QOVAN

сущ. куьнуь, куд, кула (чӀижерин).
QOVALANMAQ
QOVARLANMAQ
OBASTAN VİKİ
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
İti qovan (PUA)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". == İstehsalı == Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
İti qovan kimi qovuruq
"İti qovan kimi qovuruq" — 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan ifadə. İfadə Qarabağ döyüşlərində Ermənistan Silahlı Qüvvələrinə qarşı reaksiya üzərində əsaslanıb. == Zəmin == Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası, Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Bunun ardınca, avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Birbaşa hərbi təxribatlarla yanaşı, situasiya 2020-ci ilin avqust ayında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə daha da gərginləşdi. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.
İti qovan (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". == İstehsalı == Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Hacı Kərim xan Qovanlı-Qacar
Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi. == Həyatı == Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kirman şəhərində anadan olmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M. F. Axundzadə kəskin tənqid etmişdir.
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. == Həyatı == Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Hüseynqulu Mirzə Qovanlı-Qacar
Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi == Həyatı == Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar. Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu.
Hüseynqulu xan Qovanlı-Qacar
Hüseynqulu xan Qovanlı-Qacar (1751-1775) — Qacar sərkərdəsi, Fətəli şahın atası. == Həyatı == Məhəmmədhəsən xanın ikinci oğlu Hüseynqulu xan 1751-ci ildə Astrabad civarında dünyaya gəlmişdir. Hüseynqulu xan Kərim xan Zənd tərəfindən Damğanın hakimi olmuşdu. Sonra qiyam qaldırıb müstəqilliyini elan etmişdi. Polkovnik Qold Smit Hüseynqulu xanın öldürülməsi barədə belə yazır: "Kərim xan Zənd gördü ki, Cahansuz şahın öhdəsindən gələ bilmir. Onun üstünə qoşun çəkəsi olsa, gərək milyonlarla pul xərcləyə və özü də Astarabada gedə. Ona görə qərara gəldi ki, bir nəfər qatil göndərsin. Ona görə Əli xan Dəvəlini hüzuruna çağırıb ona dedi: "Nə qədər pul istəsən, sənə verəcəyəm, bu şərtlə ki, Hüseynqulu xanı öldürəsən. Ona tapşırdı ki, Astarabada çatanda özünü ipək taciri kimi qələmə versin". Əli xan Dəvəli-Qacar Hüseynqulu xanın qan düşmənlərini tapıb başına topladı.
Hüseynqulu xan Qovanlı-Qacar (kitab)
Hüseynəli mirzə Qovanlı-Qacar
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara baxmayaraq ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Həsən xan Qovanlı-Qacar
Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacar (1785, Qəzvin – 1856, Tehran) — Rusiya-Qacar savaşlarının qəhrəmanlarından biri, sərkərdə, ordu sərdarı (general), Qacar dövlətinin məmuru, canişin == Həyatı == Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qoşunlarında xidmətə başlamış, Rusiya-Qacar müharibəlıribdə iştirak etmiş, "Sarı Aslan" ləqəbi qazanmışdı. Həsən xan Qacar ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar (general) Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçay Sülh Müqaviləsinin XII maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq rəhbəri sərdar Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya İmperiyasının ixtiyarına keçdi. 1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərqulu xan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini Qacar Ordusu ilə birləşdirdi. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
Həsənəli mirzə Qovanlı-Qacar
Həsənəli mirzə Qovanlı-Qacar (1789-1855) — İran şahzadəsi, vali. == Həyatı == Fətəli şahın altıncı oğlu Həsənəli mirzə (anası Bədrcahan xanım) 1789-cu ildə anadan olmuşdu. Saray təhsili almışdı. Şücaəssəltənə ləqəbinə layiq görülmüşdü. 1815-ci ildən Yəzd, Kirman və Şiraz əyalətlərini idarə etmişdi. Həsənəli mirzə asi Hacı Firuz mirzənin qiyamını yatırmışdı. Sonra Xorasanda baş vermiş üsyan ocağanı söndürmüşdü. Atası vəfat edəndən sonra doğma qardaşı Hüseynəli mirzəni taxt-tac uğrunda gedən mübarizədə müdafiə etdiyinə görə Məhəmməd şah tərəfindən kor edilib Ərdəbildə gözaltına alınmışdı. Həsənəli mirzə 1855-ci ildə vəfat edib. == Ailəsi == Həsənəli mirzə Murtuzaqulu xan Qovanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu.
