Eşqin Omarov

Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində ErmənistanAzərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir.[1]

Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur.

Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Təsnifləndirmə

[redaktə | mənbəni redaktə et]
S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
Sentyabrın 12-dən 13-nə ötən gecə şəhid olanlar
1.
Qurbanov Saleh Möhübbət
Kapitan
Qurbanov Saleh Möhübbət oğlu 14.04.1990-ci ildə Xızı rayonunda (Giləzi) doğulub. Ali təhsilli. Evli. 1 övlad atası. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə""Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Quru Qoşunlarının N saylı Komando Briqadasının Tabor Komandiri olub. Xızı rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
2.
Mehbalı Fərid Kəmaləddin
Kapitan
Mehbalı Fərid Kəmaləddin oğlu 18.01.1994-cü ildə Kəngərli rayonunda (Qıvraq) doğulub. Hərbi ali təhsilli. Evli. 2 övlad atası. Dövlət Sərhəd Xidmətinin ÇHD Briqasında xidmət edib. 2022-ci ilin avqustunda "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2 saylı Fəxri Xiyabannda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
3.
Bədəlov Cavidan Zaur
B/leytenant
Bədəlov Cavidan Zaur oğlu 28.03.1996-cı ildə İsmayıllı rayonunda (Talıstan) doğulub. Hərbi ali təhsilli. 2017-ci ildən Azərbaycan Ordusunda xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. İsmayıllı rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
4.
Əliyev Əli Cavad
B/leytenant
Əliyev Əli Cavad oğlu 01.09.1997-ci ildə Şərur rayonunda (Yengicə) doğulub. 2018-ci ildə Azərbaycan Ordusunda xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagiz istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı olub. Şərur rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
5.
Kazımov Yunis Qasım
B/leytenant
Kazımov Yunis Qasım oğlu 24.09.1993-cü ildə Qazax rayonunda (Kəmərli) doğulub. Ali təhsilli. Evli. 1 övlad atası. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə""Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Qazax rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
6.
Hümbətov Ravil Mübariz
Leytenant
Hümbətov Ravil Mübariz oğlu 10.01.1987-ci ildə Cəbrayıl rayonunda (Yarəhmədli) doğulub. Ali təhsilli. Evli. 2 övlad atası. Quru Qoşunlarının N saylı Komando Briqadasının leytenantı olub. 2 saylı Fəxri Xiyabannda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
7.
Hüseynov Erkin Ədalət
Leytenant
Hüseynov Erkin Ədalət oğlu 12.10.1998-ci ildə Gəncə şəhərində doğulub. Ali təhsilli. 2020-2021-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2021-ci ildən isə Azərbaycan Ordusunda xidmət edib. Quru Qoşunlarının N saylı Komando Briqadasının leytenantı olub. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
8.
İsgəndərov Qorxmaz İsgəndər
Leytenant
İsgəndərov Qorxmaz İsgəndər oğlu 23.10.1999-cu ildə Ağcabədi rayonunda Laçın qaçqınlarının düşərgəsində doğulub. Ali təhsilli. 2021-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı olub. Ağcabədi rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
9.
Məlikov Vüsal Bəxtiyar
Leytenant
Məlikov Vüsal Bəxtiyar oğlu 01.01.2000-ci ildə Lerik rayonunda (Almu) doğulub. Hərbi ali təhsilli. 2020-ci ildə Azərbaycan Ordusunda xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagiz istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Suqovuşanın azad olunmasına görə""Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı olub. Lerik rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
10.
Ömərov Sərxan Mübariz
Leytenant
Ömərov Sərxan Mübariz oğlu 18.10.1999-cu ildə Zaqatala rayonunda (Yuxarı Tala) doğulub. Hərbi ali təhsilli. 2020-ci ildə Azərbaycan Ordusunda xidmət edib. 2021-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə Taqım Komandirinin müavini olub. Zaqatala rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
11.
