omba
on sot
OBASTAN VİKİ
On
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.
On (hərf)
𐕒 (səslənməsi /o/, transkripsiyası O, o) — Alban əlifbasının 35-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ուն (Own) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "On" olmalıdır. Bu hərf ən çox istifadə edilən hərflərdəndir və müstəqil mənası "ot" deməkdir. Qrafem olaraq erməni əlifbasındakı Օ və gürcü əlifbasındakı Ⴍ (oni) və Ⴓ (oni) hərfləri ilə birlikdə yunan əlifbasındakı Omikron (Ο) hərfindən götürülmüşdür. Bununla belə qrafemin Matenadaran versiyası və Sinay versiyası (həmçinin Mingəçevir versiyası) arasındakı əsas fərqi birincidə hərfin aşağı hissəsinin olmamasıdır.
On altı
On altı — say sistemində ədədlərdən biridir. on beşdən sonra, on yeddidən əvvəl gəlir. On altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
On doqquz
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
On dörd
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
On səkkiz
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
ON (albom)
ON – Azərbaycanlı bəstəkar-müğənni Aiselin Azərbaycan dilindəki ilk studiya albomudur. Aisel 2022-ci ilin payızından "SS Production" şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. "SS Production"-dan Şuşa sinqlını təqdim edən ifaçı, şirkətlə albom hazırlıqlarına başlamışdır. Albomdakı bütün mahnıların musiqisi ifaçının özünə aiddir. Albomdakı "Dönən Deyiləm" və "Unuda Bilmədim" mahnıları xaric digər 8 mahnının sözləri Aiselə məxsusdur. "Dönən Deyiləm" mahnısının sözləri Nəriman Abbaszadə, "Unuda Bilmədim" mahnısının sözlərini isə Ceyhun Bayramlı (red. Jay Hun) yazmışdır. Albomdakı mahnıların aranjimanı və miks-masterinqi Aiselin illərdir əməkdaşlıq etdiyi Emin Kərimə aiddir. Aisel albomdan ilk öncə 23 yanvar 2023-cü il tarixində "Yağış" mahnısına, 3 mart 2023-cü ildə isə "Qaradan Qara"mahnısına çəkilən klipi təqdim etmişdir. İfaçı albomu "BEAT Music" etiketi ilə 3 mart 2023-cü ildə ilk öncə rəqəmsal musiqi platformalında təqdim etmişdir.
Kim On-A
Kim On-A (d. 6 sentyabr 1988) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim On-A Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı. Daha sonra Kim On-A Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu. Kim On-A Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Lean on Me
"Lean on Me" (azərb. "Mənə söykən"‎) — amerikalı müğənni və musiqiçi Bill Uizersin mahnısı. Mahnının müəllifi və ilk ifaçısı Bill Uizersin özüdür. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "Lean on Me" mahnısının Bill Uizersin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 205-ci yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 208-ci yerdə qərarlaşıb.
Li On-Yo
Li On-Yo (d. 25 mart 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Li On-Yo Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
On My Way
On My Way (azərb. Mənim yolumda‎) — Sloveniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sloveniyanın RTV SLO telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi EMA 2017 müsabiqəsində qalib gələn Omar Naber "On My Way" mahnısı ilə Sloveniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
On beşinci firqə
On beşinci firqə — Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə dövlətləri arasındakı qarşılıqlı razılaşmaya əsasən, 1918-ci il sentyabrın əvvəlində hərbi yardım məqsədilə Azərbaycana gəlmiş və Bakının azad olunmasında fəal iştirak etmiş türk piyada diviziyası. Diviziya Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmrinə əsasən, Xəlil paşanın komandanlıq etdiyi şərq ordular qrupunun tərkibində olan 9-cu ordunun tabeliyindən alınaraq, Qafqaz İslam Ordusuna verildi. Azərbaycana yetişdikdən sonra onun tərkibində 38-ci, 56-cı və 106-cı piyada alayları, habelə bir sıra topçu və digər yardımçı bölmələr, cəmi 157 zabit və 7636 əsgər olmalı idi. Azərbaycana daha əvvəl göndərilmiş 38-ci piyada alayı ölkə ərazisinə 1918-ci il iyulun 14-də daxil olmuşdu. On beşinci firqənin Azərbaycana doğru hərəkətə başlamasına 1918-ci il avqustun 23-də əmr verildi. Firqə Qarakilsə (Sisyan) — Qazax yolu ilə Azərbaycana çatmalı və sonra da qatarlar vasitəsilə Bakıya yetişməli idi. Firqənin qərargahı 1918-ci il sentyabnn 6-da Ağstafaya, 9-da isə Bakı ətrafına çatdı. Firqəyə yarbay Süleyman İzzət bəy komandirlik edirdi. Bu birləşmə Bakının şimalında yerləşdirildi. Bakı əməliyyatı başlamazdan əvvəl Qafqaz İslam Ordusu komandanının əmrilə onun tərkibində müəyyən dəyişikliklər edildi.
