QARAYANIZLIQ
QARDAŞ
OBASTAN VİKİ
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.

Digər lüğətlərdə