Rəsulov Murad İlqar
Leytenant
Rəsulov Murad İlqar oğlu 05.08.2000-ci ildə Şabran şəhərində doğulub. Hərbi ali təhsilli. 2020-ci ildə Azərbaycan Ordusunda xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ilin iyununda "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. 2021-ci ilin noyabrında Azərbaycan–Ermənistan sərhədində baş verən silahlı toqquşmalarda da olub və döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilib.[3] Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı olub. Şabran şəhərində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
12.
Şirinov Ömər Muğan
Leytenant
Şirinov Ömər Muğan oğlu 20.09.1999-cu ildə Goranboy rayonunda (Zeyvə) doğulub. Hərbi ali təhsilli. Quru Qoşunlarının N saylı hərbi hissəsinin leytenantı olub. Goranboy rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
13.
Əhmədov Firuz Məzahir
B/gizir
Əhmədov Firuz Məzahir oğlu 09.12.1985-ci ildə Tovuz şəhərində doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə""Şücaətə görə" medalları ilə təltif edilib. Tovuz şəhərində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
14.
Rüstəmov Elnur Faid
B/gizir
Rüstəmov Elnur Faid oğlu 05.11.1989-cu ildə Xaçmaz rayonunda (Əbilyataq) doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Xocavənd istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Cəsur döyüşçü" medalı, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə""Şücaətə görə" medalları ilə təltif edilib. Xaçmaz rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
15.
Məmmədov Azər Mustafa
B/gizir
Məmmədov Azər Mustafa oğlu 04.03.1993-cü ildə Qazax rayonunda (Kəmərli) doğulub. Orta təhsilli. Evli. 1 övlad atası (ölümündən sonra doğuldu). 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Zəngilan istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. 2021-ci ildən ÇHD Briqasında xidmət edib. Qazax rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
16.
Məmmədov Nahid Hüseynağa
B/gizir
Məmmədov Nahid Hüseynağa oğlu 09.05.1990-cı ildə Cəlilabad rayonunda (Vənli) doğulub. Orta təhsilli. Evli. 2 övlad atası. Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Zəngilan istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Zəngilanın azad olunmasına görə""İgidliyə görə" medalları ilə təltif edilib. ÇHD Briqasında xidmət edib. Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
17.
Budaqlı İsmayıl Məhərrəm
Gizir
Budaqlı İsmayıl Məhərrəm oğlu 12.01.1998-ci ildə Sabirabad rayonunda (Axtaçı) doğulub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Ağdam istiqamətində xidmət edib. 2020-ci ildə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib. Quru Qoşunlarının N saylı Komando Briqadasının giziri olub. Sabirabad rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
18.
Əhədzadə Xəyal Əlövsət
Gizir
Əhədzadə Xəyal Əlövsət oğlu 21.08.1998-ci ildə Lənkəran rayonunda (Nərimanabad) doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə""Şücaətə görə" medalları ilə təltif edilib. Lənkəran rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
19.
Əhmədov Səbuhi Fuad
Gizir
Əhmədov Səbuhi Fuad oğlu 21.12.1996-cı ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilli. Subay. Valideyn himayəsindən məhrum olduğuna görə SOS Uşaq Kəndlərində böyüyüb. 2020-ci ildə Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində xidmət edib. 2020-ci ildə "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Quru Qoşunlarının N saylı hərbi hissəsinin giziri olub. 2 saylı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
20.
Əzizov Nəzər Ağacəlil
Gizir
Əzizov Nəzər Ağacəlil oğlu 28.08.1991-ci ildə Kürdəmir rayonunda (Dəyirmanlı) doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Xocavənd-Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Cəsur döyüşçü" medalı, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Şücaətə görə" medalları ilə təltif edilib. Kürdəmir rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
21.
Həsənov Səid Sarbala
Gizir
Həsənov Səid Sarbala oğlu 10.11.1992-ci ildə Cəlilabad rayonunda (Əsədli) doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Döyüşdə fərqlənməyə görə" medalı, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
22.
İmamverdiyev Asiman Mehman
Gizir
İmamverdiyev Asiman Mehman oğlu 02.08.1988-ci ildə Gəncə şəhərində doğulub. Orta təhsilli. Evli. 2 övlad atası. Quru Qoşunlarının N saylı Komando Briqadasının giziri olub. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
23.
