ORTAQ

Mənbələrdə otra, ortu, orta sözləri var, “середина” anlamlarında işlədilib. Ortuq, ortaq isə şərik mənasında açıqlanıb. Oturaqı, ortun sözləri “средний” mə­na­sında şərh edilib. Ada yerinə otruğ (ortada qalan) işlədilib. Bunların struktur təh­lili göstərir ki, sözün kökü ort (otr) kəlməsidir, mənası “yarı” deməkdir (mü­qa­yisə et: günorta); -a şəkilçisi ort sözündən feil düzəldib (sonra söz bu əlamətini itirib), -q isə onu ismə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ORTABAB
ORTİT
OBASTAN VİKİ
Ortaq Türkcə əlifbası
Ortaq türkcə əlifba (və ya Birləşmiş türkcə əlifbası / Birləşdirilmiş türk dilləri əlifbası) — Türk dillərindəki sadə səslər əsas alınaraq və eyni qaynaqdan çıxanlar təsnif bütün hərflərin göstərildiyi sistem. Türk Şurası (Türk Keneş) tərəfindən qəbul edilən Ortaq türk əlifbası 34 hərflidir. Uzun səslər: Â, Ê, Î, Ô, Û. Türk dillərində istifadə edilən hərflər və səslər həm türkcənin özündən, həm də slavyan və ərəb dillərindən qaynaqlanar. Türkcə olan hərflərin bir qisimi də yalnız bəzi şivə tapılar, digərlərində iştirak etməz. Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Ortaq türk dili
Ortaq Türkcə — Şaz türkçəsi və ya Şərq türkçəsi XIX yüzilliyin rus qaynaqlarında Çağatay türkcəsi Kazan tatarlarının, noqayların, qırğızların, Krım tatarlarının, Kiçik Asiyanın və Türkiyə türklərinin danışdığı ortaq dil kimi təsvir edilirdi. Ortaq türkcə, yaxud ümumtürk ədəbi dili, türk xalqları üçün vahid dil ideyası XIX yüzilin sonlarından başlayaraq XX yüzilin 20–30-cu illərinə qədər mürəkkəb, ziddiyyətli bir inkişaf yolu keçmişdir. Bu cərəyan türk millətinin milli özünüdərk, milli oyanış prosesinin təbii nəticəsi olaraq meydana gəlmişdi. Türk soyları arasında vahid ortaq ədəbi dilin zəruriliyi ideyasi ilk dəfə XIX yüzilin 80-ci illərində İsmayıl Qaspıralı tərəfindən irəli sürülmüşdü.
Ortaq türk əlifbası
Ortaq türkcə əlifba (və ya Birləşmiş türkcə əlifbası / Birləşdirilmiş türk dilləri əlifbası) — Türk dillərindəki sadə səslər əsas alınaraq və eyni qaynaqdan çıxanlar təsnif bütün hərflərin göstərildiyi sistem. Türk Şurası (Türk Keneş) tərəfindən qəbul edilən Ortaq türk əlifbası 34 hərflidir. Uzun səslər: Â, Ê, Î, Ô, Û. Türk dillərində istifadə edilən hərflər və səslər həm türkcənin özündən, həm də slavyan və ərəb dillərindən qaynaqlanar. Türkcə olan hərflərin bir qisimi də yalnız bəzi şivə tapılar, digərlərində iştirak etməz. Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Ortaq Dəyərlər İttifaqı
Ortaq Dəyərlər İttifaqı (ODİ; ing. Alliance for Shared Values, AfSV) — Nyu-Yorkda yerləşən 501(c)(3) qeyri-kommersiya çətir təşkilat, Gülən hərəkatının və ya "Hizmet"in əsas hissəsi. Ortaq Dəyərlər İttifaqı Türkiyə din xadimi Fəthullah Güləndən ilhamlanmışdır. Onların bəyan etdiyi məqsəd "ABŞ ətrafında ictimai xidmət, təhsil və dinlərarası dialoqun təşviqinə həsr olunmuş vətəndaş, mədəniyyət və xidmət təşkilatları üçün səs kimi xidmət etməkdir". Təşkilatın prezidenti Alp Aslandoğandır. 2014-cü ildə ODİ bir bəyanat yayaraq Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşkilat üzvləri ilə bağlı "qanunlara tabe olan vətəndaşlara qarşı siyasi motivli təzyiq cəhdlərini", o cümlədən Gülənə qarşı hüquqi iş açaraq onun ekstradisiyasını tələb etməsini qınamışdır. Onlar həmçinin, Ərdoğanı Türkiyənin ABŞ ilə strateji əlaqələrindən istifadə etməkdə ittiham etmişdilər. 2016-cı ildə Türkiyə Prezidenti Ərdoğan və Türkiyə hökumətinin digər üzvləri Türkiyədə çevriliş cəhdində Fətullah Gülən və onun hərəkatını günahlandırmışdılar. ODİ həm çevrilişi, həm də bu çevrilişdə iştirakda ittihamları pisləyərək cəhd günü bəyanat yaymışdır. afsv.org — Ortaq Dəyərlər İttifaqının rəsmi saytı Hannan Adely.
