Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pul (İngiltərə)
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
İngiltərə Bankı
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
İcma (İngiltərə)
İcma (ing. Civil parish) — İngiltərədə yerli idarəetmə üçün istifadə edilən bir növ inzibati bölmədir. Regionlar və dairələr və ya onların birləşdirilmiş forması olan unitar orqanların altındakı yerli idarəetmə orqanlarının ən aşağı səviyyəsi olan regional idarəetmədirlər. İcmaların ölçüləri azsaylı əhalisi olan seyrək məskunlaşmış olan kənd yerlərindən başlamış, on minlərlə sakini olan böyük qəsəbələrə qədər dəyişiklik göstərə bilir.
Edqar (İngiltərə kralı)
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
I Vilhelm (İngiltərə)
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
Təntənəli qraflıq (İngiltərə)
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad. 1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir. Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur. “Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır. Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır.
İngiltərə-Efiopiya müharibəsi
XIX əsrin ikinci yarısında Efiopiya Afrikada öz müstəqilliyini qoruyan cox azsaylı dövlətlərindən biri idi. Bir necə Avropa ölkəsi onu öz koloniyası kimi görmək istəyirdi. 1860-cı illərdə Efiopiya Böyük Britaniya imperiyasının maraqina düşdü. O dövrdə Efiopiya imperator Teodros II tərəfindən idarə olunurdu. O, ölkəni gücləndirmə və birləşdirmə siyasətini həyata keçirdi. Oktyabr ayında 1862-cı ildə . Böyük Britaniya ilə müharibənin yaxınlaşdığını hiss edən Teodros II kraliça Viktoriyaya ittifaq təklifi ilə məktub göndərdi. Efiopiya imperatoru 2 il cavab gözlədi, amma cavab gəlmədi. İngiltərə hökuməti Efiopiya hökumətinə qarşı qəsdən həyasız və təxribatçı davranırdı. imperator Teodros II 1864-cü ildə kraliçadan cavab mektubu gözləmədən qəzəblə ingilislər daxil olmaqla bir neçə avropalıları həbs etdi (xüsusən missioner Henri Aaron Stern).
İngiltərə–Zənzibar müharibəsi
İngilis-Zənzibar müharibəsi – 27 avqust 1896-cı ildə baş vermiş və cəmi 38 dəqiqə davam etmiş müharibə. Bu müharibəni dünyanın ən qısa müharibəsi də adlandırırlar. 27 avqust 1896-cı ildə Böyük Britaniya və Zənzibar arasında müharibə başlayır və 38 dəqiqədən sonra başa çatır. Müharibənin başlamasına səbəb, Britaniya yönümlü Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. 38 dəqiqə çəkən müharibədə 500 Sultan Xalid tərəfdarı, bir britaniyalı dənizçi öldürülmüşdür.
York Universiteti (İngiltərə)
York Universiteti — İngiltərənin York şəhərində kollegial ali təhsil müəssisəsi. 1963-cü ildə yaradılmış universitet geniş spektrli fənləri əhatə edən 30-dan çox şöbə və mərkəzə qədər genişlənmişdir. Universitet York şəhərinin cənub-şərqində yerləşir. Universitet şəhərciyi təxminən 500 akr (200 hektar) əraziyə malikdir. Universitet ilk tələbələrini 1963-cü ildə 216 bakalavr, 14 aspirant və 28 akademik və inzibati heyətlə qəbul etdi. Universitet altı fakültə ilə işə başladı: İqtisadiyyat, Təhsil, İngilis dili, Tarix, Riyaziyyat, Siyasət. O dövrdə universitet 3 binadan ibarət idi. Bir il sonra, hazırda universitetin əsas hissəsini təşkil edən Heslinqton şəhərciyində tikinti işləri başladı. York Kollec-universitetidir və 11 kollecdən ibarətdir Qərb kampusu Mərkəzi kampusu Universitet kitabxanası Heslinqton Holl Elm Parkı və kampusdakı təşkilatlar Kral malikanəsi Şərqi Kampus Universitet Bortvik Arxiv İnstitutu, İntibah və Erkən Müasir Araşdırmalar Mərkəzi, XVIII Əsr Araşdırmaları Mərkəzi, Müasir Araşdırmalar Mərkəzi, Orta Əsr Araşdırmaları Mərkəzi, Effektiv Təhsil İnstitutu da daxil olmaqla bir sıra fənlərarası tədqiqat mərkəzlərinə ev sahibliyi edir.