Kərimov Azad Zakir
Gizir
Kərimov Azad Zakir oğlu 27.05.1994-cü ildə Qazax rayonunda (Daş Salahlı) doğulub. Əvvəl Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "İgidliyə görə" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, həmçinin "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə""Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Quru Qoşunlarının N saylı Komando Briqadasının giziri olub. Qazax rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
24.
Qocayev Vadim Alik
Gizir
Qocayev Vadim Alik oğlu 10.05.1997-ci ildə Qobustan rayonunda (Sündü) doğulub. Evli. 2 övlad atası (qızı ölümündən sonra doğulub). Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "İgidliyə görə" medalı"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Qobustan rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
25.
Məmmədov Məhəmməd Bilal
Gizir
Məmmədov Məhəmməd Bilal oğlu 15.12.1995-ci ildə Biləsuvar rayonunda (Kənd Ağalı) doğulub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Cəsur döyüşçü" medalı, həmçinin "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Quru Qoşunlarının N saylı Komando Briqadasının giziri olub. Biləsuvar rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
26.
Hüseynov Ziyarət Mail
K/Gizir
Hüseynov Ziyarət Mail oğlu 15.05.1994-cü ildə Biləsuvar rayonunda (Kənd Aman) doğulub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin giziri olub. Biləsuvar rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
27.
Babazadə Elşən Sahib
K/Gizir
Babazadə Elşən Sahib oğlu 04.04.1996-cı ildə Qəbələ rayonunda (Mıxlıqovaq) doğulub. Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Zəngilan istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə""Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. ÇHD Briqasında xidmət edib. Qəbələ rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
28.
Nəsirov Ülvü Əsədulla
K/Gizir
Nəsirov Ülvü Əsədulla oğlu 15.05.2000-ci ildə Saatlı rayonunda (Qara Nuru) doğulub. Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Zəngilan istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə""Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. ÇHD Briqasında xidmət edib. Saatlı rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
29.
Rüstəmov Fərid Nofəl
K/Gizir
Rüstəmov Fərid Nofəl oğlu 15.12.1993-cü ildə Zərdab rayonunda (Kəndəbil) doğulub. Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Zəngilan istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə""Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. ÇHD Briqasında xidmət edib. Zərdab rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
30.
Sadıxov Şəmistan Əbdülağa
B/Çavuş
Sadıxov Şəmistan Əbdülağa oğlu 28.12.1994-cü ildə Lerik rayonunda (Əvilə) doğulub. Orta təhsilli. Evli. 1 övlad atası (ölümündən sonra doğulub). 2012-2013-cü illərdə Azərbaycan Sülhməramlı Qüvvələrinin Əfqanıstan missiyasında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. ÇHD Briqasında xidmət edib. Lerik rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
31.
Rəhimov Təbriz Rəhim
B/Çavuş
Rəhimov Təbriz Rəhim oğlu 11.08.1990-cı ildə Yevlax rayonunda (Gülövşə) doğulub. Orta təhsilli. 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2021-ci ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. ÇHD Briqasında xidmət edib. Yevlax rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
32.
Abbaslı Nail Adil
K/Çavuş
Abbaslı Nail Adil oğlu 10.02.1997-ci ildə Oğuz rayonunda (Qarabaldır) doğulub. Orta təhsilli. Subay. Quru Qoşunlarının N saylı Komando Briqadasının çavuşu olub. Oğuz rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
33.
Abdullayev Elvin Elçin
Əsgər
Abdullayev Elvin Elçin oğlu 23.05.2003-cü ildə Neftçala rayonunda doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
34.
Ağazadə Mirtalıb Heydər
Əsgər
Ağazadə Mirtalıb Heydər oğlu 16.01.1994-cü ildə Beyləqan rayonunda (Aşıqlı) doğulub. Orta təhsilli. Quru Qoşunlarının N saylı Komando Briqadasının əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Beyləqan rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
35.
Əhmədzadə Məftun Seymur
Əsgər
Əhmədzadə Məftun Seymur 02.02.1996-cı ildə Tərtər rayonunda (Evoğlu) doğulub. Orta təhsilli. Subay. Quru Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Tərtər rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
36.
