnisi, musiqiçi, bəstəkar, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti, RSFSR əməkdar artisti. 1 yanvar 1924-cü ildə Nadterek rayonunun Beno-Yurt kəndində anadan olmuşdur. Ailənin yeganə övladı olur. Məktəbdə onunla birlikdə oxuduğu Mahmud Esambayev tərəfindən bir həvəskar sənət dərnəyində mahnı oxumağa çağrılır. Beşinci sinifdə Pyatiqorskda istedadlı uşaqlar üçün keçirilən yarışmada iştirak edir. Ancaq xüsusi bir musiqi təhsili almır. Deportasiya illərini Cambulda keçirir. Bir tanış onu ziyarətçilər üçün mahnı oxuduğu yeməkxanada işləməyə dəvət edir. Ailəyə verilən cüzi yardımla anası bir qarmon alır. Məryəm bunun üzərində çalmağı öyrənməyə başlayır.
Məryəm Bayraməlibəyova
Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri. Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü.
Məryəm Firuz
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Məryəm Fərmanfərmaiyan
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Məryəm Həsənova
Həsənova Məryəm Mirdaməd qızı (1938, Bakı – 29 iyul 2018, Bakı) — Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili. 1938-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda 190 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Həyatının sonrakı mərhələləri Siyəzən rayonunda keçmişdir. Bir müddət Siyəzən rayonunda direktor vəzifəsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. 2010-cu ildə işdən çıxmışdır. 1990-cı ilin sentyabr ayının 30-da deputat seçilməsi elan edildikdən az sonra, 6 oktyabrda qardaşı, qardaşının həyat yoldaşı, bacısı, bacısı oğlu avtomobil qəzasına düşərək həlak olmuşdur. Ondan sonra həyatının sonuna qədər başına qara yaylıq örtmüşdür. Anasının xahişi ilə ailə həyatı qurmuş və həyat yoldaşını 2009-cu ildə itirmişdir.
Məryəm Kromah
Məryəm Kromah (d. 1 yanvar 1994) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Məryəm Kromah Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məryəm Kromah birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Kromah 52.79 saniyə nəticəyə imza atdı və 5-ci yeri tutdu.
Məryəm Mahmudbəyova
Məryəm Fərəməz qızı Mahmudbəyova (2 yanvar 1921, Naxçıvan – 1992, Bakı) — tibb elmləri doktoru (1966), əməkdar həkim (1973). Məryəm Fərəməz qızı Mahmudbəyova 1921-ci il yanvar ayının 2-də Naxçıvan şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Q.M.Musabəyov adına Azərbaycan Elmi-Tədqiqat Virusologiya və Gigiyena İnstitutunda işləmiş, 1966-cı ildə tibb elmləri doktoru, 1976-1979cu illərdə Azərbaycan Elmi-Tədqiqat Qanköçürmə və Hemotologiya İnstitutunda “İmmun-hemotologiya” şöbəsinin müdiri olmuşdur. Tədqiqatı müasir təbabətin aktual məsələlərinin (bioloji aktivliyi yüksək olan mikro-molekulların, zülalların, nuklein turşusunun həll olunan antigen fraksiyalarının) öyrənilməsinə həsr olunmuşdur. Musabəyovanın antigen quruluşa aid tədqiqatlarından immun preparatların istehsal texnologiyası sahəsində, habelə x əstəliklərin profilaktika və diaqnostikasında geniş istifadə edilir. 1973-cü ildə Azərbaycanın Əməkdar həkimi fəxri adına layiq görülmüşdür. M.Mahmudbəyova 1992-ci ildə Bakıda vəfat etmişdir.
Məryəm Mirzəxani
Məryəm Mirzəxani (fars. مریم میرزاخانی‎; d. 3 may 1977, Tehran - ö. 14 iyul 2017, Stenford) — İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatının (2013) və Filds medalı laureatı (2014). Filds Medalı almış ilk qadın. Məryəm 1977-ci ildə 3 may tarixində Tehranda anadan olmuşdur. Atası Əhməd elektrik mühəndisi idi. O Nadir İstedadlıların İnkişafı üçün Milli Təşkilatın tərkibində olan Fərzanegan Məktəbində oxuyub. 1994-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan ilk iranlı qadın tələbə oldu. 1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasıda yüksək xal toplamışdır.
