panspermiya
panteist
OBASTAN VİKİ
Azərbaycan Dövlət Pantomim Teatrı
Azərbaycan Dövlət Pantomim Teatrı — Bakıda fəaliyyət göstərən teatr. Azərbaycan teatr tarixində ilk pantomim teatr. == Tarixi == 16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. 2000-ci ildə "Dəli yığıncağı" pantomim teatr-studiyasına Dövlət statusu verilib. Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir. == Aktyor heyəti == Nargilə Qəribova, Elnur İsmayılov, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Bəhruz Vaqifoğlu, Əli Əlizadə, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Səbirə Həsənova, Rafiz Mehdizadə, Taleh Yüzbəyov, Solmaz Bədəlova, Ləman Hüseynli, Vüsal Rzasoy, Elçin Əfəndi, Elxan Şahalıyev, Leyla Atayeva, Nuridə Musabəyli,Ramiz İsmayılov, Cavad Nuriyev, Elnur Rzayev == Tamaşaları == "Ümid" -S. Bekket /"Bir aktyor üçün mim"/ — pantomim, "Pantomim buketi" — B. Xanızadə — pantomim, "Karol xofu" — S. Mrojek – eksperimental tamaşa, "Gəldim ki, olam ğəmin hərifi" — M. Füzuli "Leyli və Məcnun" poeması əsasında – pantomim balet, "Şəngül, Şüngül, Məngül" — M. Musabəyov – divertisment –tamaşa, "Manqurt" -Ç, Aytmatov /"Gün var əsrə bərabər" povestinin motivləri əsasında/ — pantomim, "Dulusçu" — Ü. Hacıbəyov /"Biz nə tövr iş görürük?" fleytonu əsasında/- pantomim, "Zibillik pərvanələri" — B. Xanızadə — pantomim, "Eşq" — B. Xanızadə (V. Şekspirin sonetləri əsasında plastik düşüncə), "Balaca şahzadə" — Antuan de Sent Ekzüperi –nağıl –tamaşa, "Maska" — Zaur Zeyanlov – pantomim, "Çərçivə" — Ə. Abdulayev – pantomim, "Dejavü" — S. Hacıyeva – pantomim və s. == İstinadlar == == Mənbə == "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42–43. == Xarici keçidlər == pantomima.az — Azərbaycan Dövlət Pantomim Teatrının rəsmi saytı Can Azerbaycan-Pantomima Teatri Elman Rəfiyev: "Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur" Pantomim-də söyüş qazanan qızlar… Arxivləşdirilib 2016-02-25 at the Wayback Machine Diqqət: şərh verilmir!
Azərbaycan Dövlət Pantomima Teatrı
Bulbophyllum pantlingii
Bulbophyllum pantlingii (lat. Bulbophyllum pantlingii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum pantoblepharon
Bulbophyllum pantoblepharon (lat. Bulbophyllum pantoblepharon) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Co Pantoliano
Cozef Piter "Co" Pantoliano (12 sentyabr 1951, Hoboken, Nyu Cersi) — amerikan film və televiziya aktyoru. Emmi mükafatının sahibi. Əsasən "Matris" və "Memento" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. Yüzdən çox film və serialda çəkilib. == Bioqrafiya == Co Pantoliano 12 sentyabr 1951-ci ildə ABŞ-nin Hoboken şəhərində, italyan ailəsində anadan olub. Hal-hazırda keçmiş model xanımı Nensi Şepard və dörd övladı ilə birlikdə yaşayır. === Karyerası === 1987-ci ildə o, Stiven Spilberqin "Günəş imperiyası" filmində Frenk Demarast rolunda çəkilir. 1999-cu ildə məşhur Matriks üçlüyündən birinci hissəsində baş rollardan birini, Sayfer rolunu ifa edir. 2003-cü ildə Pantoliano Soprano ailəsi teleserialındakı Ralf Sifaretto roluna görə Emmi mükafatı ilə mükafatlandırılır. 2007-ci ilin oktyabrında Co ictimaiyyətə müraciət edərək deyir ki, "Canvas" filmi onu dərin depressiyaya salıb və o belə problemləri olan insanlara yardım üçün cəmiyyət yaratdığını elan edir.
