QUCAQLAMAQ

QUCAQLAMAQ, BAĞRINA BASMAQ İlk dəfə məktəbdən gələndə; bağrıma basmışam səni; qucaqlamışam (R.Rza); AĞUŞUNA ALMAQ/ÇƏKMƏK Silah səslərinin gurultusu, pıçıltısı, pulemyot atəşinin şaqqıltısı kəndi öz ağuşuna alıb əridirdi (M.Hüseyn); QUCMAQ Hatəmxan sanki onun çılpaq bədənini qucur, saqqalını ona sürtürdü (S.Rəhimov).

QUCAQ
QUCAQLAŞMAQ

Digər lüğətlərdə