Məryəm Palizban
Məryəm Palizban - azərbaycanlı film və teatr aktrisası, rejissoru və ssenaristi. 1981-ci ilin oktyabr ayının 6-da Urmiya şəhərində anadan olmuşdur. 2004-cü ildə Tehran Universitetinin İncəsənət fakültəsinin Nümayiş sənəti ixtisası üzrə təhsil almışdır. Doktarantura təhsilini Azad Berlin Universitetinin Təziəh teatrında almışdır. Dərin nəfəs (2003) Lantouri (2016) Müxtəlif festivallarda rejissor işi, aktrisa işi və ssenaristliyə görə mükafatlara layiq görülmüşdür. Dərin nəfəs filmində oynadığı əsas rola görə XXI Fəcr Beynəlxalq Film Festivalında Film Akademiyası tərəfindən Ən Yaxşı Aktrisa mükafatına layiq görülmüşdür.
Məryəm Seyidbəyli
Seyidbəyli Məryəm Həsən qızı (3 oktyabr 1955, Bakı) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru (2013), professor (2021), AMEA Elm Tarixi İnstitutunun direktoru, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının üzvü. Məryəm Seyidbəyli 1955-ci il oktyabr ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb dili və ədəbiyyatı şöbəsində təhsil almışdır. 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1983-cü ildə "Azərbaycanın Orta əsrlər tarixi (III–XII əsrlər)" şöbəsində öz fəaliyyətini davam etdirmişdir. 1980–1986-cı illərdə ərəb dili tərcüməçisi kimi dövri olaraq Əlcəzair, Suriya, Liviyada ezamiyyətlərdə olmuşdur. 2003-cü ildə "Azərbaycan diasporu" şöbəsinin müdiri təyin edilmişdir. O, həmçinin Bakı Multikulturalizm Mərkəzinin Beynəlxalq əlaqələr komissiyasının sədridir. AMEA-nın Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Elm Tarixi İnstitutu yaradılmış və Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 1996-cı ildə "XIII əsrin birinci yarısı — XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" mövzusunda (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında) namizədlik dissertasiyasını müdafiə etmişdir.
Məryəm Sulkeviç
Məryəm Mustafovna Sulkeviç — əsasını H. Z. Tağıyev qoyduğu Aleksandra imperator rus-müsəlman qız məktəbində müəllim və Bakı Müsəlman qadınlarının Xeyriyyə Cəmiyyətinin fəal üzvü idi. Məryəm Sulkeviç 1861-ci il dekabrın 15-də Vilno quberniyasında (hal-hazırda ərazisi Belarus ilə Litva arasında bölünmüşdür) tatar əsilli zadəgan ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Vilnodakı Mariin qız gimnaziyasında almışdır. 1899-cu ilə qədər ev müəlliməsi kimi işləmişdir. Bakıda Rusiya imperiyasının ilk dünyavi qız məktəbinin açıldığından xəbər alan Məryəm Sulkeviç həmin məktəbdə müəllimlik etmək xahişi ilə məktəbin Qəyyumluq Şurasına müraciət etmiş və 1901-ci ildən etibarən orada rus dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. 1911-ci ildə 1-ci rus-müsəlman qadın məktəbinə müəllimə vəzifəsinə təyin edilmişdir. Məktəbin müdri Hənifə Məlikovanın tərtib etdiyi hesabatda Məryəm xanımı təcrübəli, çalışqan və işinə ciddi yanaşan müəllim kimi xarakterizə edilmişdir. Lakin 1912-ci ildə ağır ağ ciyər xəstəliyinə tutulmuş Məryəm xanım fəaliyyətini bir neçə dəfə dayandırmalı olmuş və müalicə almağa başlamışdır. Bu xəstəliyə sonradan ateroskleroz və əsəbi qıc olma da əlavə olmuşdur. 1917-ci ilin payızında Kislovodskda müalicə alan Məryəm Sulkeviç dünyasını dəyişmişdir.
