pəncərə-qapı

pəncərə-qapı
pəncərə
pəncərəaltı
OBASTAN VİKİ
Pəncərə
Pəncərə (ing. Window) - Tikililərdə aydınlatma və havalandırma məqsədilə açılan oyuqlar. Pəncərələrin üzərin çərçivələrlə bərkidilmiş şüşələrlə örtülür. Daxilə və ya xaricə açılan pəncərələr qanad olaraq adlandırılır. Pəncərələrin qapalı saxlanılması xaricdən gələcək küləyin və səsin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. İki bərabər hissədən ibarət olan və yaxud tək hissədən ibarət olan pəncərələr vardır. İki bərabər hissədən ibarət pəncərələr əsasən şəhərdə və ya kənd ərazilərində istifadə edilməkdədir. Pəncərələr bir çox mədəniyyətdə mühüm yer tutur. Müxtəlif dinlərdə də pəncərələrin önəminə müraciət edilmişdir. Xüsusi ilə Xristianlıq dinində pəncərə və qapılara önəm verilmişdir.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.
Lacivərd pəncərə
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Pəncərə yuyulması
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Pəncərə (İnformatika)
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ali Qapı
Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir. Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Or Qapı
Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. 2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir 2016-cı ilə görə Or Qapıda 9 küçə vardır. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7 orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi, ilk yardım stansiyası, provaslav kilsəsi vardır.
Qapı (Proqramlaşdırmada)
Qapı (Proqramlaşdırmada) — (ing.gate, ru.вентиль) – AND, OR, NOT (VƏ, VƏYA, DEYİL) kimi Bul operatorları ilə göstərilən və Bul məntiqinin qaydalarına uyğun işləyən elektron açar. Qapı, yarımkeçirici qurğunun çox miniatür elementidir; o, bir və ya bir neçə giriş siqnalının durumu ilə məntiqi bağlı olan elektrik giriş siqnalı formalaşdırır. Məsələn, giriş siqnalının tərsinə çevrilməsi (invert) üçün nəzərdə tutlmuş qapı ikilik vahidin elektron ekvivalentini sıfra, ikilik sıfırın ekvivalentini isə vahidə çevirir. Qapılar ən çeşidli məntiqi funksiyaları yerinə yetirdiyindən onları müxtəlif yollarla elə birləşdirmək olar ki, toplama, çıxma, vurma, bölmə və s. əməlləri yerinə yetirmək mümkün olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qapı (dəqiqləşdirmə)
Qapı
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qapı telefonu
Qapı telefonu - daxili şəbəkədən istifadə edən telefon xətti. Xətt telefon şəbəkəsi ilə bağlı deyil. Çox vaxt səsucaldan ilə təchiz olunur və eyni binanın daxilində qısa məsafələrdə rabitəni təmin edir. Elektron qurğu danışma qurğusuna zəng blok siqnalı verən qurğudur. Bir-abunəçi və çox-abunəçi qurğularına bölünür. Elektromexanika həm də elektron tip kimi avtomatik bağlayan qurğularla (AZANI) təchiz edilmiş ola bilər. Əlaqənin ötürülməsinin üsulu üzrə: məftil və ya radiosiqnaldır. Qapı telefonlarının ən mürəkkəbləri vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması üçün çoxmənzilli evlərin bloklarına qurulur. Müasir çoxmənzilli domofonlar aşağıdakı qurğularla və funksiyalarla təchiz edilmişdir: Audio və video - mənzildə danışma qurğusuyla blokda zəng əlaqəsi. Daxili İşlər Nazirliyinin və ya FHN-ın pultuna nəticəylə mühafizə və yanğın söndürən siqnalizasiyalarının sistemlərinin qoyulması.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art.
Qızıl qapı
"Qızıl qapı" parkı (ing. Golden Gate Park) — San-Fransiskoda yerləşən park.