Didube panteonu
Didube panteonu və ya Gürcüstanın yazıçı və ictimai xadimlərinin Didube panteonu (gürc. დიდუბის მწერალთა და საზოგადო მოღვაწეთა პანთეონი) — Gürcüstanın Tbilisi şəhərinin Didube rayonunda bir çox məşhur yazıçısının, alimlərinin, artistlərinin, milli qəhrəmanlarının dəfn olunduğu nekropol. 2015-ci ildə nekropolun bağlanması rəsmən elan edildi. == Panteonda dəfn olunanların siyahısı == Abaşidze Qriqol Qriqoryeviç (1914–1994) – gürcü şairi, Abaşidze Kita Georgiyeviç (1870–1917) – gürcü ictimai xadimi, Abakeliya Tamara Qriqoryevna (1905–1953) – gürcü heykəltəraşı, teatr rəssamı, qrafik Arçvadze Tengiz Qriqoryeviç - gürcü aktyoru, zadəganı Abuladze Tengiz Yevgeneviç (1924–1994) – gürcü rejissoru, SSRİ xalq artisti, Avalişvili Zurab Davidoviç (1876–1944) – gürcü ictimai xadimi, tarixçi, diplomat və hüquqşünas, Amaşukeli Elquca Davidoviç (1928– 2002) – sovet və gürcü heykəltəraşı, Andronikov Luarsab Nikolayeviç (1872–1939) – gürcü və rus vəkili, İ.D.Andronikovun atası, Anfimov Yakov Afanasyeviç (1852–1930) – rus nevropotoloqu və psixiatrı, Axvlediani Yelena Dmitriyevna (1901–1975) – gürcü rəssamı, qrafik, Burmistrova Natalya Mixaylovna (1918–2008) – SSRİ xalq artisti, Vasadze Akaki Alekseyeviç (1899–1978) – gürcü aktyoru və rejissoru, SSRİ xalq artisti, Qabaşvili Yekaterina Revazovna (1851–1938) – gürcü yazıçısı, Gegeçkori Georgi Vladimiroviç (1923–2003) – gürcü aktyoru, Gürcüstan SSR xalq artisti, Davıdova Vera Aleksandrova (1906–1993) – sovet opera müğənnisi və pedaqoqu, RSFSR xalq artist və Gürcüstan SSR xalq artisti, İnanişvili Revaz Konstantinoviç (1926–1991) – gürcü yazıçısı, İoseliani Caba (1926–2003) – gürcü siyasətçisi və hərbçisi, İnqorokva Pavle İeseviç - gürcü tarixçisi, filoloqu və xeyriyyəçisi. İoseliani Otia Şalvoviç (1930–2011) – gürcü və sovet yazıçısı, Jvaniya Zurab Vissarionoviç (1963–2005) – Gürcüstanın keçmiş Baş Naziri Jukovskaya-Kandelaki Yevgeniya Petrovna – gürcü heykəltəraşı, Gürcüstan monumental heykəltəraşlıq məktəbinin banisi Kandelaki Nikolay Porfiroviç (1889–1970) – gürcü heykəltəraşı, Gürcüstan monumental heykəltəraşlıq məktəbinin banisi, Keşelava Platon Georgiyeviç(1893–1963) – gürcü ictimai xadimi, yazıçı-tənqidçi, Koberidze OtarLeontiyeviç (1924–2015) – gürcü aktyoru və rejissoru, Gürcüstan xalq artisti, Apollon Karamanoviç Kutateladze – gürcü rəssam-rəssam, qrafika rəssamı. Kvirkveliya Terenti Samsonoviç - gürcü şairi və esseisti, qrafika rəssamı. Leselidze Konstantin Nikolayeviç (1903–1944) - Sovet İttifaqı Qəhrəmanı, Sovet hərbi sərkərdəsi, general-polkovnik, Leselidze Nina İvanovna (1906–1974) – general-polkovnik Konstantin Nikolayeviç Leselidzenin arvadı, Maxaradze Kote İvanoviç (1926–2002) – sovet və gürcü aktyoru, teleaparıcı, Pancikidze Quram İvanoviç (1933–1997) – gürcü yazıçısı, Çiaureli Sofiko Mixaylovna (1937–2008) – gürcü və sovet aktrisası, Aleksandr Solomonoviç Roinaşvili - gürcü ilk peşəkar