Məryəm Sultan
Məryəm Sultan (tam titulu: Ülyacənab, Naibəyi-Nəvvabi Səfəviyyə Məryəm Sultan Səfəvi) — Səfəvi hökmdarı I Təhmasibin və Hurixan xanımın qızı. Məryəm Sultan 1551-ci ildə Qəzvində doğulmuşdur. Anası Hurixan xanım saray intriqalarında yer almayan bir qadın idi. Şah Təhmasib Qəzvinə səyahətə gedərkən sarayda ona vurulmuş və hərəminə daxil etmişdi. Hələ paytaxt Qəzvin olmadan əvvəldə də Məryəm Sultan anası ilə birgə orada yaşayırdı. 1555-ci ildə dövlətin rəsmi paytaxtı Qəzvin olduqdan sonra Hurixan xanım da bu uzun xənədan mübarizəsinə qoşuldu. Sultanağa sultanla yaxın olan Hurixanxanım onun tərəfində yer almağa başladı. Bu təbii ki, Məryəm sultana da təsir edir, digər bacı-qardaşlarına yaxınlaşdırırdı. Məryəm sultana saray təlim-tərbiyəsi almışdı. Sonradan olan doğma bacısı Zeynəb də onun kimi bacarıqlı idi.
Məryəm Surəsi
Məryəm surəsi — Məryəm (Məryəm əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur, 98 ayədir). Surədə Məryəmin İsanı dünyaya gətirməsindən danışıldığı üçün belə adlandırılmışdır.
Məryəm Səfərova
Məryəm Səfərova (d. 3 iyul 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. O, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin baş qəhrəmanı olan Mina obrazını canlandırıb. Məryəm Səfərova 2004-cü il 3 iyulda anadan olub. Məryəm Səfərova 2009-cu ildən etibarən bədii gimnastika ilə məşğul olur. Məryəm Səfərova beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Məryəm Səfərova, Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Elə həmin ildə o, Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı və yenə, yarışların qızıl medalına layiq görüldü. 2015-ci ildə isə Məryəm Səfərova Bakı Çempionatında da qızıl medala sahib oldu. Məryəm Səfərova 2017-ci il 12 mayda Bakı Olimpiya Stadionunda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, Mina obrazınının canlandırdı.
Məryəm Uzerli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Məryəm Uzərli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Məryəm Vahidova
Məryəm Adıyevna Vahidova (15 oktyabr 1959, Qazaxıstan) — Sovet və rus filoloqu, publisist və ictimai-siyasi xadim, jurnalist, Mixail Lermontov, A. Puşkin, Lev Tolstoy və başqalarının tədqiqatçısı. O, Beynəlxalq Fundamental Təhsil Universitetinin (IUFS) təşkilatçılığı ilə 11–12 noyabr 2014-cü il tarixlərində Sankt-Peterburqda keçirilən VI Dünya Elmi Konqresində Oksford Universitetindən fəxri fəlsəfə doktoru (Ph. D.) diplomu aldı. Elə orda Dostoyevskinin "Gözəlliyə görə. "Humanizm, Ədalət" medalı və "Şərəf və Cəsarət" ordeni ilə də təltif edilmişdir. 2017-ci ildə incəsənət və mədəniyyət sahəsində Fəxri Böyük Doktor Diplomunu almışdır (No 17 08 00041). 9 oktyabr 2018-ci ildə Jurnalistika və Ədəbiyyat üzrə Böyük Doktor diplomu alıb, Tacikistan Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib. Məryəm Adıyevna Vahidova 15 oktyabr 1959-cu ildə Qazaxıstanda anadan olub. O, 1985-ci ildə N. K. Krupskaya adına Semipalatinsk Pedaqoji İnstitutunu bitirib. İxtisasca filoloqdur.