Arxa qapı
Arxa qapı və ya bekdor (ing. backdoor) — təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı. Arxa qapılar əsasən kompüterə uzaqdan girişi təmin etmək və ya kriptosistemlərdə açıq mətnə çıxış əldə etmək üçün istifadə olunur. Arxa qapıdan parollar kimi imtiyazlı məlumatlara giriş əldə etmək, sabit disklərdəki məlumatları silmək və ya avtomatik sxemli şəbəkələrdə məlumat ötürmək üçün istifadə oluna bilər. Arxa qapı proqramın gizli hissəsi, ayrıca proqram, avadanlığın kodu və ya Windows kimi əməliyyat sisteminin hissələri şəklində ola bilər. Troya atları cihazda boşluqlar yaratmaq üçün istifadə edilə bilər. Troya atı tamamilə problemsiz proqram kimi görünə bilər, lakin icra edildikdə, arxa qapı quraşdıra biləcək fəaliyyətə səbəb olər. Arxa qapılar adətən gizli şəkildə quraşdırılsa da, bəziləri məqsədli şəkildə qurulur və geniş şəkildə tanınır. Bu cür arxa qapılar istehsalçıya istifadəçi parollarını bərpa etmək üçün bir yol təqdim etmək kimi "qanuni" istifadələrə sahibdir. == İstinadlar == == Xarici keçidlər == Finding and Removing Backdoors Three Archaic Backdoor Trojan Programs That Still Serve Great Pranks Backdoors removal — List of backdoors and their removal instructions.
Pəncərə (film, 1991)
Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi. Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır. "Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır. Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana... Allah-Təala qiyamət günü əzab verməz". Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür. Filmin ideyası 1987-ci ildə yaranmışdır. Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc Quruluşçu operator: Elxan Əliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Mobil Babayev Operator: Etibar Şirinov Səs operatoru: Akif Nuriyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Rejissor: Mayak Kərimov İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə Elxan Bayramov — Savalan Abbasqulu Əbluc — Vasif Zemfira Əliyeva — Sultannisə Təvəkkül İsmayılov — Burxan Xəlil İsmayılov — Ceyhun Məmmədbağır Həsənov — Qənimət Ramin Məlikov — Rövşən Həsən Əbluc — Rövşənin atası Fərid Hacıyev — Zəki Nazir Əliyev — Zəkinin atası Emil Bayramov — Qurban Vüsalə Nəbiyeva — Qumral Rövşən Cahangirov — Səməd Əbdül Mikayılov — Əhməd Elxan Quliyev — milis kapitanı Fikrət Məmmədov — milis leytenantı Laləzar Mustafayeva — ana A.Seyidova Ülvi Səfərov Ş.Məmmədova Mayak Kərimov Dadaş Kazımov — qarovulçu Vəliəhd Vəliyev — restoran sahibi Şəmsi Şəmsizadə — ata S.Tağıyev İdris Rüstəmov Zilli Namazov — restorandakı müştəri Vüqar Muradov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Burxan (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qeyri-aktiv pəncərə
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sınıq pəncərə nəzəriyyəsi
Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.
Or Qapı qalası
Or Qapı qalası — Or Qapı yaxınlığında, Krımı Ukraynaya bağlayan Or bərzəxidə yerləşən xarabalıq qalasıdır. 15-ci əsrdə I Məngli Gəray və oğlu I Sahib Gəray tərəfindən tikilmişdir. Bu qala Krım xanlığı üçün böyük bir strateji əhəmiyyətə malik idi. 1735-1739-cu illərdə Rus-Türk müharibəsi əsnasında rus marşalı Burkhard Christoph von Münnich tərəfindən tutuldu və məhv edildi (1736). 1738-ci ildə yenidən Rus General Lacy tərəfindən ələ keçirilmişdi. 1754-cü ildə Krım Giray tərəfindən yenidən qurulmuşdur. 1771-ci ildə rus generalı Dolgorukov tərəfindən qətiyyətlə ələ keçirildi.
Qapı (film, 2012)
Qapı — Macarıstanın ingilis dilində olan dram filmidir. Film 34-cü Moskva Beynəlxalq Film Festivalında yarışma proqramında yer almaq üçün seçildi. 2012-ci ilin noyabrında Los-Anceles Macar Film Festivalında Maykl Kurtiz Tamaşaçı Mükafatını qazandı. Filmin baş rollarında bütün xarizmasıyla Helen Mirren ve "Başqalarının Həyatı" filmində rol almış Martina Gedek var. Roman yazarı olmaq istəyən Maqda, günlük işlərində yardım etməsi üçün yaşlı xadimə Emerenci razı salar. Xidmətləri qüsursuz olsa da, Emerenc tərs və qatıdır. Keçmişi məchuldur; qəsəbədə haqqında şübhə və dediqodular dolaşmaqdadır. Zamanla bütün qəribəliklərinə baxmayaraq Emerenc ilə Maqda arasında qəribə olduğu qədər də sağlam bir bağ qurulacakdır.
