qaşqay

qaşqay
qaşqarmaq 2021
qaşqaylar
OBASTAN VİKİ
Qaşqay
Qaşqay (Bostanabad)
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, iki övladı var. 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qaşqay dili
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Çingiz Qaşqay
Qaşqay Çingiz Mirəli oğlu — geologiya-mineralogiya elmləri doktoru. Qaşqay Çingiz Mirəli oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1967-ci ildə "Alunitlərin əmələgəlməsinin fiziki-kimyəvi şəraiti" mövzusunda namizədlik, 1975-ci ildə isə "Alunit qrupu və onun struktur analoqları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Qaşqay Ç.M. AMEA Geologiya və Geofizika İnstitutunun "Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası" şöbəsinin rəhbəridir. Çingiz Qaşqay eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitini öyrənmiş, ilk dəfə olaraq müxtəlif növ alunit qrupu minerallarını sintez etmiş, onların termodinamik parametrlərini təyin etmiş, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlamışdır. Eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə etmişdir. Elmi tədqiqat sahələri: nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və onların filizdə və tərkibində metan olan geoloji obyektlərdə, təbii sular palçıq vulkanlarda daxil olmaqla paylanılması, fiziki-kimyəvi və termodinamik şəraitdə mineralların əmələgəlməsinin və onların eksperimental modelləşdirilməsi əsasında öyrənilməsi. Axır illərdə nadir metalların yeraltından yuyulmasının geotexniki sualların həlli ilə və geotexniki proseslərin praktiki realizasiyası ilə məşğuldur.
Solmaz Qaşqay
Solmaz Bəyim Mir Tağı qızı Qaşqay (10 iyul 1936 – 18 iyun 2011) — tarix elmlər namizədi, mixi yazılar üzrə mütəxəssis, Manna dövlətinin tarixini araşdıran beynəlxalq aləmdə tanınan alim. Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşında olarkən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta məktəb təhsilini 1944 – 1955-ci illərdə almışdır. 1955-ci ildən 1960-cı ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur. Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi. Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. Görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. O, 2011-ci ildə 18 iyunda növbəti ürəktutmasından dünyasını dəyişdi.
Xosrov xan Qaşqay
Xosrov xan İsmayıl xan oğlu Qaşqay (1917 və ya 1921, Şiraz – 1 oktyabr 1982) — Qaşqay elxanı. 1982-ci ildə Şiraz və Firuzabad əyalətlərində qaşqaylarla pasdarlar arasında bir neçə dəfə qanlı toqquşmalar oldu və nəticədə Qaşqay elxanı Xosrov xan həbs edilərək Şirazda edam edildi.
İsmayıl xan Qaşqay
Sövlətüddövlə İsmayıl xan Dərab xan oğlu Qaşqay (1878, Firuzabad, Fars ostanı – 8 oktyabr 1932, Tehran) — Qaşqay elinin elxanı. Hələ 1905–1911-ci illər Məşrutə inqilabını dəstəkləyən Qaşqaylar və onların rəhbəri Sövlətüddövlə böyük başarılar əldə etmiş, öz silahlı qüvvələri ilə xalq əncümənlərini və Şiraz əhalisini əksinqilabi qüvvələrin hücumundan müdafiə etmişlər. Qaşqaylar I Dünya müharibəsi illərində ingilis müstəmləkəçilərinə qarşı üsyan edən Təngistan və Dəştistan mücahidlərinə, Fars əyalətinin demokrat təşkilatlarına da yardım göstərmiş, Sövlətüddövlənin rəhbərliyi altında Fars əyalətini ingilis işğalından xilas etmiş və hətta 1920-ci ildə İngiltərənin işğalçı qoşunlarının İran ərazisini tərk etməsində mühüm rol oynamış və bununla da İran deyilən məmləkətin xalqlarının mübarizəsi tarixində silinməz izlər buraxmışdır. Heç təsadüfi deyil ki, ingilislərin təhriki ilə Qaşqayların lideri, vətənpərvər qəhrəman Sövlətüddövlə ingilis nökəri Rza şah tərəfindən 1932-ci ildə Qəsri-Qacar zindanına salınaraq qətlə yetirilmişdir. İsmayıl xan Sövlətüddövlə qaşqay elinin elxanı Darab xanın oğlu idi. İsmayıl xan, Xədicə bibi adlı qadınla ailə qurmuşdu. Onların Məhəmmədnasir xan, Məlik Mənsur xan, Məhəmmədhüseyn xan, Xosrov xan adlı oğulları, Fərrux bibi və Mülki bibi adlı qızları var idi. İsmayıl xan iranlı tarixşünas Kavə Bayatın babasıdır.
Mirzə Cahangir xan Qaşqay
Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid. Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb. Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib. Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Qaraçaylı (Qaşqaylar)
Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎; ing. Karachai, Qarachai; qaşqayca: Qərəçaye) — Qaşqay elini təşkil edən tayfalardan biri. Piralu, Kələli, Kürdlü, Kərəm Əbdali, Qaraqirli, Cəli, Qurd, Xan Əhmədi, Rekke, Tus, Maləhmədi, Çardange, Gərmesiri və Bahadonlu adlı tirələrə bölünür. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib.
Qaşqaylar
Qaşqaylar — İranın cənub-qərbində, əsasən Fars ostanında ve əlbəttə Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanı yaşayan türkdilli tayfalar birliyi. Qaşqay dilində danışırlar. Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V. İ. Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar. V. V. Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdır. İranda "döyüşkən xalq" kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur. Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır.
İğdır (Qaşqaylar)
İğdır — Qaşqay elini təşkil edən tayfalardan biri. Şəkərli, Əmirli, Ərəbli, Fili, İraqi, Cövzanlı, Əmələ, Qaraxanlı və Qaraqoyunlu adlı tirələrə bölünür. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). www.tarihtarih.com. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.

Digər lüğətlərdə