Məryəm İmanova
Məryəm İmanova (25 yanvar 1998) — Azərbaycanlı stolüstü tennisçi. 2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə "Olimpik Star" idman-əyləncə kompleksində yeniyetmə və gənclər arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyində 1996–1998-ci il təvəllüdlülər arasında qarışıq-qoşa stolüstü tennis qaydalarına uyğun təşkil edilmiş yarışda Bakını təmsil edən Nurlan Həsənovla birinci yer olub. Həmçinin qızlar arasında keçirilmiş şəxsi yarışlarda da qalib olub. Həmçinin 1996–1998-ci il təvəllüdlü qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Şərmin Şirinova (Sumqayıt) ilə birinci yeri tutublar. 2015-ci ilin yanvarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə qızlar arasında qoşa yarışlarda Azərbaycan yığma komandasının üzvləri Rüfət Quliyeva ilə cütlük şəklində III yerə sahib olub, bürünc medal qazanıblar. 2015-ci il fevralında Bakıda stolüstü tennis üzrə beynəlxalq "Top-16" turnirində qadın tennisçilərin yarışında Azərbaycanı təmsil edib. "Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarında iştirak edib. 2017-ci ildə Azərbaycan yığmasının heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2019-cu ildə Qazaxıstanın Çimkənt şəhərində keçirilən Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının heyətində qadınların komanda yarışlarında Nəzakət Qarayeva ilə gümüş medal qazanıb.
Məryəm Şabanova
Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı. Məryəm Şabanova (qızlıq soyadı: Aranoviç) 1985-ci ildə Bakı şəhərinin Füzuli küçəsində (əvvəlki adla Basin) anadan olub. Yəhudi əsillidir. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır. 2006-cı ildə Məryəm Rüstəm adlı bir şəxslə ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır.
Dərman məryəmnoxudu
Dərman məryəmnoxudu (lat. Teucrium marum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaedrys marum (L.) Moench == Yarımnövləri == Teucrium marum subsp.
Hirkan məryəmnoxudu
Hirkan məryəmnoxudu (lat. Teucrium hircanicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20-25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.
Mahmud və Məryəm
Mahmud və Məryəm (roman) — 1985-ci ildə çap olunan Elçin Əfəndiyevin romanı. Mahmud və Məryəm (film, 2013) — Elçin Əfəndiyevin eyniadlı romanı əsasında 2013-cü ildə çəkilən film.
Mahmud və Məryəm (film, 2013)
Mahmud və Məryəm — Azərbaycan və Türkiyə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasında 2013-cü ildə müştərək çəkdikləri film. == Məzmun == Film müsəlman Mahmud ilə xristian Məryəmin mümkünsüz görünən məhəbbəti haqqındadır. Filmdəki hadisələr 1500-cü illərdə baş verir. Mahmud Gəncə xanı Ziyad xanın oğlu, Məryəm isə xristian keşişinin qızıdır. Gənclərin məhəbbəti Ziyad xan və keşiş tərəfindən yaxşı qarşılanmır. Keşiş Məryəmi götürüb uzaqlara qaçır. Ziyad xanın etirazlarına baxmayaraq, Mahmud Məryəmin dalınca gedir. Yolda Mahmud Çaldıran döyüşünün baş verdiyi düzənliyə çatır və gördüklərindən çox təsirlənir. Süleyman Paşanın köməyi ilə Məryəmi tapsa da, filmin sonunda hər iki aşiq əfsanəvi şəkildə dünyalarını dəyişir. == Haqqında == Filmi Azərbaycanın “Salnamə” və Türkiyənin 24 Kare şirkətləri müştərək çəkiblər.
Mahmud və Məryəm (roman)
Mahmud və Məryəm — Elçin Əfəndiyevin 1983-cü ildə Bakıda rus dilində çap olunan romanı. Roman əsasında 2013-cü ildə eyniadlı film çəkilmişdir. == Haqqında == Roman 1985-ci ildə Bakıda rus dilində işıq üzü görəndən sonra dünyanın bir çox dillərinə tərcümə edilib yaxın və uzaq xaricin bir çox ölkələrində nəşr olunmuşdur. Klassik Azərbaycan, daha geniş, Şərq ədəbiyyatının çoxəsrlik humanist ənənələrini, milli, dini və irqi mənsubiyyətindən asılı olmayaraq, insana sevgini əks etdirən romandır. == Məzmun == Romanda keçmiş əyyamların hadisələrindən bəhs olunur. XVI əsrin əvvəllərinin Gəncəsi (Şah İsmayılın hakimiyyəti dövrü), güclü, eyni zamanda əsl məhəbbət qarşısında aciz olan Gəncə hakimi Ziyad xan və onun xanımı, gözəllər gözəli Qəmərbanu, Mahmud və Məryəm – gəncliyin çılğın ehtirasıyla bir-birlərini sevmiş bir müsəlman oğlanla, bir xristian qız.