I Əliqulu mirzə Qovanlı-Qacar
I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri. == Həyatı == Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir. Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib. == Ailəsi == Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Kamran mirzə Qovanlı-Qacar
Kamran mirzə Nasirəddin şah oğlu Qovanlı-Qacar (22 iyul 1856, Gilan ostanı – 15 aprel 1929, Tehran) — Nasirəddin şahın oğlu, Qacarlar dövlətinin hərbi, sonra baş naziri == Həyatı == Kamran mirzə Nasirəddin şah oğlu 22 iyul1856-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Sonra Avropada təhsilini davam etdirmişdi. 1861-ci ildən Paşa xan Əminilmülkün himayəsində, Tehran hakimi Firuz mirzə Nüsrətüddövləni əvəz edir. 1867-ci ildə Nasirəddin şah Xorasana səfər edərkən on bir yaşlı Kamran mirzəni öz yerinə qoydu. On üç yaşında Kamran mirzə artıq Naibüssəltənə tituluna layiq görüldü. Həmin il ona Əmiri — Kəbir ləqəbi də verildi. Bundan sonra Nasirəddin şahın bütün səfərlərində onun yerinə taxta əyləşirdi. Sonra Nəsrəddin şah Tehran (1860–1861 və 1875–1876-cı illərdə), Qəzvin, Gilan (1878–1884-cü illərdə), Mazandaran (1878–1884-cü illərdə), Dəmavənd, Firuzkuh, Qum, Kaşan, Savə, Məlayer, Tuysərkan, Nəhavənd, Astarabad, Şahrud, Bəstam, Damğan, Simnan əyalətlərinin idarə olunmasını Kamran mirzəyə tapşırmışdı. Kamran mirzə bütün İran qoşunlarına komandanlıq etmişdi.
Mehdiqulu mirzə Qovanlı-Qacar
Mehdiqulu mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (?-1854)— Qacar şahzadəsi, vali. == Həyatı == Abbas mirzənin iyirminci оğlu Mеhdiqulu mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1835-ci ildə Ərdəbilin hakimi оlmuşdu. 1848-ci ildə Mazandaran əyalətinə başçılıq еtmişdi. == Fəaliyyəti == Mеhdiqulu mirzə Bab hərakatının yatırılmasında iştirak еtmişdi. 1848-ci ilin оktyabrında Tehrandan 2 min nəfər sərbazla babilərin qiyamını yatırmağa gеtmişdi. Tarixçi Nabil Zərəndi yazır: «Şahzadə Mehdiqulu mirzə qalaya hücum üçün hər cəhətdən hazırlıq görmüşdü. O, qaladakı əshabələri məhv etməkdən ötrü öz qoşununu o vaxtadək misli görünməmiş bir tərzdə düzmüşdü. Şahzadənin ixtiyarında üç piyada alayı və çoxsaylı süvari alayları vardı.
Murtuzaqulu xan Qovanlı-Qacar
Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. == Həyatı == Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı.
Mustafaqulu xan Qovanlı-Qacar
Mustafaqulu xan Mehdiqulu xan oğlu Qovanlı-Qacar (1882-1914)—İranın baş naziri. == Həyatı == Mеhdiqulu xanın yеddinci оğlu Mustafaqulu xan 1872-ci ildə Tehran şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Müşirəssəltənə ləqəbini daşıyırdı. Əmir Mustafaqulu xan 1935-ci ildə vəfat edib. == Ailəsi == Əmir Mustafaqulu xan Şahzadə Binu Əqdəs xanlmla ailə qurmuşdu. Əmir xan, Ələkbər xan, Əlirza xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Məhəmməd mirzə Qovanlı-Qacar
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — Qacar dövlətinin xarici işlər naziri. == Həyatı == Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı. Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.
Məhəmmədhəsən mirzə Qovanlı-Qacar
Məhəmmədhəsən Mirzə Məhəmmədəli şah oğlu Qovanlı-Qacar (20 noyabr 1899, Təbriz – 7 yanvar 1943, Meydenhed[d], Berkşir[d]) — Əhməd şah Qacarın qardaşı, Cənubi Azərbaycan vilayətinin valisi və Qacar sülaləsinin vəliəhd şahzadəsi. Rza xanın 1925-ci ildə özünü şah elan etməsindən sonra bütün ailəsi ilə birlikdə ömürlük İngiltərəyə sürgünə göndərilmişdir. 1930-cu ildə özünü İran taxtının varisi elan etmişdir. 1943-cü ilin 7 yanvarında İngiltərənin Meydenhed şəhərində vəfat etmişdir. İraqın Kərbəla şəhərində dəfn edilmişdir. == Həyatı == Məhəmməd Əli şahın üçüncü оğlu Məhəmməd Həsən Mirzə 20 noyabr 1899-cu ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mükəmməl saray təlim-tərbiyəsi və təhsili görmüşdü. Məhəmməd Həsən Mirzə 1943-cü ildə vəfat еdib. İraqın Kərbəla şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == Qardaşı Əhməd şah Qacarın Rza şah tərəfindən devrilməsindən əvvəl belə İran siyasətində önəmsiz fiqur idi.
