qaraqoyunlu

qaraqoyunlu
qaraqovurma
qaraqoyunlular
OBASTAN VİKİ
Qaraqoyunlu
Qaraqoyunlular və ya Baharlılar (az-əbcəd. قاراقویونلولار‎; fars. قره قویونلو‎; türk. Karakoyunlular) — 1375–1468-ci illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və Şimali İraq ərazilərini idarə etmiş Oğuz türkləri tayfalarından ibarət tarixi tayfa ittifaqı və dövlət. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlardır. Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub. Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir, lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi. Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi.
Fulad (Qaraqoyunlu)
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Gölkənd (Qaraqoyunlu)
Gölkənd kəndi — Qaraqoyunlu elinin (dərəsinin) kəndlərindən biri. == Haqqında == Gölkənd kəndi Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ayqut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir. Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi. Qərbi Azərbaycanda "Kiçik akademiya" adını almış orta məktəb məhz Gölkənd orta məktəbi olmuşdur.
Göyçəli (Qaraqoyunlu)
Göyçəli — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Göyçəli kəndində 432 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Güney (Qaraqoyunlu)
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Həsənəli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsənəli Qaraqoyunlu
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Kiçik Qaraqoyunlu
Kiçik Qaraqoyunlu — Göyçə mahalının Basarkeçər rayonunda mövcud olmuş kənd. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilmişdir. == Tarixi == Kiçik Qaraqoyunlu İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.
Kərimbəyli (Qaraqoyunlu)
Kərimbəyli — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1902-ci ildə qaynaqlara Abbasabad olaraq keçməkdədir. Kürdçədə Mıllo adıyla anılan kənd, 1928-ci ildən bəri eyni adı daşımaqdadır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 25 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 273 nəfər kürd yaşayırdı.
Martuni (Qaraqoyunlu)
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil edilimşdir. Toponim gödəklər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənilər buraya köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur. == Əhalisi == 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə azərbaycanlıların say tərkibi göstərilmir.
Mirzəxan Qaraqoyunlu
Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Mirzəxanlı adı XVIII-XIX əsrlərdə yaşamış Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848 illərin siyahıya alınması sənədlərinə əsasən Çar Rusiyası dövründə Qaraqoyunlu Mirzəxanlı Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Mirzəxanlı adı Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Qaraqoyunlu Mirzəxanlıda 1848 ildə ayrıca aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə Əhməd ağa (1783-1848), Mustafa ağa (1788-1848), Əli ağa (1798-1848), İsmayıl ağa (1808-1848), Vəli ağa (1813-1848) adlı beş qardaş yaşamışdır. Bu beş qardaş Mirzəxan ağanın oğludur. Əhməd ağanın 5, Mustafa ağanın 4, Əli ağanın 2, İsmayıl ağanın 1, Vəli ağanın 1 oğlu olmuşdur. 1886 ildə Qaraqoyunlu Mirzəxanlıda aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə beş bəy ailəsi yaşamışdır. Abdulla ağa Əhməd ağa oğlu (1826-...), oğlu Şükür bəy (1861-...), Muradxan bəy Əli ağa oğlu (1848-...), oğlu Adil bəy (1880-...), Süleyman ağa Əli ağa oğlu (1836-...), oğlanları Əhməd ağa (1868-...), Əlipaşa ağa (Ələşrəf ağa) (1870-...), Ziyad bəy Vəli ağa oğlu (1849-...), oğlu Misir bəy (1871-...), Mehdi bəy İsmayıl ağa oğlu (1841-...), oğlu İsmayıl bəy (1866-...), qardaşı Məmməd bəy (1856-...), onun oğlu Dadaş bəy (1878-...), Səfər ağa (Teymur ağa) İbrahim ağa oğlu (1858-...) Qaraqoyunlu Mirzəxanlı kəndinin bəylərindən olmuş, Mirzəxan ağanın nəslinin övladlarıdırlar. XVIII-XIX əsrlərdə Qaraqoyunlu Mirzəxanlıda Hacı Musa Əfəndi Mirzə Məmməd oğlu (1803-1848), Molla Allahverdi Hacı Məmməd Əfəndi oğlu (1800-1848), Səməd Əfəndi Molla Mustafa oğlu (1811-...), qardaşları Molla Mahmud (1808-1848), Molla Əbdürrəhim (1831-1848), Əhməd Əfəndi Məmməd Əfəndi oğlu (1788-1848) adlı din xadimləri və onların ailə üzvləri yaşamışlar.