Müqəddəs Bakirə Məryəm kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Müqəddəs Bakirə Məryəmin kosteli
Müqəddəs Bakirə Məryəmin kosteli (rus. Костёл Пресвятой Девы Марии) - vaxtı ilə Bakıda yerləşmiş katolik məbədi hazırkı Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşirdi. 1912-ci ildə polşalı memar İosif Ploşkonun layihəsi əsasında ucaldılıb. XX-ci əsrin 30-cu illərində dağıdılıb. Kostelin layihəsi İosif Ploşko tərəfindən 1909-cu ildə hazırlanıb. Məbədin tikilməsi üçün vəsaiti əsasən xeyriyyə yolu ilə polyakəsilli neft sənayeçisi olan Rılski ailəsi və Xəzərin dibindən neft hasilinin banisi Vitold Zqlenitski verirdi. Məbədin tikintisi 1912-ci ildə tamalanır. Məbədin tikilməsində əsas rolu oynayanların və kosteli ziyarət edənlərin əsası polyak olduğu üçün el arasında onu polyak kosteli adlandırırdılar. Məbədin yerləşdiyi yer isə camaat tərəfindən prestijli sayılırdı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra bolşeviklər dinə qarşı müharibə elan edirlər.
Müqəddəs Məryəm Ana kilsəsi, Asen qalası
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.
Müqəddəs Məryəm Ana kilsəsi (Asen qalası)
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.
Müqəddəs Məryəm Ana kilsəsi (Nic)
Müqəddəs Məryəm Ana Bulun Kilsəsi (udi Ĭvĕl Mariyami Nanay Bulun Gergeś, erm. Սուրբ Աստվածածին եկեղեցի) — Qəbələ rayonunun Nic qəsəbəsində, kəndin yuxarı (udi bulun) məhəlləsində yerləşən tarixi abidə. Qəsəbənin ən böyük və yeganə qübbəli dini abidəsi olan kərpicdən tikilmiş ziyarətgahın (xarici ölçüləri: 25.73 x 13.74 metr) qərb və cənub fasadlarına açılan iki girişi, səkkizbucaqlı günbəzi və ikimərtəbəli hörgüləri var. Cənub girişinin timpanumuna həkk olunmuş, 2020-ci ildəki bərpaya qədər mövcud olmuş bir yazıya görə, 1890-cı illərə aiddir və öncəki adı "Müqəddəs Bakirə Kilsəsi" (erm. Սուրբ Աստվածածին) olmuşdur: "1890-cı ildə Nic kəndinin Yuxarı Müqəddəs Bakirə Kilsəsinin inşasına yerli xalqın ianələri ilə başlandı. 189..." (erm. Ի 1890 Թ(ՎԻ)Ն ՍԿՍՈՒԵՑ ԱՅՍ ՆԻԺ ԳԻՒՂԻ ՎԵՐԻՆ ԹԱՂԻՍԱ(ՍՏՈՒԱ)ԾԱԾԻՆ ԵԿԵՂԵՑՒՈՑ ՇԻՆՈՒԹԻՒՆԸ ԱՍԱՐԱԿՈՒԹՅԱՆ ԾԱԽՔՈՎ ԱՒ(ԱՐ)Տ 189. Թ.։) Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi udi əsilli keşişlər siyahıya alınmışdır: Xaçatur Ter-Hovhannes oğlu Martirosyants (d. 1794, Calut monastırında dini xidmətə qəbul edilməsi 1832, kilsədə xidmət illəri 1832-1857) və Hovhannes Martiros oğlu Şirvanyants (d. 1801, xidmətə qəbul edilməsi 1832) Avaq Ter-Xaçatur oğlu (1857-1860) Avetis Ter-Xaçatur oğlu (1861-1864) və Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1864-cü ilədək Avetis ilə birlikdə) Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1868) və Hovhannes Koliyants Zərrab kəndindən Astvatzatur Arzuman oğlu Simeonyants (1872) Qalust Stepanyan Palçyants (dini xidmətə qəbul edilməsi 1876, Ağbat monastırı, 1908-ci ilədək) Mkrtç Şirvanyants (1890-cı ildən Qalust ilə birlikdə, 1898-ci ildə oğlu Meliksedek ilə dəyişdirilməsi üçün iş qaldırıldı) Arşak Arzuman oğlu Palçyants (d.
