olympisch
Omen
OBASTAN VİKİ
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Elmar Omarov
Elmar Elvar oğlu Omarov (23 mart 2001; İkinci Şıxlı, Qazax rayonu - 9 noyabr 2020; Şuşa, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 2008-2019-cu illərdə Qazax rayonunun Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Omarov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elmar Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşanın azad edilməsində şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Omarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Eşqin Omarov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Hindistan–Oman münasibətləri
Hindistan–Oman münasibətləri — Hindistan ilə Oman arasındakı mövcud ikitərəfli əlaqələr. iki region arasında ticarət əlaqələri bir necə min illiklərdirki mövcuddur. Omanda aparılan qazıntılar zamanı Hindistanla ticarət əılaqələrinin qurulması barədə faktlar aşkarlanmışdır. Bunun b.e.ə III minilliyə qədər davam etməsi sübut olunmuşdur. 1955-ci ilin fevralında Maskat şəhərində Hindistanın konsulluğu açılmışdır. Hansı ki, 1960-cı ildə Baş konsulluq, 1971-ci ildə isə səfirlik statusu alır. 1973-cü ildə Maskata ilk Hindistan səfiri gəlir. 1972-ci ildə Oman Dehlidə səfirliyini, 1976-cı ildə isə Mumbayda baş konsulluq açılır. 2012-ci ildə Oman Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlük istiqamətdəki cəhdlərini dəstəkləmişdir. Omanda 500 min hindistanlı yaşayır.
Mayumi Omatsu
Mayumi Omatsu (d. 12 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Murman Omanidze
Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi – 2020) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri. Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi. 1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Oman himni
Oman dövlət himni (ərəb. نشيد السلام السلطاني‎) 1970-ci ildə təsdiq olunub və 6 noyabr 1996-cı ildə düzəliş edilib.
Oman iqtisadiyyatı
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir. Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək.
Oman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Oman milli futbol komandası
Oman milli futbol komandası — Omanın milli futbol komandası. Komanda Oman Futbol Assosiasiyası tərəfindən idarə olunur. 1930 FİFA Dünya Kubokundan 1982 FİFA Dünya Kubokuna qədər yarışlarda iştirak etməmişdir. 1986 FİFA Dünya Kubokunda iştirak üçün verdiyi ərizəni geri götürmüşdür. 1990 FİFA Dünya Kuboku oyunlarından başlayaraq 2018 FİFA Dünya Kuboku oyunlarına qədər təsnifat mərhələsini keçməmişdir.
Oman rialı
Oman rialı - Omanın pul vahidi. Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Oman tarixi
Oman tarixi — Hazırda Oman Sultanlığı adlanan ərazinin tarixi. Omanın ərazisi ən qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan əvvəl IV–III minilliklərdə Omanın dəniz sahilləri Cənub-Qərbi Asiya ilə Cənubi Asiya ölkələri arasında gedən ticarətdə mühüm rol oynayırdı. E.ə. I minilliyin əvvəllərində Omanda yəməni ərəb tayfa birliklərinin hakim mövqe tutması onun Cənub-Qərbi Ərəbistan ilə əlaqələrinin möhkəmlənməsinə, dövlətin formalaşmasına və iqtisadiyyatının inkişafına təsir göstərdi, lakin VI əsrdə Sasanilərin basqınları, qonşu bədəvi tayfaların dağıdıcı hücumları Omanın tənəzzülünü sürətləndirdi. VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil edilən Oman feodal münasibətləri inkişaf edən bir dövlətə çevrildi. VIII əsrin ortalarında isə Oman (ibadilik məzhəbinin rəhbərliyi altında) müstəqillik əldə etmişdi. İbadilərin əsas fərqləndirici xüsusiyyəti hakimlərin ümumi razılıq əsasında seçilməsi idi. İbadilər silahlı çıxış və üsyandan imtina edir, dini təbliğat vasitəsilə xəlifə canişinləri ilə yaxşı münasibət saxlamağa çalışırdılar. Bu hərəkat sonradan şərqi Afrikaya da yayıldı.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Oman şəhərləri
Oman şəhərləri
Oman şəhərlərinin siyahısı
Oman şəhərləri
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Omanlılar
Omanlılar (ərəb. لشعب العماني‎) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, Hindistan və Şri-Lankadan gəlmə şəxslər də yaşayır. Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır. Demək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilər və şiələr.
Omantel
Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi. Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir. 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır. «Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir. 2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.