İngiltərə
İngiltərə (ing. England) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi, Böyük Britaniya adasının cənub hissəsində yerləşir. Paytaxtı Londondur. Kralları IIIÇarlzdır. Rəsmi dili ingilis dilidir. Əsas əhalisi ingilislərdir. Bəzi mənbələrə əsasən, İngiltərə sözünün kökü "İng"dir. Bu söz isə qədim Türk dilindən "qənimət", "hədiyyə" olaraq tərcümə edilir. Üzərinə isə "land" sözünü əlavə etdikdə, "qənimət alınmış torpaq", "hədiyyə torpaq" mənaları üzə çıxır. İngiltərə tarixinin ən qədim abidələrindən sayılan Stounhencidir.
Bat (İngiltərə)
Bat (ing. Bath — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) şəhər.
Uinçester (İngiltərə)
Uinçester (ing. Winchester [ˈwɪntʃɨstər]) — Böyük Britaniya şəhəri, Hempşir qraflığının inzibati mərkəzi. Ingiltərənin ən böyük dəniz sərnişin portu olan Sauthemptondan şimalda yerləşir. Uinçester XI əsrə qədər uzun müddət Britaniyanın paytaxtı olmuşdur. Şəhərdə orta əsrlərə aid çoxsaylı memarlıq abidələri, o cümlədən 1382-ci ildən fəaliyyətə başlamış ölkənin ən qədim məktəblərindən birinin yerləşdiyi bina, Uinçester qəsri, Kafedral kilsə və s. qorunub saxlanılır.
Yeni İngiltərə
Yeni İngiltərə (ing. New England) — ABŞ-nin şimal-şərqində yerləşən region. Yeni İngiltərənin ərazisi 186458 km²-dır. Beləliklə o, Vaşinqton ştatından bir az böyük və Böyük Britaniyadan bir az balacadır. Regiona bu ştatlar aiddir: Konnektikut Men Massaçusetts Nyu-Hempşir Rod-Aylend Vermont Cənub-qərbi Konnektikutdan şimal-şərqi Menə qədər uzanan bölgənin sahili göllər, təpələr, bataqlıqlar, sulaq yerlər və qumlu çimərliklərlə səpələnmişdir. Yeni İngiltərənin məlum olan ən erkən sakinləri Şərqi Alqonkin dillərində danışan hindilər idi. Bu ərazidə Abenaki, Mikmak, Penobskot, Pekot, Moheqan, Narraqansett, Pokumtuk və Uampanoaq kimi tayfalar məskunlaşırdı. 1600-cü illərdən bəri fransız, Niderland, və ingilis alverçiləri Yeni dünyanın kəşfindən sonra burda metal, şüşə, parça və yerli qundu dəriləri ticarəti ilə məşğul idilər. 1616-cı ildə İngilis səyyah Con Smit bu ərazini "Yeni İngiltərə" adlandırıb. 1620-ci ilin noyabrın 3-də həmin ad rəsmiləşdirilib.
İngiltərə Respublikası
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.
İngiltərə bayrağı
İngiltərə bayrağı (ing. English flag) — İngiltərənin Dövlət bayrağı. Qırmızı xaç xüsusilə Səlib yürüşləri əsnasında, orta əsrlərdə İngiltərədə bir emblem olaraq ortaya çıxdı (İngilis xaçlılar təmsil etmək üçün istifadə edilən orijinal simvolu qırmızı zəmin üzərində ağ bir xaç olmasına baxmayaraq) və İngiltərəni təmsil edən ən köhnə emblemlərdən biridir. Bu bayraq XVI əsrdə İngiltərənin milli bayrağı olaraq bu günə kimi qalmaqdadır. İngiltərə ölkəsi beynəlxalq areneda Birləşmiş Krallığın bir hissəsidir. Ancaq bəzi idman və mədəni fəaliyyətlərdə müstəqil hərəkət edir və bu bayraqdan istifadə edir.
İngiltərə gerbi
İngiltərənin rəsmi dövlət gerbidir. Milli bayraq rənglərini daşıyan gerbin üstündə Aslan fiquru mövcuddur.
İngiltərə kilsəsi
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir. Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi. 1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü. Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür.
İngiltərə krallığı
İngiltərə krallığı (ing. Kingdom of England) — Qərbi Avropada Böyük Britaniyanın cənub hissəsində 927-ci il — 1707-ci illərdə mövcud olmuş dövlət. Şotlandiya krallığı ilə birləşdikdən sonra Böyük Britaniya krallığı adını aldı.