Məhəmmədtağı Qaraqoyunlu
Məhəmmədtağı Qaraqoyunlu (XVII əsr, İraq) — XVII-XVIII əsrlərdə yaşamış azərbaycanlı alim. XVII əsrin ikinci yarısında İraqda doğulmuş və uşaqlıq illərini də burada keçirmiş istedadlı Azərbaycan alimi XVIII əsrin əvvəllərində Hindistana köçmüş və özünün "Fərhəngi-türki" lüğətini burada yazmışdır. Alim lüğətin tərtibini hicri 1140-cı ildə (1727-ci il) Hindistanın Əhmədnaqar şəhərində tamamladığını qeyd edir. Məhəmmədtağı Qaraqoyunlu dövrünün ən istedadlı poliqlotu olmuş və türk dilləri ilə yanaşı fars, ərəb, hind dillərini də yaxşı bilmişdir. V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20-21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25-26.
Qaradaş (Qaraqoyunlu)
Qaradaş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları qalmaqdadır. Toponim rəng bildirən qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaraqaya (Qaraqoyunlu)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqoyunlu (Ağsu)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonim azərbaycanların etnogenezində iştirak etmiş qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Qaraqoyunlular türkdilli tayfa birləşməsidir. Bayraqlarında qara qoyun şəkli olduğuna görə belə adlanırdılar. XV əsrin axırlarında qaraqoyunluların bir hissəsi qızılbaş tayfalarının tərkibinə daxil oldular. XV-XVI əsrlərdə baharlı, qaramanlı, düyərli, alpout, hacılı, cəyirli, bayramlı və b. tayfalardan ibarət idilər. Kənd ərazisində tarixi iki tarixi memarlıq abidəsi yerləşir: Ağ günbəz və Qırmızı günbəz. Ağ günbəzin divarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir.
Qaraqoyunlu (Bərdə)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 12 km aralıda yerləşir. Bərdə r-nunda eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmişdə Xan Qaraqoyunlu adlanırdı. Qarabağ xanlanna mənsub qaraqoyunlu ailə-lərinin məskunlaşması nəticəsində yaranmışdır. Kənddəki məktəbdə Qaraqoyunlu ilə yanaşı Böyük Ərəb və Bala Ərəb kəndlərinin şagirdləri də təhsil alır. Məktəbin binası 1950-ci ildə inşa olunub.
Qaraqoyunlu (Goranboy)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qaraqoyunlu Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2117 nəfər əhali yaşayır.
Qaraqoyunlu (Göyçə)
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Qaraqoyunlu (Qubadlı)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qaraqoyunlu kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yerli məlumata görə, təqribən XVIII əsrdə Xanqaraqoyunlu kəndindən (indiki Bərdə rayonundakı Qaraqoyunlu kəndi) ayrılmış ailələr əvvəlcə Şayıflı kəndinin (Zəngilan rayonu) yaxınlığında, Xanyeri deyilən yerdə məskunlaşmış, sonra isə indiki yerə köçərək Qaraqoyunlu kəndini salmışlar. Kənd dağətəyi ərazidə yerləşir.
Qaraqoyunlu (Qəmərli)
Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir. Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir.
Qaraqoyunlu (Sayınqala)
Qaraqoyunlu (fars. قره قويونلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 791 nəfər yaşayır (164 ailə). Bu kəndin bütün əhalisi etnik azərbaycanlılardan ibarətdir və azərbaycanca danışırlar. Kənd əhalisi qaraqoyunlu oymağındandır. Bu kənd Sayınqala bölgəsinin şimali hissəsində yerləşir və cənubdan cıgatu çayı ilə həmsərhəddir. Şərqdən Ağcalı kəndi , qərbdən Keşavərz şəhəri və şimaldan isə Aşağı Qarabulaq kəndi ilə qonşudur. Kəndin havası qışı soyuq və qarlı, yayı isə mülayim keçir. Əhalinin çox hissəsi kənd təsrrüfatı və davar saxlamaqa məşğul olar və onların bir qismi də böyük şəhərlərə o cümlədən Təbriz, Urmiya və Sayınqalaya köçmüşlər. Kənddə yetişdirilən meyvə ağacları: badam, üzüm, alma və cəviz.
Qaraqoyunlu (Urmiya)
Qaraqoyunlu (fars. قره قويونلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (7 ailə).
