NİYAZ

сущ.
1. устар. просьба, мольба. Niyaz etmək просить, молить кого-л. о чём-л.
2. милостыня, пожертвование (с религиозной целью)
NİYABƏTLİLİK
NİYƏ
OBASTAN VİKİ
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
Niyaz Bulaq (Qürvə)
Niyaz Bulaq (fars. نيازبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (72 ailə). Əhalisini kürdlər təşkil edir.
Niyaz Kərimov
Niyaz Əvəz oğlu Kərimov (oktyabr 1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı. Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir. Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir. 1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Niyaz Hacıyev
Niyaz Adil (Ədil) oğlu Hacıyev (7 noyabr 1941, Hoğa, Qaryagin rayonu – 31 avqust 2023) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi (1980–1988). Niyaz Ədil oğlu Hacıyev 1941-ci ildə hazırkı Füzuli rayonunun Üçbulaq kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirmiş və Şuşa rayonuna işləməyə təyinat almışdır. Bir ilə yaxın rayonun Malıbəyli kənd baytarlıq məntəqəsinin müdiri işləmiş, 1971–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsində şöbə müdiri, 1973–1978-ci illərdə isə rayon və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) partiya komitələrində təlimatçı vəzifələrində çalışmışdır. Niyaz Hacıyev 1978-ci ildə Azərbaycan KP Mardakert Rayon Komitəsinin ikinci katibi, 1980-ci ildə isə Şuşa Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1981–1985-ci illərdə qiyabi olaraq Ali Partiya Məktəbində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin büro üzvlüyünə namizəd olan Niyaz Hacıyev Qarabağ hadisələri zamanı fəal çalışmışdır. 1988-ci ilin iyun ayında o, bir qrup azərbaycanlı deputatdan imza toplayaraq DQMV-nin ləğv edilməsi məsələsini ilk dəfə rəsmən Azərbaycan SSR Ali Soveti qarşısında qaldırmışdır. Həmin il Ermənistandan deportasiya edilmiş azərbaycanlıları Şuşa rayonunda yerləşdirdiyinə görə DQMV Partiya Komitəsi bürosunda onun məsələsinə baxılmış, Arkadi Volskinin tələbi ilə 1988-ci ilin avqust ayında Əbdürrəhman Vəzirov tərəfindən Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Şuşa rayonunun rəhbəri vəzifəsindən azad edilərək Bakıya göndərildikdən sonra Niyaz Hacıyev uzun illər Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışmışdır.
Niyaz (ad)
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Niyaz (dəqiqləşdirmə)
Niyaz (Çaldıran)
Həmzə Həkimzadə Niyazi
Həmzə Həkimzadə Niyazi — (6 mart 1889, Kokand, Kokand qəzası, Fərqanə vilayəti, Türküstan quberniyası, Rusiya imperiyası — 18 mart 1929, Şahimərdan, Fərqanə vilayəti, Özbəkistan SSR, SSRİ) — özbək sovet ədəbiyyatının tanınmış nümayəndəsi, şair, yazıçı, pedaqoq, teatr və ictimai xadim. == Həyatı == H. H. Niyazi 1889-cu ildə martın 6-da Kokand şəhərində həkim ailəsində anadan olub. Solkaşon məhəlləsində köhnə məktəb və mədrəsədə (1896–1906), sonra 8 ay Nəmənqan mədrəsəsində (1908) oxumuşdur. Həmzənin atası İbn Yəmin Niyazoğlu da dövrünün savadlı adamlarından idi. Gəncliyində əkinçiliklə dolanır, sonra həkimlik təhsili almaq üçün Buxaraya gedir və xalq arasında "Həkimçə" ləqəbi ilə tanınır. Həmzənin "Həkimzoda" ləqəbi atasının ləqəbindən yaranıb. 1909-cu ildə o dövrdə Orta Asiya müsəlman mədəniyyətinin mərkəzi olan Buxaraya getdi. Orada Həmzə ərəb elmini məşhur müəllimi İkramçi-Domla ilə başa çatdırmaq istəyirdi, lakin Buxaradan olan sünnilərlə şəhərdə yaşayan şiələr arasında münaqişələr nəticəsində Həmzənin planları pozuldu. Həmzə toqquşmalarda iştirak etməmək üçün şəhəri tərk edir. Bir aya yaxın, Kokanddakı mətbəədə işlədi.
Maestro Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Maestro Niyazi (1975)
Maestro Niyazi (1983)
Maestro Niyazi (film, 1975)
Maestro Niyazi (film, 1983)
Maestro Niyazi (gəmi)
Maestro Niyazi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Niyazinin adını daşıyır. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Maestro Niyazi" gəmisinə həsr olunmuşdur.
Maestro Niyazi gəmisi
Maestro Niyazi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Niyazinin adını daşıyır. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Maestro Niyazi" gəmisinə həsr olunmuşdur.
Mehmet Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Murad Niyazlı
Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair. Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur. Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir. Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar. Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır. 1952-1954-cü illərdə hərbi xidmətdə olub. Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. 1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub. Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir.
Məhmət Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Niyazabad şəhəri
Niyazabad şəhəri — Xaçmaz şəhərindən 14 km şərqdə, Xəzər dənizi sahilində yerləşən Niyazabad bir zamanlar Xəzər dənizinin qərb sahilindəki ən mühüm limanlardan biri idi. Azərbaycanın cənubundan başlayan ticarət yolu bu liman şəhərindən keçərək Dərbəndə çatırdı. Türk səyyahı Övliya Çələbi (XVII əsr) bu şəhər haqqında təfsilatlı məlumat verir. Müəllif yazır: ‚Əvsafi-şəhri-Niyazabad: Şirvan hüdudundadır. Yəzdigərd şah tərəfindən bina edilmişdir. Qədim zamanlarda böyük şəhər imiş. Hələ də mövcud olan binaları bir vaxtların ehtişamından xəbər verir. Moğollar, sonra da dağıstanlı qumuq, qaytaq və.s tayfalar buraya hücum edib təxrib etmişdirlər. Sultan III Muradın böyük komandanı Qoca Fərhad paşa bu şəhərdə qışlamış, sonra ordusu ilə Şirvan tərəfə hərəkət etməmişdən əvvəl Niyazabad qalasını təmir etdirmişdi. Bura Dağıstanla Şirvan arasındadır.
Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Niyazi (ad)
Niyazi — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyazi — Azərbaycanlı dirijor. Niyazi Səfərov — Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini. Niyazi Aslanov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Niyazi Bədəlov — Azərbaycan sənədli filmlər rejissoru, ssenari müəllifi Niyazi Əhmədov — Aktyor.
Niyazi Aslanov
Niyazi Aslanov (25 dekabr 1960, Tap Qaraqoyunlu, Qasım İsmayılov rayonu – 4 may 1992, Tap Qaraqoyunlu, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünümüdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi. Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur. Ailəli idi, iki oğlu həyatda yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Niyazi Bayramov
Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən). Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir. 1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir. Ailəlidir, 2 övladı var.
Niyazi Bədəlov
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru. Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. 1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır. Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur.

Digər lüğətlərdə