Əliyev Üzeyir Sabir
Əsgər
Əliyev Üzeyir Sabir 24.02.1993-cü ildə Göygöl rayonunda (Qızılqaya) doğulub. Quru Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Göygöl rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
37.
Əzizli Sadiq Zaur
Əsgər
Əzizli Sadiq Zaur oğlu 13.03.2003-cü ildə Qaradağ rayonunda doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Qaradağ rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
38.
Fərzəliyev Emin Elnur
Əsgər
Fərzəliyev Emin Elnur oğlu 20.12.1998-ci ildə Ağcabədi şəhərində doğulub. Orta təhsilli. Subay. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Ağcabədi şəhərində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
39.
Fətullayev Rəfail Rüfət
Əsgər
Fətullayev Rəfail Rüfət oğlu 22.03.2003-cü ildə Neftçala rayonunda doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
40.
Həsənov İbrahim Şöhrət
Əsgər
Həsənov İbrahim Şöhrət oğlu 18.01.2004-cü ildə Suraxanı rayonunda (Bülbülə) doğulub. Orta təhsilli. Evli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Suraxanı rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
41.
Həsənov Ümid İlqar
Əsgər
Həsənov Ümid İlqar oğlu 14.07.2001-ci ildə Quba rayonunda (İsnovqışlaq) doğulub. Orta təhsilli. Subay. 2019-2021-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2021-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Quru Qoşunlarının N saylı Komando Briqadasının əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Quba rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
42.
İsayev Sadiq Rəşad
Əsgər
İsayev Sadiq Rəşad oğlu 14.03.2003-cü ildə Salyan rayonunda (Arbatan) doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Salyan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
43.
Qasımov Nihad Mehman
Əsgər
Qasımov Nihad Mehman oğlu 03.02.2003-cü ildə Şəki rayonunda (K. Dəhnə) doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Şəki rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
44.
Qasımov Rəşad Ənvər
Əsgər
Qasımov Rəşad Ənvər oğlu 29.03.2003-cü ildə Cəlilabad rayonunda (Alar) doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
45.
Qurbanzadə Cəmil Anar
Əsgər
Qurbanzadə Cəmil Anar oğlu 27.04.2003-cü ildə Astara şəhərində doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Astara şəhərində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
46.
Muradov Bəxtiyar Güloğlan
Əsgər
Muradov Bəxtiyar Güloğlan oğlu 24.08.2003-cü ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
47.
Nəsibov Kənan Cəbrayıl
Əsgər
Nəsibov Kənan Cəbrayıl 20.04.1999-cu ildə Tovuz rayonunda (Cırdaxan) doğulub. Orta təhsilli. Subay. Quru Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Tovuz rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
48.
Rzayev Tərlan Pərviz
Əsgər
Rzayev Tərlan Pərviz oğlu 01.07.2003-cü ildə Mingəçevir şəhərində doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
49.
Səmədov Elmin Mirzəli
Əsgər
Səmədov Elmin Mirzəli oğlu 01.02.1996-cı ildə Salyan rayonunda (Qızılağac) doğulub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ilin iyununda "Zəngilanın azad olunmasına görə""Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 2021-ci ilin noyabrında Azərbaycan–Ermənistan sərhədində baş verən silahlı toqquşmalarda da olub və döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilib.[3] Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Salyan rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
50.
Süleymanov Xəyal Elxan
Əsgər
Süleymanov Xəyal Elxan oğlu 27.11.1996-cı ildə Şəmkir rayonunda (Şeidlər) doğulub. Orta təhsilli. Subay. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Quru Qoşunlarının N saylı Komando Briqadasının əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Şəmkir rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Sentyabrın 14-də şəhid olanlar
51.
Səmədov Elnur Sədaqət
Leytenant
Səmədov Elnur Sədaqət oğlu 11.03.1988-ci ildə İsmayıllı şəhərində doğulub. Ali təhsilli. Evli. 2 övlad atası. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə""Şücaətə görə" medalları ilə təltif edilib. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
52.
