NAL

Ərəbcədir və mənası “alt” anlamına uyğun gəlir. Atın ayağının altına vurulan də­mirdir. İkinci mənası “evlərdə sütunun altına uzadılan tir” deməkdir. Nəlbəki sözü də buradandır. “Döşəkçə” anlamında dialektlərdə nalça sözü işlədilir. Bu da həmin sözdəndir. Şamaxıda nalçin kəlməsi işlədilir: at nalının üstündə kanal açmaq üçün işlədilən çəkicvarı alətin adıdır. Naltökən sözü də var: daşlı-kəsəkli, əyri-üyrü aşı­rım yola deyirlər (nal dözmədiyinə görə). Tuva dilində daqa (dağa) sözü “nal” mənasında işlədilir. Görünür, türk dillərində məhz dağa olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NAQAN
NALƏ
OBASTAN VİKİ
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. == Mədəniyyətlərdə yeri == === Xənədanlıq simvollarında === İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Nal-i Səadət
Nal-i Səadət və ya Nal-i Şərif - İslam Peyğəmbəri Məhəmmədin səndəlləri. Original səndəllər hal-hazırda digər Müqəddəs Əmanətlərlə birlikdə Topqapı Sarayında saxlanılır.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.
Çoqunxebani-nal
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
Kiçik nalburun
Kiçik nalburun (lat. Rhinolophus hipposideros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 — VU (BTMİ-nin 3.1 variantının (2004 və 2010-cu illər) qaydalarına əsasən LC). Geniş yayılmış, lakin həssas növdür. == Yayılması == Şimali Afrikadan İrlandiyaya, Böyük Britaniyaya, Şimal dənizinin sahillərinə və cənubi Polşayadək, Mərkəzi və Cənub-Şərqi Avropada, Qafqazda, Kiçik, Ön və Orta Asiyadan Tyan-Şan, Kəşmir və şimal-qərbi Himalay dağlarına qədər yayılmışdır. Qafqazda Baş silsilədən cənubda rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralaradək rast gəlinir. Azərbaycanda bu növ geniş yayılıb və 45 məntəqədə müəyyən edilib, bunlardan 4 məntəqə (9 %) XIX əsrin sonlarında, 7 məntəqə (15,5 %) XX əsrin birinci yarısında, qalan 33 məntəqə (75 %-dən çox) XX əsrin ikinci yarısında aşkar olunub. Aşkar olunduğu ən yüksək nöqtə — 2350 m d.s.h. (İstisu qəs. ətrafında).
Meheli nalburunu
Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb. == Qısa təsviri == Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburun və Kiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir. == Yayılması == Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır.
Mikael Nalbandyan
Mikael Nalbandyan (erm. Միքայել Նալբանդյան; 2 (14) noyabr 1829, Naxçıvan-na-Donu, Don Voysko vilayəti[d], Rusiya imperiyası – 31 mart (12 aprel) 1866) — erməni yazıçısı, XIX əsr erməni ədəbiyyatının görkəmli nümayəndəsi. Ermənistanın rəsmi himninin, "Mer Haryenik"in (Ana Vətənimiz) sözlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Mikael Nalbandyan Rusiya İmperiyasında, sənətkar ailəsində anadan olmuşdu. Təhsilinin böyük hissəsini öz hesabına, öz üzərində çalışaraq almışdır. İlk əvvəl ruhaniliklə maraqlansa da, tezliklə bundan əl çəkərək Moskva Universitetində qısa müddətli tibbi təhsil almışdır. Bundan sonra o, 1859–1861-ci illərdə "Kolokol" və "Sovremennik" jurnallarında inqilabçı-demokrat mövqeyində çıxış etmişdir. Xaçatur Abovyanın qaldırdığı məsələlərə XIX əsrin 50–60-cı illərinin tələbləri səviyyəsindən yanaşan, istiqamət verən Mikael Nalbandyan olmuşdur. O, erməni ictimai fikrinə böyük yeniliklər gətirmişdir. M. Nalbandyan bildirirdi ki, "insan azadlıq üçün yaradılmışdır".
Məzrayə (Gavork-i Nalin dehistanı)
Məzrayə (fars. مزرعه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (89 ailə).