On dörd (dəqiqləşdirmə)
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd (rəqs) — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs.
On dörd (rəqs)
On dörd — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. Rəqsi kişilər və qadınlar oynayırlar. Rəqs mulayim, aram tempdə, həzin tərzdə gedir.
On dörd Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
On dörd rəqsi
On dörd — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. Rəqsi kişilər və qadınlar oynayırlar. Rəqs mulayim, aram tempdə, həzin tərzdə gedir.
On dördüncü adam
On iki həvari
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir. On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var. İncildə sıralanan on iki həvarilər bunlardır: Andrey İoann Filipp Pyotr (Simon) Zevedey oğlu İakov Varfolomey Matfey Foma Alfey oğlu İakov Faddey Kənanlı Simon İuda İskariot İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur: Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: "Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
On iki imam
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Muhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir. Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır. On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir.
On iki xəlifə
On iki xəlifə — İslam (həm Sünni, həm də Şiə) mənbələrində müsəlmanların sonuncu peyğəmbəri Məhəmməddən və Şiə mənbələrində həm də on iki imamlardan nəql olunan hədislərə əsasən Məhəmməddən sonra müsəlmanlara rəhbər olacaq on iki şəxs. On iki imam şiələrinə görə bu on iki xəlifə elə məhz on iki imamdır. (حديث مرفوع) حَدَّثَنِي مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : " يَكُونُ اثْنَا عَشَرَ أَمِيرًا ، فَقَالَ كَلِمَةً لَمْ أَسْمَعْهَا ، فَقَالَ أَبِي ، إِنَّهُ قَالَ : كُلُّهُمْ مِنْ قُرَيْشٍ " Cabir ibn Abdullah : " Nəbi (s) — nin : "(Bir dövürdə) on iki əmir olacaqdır. (O zamana qədər İslam əziz qalacaqdır)",- deyə buyurduğunu eşitdim."- demişdir. Yenə Cabir : Ancaq Peyğəmbərin söylədiyi bir kəliməni eşitməmişdim. Onu da atam (Səmurə) : "Rəsulillah (s) : — Bunların hamısı Qureyş-dəndir",- buyurduğunu dedi." حدثنا قتيبة بن سعيد حدثنا جرير عن حصين عن جابر بن سمرة قال سمعت النبي صلى الله عليه وسلم يقول ح وحدثنا رفاعة بن الهيثم الواسطي واللفظ له حدثنا خالد يعني ابن عبد الله الطحان عن حصين عن جابر بن سمرة قال دخلت مع أبي على النبي صلى الله عليه وسلم فسمعته يقول إن هذا الأمر لا ينقضي حتى يمضي فيهم اثنا عشر خليفة قال ثم تكلم بكلام خفي علي قال فقلت لأبي ما قال قال كلهم من قريش Bizə Kuteybə ibn Səid rəvayət etdi. (Dedi ki) : Bizə Cərir, Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi. Mən Peyğəmbər (s) — i (belə) buyurarkən eşitdim, deyib : Bizə Kifəa ibn Heysəm əl-Vasiti də rəvayət edib. Lafiz onundur. (Dedi ki) : Bizə Xalid (yəni ibn Abdullah ət-Təhhan) Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017)
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.
