Ərəbcədir və mənası “alt” anlamına uyğun gəlir. Atın ayağının altına vurulan dəmirdir. İkinci mənası “evlərdə sütunun altına uzadılan tir” deməkdir. Nəlbəki sözü də buradandır. “Döşəkçə” anlamında dialektlərdə nalça sözü işlədilir. Bu da həmin sözdəndir. Şamaxıda nalçin kəlməsi işlədilir: at nalının üstündə kanal açmaq üçün işlədilən çəkicvarı alətin adıdır. Naltökən sözü də var: daşlı-kəsəkli, əyri-üyrü aşırım yola deyirlər (nal dözmədiyinə görə). Tuva dilində daqa (dağa) sözü “nal” mənasında işlədilir. Görünür, türk dillərində məhz dağa olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)