penoşüşə
pensiya
OBASTAN VİKİ
Mayk Pens
Maykl Riçard Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir. Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsa da, seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış, televiziya və radio verilişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təəssübkeşi kimi tanınmışdır. 2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır.
Eri (Pensilvaniya)
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.
Hordeum pensanum
Pensakola dağları
Pensakola dağları (ing. Pensacola Mountains) — Şərqi Antarktidanın qərbində yerləşən dağ silsiləsi. Filhner şelf buzlağı ərazisinə istiqamətlənir. Pensakola dağları şimaldan cənuba 500 km məsafədə uzanır. Suxurları əsasən Paleozoy və Mezozoy dövrlərinə aiddir. Dağların böyük hissəsini buzlaqlar ilə örtülüdür. Pensakola dağları 13 yanvar 1956-ci ildə amerikan ekspedisiya tərəfindən aşkarlanmış və Florida ştatında yerləşən Pensakola şəhərinin şərəfinə adlandırılmışdır.
Pensilvaniya
Pensilvaniya (ing. Pennsylvania) – ABŞ-də ştat. Mərkəzi Harrisburq şəhəridir. Pensilvaniya sözü İngilis Admiralı Vilyam Pennin soyadının və meşəlik ərazi (woodland) mənasındakı "sylvania" sözünün İngilis kralı Charles tərəfindən birləşdirilməsindən törəmişdir. Pensilvaniya,şərqində Nyu-Cersi,cənub-şərqində Delaver,cənubunda Merilend və cənub-qərbində Qərbi Virciniya,qərbində Ohayo,şimalında Nyu-York və Eri gölü ilə əhatə olunmuşdur.Ştat şimal-cənub istiqamətində 204 km,şərq qərb istiqamətində isə 455 km uzunluğundadır.Ştatın ən böyük çayı Susquehanna çayıdır.Ştatın şərqində Appalaç dağları uzanır. Pensilvaniyada 12.418.756 nəfər əhali yaşayır.Əhalinin 83,8% ağ dərili,10,4% qara dərili,2,3% monqoloid,0,1% isə hindular təşkil edir.
Pensilvaniya Universiteti
Pensilvaniya Universiteti (ing. University of Pennsylvania) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim universitetlərindən olmaqla ən aparıcı ali təhsil ocaqlarından biridir. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştat Universiteti və Filadelfiya Universiteti ilə səhv salırlar. Pensilvaniya Universiteti 1740-cı ildə alim, jurnalist, diplomat Bencamin Franklin tərəfindən yaradılmışdır. İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci ildə kollecə çevrilir və B.Franklin Pensilvaniya Kollecinin prezidenti olur. Franklin ictimai qulluq və ticarət üçün yararlı, klassikaya əsaslanan təhsil proqramını təbliğ edirdi. O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır: Kontinental konqresin 24 nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya" mətninin altında imzası duran 9 tanınmış sima - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Frensis Hopkinson, Tomas Makkin, Robert Morris, Vilyam Paca, Corc Ross, Bencamin Raş və Ceyms Vilson; ABŞ Konstitusiyasının mətnini imzalayan 10 şəxs - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas Mifflin, Qouverner Morris, Robert Morris, Corc Vaşinqton, Hyu Vilyamson və Ceyms Vilson bu kollecin məzunları olublar. 1779-cu ildə kollecə universitet statusu verilib. Pensilvaniya Universiteti ABŞ-də ilk universitet statusu almış ali məktəbdir.
Pensilvaniya Ştat Universiteti
Pensilvaniya Ştat Universiteti (ing. Pennsylvania State University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən ali təhsil müəssisəsi.
Pensilvaniya ştatı
Pensilvaniya (ing. Pennsylvania) – ABŞ-də ştat. Mərkəzi Harrisburq şəhəridir. Pensilvaniya sözü İngilis Admiralı Vilyam Pennin soyadının və meşəlik ərazi (woodland) mənasındakı "sylvania" sözünün İngilis kralı Charles tərəfindən birləşdirilməsindən törəmişdir. Pensilvaniya,şərqində Nyu-Cersi,cənub-şərqində Delaver,cənubunda Merilend və cənub-qərbində Qərbi Virciniya,qərbində Ohayo,şimalında Nyu-York və Eri gölü ilə əhatə olunmuşdur.Ştat şimal-cənub istiqamətində 204 km,şərq qərb istiqamətində isə 455 km uzunluğundadır.Ştatın ən böyük çayı Susquehanna çayıdır.Ştatın şərqində Appalaç dağları uzanır. Pensilvaniyada 12.418.756 nəfər əhali yaşayır.Əhalinin 83,8% ağ dərili,10,4% qara dərili,2,3% monqoloid,0,1% isə hindular təşkil edir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Penstemon
Penstemon (lat. Penstemon) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Penstemonun çiçəklərinin beş erkəkciyi vardır.Penstemon yunan sözü olub, "beş erkəkcik" deməkdir. Dünyada Penstemon cinsinin 250-dən çox növü məlumdur ki, onlardan gülçülükdə əsasən 5 növdən istifadə olunur. Bu bitki çoxillik olmasına baxmayaraq yaşıllaşdırmada birillik bitki kimi yetişdirilir. Hibrid penstemon (P.x.hybridus) qırxbuğum penstemon (P.geptianoides), Xartveqa penstemonu (P.hartwegii) və ağac sarmaşığı penstemonu (Pcobaea) növlərindən yaşıllaşdırmada geniş istifadə olunur. Yazda bitki kök boğazında yarpaq rozeti əmələ gətirir və ondan zoğların uclarında çiçəkləri olan, zəif budaqlanan gövdə yaranır. Çiçəkləri qırmızı, çəhrayı, xallı olur. Hibrid penstemonun hündürlüyü 80 sm-dir. 1871-ci ildən mədəni bitki kimi yetişdirilir.
Penstemon albomarginatus
Penstemon albomarginatus (lat. Penstemon albomarginatus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon anguineus
Penstemon anguineus (lat. Penstemon anguineus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon azureus
Penstemon azureus (lat. Penstemon azureus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon barbatus
Penstemon barbatus (lat. Penstemon barbatus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon barnebyi
Penstemon barnebyi (lat. Penstemon barnebyi) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon bicolor
Penstemon bicolor (lat. Penstemon bicolor) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon caesius
Penstemon caesius (lat. Penstemon caesius) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon calcareus
Penstemon calcareus (lat. Penstemon calcareus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon californicus
Penstemon californicus (lat. Penstemon californicus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon centranthifolius
Penstemon centranthifolius (lat. Penstemon centranthifolius) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon cinicola
Penstemon cinicola (lat. Penstemon cinicola) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon clevelandii
Penstemon clevelandii (lat. Penstemon clevelandii) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon deustus
Penstemon deustus (lat. Penstemon deustus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon digitalis
Penstemon digitalis (lat. Penstemon digitalis) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon eatonii
Penstemon eatonii (lat. Penstemon eatonii) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.

Digər lüğətlərdə