Nyaya
Nyaya (sanskr. न्याय, nyāyaIAST, "qanun", "qayda") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri .
Nyaya e.ə. IV əsrdə yaranmışdır və tədricən vahid fəlsəfi sistemə çevrilmişdir.
Nyaya qnesoloji məktəbdir, belə ki, idrak prosesi öyrənilir. İdrakın 4 əsas mənbəyini fərqləndirirlər: qavrayış, nəticə-hökm, şahidlik və analogiya. Bu 4 aspekt insan davranışının motivasiyasını təyin edir.
Nyaya məktəbini qərb fəlsəfəsində empirizmlə müqayisə edirlər. Yəni, bu məktəb reallığı - yalnız yoxlamaq və öyrənmək imkanı olan şeyləri hesab edir. Amma "mən", "atman" kimi yoxlanması mümkün olmayan şeyləri təcrübə ilə intuitiv dərk edilə bilməsini söyləyir.