fotoqraf, etnoqraf və kolleksiyaçı Çxeidze Rezo Davidoviç (1926–2015) – sovet və gürcü kino rejissoru və aktyoru, Çxikvadze Ramaz Qriqoryeviç (1928–2011) – sovet və gürcü teatr və kino aktyoru, SSRİ xalq artisti, Eliava Liya Şalvovna (1934–1998) – sovet və gürcü aktrisası, Umikov Pyotr İosifoviç - gürcü xalq yazıçısı, ictimai xadim, publisist, gürcü folklorunun kolleksiyaçısı və naşiri, jurnalist, müəllim, dramaturq, teatr xadimi, komediya artisti Georgi Konstantinoviç Totibadze (1928–2010) – gürcü rəssamı. == Ədəbiyyat == Ениколопов (Энаколопашвили) И. К. Дидубийский пантеон. — Тбилиси: Техника да шрома, 1957. — 242 с.
Didubi panteonu

Ficus pantoniana
Ficus pantoniana (lat. Ficus pantoniana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Gypsophila panticulata
Görkəmli Azərbaycanlılar panteonu
Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə Azərbaycanın görkəmli ictimai xadimlərin dəfn olunduğu memorial qəbiristanlıq. Burada Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və s. kimi görkəmli şəxslər dəfn edilib. Panteon Botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığının yerində yerləşir. == Tarixi == Qəbiristanlıq "Gorxana" adı ilə XVII əsrdə yaradılıb. Şərqi Gürcüstan İrandan vassal asılılıqda olanda, qəbiristanlığın yerləşdiyi rayona seyidlər köçməyə başladılar, ona görə şəhərin bu rayonu Seyidabad adlanmağa başlandı. Həmçinin,Tiflisdə yaşayan bütün müsəlmanları elə bu qəbiristanlıqda dəfn edirdilər. XIX əsrdə qəbiristanlığın ərazisi xeyli genişləndirilmişdir. Adı çəkilən şəxslərdən başqa qəbiristanlıqda general Abdulla-ağa Bakıxanov, Məmməd-Həsən Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar, aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və publisist Eynəli bəy Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qayıbov, Müzəffər Nərimanov, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi mədəniyyət, elm xadimləri və siyasətçilər də dəfn olunub, üstəlik Axundovun ailəsinin üzvləri, onun xanımı Tuba-xanım, oğulu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı da burada son mənzilini tapmışdılar. Onların bir çoxunun adları bu gün panteonun girişindəki abidəyə həkk olunmuşdur.
K2 Black Panther
K2 Black Panther (Hanqıl: K2 '흑표'; Hanca: K2 '黒豹') — Cənubi Koreyanın Hyundai-Kia Automotive Group şirkətinin hazırladığı əsas müharibə tankı. Hazırda K2 Qarab Bəbir dünyanın ən inkişaf etmiş tankı sayılır. Bu tankn imkanları asanlıqla Çin yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı geridə qoyur. Bundan əlavə, bu ən bahalı tankdır. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. K2 tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanmışdır, ilk tank isə 2014-cü ildə orduya təhvil verilmişdir.
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. == Həyatı == Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. == Şəhadəti == Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.