Qaraqoyunlu (Vedibasar)
Qaraqoyunlu - İrəvan quberniyasının İrəvan qəzasında (sonra Vedi rayonunda) kənd adı. Digər adı Çığın Qaraqoyunlu. Yə'ni "Çiqini kəndi yaxınlığındakı Qaraqoyunlu". 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşamağa başlamışlar. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə kəndin həm də Yolkəsən adlandığı qeyd olunmuşdur. 1728-ci ilə aid arxiv sənədində isə göstərilir ki, kəndin adı həm də "Nəhri-Yolkəsən"dir ki, bu da kanalın tranzit yolunu kəsməsi ilə əlaqədardır. Kəndin adı XIII-XV əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında mühüm rol oynamış Qaraqoyunlu tayfa birləşməsinin adını əks etdirir. XIII əsrdə İraqda və Anadoluda məskunlaşmış türkmənşəli Qaraqoyunlu tayfası 1410-1468-ci illərdə Kürdən cənubda Azərbaycanlı, İndiki Ermənistan ərazisini, Ərəb İraqını və qismən Gürcüstanı əhatə etmiş dövlət qurumu yaratmışdır.
Qaraqoyunlu (İğdır)
Qaraqoyunlu ilçəsi — İğdır ilinin 4 ilçəsindən biridir. İnzibati mərkəzi Qaraqoyunlu şəhəridir. "Qaraqoyunlu" toponimi tairixi Azərbaycan Qaraqoyunlular Dövləti ilə əlaqədardır. Şərqi Anadolu regionunda İğdır ilinə bağlı bir ilçə olan Qaraqoyunlu, şərqində Aralıq ilçəsi, şimalı Ermənistan, qərbi İğdır ilçəsi, cənubu isə Böyük Ağrı dağının İğdıra baxan yamacları ilə əhatəlidir. Ərazisi 193.91 km²–dir. İlçə torpaqları Ağrı dağının çıxıntıları, Kirə deyilən daşlıq və qayalıq yüksəkliklər və Ağrı dağının ətəyindəki Korhan yaylasından ibarətdir. İlçənin ərazisinə Qaraqoyunlu şəhəri və on beş kənd daxildir.
Qaraqoyunlu (Şəmkir)
Qaraqoyunlu (1991-ci ilədək Spitakşen) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir r-nunda kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Ağkənd olmuşdur. Yerli əhali arasında daha çox bu adla tanınır. Kəndi həmin r-ndakı Dağ Cəyir kəndindən gəlmiş ailələr onlara məxsus binə yerində salmışlar. Yaşayış məntəqəsinə salındığı ərazidə torpağın üst qatının ağ rəngdə olduğuna görə Ağkənd adı verilmişdir. Köçüb gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Spitakşen adlandırılmışdı. Bu da Ağkənd adının erməni dilinə hərfi tərcüməsidir. 1990-cı ildə kəndin adı yenidən dəyişdirilərək Qaraqoyunlu adlandırılmışdır.
Həsən Əli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Mirzə Yusif (Qaraqoyunlu)
Mirzə Yusif (vəfatı v. 22 oktyabr 1469) Qaraqoyunluların son sultanı. Mirzə Yusif Cahan şahın oğlu idi. 1464-cü ildə böyük qardaşı Pirbudağın qiyamından sonra Fars valisi təyin edildi. Ancaq 11 noyabr 1467-ci ildə Çapaqcur döyüşündə Uzun Həsən tərəfindən tutuldu və kor edildi. 1468-ci ildə Cahan şahın əmir-ümərası və vəziri Pirəli bəy Baharlı tərəfindən sultan elan edildi. Tezliklə Sultanəli (Həsənəlinin oğlu) və Ağqoyunluların rəqib şahzadəsi Mahmud bəy (Qara Osmanın oğlu) ilə birləşdi. Luristanda bir sıra hərbi uğurlar əldə etdilər. Ancaq tezliklə Uzun Həsən tərəfindən məğlub edildi və 1469-cu il 22 oktyabrda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən öldürüldüyü Şiraz şəhərinə çəkildi. Pirəli bəy Baharlı isə Həsən Bayqaranın sarayına qaçdı.
Mirzəxan Qaraqoyunlu bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Orta Əlican (Qaraqoyunlu)
Orta Əlican — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. 2014-cü ilə qədər Aşağı Əlicana bağlı bir yaşayış yeri olmuşdur. Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 22.9.2014-cü il tarixli və 12795 nömrəli əmrinə əsasən, Suvarma Sahələrində Torpaqların Düzəldilməsi haqqında Kənd Təsərrüfatı İslahatı Qanununun 3083-cü maddəsinin 14-cü maddəsinə görə, Nazirlər Kabineti 30 sentyabr 2014-cü il tarixində Aşağı Əlican kəndindən ayrılmasına qərar verir. Yaşayış məntəqəsi Orta Əlican adı ilə ayrı bir kənd olur. İğdır ilçə mərkəzinə 23 km uzaqlıqdadır. Əlican sərhəd qapısı kəndin sərhədləri içərisində yerləşir.