İngiltərə tarixi
İngiltərə tarixi german tayfalarının — anqllar, sakslar, yutlar, frizlərin işğalları və onların bir sıra erkən feodal dövlətlərinin yaradılması ilə başlanır. 1066-cı ildə Normandiya hersoqu Vilhelm Fatehin İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, La Manşı keçdi. Qastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı.
İpsuiç (İngiltərə)
İpsviç , İpsviç (ing. Ipswich) — Şimal dənizinə axan Oruell çayının hövzəsində , Şərqi İngiltərə regionunda yerləşən şəhər və liman. İngiltərədə yerləşən ən qədim şəhərlərdən biri. Londondan təxminən 80 mil məsafədə yerləşir. Suffolk qraflığının inzibati mərkəzi.
İpsviç (İngiltərə)
İpsviç , İpsviç (ing. Ipswich) — Şimal dənizinə axan Oruell çayının hövzəsində , Şərqi İngiltərə regionunda yerləşən şəhər və liman. İngiltərədə yerləşən ən qədim şəhərlərdən biri. Londondan təxminən 80 mil məsafədə yerləşir. Suffolk qraflığının inzibati mərkəzi.
İngiltərə-Maysur müharibələri
İngilis-Maysur müharibələri — Hindistanın Maysur knyazlığına qarşı İngiltərənin XVIII əsrin 60-90-cı illərində apardığı işğalçı müharibə. Birinci müharibə ingilis Ost-Hind şirkətinin və onun müttəfiqi olan hind knyazlarının, həmçinin, Karnatik əyalətinin knyazının qoşunlarının Maysura soxulması ilə başladı. İlk döyüşlər müttəfiqlər üçün uğurlu oldu, onlar 1767-ci ildə Trinkoli və Çanqam yaxınlığında maysur dəstələrini darmadağın etdilər, həmçinin, Koimbatur və Baramaxal dairələrini işğal etməyə müvəffəq oldular. Maysur ordusuna təcrübəli sərkərdə və knyazlığın faktiki hakimi Heydər Əli xan başçılıq edirdi. O, ilk uğursuzluqlardan nəticə çıxararaq döyüş taktikasını dəyişdi və partizan metodlarından geniş istifadə etməyə başladı. Maysurlar qəfil hücumlarla ayrı-ayrı ingilis dəstələrinə hücumlar təşkil edir, ingilis qalalarənə və limanlarını ələ keçirirdilər. Bu döyüş manevrləri maysurlara böyük uğurlar qazandırdı. Nəticədə Heydər Əli öz knyazlığının ərazisini Heydərabad və Karnatik knyazlıqları hesabına genişləndirə bildi. Müharibə 1769-cu ildə sülh müqaviləsi ilə bitdi. Hər iki tərəf əldə etdikləri ərazilərdən imtina etdilər.
İngiltərə-İran müharibəsi
İngiltərə-İran müharibəsi (1856–1857) — İngilislərin Orta Şərqi və Mərkəzi Asiyanı işğal etmək məqsədi ilə apardığı müharibə. Onun başlamasına, İranda hakimiyyətdə olan Qacarlar sülaləsinin vassalı olan Herat xanlığının İrana birləşdirilməsi cəhdi bəhanə oldu. Herat, Hindistandan, İrandan, Xivədən, Buxaradan və Kokanddan gələn yolların qovşağında olduğundan, ingilis müstəmləkə planlarında çox vacib yer tuturdu. Eyni zamanda, Herat kəskin iran-əfqan qarşıdurmasının mövzusu idi. 1 noyabr 1856-cı ildə İrana müharibə elan edərək, İngiltərə Fars körfəzinə 45 gəmidə 10 min əsgər göndərdi. 4 dekabrda ingilislər Harq adasını zəbt etdi; ingilis qoşunlarının Xəlili buxtasına desantı başladı; dekabrın 10-da bu qoşunlar qurudan hucum etdilər və gəmi artilleriyasının dəstəyi ilə Buşehri aldılar. İngilislərin Şiraza nümayişkaranə yürüşü İran ordusu tərəfindən 1857-ci ilin fevralında, Huşab yanında dayandırıldı. Lakin ingilis baş komandanlığı əsas qüvvələrin Mühəmmərdən (Xürrəmşəhr) Şüştərə və Tehrana hərəkətini nəzərdə tutmuşdu. Martda ingilislər Mühəmməri, aprelin 1-də isə Əhvazı aldılar. İngilis qoşunlarının Tiryək müharibələri ilə əlaqədar Çinə göndərilməsi, Hindistanda başlayan Sipahilər üsyanı, İranın Fransa və Rusiya tərəfindən diplomatik dəstək alması İngiltərəni hələ 1857-ci il martın 4-də, müharibənin qızğın çağında sülh sazişi bağlamağa məcbur etdi.