Dengeki Online
Dengeki PlayStation (電撃 PlayStation) — Yaponiya videooyun publikasiyası. "ASCII Media Works" tərəfindən nəşr olunurdu. Əsasən "PlayStation" markası ilə bağlı məlumatları dərc edirdi. "Dengeki" ilk olaraq 1994-cü ildə jurnal kimi təsis edilmişdir. Buna baxmayaraq, 2020-ci ildə jurnalın buraxılışı dayandırmış və publikasiya "Dengeki Online" adı ilə rəqəmsal fəaliyyətə keçid etmişdir. Jurnal ilk dəfə 1994-cü ilin dekabrında "Dengeki G's Magazine"in xüsusi buraxılışı kimi satışa çıxarılmışdır. Jurnalın nəşri 28 mart 2020-ci il tarixində buraxılan 686 nömrəsində dayandırılmışdır. Qərar "jurnallar kimi medianı əhatə edən, həmçinin videooyunlar haqqında məlumatların çatdırılmasında dəyişikliklər" səbəbindən qəbul edilmişdir. Publikasiya hələ də "Dengeki Online" veb-saytı vasitəsilə rəqəmsal olaraq fəaliyyətini davam etdirir.
Deqazasiya üsulları və onların xarakteristikası
Doqo onseni
Doqo Onsenı (道後温泉) — Ehime prefekturasının Matsuyama şəhərində yerləşən isti bulaqlar. Doqo onseni Yaponiyadaki tarixi 1000 ildən çox olan ən qədim onsenlarından biridir. Bulaqlar "Manyoşu" (759-cu ildə yazılıb) və "Şahzadə Şötoku" əfsanəsində (574–622) qeyd olunmuşdu. Doqo Onseni yazıçı Natsume Sosekinin (1867–1916) onun Matsuyamada müəllim işlədiyi vaxtlarda ən sevimli yerlərindən biri idi. Sosekinin avtobioqrafik novelası Botçanın baş qəhrəmanı bu onsenə tez-tez ziyarət edir. Müasir hayku şairi Masaoka Şiki (1867–1902), Matsuo Basyonun (1644–1694) tənqidçisi Doqo onsenının rezidenti olub. Onun was a resident of Dōgo Onsen. onun poemaları şəhərin çoxlu yerlərində yaxşı görmək olar. Onsenın hal-hazırkı binası Doqo Yunomaçi şəhərinin meri İsaniva Yukiyanın təşəbbüsü ilə 1894-cü ildə tikilib. Maksimal tutmluğu üçün üçmərtəbəli tikilən bina bu günə kimi populyarlığını itirmir və axşam vaxtları pik saatlarında boş olmur.
Düzgün onyeddibucaqlı
Düzgün onyeddibucaqlı — onyeddi bucağlı və onyeddi tərəfli olan çoxbucaqlıdır. Mərkəzi α bucağı 360 ∘ 17 ≈ 21,176 47059 ∘ {\displaystyle {\frac {360^{\circ }}{17}}\approx 21{,}17647059^{\circ }} bərabərdir. Onyeddibucaqlının tərəfinin bu çevrənin radiusunu ilə ifadəsi: s = 2 ⋅ r u ⋅ sin ⁡ ( α 2 ) ≈ r u ⋅ 0,367 5 {\displaystyle s=2\cdot r_{u}\cdot \sin \left({\frac {\alpha }{2}}\right)\approx r_{u}\cdot 0{,}3675} . Düzgün onyeddibucaqlını pərgarın və xəttin köməyi ilə qurmaq olar. 1796-cı ildə Qaus tərəfindən sübut edilmişdi. O, mərkəzi bucağın kosinusunun qiymətini tapmışdır. cos ⁡ 360 ∘ 17 = 1 16 ( − 1 + 17 + 2 ( 17 − 17 ) + 2 17 + 3 17 − 2 ( 17 − 17 ) − 2 2 ( 17 + 17 ) ) {\displaystyle \cos {\frac {360^{\circ }}{17}}={\frac {1}{16}}\left(-1+{\sqrt {17}}+{\sqrt {2\left(17-{\sqrt {17}}\right)}}+2{\sqrt {17+3{\sqrt {17}}-{\sqrt {2\left(17-{\sqrt {17}}\right)}}-2{\sqrt {2\left(17+{\sqrt {17}}\right)}}}}\right)} Qauss vəsiyyətində bildirirdi ki, onun qəbrini düzgün on yeddi bucaqlı formasında yonsunlar. Heykəltəraş bunu etməkdən imtina edərək bildirdi ki, bu çox çətin işdir və elə də dəqiqlik olmayacaq. 1825-ci ildə Yoxannes Erxinqer ilk dəfə 64 gedişli düzgün onyeddibucaqlının qurulmasının ətraflı təsvirini etdi.