Nalayiq lətifə (roman)
Nalayiq lətifə (rus. Скверный анекдот) — 1862-ci ildə Dostoyevskinin "Vremya" jurnalında çap olunub. Hekayə dövlət qulluğunda olan general İvan Pralinkski haqqındadır ki, o, öz liberal-humanist sosial ideallarını daha iki general qarşısında qürurla müdafiə edir. Evə qayıdarkən o, kortəbii şəkildə özünün ən aşağı tabeliyində olanlardan birinin toy mərasimində dəvət olunmadan özünü təqdim edərək nəzəriyyəsini sınamaq qərarına gəlir. == Məzmun == Əsl dövlət müşaviri İvan İliç Pralinski öz müdiri Nikiforov Stepan Nikiforoviçin yanına gedir, burada onların başqa bir tanışı da var. Şampan içdikdən sonra onların arasında humanizmlə bağlı mübahisə yaranır, hər kəs öz fikrində qalır. Pralinski qonaqlardan evə qayıdanda pəncərələrindən musiqi səslənən evin yanından keçdi. Bələdiyyə sədrindən soruşandan sonra bildi ki, tabeliyində olan qeydiyyat işçisi Pseldonimovla toy gedir. Şampanla qızarmış Pralinski fikrində dayanır. O, öz dincliyini necə bərpa etmək, sosial statusu aşağı olan insanlardan üstünlüyünü hiss etmək fikri ilə yeyilir.
Nalburun
Nalburun (lat. Rhinolophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinə aid heyvan cinsi.
Nalburunlar
Nalburunlar (lat. Rhinolophidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi. == Fəsilənin ümumi xarakteristikası == Bizim faunanın başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların ("nal" , "neştər", "yəhər"), traqussuz iri qulaqları, enli qanadları ilə fərqlənir. Dişilərdə 2 döş əmziyindən başqa, qasıq nahiyəsində də 2 əmzik vardır ki, bunlar balanın ana bədəninə yapışmasına xidmət edir. Cinsi yetkinliyə 2 və daha artıq yaşında çatır. Fəsiləyə 10 cinsə aid olan 130 növ daxildir. Yeganə eyniadlı nalburun cinsdən olan 80-ə yaxın nalburun Şərq Yarımkürəsinin tropik və subtropiklərində yaşayır. Onlardan ikisi (kiçik və böyük nalburunlar) şimalda İngiltərəyə və Baltik dənizinə qədər çatır. == Təsnifat == Rhinolophinae yarımfəsiləsi Cins Rhinolophus Hipposiderinae yarımfəsiləsi Cins Anthops Cins Asellia Cins Aselliscus Cins Cloeotis Cins Coelops Cins Hipposideros Cins Paracoelops Cins Rhinonicteris Cins Triaenops Qafqaz və Azərbaycan ərazisində nalburun cinsinə (lat.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Nalbəndan (Xudabəndə)
Nalbəndan (fars. نعلبندان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 992 nəfər yaşayır (212 ailə).
Nalbəndlik
Nalbəndlik — peşə. == Tarixi == Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaradıb. Bu böyük sərvətin xeyli hissəsi nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Gəncə şəhəridir. Ən qədim dövrlərdən gəlib çatan sənətlərdən biri də dəmirçilikdir. Qarabağın zəngin dəmir filiz yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynayıb. Bu ərazidəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Qarabağlı dəmirçilər qaynaq maddəsi hazırlamaq üçün lazımi ölçüdə kəsilən dəmir parçasını kürədə qızdırıb arasını 1,5–2 sm dərinlikdə yarmaqla "ağız" açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırılıb "suyu alınır" və yumşaq dəmir həddinə salınırdı.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır. Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Naliboki meşəsi
Naliboki meşəsi (Bel. Налібоцкая пушча) — Belarusda ən böyük sahəyə malik meşə. Şimalda Oşmyan yüksəkliyindən Şərqdə Minsk yüksəkliyinə qədər olan sahəni əhatə edir. Meşənin sahəsi 1400 km² — 2400 km² aralığındadır. Meşə Minsk vilayətinin Volojinski və Sütunçovski rayonları, eləcə də Qrodno vilayətinin Novoqrud, Korelik və İvievskiy rayonlarının ərazisinə daxildir. Bura, Slavyan, Baltik və Avropa ənənələrinin qovuşduğu Belarusun tarixi və mədəni cəhətdən unikal bir bölgəsidir. 2009-cu ildən başlayaraq hər il Naliboki meşəsində Naliboki Marafonu keçirilir. == Tarixçəsi == Meşənin adı onun yerləşdiyi olan kənd — Nalibokidən gəlir. Böyük Vətən Müharibəsi zamanı bu meşədə Belçikalı qardaşların dəstəsinin partizanları gizlənmişdilər. Həmçinin, Bulat dəstəsi döyüş əməliyyatlarını bu meşədə apardılar.