İngiltərə-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
İngiltərə-Əfqanıstan müharibələri
İngilis-əfqan müharibələri (1838-1842), (1878-1880), (1919) — İngiltərənin Əfqanıstanla müharibələri. Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.
Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı. === Avro 2004 === O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.
III Henri (İngiltərə kralı)
III Henri və ya Vinçesterli Henri (ing. Henry III of England; ing. Henry of Winchester) (1 oktyabr 1207, Uinçester – 16 noyabr 1272, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı, İrlandiya lordu və Akvitaniya hersoqu. I Con və Anqulemli İzabellanın oğlu olan Henri Birinci Baronlar müharibəsi illərində hələ 9 yaşında ikən İngiltərə kralı oldu. Kardinal Bikkerinin üsyançı baronlara qarşı əməliyyatları səlib yürüşü olaraq adlandırmasının ardından Uilyam Marşal idarəsindəki kral birlikləri 1217-ci ildə baronlar üzərində 2 böyük qələbə qazandı. Müzakirələrin sonunda Henri monarxın səlahiyyətlərini məhdudlaşdıran və böyük baronların hüquqlarını müdafiə edən 1215-ci il tarixli Maqna Kartanın bir başqa versiyası olan və 1225-ci il Böyük Şərti adını alan xartiyanı qəbul etdi. 1230-cu ildə Henri bir zamanlar atasına aid olan Fransa mülklərini yenidən ələ keçirməyə cəhd etsə də, Fransa üzərinə tərtib olunan hərbi əmliyyat fəlakətlə sonlandı. Krala yaxınlığı ilə tanına Uilyam Marşalın oğlu Riçard Marşalın rəhbərliyi ilə 1232-ci ildə baş tutan üsyan kral birliklərinə böyük zərbə vurdu. Kilsənin və din xadimlərinin apardığı vasitəçiliklə tərəflər arasında sülh müqaviləsi bağlandı. Üsyanın ardından İngiltərəni birbaşa özü idarəetməyə başlayan Henri sələflərindən fərqli olaraq, daha az səyahət edir, vaxtını ən sevdiyi və bərpasına yüklü miqdarda pul sərf etdiyi saray və qalalarda keçirirdi.
III Karl (İngiltərə kralı)
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
II Karl (İngiltərə kralı)
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu.
IV Henri (İngiltərə kralı)
IV Henri (ing. Henry IV of England) (aprel 1367 – 20 mart 1413, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı. Fransa kralı IV Filipin nəvəsi olan babası III Eduardın Fransa taxtına olan iddiasını davam etdirdi. Normandiya fəthindən sonra ana dili ingiliscə olan ilk İngiltərə kralı oldu. Atası III Eduardın oğlu Gentli Con, anası isə Lankaster hersoqu Qrosmontlu Henrinin qızı Blanş idi. Atası Gentli Con qardaşı oğlu olan II Riçardın səltənətində mühüm siyasi gücə malikdi. Ancaq Henri 1388-ci ildə baş tutan üsyana qarışmışdı və bu səbəblə kralın qəzəbinə məruz qalaraq sürgün edildi. Atasının vəfatından sonra (1399), II Riçard Henrinin atasının mirasını almasına icazə vermədi. Həmin il Henri bir qrup tərəfdar toplayaraq II Riçardı devirdi və onu həbs edərək taxta çıxdı. Səltənətinin ilk yarısında bir çox üsyanla üzləşən IV Henrinin Uels mərkəzli bu üsyanların ardından səhhəti pisləşməyə başladı.
I Con (İngiltərə kralı)
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir. Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Eleonoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu.
