Qalacıq (Şərur)
Qalacıq — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin şimal-şərq hissəsində, Axuraçayla Havuşçavın birləşdiyi yerdə, hündür dağın sinəsində arxeoloji abidə.
Qala divarları iri ölçülü daşlardan inşa edilmiş və uzunsov-dördkünc planlıdır. Qala divarının eni bəzi yerlərdə iki metrə çatır. Divarlar düzbucaqlı çıxıntılar və dördkünc formalı kontrforslarla möhkəmləndirilmişdir. Aparılan tədqiqatlar əsasın- da aydanlaşdırılmışdır ki, burada mədəni təbəqənin dərinliyi 1 metrdən artıq deyil. Görünür ki, qaladan daimi yaşayış yeri kimi istifadə edilməmişdir. Tədqiqatlar zamanı buradan tikinti qalıqları, müxtəlif növ saxsı qab sınıqları, çürümüş nizə, ox ucları, küp, küpə, qazan tipli qab sınıqları, şirsiz və şirli saxsı məmulatı və. s tapılmışdır. Qalacıqdan aşkar edilmiş arxeoloji tapıntılar e.ə. 2, eramızın 3 əsri üçün səciyyəvidir.