Nalus
Nalus (fars. نالوس‎)— İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanının Nalus bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,488nəfər və 533 ailədən ibarət idi.
Nalusə (Sərdəşt)
Nalusə (fars. نلوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (31 ailə).
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. == Tarixi == Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi, şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı. Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768–1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı.
Nalçik-Orconikidze əməliyyatı (1942)
Nalçik-Orconikidze əməliyyatı — faşistlərin Nalçik və Orconikidze vasitəsi ilə, Qroznı, Tiflis və Bakıya soxulmasının qarşısını almaq üçün 25 oktyabr - 12 noyabr 1942-ci ildə Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupunun keçirdiyi əməliyyat. Alman komandandanlığı, Qroznı neft rayonuna Malqobek platsdarmından və Elxot qapıları vasitəsilə uğursuz soxulmaq cəhdlərindən sonra bu məqsədə Nalçik və Orconikidzedən keçməklə nail olmaq qərarına gəldi. Orconikidze rayonuna çıxmaqla Qroznıya Sunja çayı vadisi, Tiflisə isə Hərbi-Gürcüstan yolu vasitəsilə çıxmaq qərara alınır. Almanların "A" ordular qrupunun 1-ci tank ordusu gizli yenidən qruplaşdırılaraq 25 oktyabrın sonuna qədər əsas qüvvələrini Nalçik istiqamətində cəmləşdirə bildi. Bu zaman Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupu(komandan general-leytenant İ.İ. Maslennikov), rəqibin yenidən qruplaşmasını aşkar etməyərək, onun qoşunlarını məhv etmək məqsədi ilə, Terekin sağ tərəfinə Malqobek, Elxotovo, Mayskiy rayonlarına hucumla daxil olmağı və Terek böyu müdafiəni bərpa etməyi hazırlaşırdı. Sovet qoşunları Malqobek rayonunda rəqibi piyada və artilleriyada üstələyirdilər, amma tank və aviasiyada üstünlük almanların tərəfində idi. 37 -ci ordunun müdafiə etdiyi Nalçik istiqamətində, almanlar iki tank və bir mühhərikli(200 tank) diviziya cəmləşdirdilər. Yarılma sahəsində almanlar piyada qüvvələrdə üç, artilleriyada isə on qat üstünlüyə malik idilər. 25 oktyabrda səhərdən güclü artilleriya və aviasiya hazırlığından sonra hucuma keçdilər. 37-ci ordunun müdafiəsini yararaq, oktyabrın 28-də Nalçiki tutdular.
Nalçik Cümə Məscidi
Nalçik Cümə Məscidi (kab.-çərk. Налшык и курыт мэжджытqaraç.-balk. Налчыкъ орта межгит) — Kabarda-Balkar Respublikasının Nalçik şəhərinin əsas mərkəzi cümə məscidi. == Yerləşməsi == Nalçik Cümə Məscidi şəhər meydanlarından birində, Şogentsukov prospekti ilə Osetinskaya küçəsinin kəsişməsində yerləşir. Məscidin rəsmi ünvanı Şoqençukov prospekti, 41-dir. == Tikilməsi == Məscidin dizayn layihəsi memar Andrey Asanovdur. Məscid layihəsi Nalçik şəhəri rəhbərliyi tərəfindən Rusiya Memarlar İttifaqının Kabardino-Balkar təşkilatı ilə birlikdə keçirilən müsabiqədə seçilib. Nalçik şəhərində yeni bir məscidin inşasına 2000-ci ilin əvvəllərində keçmiş Yunost kinoteatrının yerində başlanmışdır. Daxili və xarici bəzək işlərində əsasən yerli daş və daşı təqlid edən süni materiallardan istifadə edilmişdir. Nalçik Cümə Məscidi rəsmi olaraq 20 May 2004-cü ildə ibadətçilərin üzünə açılmışdır.
Nalçik şəhər dairəsi
Nalçik şəhər dairəsi (kab.-çərk. Налшык къалэ округ, qaraç.-balk. Нальчик шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Nalçik şəhəridir. == Coğrafiya == Nalçik şəhər dairəsi respublikanın şimal hissəsində, Nalçik çayının hər iki sahilində yerləşir. Şəhər dairəsinin iqlim rütubətli, mülayimdir. Yayı isti və sərin, qışı isə az qarlıdır. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhər dairəsinin iqliminə nəzərə çarpacaq dərəcədə təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır. Havanın orta temperaturu iyulda + 25 ° ...

Значение слова в других словарях