I Karl (İngiltərə kralı)
I Karl (ing. Charles I of England) (19 (29) noyabr 1600[…], Danfermlin sarayı[d], Fayf[d] və ya Danfermlin[d], Fayf[d] – 30 yanvar (9 fevral) 1649[…], London) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, Şotlandiya kralı VI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıyla İngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı. Uels şahzadəsi olan qardaşı Henri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edən İspaniya səyahəti əsnasında kralın bacısı Mariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonra Burbon ailəsindən Henretta Mariya ilə evləndirildi. 1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıran İngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı. Katolik bir xanımla evlənməsi və katolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Fransalı Marqarita (İngiltərə kraliçası)
Fransalı Marqarita (fr. Marguerite de France; 1282, Paris – 14 fevral 1318 və ya 1318) — İngiltərə kralı I Eduardın ikinci xanımı, İngiltərə kraliçası. == Mənbə == Williamson, David (1986). Kings and Queens of Britain. Topsfield, MA: Salem House Publ. ISBN 0-88162-213-3 Crawford, Anne (2003). "Margaret of France (c.1277–1318)". In Hartley, Cathy (ed.). A Historical Dictionary of British Women.
Fransalı İzabella (İngiltərə kraliçası)
Fransalı İzabella (fr. Isabelle de France; ən tezi 1288 və ya 1296, Paris – 22 avqust 1358 və ya 1358) — İngiltərə kralı II Eduardın xanımı, İngiltərə kraliçası. O eyni zamanda Fransa kralı IV Filipp və Navarra kraliçası I Jannanın yeganə qızı idi. Cəmi 12 yaşında İngiltərəyə gəlməsinə baxmayaraq, İzabella qısa zamanda saraydakı mühüm siyasi fiqura çevrildi. Baronlarla olan mübarizəsində öncə kralı dəstəkləsə də, sonralar kralın əhatəsindəki bəzi saray məmurlarıyla münasibətlərinin pisləşməsi nəticəsində 1325-ci ildə kralla kraliça arasında soyuqluq yarandı. Belə ki, həmin il İzabella oğlu Eduardı da yanına alaraq müttəfiq axtarmaq bəhanəsiylə Fransaya səyahət etdi. O illərdə sürgündə olan Rocer Mortimerlə ittifaq quran kraliça 1326-cı ildə kiçik bir orduyla İngiltərəni işğal etdi. II Eduardın səltənəti dağıldı və noyabr ayında ələ keçiriləcəyi Uels torpaqlarına qaçdı. 1327-ci ilin yanvarında kral 14 yaşlı oğlunun lehinə taxt-tacdan əl çəkdirildi və həmin ilin 21 sentyabrında həbs tutulduğu Berkley qalasında öldü və ya ehtimal ki, yeni rejimin əmriylə öldürüldü. Oğlunun azyaşlı olması səbəbilə, İzabella taxt naibəsi elan edildi və sevgilisi Rocer Mortimerlə birlikdə səltənəti ələ aldı.
İngiltərə Premyer Liqası 2022/2023
İngiltərə Premyer Liqası 2022-23 Premyer Liqanın 31-ci, ən yüksək İngiltərə liqası olaraq 124-cü mövsümüdür.
İngiltərədə yoxsullar haqqında qanunlar
İngiltərədə yoxsullar haqqında qanunlar — İngiltərə və Uelsdə 1587–1598-ci illərdə son orta əsrlər və Tudor dövrünün qanunlarının kodifikasiyası əsasında inkişaf etdirilən yoxsul relyef sistemi idi. Sistem İkinci Dünya Müharibəsindən sonra müasir rifah dövləti yaranana qədər davam etdi. İngilis Yoxsul Qanunu qanunvericiliyinin 1536-cı ilə qədər izlənilməsi mümkündür, qanunvericilik zəif kasıblarla məşğul olmaq üçün qəbul edildiyi zaman, baxmayaraq ki, çox əvvəllər Plantagenet qanunları avaraların və dilənçilərin səbəb olduğu problemlərlə məşğul idi. İngiltərə və Uelsdəki Yoxsullar Qanununun tarixi adətən iki qanuna bölünür: I Yelizaveta (1558–1603) dövründə qəbul edilmiş Köhnə Yoxsullar Qanunu və 1834-cü ildə qəbul edilmiş, yoxsulların yardım sistemini əhəmiyyətli dərəcədə dəyişdirən Yeni Yoxsul Qanun. Yeni Yoxsullar Qanunu yerli kilsə səviyyəsində təsadüfi idarə olunan sistemi zəif hüquq ittifaqları tərəfindən işçi evlərinin genişmiqyaslı inkişafını təşviq edən yüksək mərkəzləşdirilmiş sistemə dəyişdirdi. Liberal rifah islahatlarının tətbiqi və dost cəmiyyətlər və həmkarlar ittifaqlarının digər yardım mənbələrinin mövcudluğu, eləcə də Yoxsul Hüquq sistemindən yan keçən mərhələli islahatlar kimi amillər səbəbindən Yoxsul Hüquq sistemi 20-ci əsrin əvvəllərində tənəzzülə uğradı. Yoxsul Qanun sistemi 1948-ci il Milli Yardım Aktına qədər rəsmi olaraq ləğv edilmədi, qanunun bəzi hissələri 1967-ci ilə qədər kitablarda qaldı. Ən erkən orta əsr Yoxsullar Qanunu 18 iyun 1349-cu ildə İngiltərə Kralı III Edvard tərəfindən verilmiş və 1350-ci ildə yenidən işlənmiş İşçilərin Sərəncamı idi. Sərəncam 1348–1350-ci illərdə İngiltərədə baş vermiş Qara Ölümün yayılmasına cavab olaraq verilmişdir, o zaman əhalinin təxminən 30–40%-i ölmüşdür. Əhalinin azalması Britaniyanın kənd təsərrüfatı iqtisadiyyatında sağ qalan işçilərə böyük tələbat qoydu.