Müqəddəs Məryəm Ana monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır. Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır. Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir.
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (Bakı)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Müqəddəs Məryəm kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Müqəddəs Məryəm kilsəsi (Tağaser)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tağaser kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsənin inşaat kitabəsinə əsasən onun XVII əsrdə tikildiyi müəyyən edilmişdir. Kilsənin xarabalıqları Tağaser kəndinin qərbindəki təpənin üstündə yerləşir. Kilsənin cənub və qərb tərəflərində daha iki tikilinin xarabalıqları vardır. Kompleksin şimal tərəfini əhatə etmiş müdafiə divarlarının yalnız qalıqları dövrümüzə çatmışdır. Planda sadə düzbucaqlı formaya malik olan kilsə, 15x5.3 metr ölçülərə malikdir. İbadət zalının şərq hissəsində tağlı örtüyə malik altar apsidası və iki kiçik köməkçi otaq yerləşir. Tikili tamamilə yerli daşlardan inşa edilmişdir.
Müqəddəs Məryəm kilsəsi (Tuğ)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Tuğ kəndinin şimal-qərb hissəsindəki qəbirsanlıq ərazisində yerləşir. Qəbirsanlığın yerləşdiyi ərazi yerli əhali tərəfindən Qızlar düzü adlandırılır. Hündür qoz ağacları ilə əhatə olunmuş sahənin mərkəzində yerləşən kilsə, təbiətlə harmoniya təşkil edir. Kilsə, tərəfləri 2x3 metr ölçüyə malik sadə düzbucaqlı zal-kilsə formasına malikdir. Kilsə, demək olar ki, yarıya qədər yerin altındadır və buna görə də, cənub divarındakı qapı vasitəsiylə içəri girmək mümkün deyil. İbadət zalı, apsida və köməkçi otaqlar da qismən yerin altında qalmışdır. Kilsənin divarlar kobud çapılmış daşlardan hörülmüşdür. Tağtavan daşıyıcı divarların qarşısındakı pilonlar və onları birləşdirən qabırğavari tağlar vasitəsiylə saxlanılır.
Müqəddəs Məryəm kilsəsi (Ərəkül)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir. Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir. 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir. 1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir. Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir. Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir. Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur. 20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir.
Müqəddəs Məryəmin Milad Kilsəsi (Vladiqafqaz)
Osetiya təpəsində Müqəddəs Məryəmin Milad Kilsəsi — Vladiqafqaz şəhərində yerləşən qədim pravoslav məbədi. Rusiya Federasiyası xalqlarının mədəni irs obyekti. Bəzi məlumatlara əsasən, Müqəddəs Məryəmin Milad məbədi (Vladiqafqaz şəhərinin Osetiya təpəsində yerləşdiyinə görə yerli sakinlər buranı qısaca Osetiya kilsəsi adlandırır) 1814-cü ildə Osetiya Ruhani Komissiyası tərəfindən "missioner məqsədləri və Vladiqafqazda ilk məskunlaşan pravoslav osetinlərin ehtiyacları üçün" qurulmuş və təqdis edilmişdir. Digər mənbələrə görə, məbəd 1823 -cü ildə qurulmuş və 24 mart 1824 -cü ildə müqəddəsləşdirilmişdir. Əvvəlcə dördbucaqlı şəklində olsa da, sonradan çarmıx vəziyyətinə gətirildi. 1823-cü ildə bu ərazidə daşdan məbəd tikildi. Pravoslav dindarların sayı çoxladıqca kilsə genişləndi və yenidən quruldu. 1861-ci ildə yıpranmış bina əvəzinə klassik üslubda yeni bir daş məbədi tikildi. Tikinti Vladikavkaz hərbi dairəsinin rəisi Baron Vrevski, general Yevdokimov, polkovnik Speranski, knyaz Svyatopolk-Mirski və digər nüfuzlu vətəndaşların və şəhərin sadə sakinlərinin iştirakı ilə aparılmışdır. 1896-cı ildə məbədi yeni əlavə tikili ilə genişləndi və daş hasarla əhatə olundu.