Muradov Seyfəddin Mahmud
Gizir
Muradov Seyfəddin Mahmud oğlu 09.03.1993-cü ildə Ağstafa rayonunda (B. Kəsi) doğulub. Orta təhsilli. Evli. 2 övlad atası. Quru Qoşunlarının N saylı hərbi hissəsinin giziri olub. Ağstafa rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
53.
Heydərov Şair Camaloviç
Əsgər
Heydərov Şair Camaloviç 04.09.1998-ci ildə Qusar rayonunda (Mucuq) doğulub. Evli. 1 övlad atası (ölümündən sonra doğulub). Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Quru Qoşunlarının N saylı Komando Briqadasının əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Qusar rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
54.
Hüseynov Elmir Abdul
Əsgər
Hüseynov Elmir Abdul oğlu 21.07.2003-cü ildə Salyan rayonunda (Qaraçala doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Salyan rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
55.
Hüseynov Səddam Rafiq
Əsgər
Hüseynov Səddam Rafiq oğlu 01.09.1997-ci ildə Tovuz rayonunda (Çeşməli) doğulub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Tovuz rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
56.
Xəlilov Qədim İlqar
Əsgər
Xəlilov Qədim İlqar oğlu 20.08.2002-ci ildə İsmayıllı rayonunda (Hacıhətəmli) doğulub. Orta təhsilli. 2020-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. İsmayıllı rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
57.
İmamquliyev Ümid Vüqar
Əsgər
İmamquliyev Ümid Vüqar oğlu 28.08.2003-cü ildə Goranboy rayonunda (Qaradağlı) doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Goranboy rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
58.
Kərimov Zöhrab Azad
Əsgər
Kərimov Zöhrab Azad oğlu 14.08.2003-cü ildə Biləsuvar şəhərində doğulub. Orta təhsilli. Subay. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Biləsuvar şəhərində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
59.
Qəfərli Amin Rasim
Əsgər
Qəfərli Amin Rasim 22.01.2004-cü ildə Binəqədi rayonunda doğulub. Əslən Zəngilan rayonundan olub. Orta təhsilli. Subay. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. 2 saylı Fəxri Xiyabannda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
60.
Quliyev Fərid Vahid
Əsgər
Quliyev Fərid Vahid oğlu 07.11.2003-cü ildə Qaradağ rayonunda doğulub. Orta təhsilli. Subay. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Qaradağ rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
61.
Qurbanov Xəqan Daşqın
Əsgər
Qurbanov Xəqan Daşqın oğlu 17.06.2002-ci ildə Ağdaş rayonunda (Abad) doğulub. Orta təhsilli. 2020-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Ağdaş rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
62.
Lətifov Fərid Qiyas
Əsgər
Lətifov Fərid Qiyas oğlu 10.10.2001-ci ildə Şəki şəhərində doğulub. Orta təhsilli. 2020-2021-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci ildə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə""Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 2021-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Şəki şəhərində dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
63.
Mahmudzadə Ülvi Məzahir
Əsgər
Mahmudzadə Ülvi Məzahir 31.05.1991-ci ildə Tovuz rayonunda (Ala-Kol) doğulub. Orta təhsilli. Evli. 2 övlad atası. Quru Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Tovuz rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
64.
Məhərrəmov Elnur Nərbala
Əsgər
Məhərrəmov Elnur Nərbala oğlu 18.05.2001-ci ildə Göyçay rayonunda (Şəkər) doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Göyçay rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
65.
Məhərrəmov Turan Tərlan
Əsgər
Məhərrəmov Turan Tərlan oğlu 27.05.2001-ci ildə Zaqatala rayonunda (Qımır) doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuliistiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Cəbrayılın azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Zaqatala rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
66.
Məmmədli Namiq Ağəmməd
Əsgər
Məmmədli Namiq Ağəmməd oğlu 02.05.1996-cı ildə Bərdə rayonunda (Mehdili) doğulub. Orta təhsilli. Subay. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Bərdə rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
67.
Məmmədov Səfiyar Elşən
Əsgər
Məmmədov Səfiyar Elşən oğlu 01.01.2002-ci ildə Goranboy rayonunda (Qızılhacılı) doğulub. Orta təhsilli. Subay. 2020-2021-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-2021-ci illərdə "Cəbrayılın azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 2021-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Goranboy rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
68.
