Leyli və Məcnun (Əndəlib Qaracadaği)
"Leyli və Məcnun" — XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği tərəfindən yazılmış lirik-realistik poemadır.
== Məzmunu ==
Sadələşdirilmiş süjetə malik əsərdə bir-birinə bağlı, düyümlü, müxtəlif intriqalar doğuracaq hadisələr və ikinci planda duran köməkçi personajlar yoxdur. Şair, yalnız Məcnunun dili ilə danışır, iztirablarını təsvir edir. Leylinin qəlbi və sevgisi isə məchul qalır. Birinci görüşlərində Leyli Məcnunu
deyə rədd edirsə də, az keçmədən onun iztirabına acıyır və ümidverici bir ahənglə deyir:
Oxucu qızla, onun sevgi macərası ilə tanış olmağa imkan tapmamış qasiddən onun başqasına ərə verilməsi xəbərini öyrənir. Əvvəlki "Leyli və Məcnun"larda bu hadisə hər iki aşiqin romantik ölümü ilə bitsə də, burada çox real fonda, birisinin başqasına ərə verilməsi, digəriin isə qürbətə düşməsi ilə yekunlaşır.
== Tədqiqi ==
H. Səmədzadə Əndəlibin poemasını Füzulinin "Leyli və Məcnun"unun təsiri ilə yazdığını qeyd edir və bunun ilk növbədə poemanın bəhrində özünü göstərdiyini vurğulayır. Poemanın ilk misrası olan "Məşşateyn-feyz sünbari" Füzuli "Leyli və Məcnun"unun başlanğıcındakı "Meşşateyn növərus-aləm" misrasını xatırladr.Bu xatırlatmaların getdikcə dərinləşməsinə baxmayaraq, Əndəlibin "Leyli və Məcnun"u bir çox maraqlı xüsusiyyətlərinə görə daha əvvəl bu mövzuda yazılmış əsərlərdən fərqlənir.
Həcm etibarilə böyük olmayan bu poema ərəb folkloru əsasında deyil, sadəcə təsir nəticəsində yazılmışdır. Bu orijinallıq ilk növbədə poemadakı romantik və realistik məqamların münasibətindədir.