Mən İngiltərə kralına xidmət etmişəm (film)
Mən ingilis kralına xidmət etmişəm (çex. Obsluhoval jsem anglického krále) çexiyalı rejissor Yirji Menzelin dram janrında çəkdiyi filmdir. 2006-cı ildə ekranizasiya olmuşdur. Film yazıçı Bohumil Hrabalın eyniadlı romanının əsasında çəkilib. Bu film üçün Hrabal əsərlərindən ibarət Menzelin altıncı adaptasiyasıdır. Film ABŞ və Böyük Britaniyada 2008-ci ildə buraxılmışdır. Yan Dite özünün 15 il həbs cəzası müddətinin bitməsinə az qalmış çex həbsxanasından sərbəst buraxılır və o Çexoslovakiya ilə Almaniya sərhədi yaxınlığında yerləşən şəhərin birində məskunlaşır. O asudə vaxtını əvvəllər alman ailəsinə məxsus olmuş, indi isə boş qalan evin bərpası ilə keçirir. Tək tənha yeni evdə yaşayan Yan onun ən böyük arzusu bir milyonçu olmaq olduğunu deyir və beləliklə öz keçmişini xatırlamağa başlayır. Yan karyerasını dəmir yolu stansiyasında sosis və kolbasa satıcısı vəzifəsi ilə başlayır və bu yolla o pulun insanların üzərində necə təsir göstərdiyini, onun hansı gücə malik olduğunu anlayır.
İngiltərə–Rusiya Birlik Komitəsi
İngiltərə–Rusiya Birlik Komitəsi (ing. Anglo-Russian Committee, ARC; rus. Англо-русский комитет единства) — SSRİ həmkarlar ittifaqları və Birləşmiş Krallıq həmkarlar ittifaqları arasında əməkdaşlıq orqanı kimi yaradılmış bir təşkilat. Rəsmi olaraq 1925-ci ilin aprelində Londonda keçirilən İngiltərə–Sovet həmkarlar ittifaqı konfransında SSRİ həmkarlar ittifaqlarının təşəbbüsü ilə yaradılmışdır. Formal olaraq, komitə "beynəlxalq həmkarlar ittifaqı hərəkatında birliyə nail olmaq", müharibə hazırlığına qarşı mübarizə aparmaq və "kapitalın fəhlə sinfinə hücumuna qarşı mübarizəni gücləndirmək" vəzifəsini qarşıya qoymuşdur. Təşkilat Həmkarlar İttifaqları Baş Şurası ilə münaqişədə idi. Münaqişə 1927-ci ilin sentyabrında Birləşmiş Krallıq ilə SSRİ arasında diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar komitənin ləğv edilməsi ilə başa çatmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Англо-русский комитет единства (1925—1927) // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова.
Valualı İzabella (İngiltərə kraliçası)
Valualı İzabella (fr. Isabelle de Valois; 9 noyabr 1389, Paris – 13 sentyabr 1409, Blua) — Fransa kralı VI Karlın qızı. İngiltərə kralı II Riçardla baş tutan ilk evliliyi səbəbilə 1396-1399-cu illərdə İngiltərə kraliçası, Orlean hersoqu I Karlla baş tutan ikinci evliliyi səbəbilə isə 1407-1409-cu illərdə Orlean hersoqinası ünvanı almışdır. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press. Booton, Diane E. (2016).
İngiltərədə Yeni il
Yeni il İngiltərədə — İngiltərədə təntənə ilə qeyd olunan bayram İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı, kimə pisi düşür. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?