Ən böyük ortaq bölən
Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur. ƏBOB (a;b)-ni tapmaq üçün: a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b ƏBOB (75, 45)=15 75=3×5×545=3×3×5 3×5=15 Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1 Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir.
Ən kiçik ortaq bölünən
Ən kiçik ortaq bölünən — a və b natural ədədlərinin hər ikisinə bölünən ən kiçik natural ədədə a və b-nin ən kiçik ortaq bölünəni deyilir və ƏKOB (a;b) kimi işarə olunur. ƏKOB (a;b)-ni tapmaq üçün a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Bütün sadə vuruqlardan qüvvəti böyük olanlar seçilir. Nümunə: ƏKOB (16;24) = ? 16=2×2×2×2 24=2×2×2×3 ƏKOB(16;24)=2×2×2×3×2=48 42=2×3×6×7×14×21 70=2×7×10×35 ƏKOB(42:70)=210 Yəni böyük ədədin sadə vuruqlarını kiçikdə olub böyükdə olmayan sadə vuruqlara vururuq. Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏKOB (10, 11)=110 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏKOB (5, 7)=35 Ədədlərdən biri digərinin bölənidirsə, ƏKOB bu ədədlərdən böyüyünə bərabərdir.
Ortaq bölən və ən böyük ortaq bölən.Evklid alqoritmi
TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Ortaqulaq iltihablanması
Ortaqulaq iltihablanması - otitis media. Ortaqulaq iltihablanması burun boşluğu və ya boğazdan ortaqulağa açılan kanallardan (tuba auditiva, pharyngotympanic tube) yüksələn bakteriya və ya viruslar tərəfindən iltihablanmağa səbəb olur. Ortaqulağ qulaq pərdəsi ilə iç qulaq arasında içi hava dolu olan bir orqandır. Nadir olaraq da qulaq pərdəsinin cırılması nəticəsi, buradan bakteriya və viruslar içəri girərək iltihablanmağa səbəb ola bilər. Ortaqulağ iltihablanması böyük ağrı və irinlənmələrin axışına səbəb olur. Əgər iltihablar, qulaq pərdəsinin arxasında toplanib sərtləşsə eşitmənin keyfiyyəti aşağı düşər və ağrıdan insan yata bilməz. Burada sərtləşən iltihablar qulaq pərdəsini deşər və burdan iltihablar çölə axar.
Ortaqışlaq
Orta Qışlaq
Ortaqışlaq (Germi)
Ortaqışlaq (fars. اورتاقشلاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (6 ailə).
Ortaqışlaq (Tovuz)
Ortaqışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Bitliqışlaq olmuşdur. Bu da, güman ki, Şəmkir rayonundakı keçmiş Bitdili kəndinin adi ilə bağlı imiş. Kənd Böyük Qışlaq və Bala Qışlaq yaşayış məntəqələrinin arasında yerləşdiyi üçün Ortaqışlaq adını almışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Yuxarı Ortaqışlaq (Marağa)
Yuxarı Ortaqışlaq (fars. اورتاقشلاق عليا‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (36 ailə).

Digər lüğətlərdə