Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.