Nəbiyev Hüseynalı Hikmət
Əsgər
Nəbiyev Hüseynalı Hikmət oğlu 17.01.1999-cu ildə Cəlilabad rayonunda (Bəcirəvan) doğulub. Orta təhsilli. Subay. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli-Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Müharibədən sonra isə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
69.
Şirinov Polad Seyran
Əsgər
Şirinov Polad Seyran oğlu 05.10.1992-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilli. Subay. 2020-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Bakı şəhərində II Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
70.
Verdiyev Nihad Nicat
Əsgər
Verdiyev Nihad Nicat oğlu 19.12.2003-cü ildə Daşkəsən rayonunda (Qaraqullar) doğulub. Orta təhsilli. Subay. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
71.
Zülfüzadə Coşqun Ədail
Əsgər
Zülfüzadə Coşqun Ədail oğlu 27.12.1998-ci ildə Lerik rayonunda (Nuravud) doğulub. Orta təhsilli. Subay. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzuli-Xocavənd istiqamətində gedən hərbi əməliyyatlarda olub. 2021-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 2021-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Quru Qoşunlarının N saylı Komando Briqadasının əsgəri olub. Xəzər rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Sentyabrın 15-də şəhid olanlar
72.
Hüseynli Rəşad Ramiz
B/çavuş
Hüseynli Rəşad Ramiz oğlu 21.05.2000-ci ildə Culfa rayonunda (Yaycı) doğulub. Orta təhsilli. Subay. 2018-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2021-ci ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. ÇHD Briqasında xidmət edib. Culfa rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
73.
Balaşzadə Röyal Atduxan
Əsgər
Balaşzadə Röyal Atduxan oğlu 23.11.2003-cü ildə Yardımlı rayonunda (Anzov) doğulub. Orta təhsilli. Subay. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Xəzər rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
74.
Kəlbiyev İsa Rəhim
Əsgər
Kəlbiyev İsa Rəhim oğlu 21.09.2002-ci ildə Cəlilabad rayonunda (Göytəpə) doğulub. Orta təhsilli. Subay. 2020-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
75.
Qarazadə Nicat Malik
Əsgər
Qarazadə Nicat Malik oğlu 24.10.2002-ci ildə Yardımlı rayonunda (Zəngələ) doğulub. Orta təhsilli. Subay. 2020-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. 2 saylı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
76.
Qənbərli Rəşad Əlizamin
Əsgər
Qənbərli Rəşad Əlizamin oğlu 25.06.1996-cı ildə Cəlilabad rayonunda (Uzuntəpə) doğulub. Evli. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) olub. Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
77.
Süleymanov Turxan İdris
Əsgər
Süleymanov Turxan İdris 20.09.2002-ci ildə Daşkəsən rayonunda (Quşçu) doğulub. Subay. 2020-2022-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2022-ci ildən isə Quru Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət edib. Daşkəsən rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
78.
Nəcəfzadə Hüseyn Abbasqulu
B/leytenant
Nəcəfzadə Hüseyn Abbasqulu oğlu 11.10.1997-ci ildə Abşeron rayonunda (Saray) doğulub. Hərbi ali təhsilli. Evli. 2018-ci ildən Azərbaycan Ordusunda xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagiz istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Quru Qoşunlarının N saylı Komando Briqadasının leytenantı olub. Abşeron rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
79.
Omarov Eşqin Nəsib
Əsgər
Omarov Eşqin Nəsib oğlu 10.07.2003-cü ildə Ağstafa rayonunda (Aşağı Kəsəmən) doğulub. Orta təhsilli. Subay. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Quru Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri olub. Ağstafa rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Hospitalda şəhid olanlar
80.
Qurbanov Yusif Asif
Gizir
Qurbanov Yusif Asif oğlu 12.11.1998-ci ildə Goranboy rayonunda (Qaraçinar) doğulub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda olub. "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə""Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Sentyabrın 12-də yaralanıb, sentyabrın 17-də isə müalicə aldığı hospitalda vəfat edib. Goranboy rayonunda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (az.). 2022-10-10. 2022-10-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10.10.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.