Məhəmmədhəsən xan Qovanlı-Qacar
Məhəmmədhəsən xan Fətəli xan oğlu Qovanlı-Qacar (1722, Qorqan – 1759) — Astrabad hakimi. == Həyatı == Məhəmmədhəsən xan Fətəli xan oğlu (bəzən onu ölmüş qardaşının şərəfinə Məhəmməd Hüseyn də adlandırırdılar) 1714-cü ildə Astrabad yörəsində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ölümündən sonra Qovanlı oymağına başçılıq etmişdi. 1746-cı ildə Türkmanlarla birləşib, iki min Qacarın başında Nadir şaha qarşı qiyam qaldırmışdı. Ona ən çox kömək edən dayısı Bəgəncəli bəy Yomut idi. Məhəmməd Həsən xan Astrabadın valisi Məhəmmədzaman bəyi qovub çıxarmışdı. Nadir şah onun qiyamını yatırmış, Məhəmməd Həsən xan yenidən yomutların yanına qaçmışdı. Məhəmməd Həsən xan Nadir şahın ölümündən sonra Astrabadı, Gilanı, Mazandaranı almışdı. Azad xan Əfqanı məğlub etmişdi.
Məhəmmədqasım xan Qovanlı-Qacar
Məhəmmədqasım xan Qovanlı-Qacar (Tehran – 1831) — Qacarlar dövlətinin sərkərdəsi, Fətəli şahın kürəkəni. == Həyatı == Məhəmmədqasım xan Süleyman xan oglu Tehran şəhərində doğulub, mükəmməl mədrəsə təhsili alıb, "Zəhirəddövlə" ləqəbini daşıyıb. Məhəmmədqasım xan 1831-ci ildə vəfat edib. == Ailəsi == Məhəmmədqasım xan Bəyimcan xanım Fətəli şah qızı ilə ailə qurmuşdu. Isa xan, Süleyman xan, Musa xan adlı oğulları, Məlikcahan xanım adlı qızı vardı.
Məhəmmədqulu mirzə Qovanlı-Qacar
Məhəmmədqulu mirzə Qovanlı-Qacar (1789-?)— İran şahzadəsi, vali, şair == Həyatı == Məhəmmədqulu mirzə Fətəli şаh оğlu (аnаsı Аsiyа хаnım Məhəmməd хаn qızı Qоvаnlı) 1789-ci ildə Tеhrаn şəhərində аnаdаn оlmuşdu. Sаrаy təhsili аlmışdı. Mülкаrа ləqəbi dаşıyırdı. 36 il Mazandaran əyalətinin valisi olmuşdu. Məhəmmədqulu mirzə Qovanlı-Qacar Tehran şəhərində vəfat edib. == Yaradıcılığı == Məhəmmədqulu mirzə şаir idi. Хоsrоvi təхəllüsü ilə кönülохşаyаn şеirlər yаzırdı. == Ailəsi == Məhəmmədqulu mirzənin törəmələri öncə Mülкаrа, sоnrа Аrəstə sоyаdını dаşıdılır. Bəziləri isə Bədi fаmiliyаsı ilə tаnınırlаr. Məhəmmədqulu mirzə Fаtimə Sultаn bəyim Şаhruх mirzə qızı Qırхlı-Аvşаrlа və Gülpəri Sаrа Mələк хаnım Murtuzаqulu хаn qızı Qоvаnlı-Qаcаrlа аilə qurmuşdu.
Məhəmmədtağı mirzə Qovanlı-Qacar
Məhəmmədtağı mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1789-1853)—şair, Fətəli şah Qacarın oğlu, vali, Qacar şahzadəsi. == Həyatı == Məhəmmədtağı mirzə Fətəli şah oğlu 1789-cu ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Hüsaməddövlə ləqəbini daşıyırdı. O, 1826-cı ildən 1829-cu ilədək Kerman əyalətinin, 1831-ci ildən 1834-cü ilədək Borucird vilayətinin valisi olmuşdu. 1834-cü ildə tutulub Təbrizə gətirilmişdi. Ordan Ərdəbil zindanına göndərilmişdi. 1848-ci ilədək zindanda qalmışdı. Məhəmmədtağı mirzə Qovanlı-Qacar şair idi. Şövkət təxəllüsü ilə fars dilində şeirlər yazırdı.