Echinops onopordum
Echinops onopordum (lat. Echinops onopordum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erigeron onofrensis
Erigeron onofrensis (lat. Erigeron onofrensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erodium cicutarium subsp. ontigolanum
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
FTB tərəfindən ən çox axtarılan on şəxs
FTB tərəfindən ən çox axtarılan on şəxs (ing. FBI Ten Most Wanted Fugitives) - Federal Təhqiqat Bürosunun ən çox axtarılan on şəxs siyahısı hər il yenilənir. Bu siyahıya Amerika Birləşmiş Ştatları ərazisində və onun xaricində, ölkə ilə bağlığı olan amansız cinayətlər törətmiş şəxslər daxildir. Siyahı ilk dəfə 1950-cı ildə hazırlanmışdır və həmin dövrdən etibarən hər il müntəzəm şəkildə yenilənir. FTB tərəfindən ən çox axtarılan on şəxsdən birinin yerini deyən və ya tapanlara $200,000 və $1,000,000 aralığında müfakat təyin edilmişdir.
Fantastik məxluqlar və onların yaşadıqları yer (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik məxluqlar və onların yaşadıqları yer (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Fantastik varlıqlar və onların məskəni
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik varlıqlar və onların məskəni (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik varlıqlar və onların məskəni (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik varlıqlar və onların məskəni (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Fraqonar Jan Onore
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…], Paris[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Good Guys Only Win In Movies
Good Guys Only Win in Movies (azərb. Yaxşı Oğlanlar Yalnız Filmlərdə Qalib Gəlir‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır. Mahnının sözlərinin bəziləri "Ulduz yolu: Orijinal serial"ın epizodlarındakı cümlələrdən ibarətdir: "...Computerized half-breed", "My mother was a teacher", "I was happy": "Cənnətin bu tərəfi" filmindən (ing. This Side of Paradise) "Including the captain": "Dönüş Bədəməli" filmindən (ing. Turnabout Intruder) "Ahead warp factor one, Mister Sulu": "Sahil Məzuniyyəti" filmindən (ing. Shore Leave) "I read no evidence of malfunction": "Edenə yol" filmindən (ing.
Hans Onrud
Hans Onrud (norv. Hans Aanrud; 3 sentyabr 1863 – 11 yanvar 1953, Oslo) — Norveç nasiri, dramaturqu, teatrşünas və ədəbiyyatşünası. Hans Onrud 3 sentyabr 1863-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra hüquq fakültəsini oxumağa qərar vermiş, lakin universitetdə filologiya ilə maraqlanmışdır. Onrud 1890-cı ildən bir neçə qəzetdə ədəbiyyat və teatr tənqidçisi kimi işləmişdir. O, müəllim kimi də çalışmışdır. Onrud 1899–1900-cü illərdə Bergendə yerləşən "Den Nationale Scene"nin direktoru olmuşdur. Bergendə gələcək həyat yoldaşı Vilhelmina Skoldager ilə tanış olan Onrudun iki qızı olmuşdur. Onlar 1929-cu ilə qədər "Byrud" fermasında yaşayıblar. Onrud 1953-cü ildə, 89 yaşında vəfat etmişdir.
Hayat ona güzel (mahnı)
Hiroo Onoda
Hiroo Onoda (yapon. 小野田 寛郎 Hiroo Onoda, 19 mart 1922, Kaynan[d], Vakayama prefekturası – 16 yanvar 2014, Tokio[d]) — II Dünya Müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən - yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın “Santos Dumont” Medalı və Yaponiyanın “Şərəf” Medalı ilə təltif edilmişdir. Hiroo 1922-ci il martın 19-da Vakayama Prefekturasının Kamekava kəndində Onoda Tanedziro və Onoda Tamaenin ailəsində anadan olmuşdur. Oğlanın atası müəllim, jurnalist və prefektura məclisinin deputatı, anası isə müəllimə idi. Gənc Onoda ailənin üçüncü oğlu idi və üç qardaşı, bir bacısı var idi. Gəncliyində Kainan orta məktəbində oxumuş və burada xüsusilə kendo - yapon qılıncoynatma sənətini öyrənmişdi.

Digər lüğətlərdə