Daş qapı (Xoy)
Daş qapı və ya Darvaz-i Səngi (fars. دروازه سنگی‎)- İranın Qərbi Azərbaycan ostanında, Xoy şəhərinin mərkəzində, Köhnə Xoy bazarının cənubunda yerləşən abidə. Abidənin Elxanilər dövründə inşa edildiyi bildirilir. Daş qapı İranın Milli irs siyahısına 808 nömrəsi ilə əlavə edilib. == Tarixi == Azərbaycan türkcəsində Qala qapısı adlanan daş darvaza Xoy şəhərinin mərkəzində, Xoy bazarının cənubunda yerləşir. Qədimdə bu qapı şəhərin girişi idi. Abidənin tikilmə tarixi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi tarixçilər qapı üzərindəki memarlıq elementlərini Elxanilər dövrünə aid edirlər. Ehtimal olunur ki, qapı Elxani hökmdarı Abaqa xanın həyat yoldaşının əmri ilə tikilib. Daha sonra hicri 1170-ci ildə Əhməd xan Dünbili tərəfindən bərpa edilərək gücləndirilmişdir.
Qızıl qapı (Vladimir)
Qızıl qapı — Vladimir şəhərində yerləşən qədim rus memarlığının abidəsi. YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Onlar 1164-cü ildə knyazlığın paytaxtını Suzdaldan Vladimirə köçürən Vladimir knyazı Andrey Boqolyubskinin rəhbərliyi altında tikilib. Qızıl Qapı müdafiə quruluşu və zəfər tağı kimi istifadə edilmişdir. Şəhərin ən zəngin knyazlıq-boyar hissəsinin (Noviy qorod) əsas girişini bəzədilər. Alim N. N. Voronin və sənətşünas A. İ. Skvortsovun fikrincə, qapılar knyazlıq sənətkarları tərəfindən tikilmişdir. Bunu xüsusilə ağ daş bloklardan birində inşaatçının qoyduğu knyazlıq işarəsi sübut edir. Bina Vladimir-Suzdal memarlığında geniş istifadə olunan yarımdaş hörgü texnikası ilə tikilmişdir. Güclü yarımdairəvi tonozla örtülmüş keçid tağının ciddi nisbətləri və yuxarıdakı kiçik kilsənin xüsusi zərifliyi binaya öz təyinatına uyğun əzəmətli bir xarakter verirdi. Qapının qoyulma tarixi 1158-ci ilə təsadüf edir, tikintinin sonu 1164-cü ildə, Rizpojenskayanın qapıdan yuxarı kilsəsinin təqdis edildiyi vaxtdır.
Qızıl Qapı (Qüds)
Qızıl Qapı (Qüds) — Məbəd dağının yeganə şərq qapısı və bir vaxtlar bu istiqamətdən şəhərə çıxışı təmin edən iki qapıdan biri. Məbəd dağının şərq divarının şimal hissəsində yerləşir. Bu, Qüdsün Köhnə Şəhərinin divarları içərisində bir neçə möhürlənmiş qapılar arasındadır, Hulda Qapısı və şərq divarının cənub tərəfində yerdən bir neçə mərtəbə yuxarıda yerləşən Bibliya və Xaçlılar dövrlərinə aid kiçik bir darvaza. Qızıl Qapı orta əsrlərdən bəri peyğəmbərliyin yerinə yetirilməsi üçün qoyulmuşdur. Onların tikilmə tarixi mübahisəlidir və darvazanın ərazisində heç bir arxeoloji işin aparılmasına icazə verilmir, lakin mövcud baxışların bölündüyü iki tarix göstərilir: son Bizans və ya erkən Əməvi dövrləri. Xristian ədəbiyyatında Qızıl Qapı adı istifadə olunur. Qızıl Qapının İbranicə adı Şaar Ha-Rachamim (İbranicə: שער הרחמים), Mərhəmət Qapısıdır. Ərəb dilində onlar Bab əd-Zəhəbi adı ilə tanınırlar. Bu da "Bab əz-Zəhəbi" yazılır "Qızıl Qapı" mənasını verir. Başqa bir ərəb adı Əbədi Həyat Qapısıdır.