Məhəmmədvəli mirzə Qovanlı-Qacar
Məhəmmədvəli mirzə Qovanlı-Qacar (1789-?)— İran şahzadəsi, vali == Həyatı == Məhəmmədvəli mirzə Fətəli şah oğlu 1789-cu ildə anadan olmuşdu. O, onaltı il Xorasanın, 7 il Yəzdin hakimi olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. == Ailəsi == Hacı Məhəmmədvəli mirzənin Mehdiqulu mirzə, Cəfərqulu mirzə, Xosrov mirzə adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
Məhəmmədəli mirzə Qovanlı-Qacar
Məhəmmədəli mirzə (1788–1821) — Fətəli şah Qacarın ən böyük oğlu, Qacar şahzadəsi, vali. == Həyatı == Məhəmmədəli mirzə (anası Zibaçöhrə хanım gürcü qızı idi) 1788-ci ildə Tehran şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Fəxri Dövlətşah və Qəvam əl-xəlifə ləqəblərini daşıyırdı. Məhəmmədəli mirzə daim Abbas mirzə ilə çəkişirdi. Onun vəliəhd təyin olunmasından incinirdi. Hər vəchlə Abbas mirzəni atasının gözündən salmaq istəyirdi. Vəliəhd olmaq üçün çox cəhd edirdi. Tarixçi Əminə Pakrəvan yazır: "Kirmanşahın valisi Məhəmmədəli mirzə Dövlətşahi böyük bir təərrüzə başlamışdı. Dövlətşahi öz süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asan müvəffəqiyyət əldə etmişdi.
Məhəmmədəli şah Qovanlı-Qacar
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu == Həyatı == Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Məlik Qasım mirzə Qovanlı-Qacar
Məlik Qasım mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1807–1859) — Fətəli şah Qacarın oğlu, vali, Qacar şahzadəsi. == Həyatı == Fətəli şahın iyirmi dördüncü oğlu Məlik Qasım mirzə (anası Bəyim xanım İmamqulu xan Qasımlı-Avşar qızı) 7 avqust 1807-ci ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. 1829–1830-cu illərdə və 1840–1848-ci illərdə Urmiyanın valisi, 1840–1844-cü illərdə Birucirdin hakimi olmuşdu. Məlik Qasım mirzə Urmiyanın hakimi olarkən Babilər hərəkatının başçısı Mirzə Əliməhəmməd onun dustağı olmuşdu. Tarixçi Nəbil Zərəndi yazır: "Həzrət Bab Urmiyaya gəldikdə, Məlik Qasım mirzə onu hədsiz ehtiramla qarşıladı və məmurlara da tapşırdı ki, onunla son dərəcə nəzakətlə rəftar etsinlər. Bir gün Həzrət Bab hamama getmək istədi. Malik Qasım mirzə qərara gəldi ki, bu fürsətdən istifadə edib həqiqəti aydınlaşdırsın. Onun son dərəcə tərs bir atı vardı, heç kəs həmin atın belinə minə bilmirdi. Əmr etdi ki, o atı gətirsinlər və Həzrət Bab ona minib hamama getsin.
Məlikmənsur mirzə Qovanlı-Qacar
Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1880, Təbriz – 1922, Tehran) — şahzadə, əyalət valisi, 12 oktyabr 1921 – 20 yanvar 1922-ci illər arası İranın baş naziri. == Həyatı == Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu 30 mart 1880-ci ildə Tehran anadan olmuşdu. Saray təhsili almışdı. Fransız dilini mükəmməl bilirdi. Şüaüssəltənə ləqəbi almışdı. Məlikmənsur mirzə 1897-ci ildə Gilan əyalətinə vali təyin edilmişdi. Həmin ilin noyabr ayında Tehran şəhərinə çağrılmışdı. 1898-ci ilin sentyabr ayından 1899-cu ilin may ayınadək Avropada yaşamışdı. Məlik Mənsur mirzə 1901-ci ildə Fars əyalətinə vali təyin edilmişdi. Bir müddət burda işləyəndən sonra Məhəmmədrza xan Qəvamülmülk və oğulları ona qarşı çıxdı.
Mənsur mirzə Qovanlı-Qacar
Mənsur mirzə Xanbaba mirzə оğlu Qovanlı-Qacar — Çar ordusunun polkovniki,Mirzə Fətəli Axundov və Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi. == Həyatı == Mənsur mirzə 30 noyabr 1869-cu ildə Tiflis şəhərində dоğulmuşdu. Atası Xanbaba mirzə Qovanlı-Qacar Bəhmən mirzə Qacarın oğlu, anası Seyrabiyyə xanım Mirzə Fətəli Axundovun qızı idi. Mənsur mirzə 1931-ci ildə vəfat еdib. == Mükafatları == Birinci dünyа mühаribəsi illərində Аvstriyа cəbhəsində vuruşаn igid süvаri коmаndirin döyüş fəаliyyəti üçüncü dərəcəli "Müqəddəs Vlаdimir", iкinci dərəcəli "Müqəddəs Аnnа" və üçüncü dərəcəli "Müqəddəs Stаnislаv" оrdеnlərinə lаyiq görülmüşdür. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.

Digər lüğətlərdə