Omanın Bəhreyni işğalı (1717)
Omanın Bəhreyni işğalı (1717) — Bəhreyndəki 115 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoyan Oman müdaxiləsi nəzərdə tutulur. Əsrin əvvəllərindən başlayan əfqan və digər üsyanlar Səfəvi imperiyasının zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Oman dövləti Bəhreyndəki Səfəvi hakimiyyətini devirməyi və oraları öz hakimiyyəti altına almağı bacardı. Bu zaman Omanı Yaruba sülaləsi idarə etməkdə idi. Bu sülalədən olan II Sultan ibn Seyf Bəhreyni ələ keçirdi və əkbərilərin nümayəndəsini taxta çıxardı. Bəhreynli teoloq Şeyx Yusif əl-Bəhreyni hazırladığı şiə alimlərin bioqrafik lüğətində - Lu’lu’at al-Baḥrayn (Bəhreyn incisi) - işğalı öz nöqtey-nəzərindən belə izah edir: Sultan ibn Seyfin qüvvələrinin Bəhreyndən geri çəkilməsindən sonra orada hakimiyətini qoruya bilmədi, lakin Omanlıların getməsindən sonra da Bəhreyndə sabitlik yaranmadı. Səfəvi imperiyasının ziyasi zəifliyi ona gətirib çıxardı ki, tez bir zamanda Bəhreyn adaları Huvala tayfası tərəfindən işğal edildi. Bu işğalı əl-Bəhrəni dağıdılma kimi təsvir edir.. Demək olar ki, durmadan davam edən müxtəlif sünni dəniz qüvvələrinin, Omanlıların və Səfəvilərdən sonra Nadir şahla Kərim xan Zəndin müdaxilələri Bəhreynin getdikcə zəifləməsinə və geridə qalmasına səbəb oldu. Həmçiniin, omanlılar tərəfindən inci tacirlərinə və toplayıcılarını tətbiq edilən yüksək vergilər bu sahələrin də tənəzzül etməsinə yol açdı.
Omanın dövlət quruluşu
Omanın dövlət quruluşu - 1996-ci ildə qəbul edilmiş Dövlətin Əsas Qanununa (Ağ Kitab) əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Oman Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik unitar islam monarxiyasıdır. Milli bayram günü olan Sultanın ad günü 1970-ci ildən etibarən hər il 18 noyabrda qeyd olunur. Dövlətin Əsas Qanunu (Ağ Kitab) 6 noyabr 1996-cı ildən qüvvədədir. Oman Sultanlığı 11 mühafaza (Dofar, Maskat, Musandam, Şimali Əl-Batina, Cənubi Əl-Batina, Şimali Əş-Şarkiya, Cənubi Əş-Şarkiya, Əd-Daxiliyə, Əz-Zahirə, Əl-Buraymi və Əl-Vusta) bölünür. Oman Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər (imam) və ali hakim, habelə silahlı qüvvələrin ali baş komandanı, maliyyə, müdafiə və xarici işlər naziridir. Dövlətin idarə olunması, o cümlədən icraedici və qanunvericilik hakimiyyəti bütövlükdə Sultanın səlahiyyətinə aiddir. Kabinetin üzvləri və digər vəzifəli şəxslər, habelə 1996-cı ildən fəaliyyət göstərən Dövlət Şurasının 41 üzvü Sultan tərəfindən təyin olunur. Nazirlər Kabinetinin tərkibi, ona bilavasitə rəhbərlik edən Sultanın xüsusi nümayəndəsindən, Baş nazirin 3 müavinindən (bir qayda olaraq Sultanın ən yaxın qohumları olur), Kabinetin katibindən və 20-dən artıq nazirdən ibarətdir. Nazirlərin və əyalət qubernatorlarının böyük əksəriyyəti hakim ailəyə mənsubdurlar.
Omanın əhalisi
VII əsrin sonlarında omanlılar Şərqi Afrikaya daxil olaraq yerli əhalinin formalaşmasına da müəyyən dərəcədə təsir etmişlər. Omanın qul tacirləri uzun əsrlər boyu Ərəbistan yarımadasının müxtəlif bölgələrinə Afrikadan gətirdikləri qulları satmaqla məşğul olmuşdur. Qədim adət və ənənələrinə sadiq qalan Oman əhalisi iki qrupa: «ərəb ariba» (yerli ərəblər) və «musta ariba» (qarışıq ərəblər) bölünür. Omanın dəniz sahillərində məskunlaşan ərəblərin Afrika zənci qulları ilə qarışığından mulatlar törəmişdir. Ona görə omanlıların bir qisminin xarici görünüşlərində qara rəngli çalarlar üstünlük təşkil edir. Bununla belə ölkənin daxili bölgələrində yaşayan tayfalar avropoid irqini qoruyub saxlamışlar. Omanlılar arasında tarixdə məskunlaşmış şəxsiyyətlər də az olmayıb. Dənizçi Sindbadın omanlı olması hamıya məlumdur. Məşhur səyyah Vasqo da Qamanın gəmilərinin Hindistana Omanlı bosman Əhməd ben Məcid aparmışdı. XVII yüzillikdə omanlı səyyah və dənizçi Əbu Übeydə ben Abdulla ben Qasim yelkənli gəmidə ilk dəfə dünya səyahətinə çıxmışlar.

Digər lüğətlərdə