Panthera pardus leopardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Panthera pardus melanotica
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Panthera pardus melas
Yava bəbiri (lat. Panthera pardus melas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Panthera pardus millardi
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Qara Pantera (film, 2018)
Qara pantera (ing. Black Panther) – Marvel Comics-in eyniadlı superqəhrəmanı haqqında çəkilmiş film. Marvel Kinematoqrafiya Kainatının 18-ci filmidir. Film Marvel Studiyası tərəfindən istehsal edilmiş, Volt Disney Studiyasına məxsus "Motion Pictures" tərəfindən yayımlanmışdır. Filmdəki baş rolu (Qara pantera) Çedvik Bousman ifa edir. Personaj ilk dəfə "Birinci qisasçı: Qarşıdurma" filmində iştirak etmişdir. == Məzmunu == İlk baxışdan Vakanda Afrikanın sıradan bir ərazisi kimi görsənə bilər, lakin bu heç də belə deyil. Bu səhralıqda vibrasiyanı dəf edə bilən nadir metal yataqları gizlənir. Bir çoxları onu əldə etməyə çalışsa da, qarşılarına çıxan hər şeyi məhv edən və yerli əhalini öldürən yadellilər həmişə məzlumların müdafiəsinə qalxan müəmmalı Qara Panter tərəfindən darmadağın ediliblər. Uzun illər sonra Vakanda yenə yadellilərin hücumlarına məruz qalır.
Qara Pantera (partiya)
Qara Panteralar Partiyası (ing. Black Panther Party) — ABŞ-də afroamerikalıların hüquqlarını müdafiə etmiş radikal yönümlü siyasi partiya. QPP 1966-cı ildə Kaliforniya ştatını Oklend şəhərində Huey Nyuton tərəfindən yaradılmışdır. == Xarici keçidlər == 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
Qara panter
Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur. == Bəbir == 1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir. 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi. 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.
Qara pantera: Vakanda əbədi (film, 2022)
Qara pantera: Vakanda əbədi (ing. Black Panther: Wakanda Forever) — 2022-ci il ABŞ istehsalı superqəhrəman filmi. Marvel Kinematoqrafiya Kainatının 30-cu filmidir. == Rollarda == Lupita Nionq — Nakia Danai Qurira — Okoye Martin Friman — Everett Ross Letitia Uriqt — Şuri Uinston Duke — M'Baku Ancela Bassett — Ramonda Həmçinin Mişeli Koel hələki, açıqlanmamış rolda yer almışdır.
Qara pantera (Marvel Comics)
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
Qara pantera (komiks)

Qarqantüa və Pantaqrüel
"Qarqantüa və Pantaqrüel" (fr. La vie très horrifique du grand Gargantua, père de Pantagruel) — fransız yazıçısı Fransua Rable XVI əsrdə yazdığı satirik roman pentalogiyası. 5 kitabdan ibarət olan əsər Qarqantüa və Pantaqrüel adlı iki divin macəralarından bəhs edir. Əsər məzəli, ekstravaqant və satirik janrda yazılıb və çox erudisiya, vulqarlıq və söz oyununu özündə ehtiva edir. Pentalogiya mütəmadi olaraq Uilyam Şekspir və Ceyms Coysun əsərləri ilə müqayisə edilir. Rable poliqlot idi və bu əsərlə "fransız dilinə çox sayda yeni və çətin söz" daxil etmişdir. == İstinadlar == == Mənbə == Bakhtin, Mikhail. Rabelais and his world. Bloomington: Indiana University Press. 1941.
San Joaquin Fransız Panteonu
Fransız San Joaquín Panteonu, həmçinin Leqariyanın Fransız Panteonu kimi tanınan, Mexiko şəhərində yerləşən qəbiristanlıqdır. İçərisində Meksika tarixinə damğasını vuran bəzi insanlar, məsələn; Miroslava Stern, Klavillazo, Mariya Feliks, Xose Xose və əvvəlcə burada dəfn edilən, lakin daha sonra məzarından çıxarılaraq 2017-ci ildə yandırılan Paulette Gebara Farah Bu panteon 1940-cı ildə Fransanın Mərhəmət Panteonu daxilində baş verən bağlanma və doyma nəticəsində yaranıb, əhaliyə xidmət göstərməyə davam etmək üçün 1942-ci ildə San Joaquin Fransız Panteonu yaradılıb və əsası qoyulub.
Steriani Pantazi
Steriani Pantazi (d. 27 oktyabr 1989; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Steriani Pantazi 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Steriani Pantazi 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou və Varvara Maqnisali ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.

Digər lüğətlərdə