Müqəddəs Məryəmin dirilməsi bazilikası (Strahov)
Müqəddəs Məryəmin dirilməsi bazilikası (çex. Bazilika Nanebevzetí Panny Marie) — Çexiyanın paytaxtı Praqa şəhərinin Strahov rayonunda yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə Premonstrant Strahov monastırının tərkibinə daxildir. 6 noyabr 1991-ci ildə o kiçik bazilika tituluna layiq görülmüşdü. Müqəddəs Məryəmin dirilməsi bazilikası Premonstrant Strahov monastırının tərkib hissəsi olaraq, 1140–1143-cü illər arasında Çexiya knyazı II Vladislavın təsisi və Olomouç yepiskopu Yindrjix Zdikin təşəbbüsü ilə əsası qoyulmuşdu. Kilsə bir neçə dəfə yenidən qurulmuşdu. XVII əsrin əvvəllərində kilsə tamamilə baxımsız vəziyyətə düşmüşdü. Monastırda yalnız müqəddəs Ursula kilsəsi normal vəziyyətdə idi və buna görə də, kiçik premonstrant icması öz ibadətlərini burada yerinə yetirirdi. Hazırkı barokko görünüşünü kilsə abbat Kaspar fon Kvestenberq (1612–1640) tərəfindən həyata keçirilmiş yenidənqurmadan sonra əldə etmişdir. Elə həmin dövrdə, 1627-ci ildə monastıra Maqdeburqdan Premonstrant ordeninin qurucusu Ksantentli müqəddəs Norbertin qalıqları köçürülmüşdür.
Məryəm (teleserial, 2016)
Məryəm bədii teleserialı 2016-cı ildə Şahin Qəhrəman tərəfindən ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Ekran əsərində, gündəlik həyatımızda qarşılaşdığımız ailə-məişət problemləri, ailə münaqişələri və onların çözüm yolları öz əksini tapır. Əsas rolları Günəş Mehdizadə, Azər Aydəmir, Rasim Cəfərov, Nəsibə Eldarova, Səbinə Məmmədova ifa edirlər. "ATV" kanalında yayımlanan və dram janrında olan seriallardan biri də "Məryəm" adlanır. Serialın prodüseri, Həsən Axundovun, verdiyi məlumata görə, çəkilişləri Bakı şəhərində həyata keçirilən ekran işinin mövsümün sonuna qədər yayımlanacağı planlaşdırılır. "Ekran əsərində, gündəlik həyatımızda qarşılaşdığımız ailə-məişət problemləri, ailə münaqişələri və onların çözüm yolları öz əksini tapır. Serialın hər bölümü tamaşaçılara müxtəlif hisslər: sevgi, nifrət, gülüş və göz yaşları yaşadır." Altı ildir ailə qurmasına baxmayaraq uşağı olmayan Məryəm qaynanası ilə yola getmir. Nəsibə (Məryəmin qaynanası) onu oğlundan — Azərdən (Məryəmin yoldaşı)ndan ayırmağa çalışır. Mübahisə edərkən Azər Məryəmə əl qaldırır və Məryəm evdən çıxıb İlqargilə (Məryəmin qardaşı)gilə gedir.

Digər lüğətlərdə