QURULMAQ
QURULTU
OBASTAN VİKİ
Böyük Qurultay
Böyük Qurultay (mac. Nagy-Kurultáj) — Macarıstanın Buqats şəhərində baş tutan Altay millətlərin illik festivalı.
Birinci Türkoloji Qurultay
Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular. Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.
Qurultay
Qurultay – 1)müəyyən təşkilatın, yaradıcı birliklərin, əhali qruplarının, müəyyən sahələrin nümayəndələrinin geniş yığıncağı; 2)hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı; 3)hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Məsələn, həmkarlar ittifaqları qurultayı, müəllimlər qurultayı, sənaye işçilərinin qurultayı. Qurultay — Qədim Türk dövlətlərində sayılıb-seçilən insanların iştirakı ilə mühüm məsələləri müzakirə və həll etmək üçün görüş. Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay nümayəndələri ilk, ərazi təşkilatlarında seçilir və qrup üzrə ali səlahiyyətə malik olurlar. == Ədəbiyyatı == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201v. s.
1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi. Film Azdövlətkinoda istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər. == Məzmun == Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Qurultay (dəqiqləşdirmə)
Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay — yığıncaq, şura, məclis. Qədim dövrdə türk və moqol xalqlarında səlahiyətli xalq nümayəndələrinin - ağsaqqaların, feodalizm dövründə xanların, bəylərin yığıncağı. Böyük Qurultay — Macarıstanda aparılan Altay xalqların festivalı.
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının qurultayı (1919)
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının birgə keçirdiyi qurultay. == Qurultayın təşkili == 1919-cu il, aprelin 7–15-də Bakıda keçirilmişdir. Qurultay bolşeviklərin təsiri altında olan Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə çağırılmışdır. Qurultayda Bakı, Gəncə, Tiflis, Port-Petrovsk, Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan 30 həmkarlar ittifaqından 146 nümayəndə iştirak edirdi. == Qurultayın gedişi == Qurultayda İ. Anaşkin həmkərlar ittifaqlarının vəzifələri haqqında məruzə etdi. Bütün məsələlər üzrə bolşeviklərin təklif etdiyi qətnamələr qəbul edildi. Qurultayın bolşevik fraksiyası bitərəf nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında kommunist partiyası proqramının qəbul edilməsinə nail oldu. Azərbaycan sol eserlərindən bəziləri də qurultayda bolşeviklərə tərəfdar çıxdılar. Qurultay fəhlələri sovet hakimiyyəti uğrunda mübarizə yolunu tutmağa çağıran qətnamə qəbul etdi. Qurultayda seçilən Qafqaz ölkə həmkarlar ittifaqları mərkəzinin heyətinə bolşeviklərdən B. Ağayev, İ. Anaşkin, F. Qurbanov,Ə. Qarayev və b.
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı qısametrajlı sənədli filmi rejissor Pavel Velski tərəfindən 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" Studiyasının istehsalıdır. Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdı == Məzmun == Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdır.
Azərbaycan SSR sovetlərinin VIII fövqəladə qurultayı (film, 1937)
Azərbaycan SSR sovetlərinin VIII fövqəladə qurultayı qısametrajlı sənədli filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1937-ci ildə ekranlaşdırılmışdır. Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan SSR Sovetlər qurultayında Sovet Azərbaycanı Konstitusiyasının qəbul edilməsinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan SSR Sovetlər qurultayında Sovet Azərbaycanı Konstitusiyasının qəbul edilməsinə həsr olunmuşdur.
Azərbaycan Sovetlərinin V qurultayı (film, 1927)
Azərbaycan Sovetlərinin V qurultayı qısametrajlı sənədli filmi 1927-ci ildə Azdövlətkinoda istehsal edilmişdir. Kinolentdə Azərbaycan SSR V Sovetlər qurultayından, qurultayda sovetlərin fəaliyyətindən və onların daha da təkmilləşdirilməsindən bəhs edilir. == Məzmun == Kinolentdə Azərbaycan SSR V Sovetlər qurultayından, qurultayda sovetlərin fəaliyyətindən və onların daha da təkmilləşdirilməsindən bəhs edilir.
Azərbaycan alimlərinin I Qurultayı
Azərbaycan alimlərinin I Qurultayı — Milli Elmlər Akademiyasında Azərbaycan alimlərinin ilk qurultayı.19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq Milli Elmlər Akademiyasında Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Tədbir Bakı şəhərində, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub. Öncə Fəxri Xiyabanda milli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın məzarları ziyarət edilib. Dünya azərbaycanlı alimlərinin də iştirak etdiyi qurultay internet üzərindən canlı yayımlanıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Respublika Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini vurğulayıb. Akademik Akif Əlizadə Konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu ifadə edib. Bildirib ki, Azərbaycan alimlərinin biliklər cəmiyyətinin qurulmasında yaxından iştirakı mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsini, effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqini, elmin yeni strategiyasının hazırlanmasını zəruri edir.Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimlərinin öz qüvvələrini səfərbər etmələri vacibdir.
Azərbaycan müəllimlərinin VI qurultayı (film, 1979)
Azərbaycan müəllimlərinin VI qurultayı qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycan müəllimlərinin VI qurultayının işindən, respubika məktəblərində təlim-tərbiyə məsələlərinin həllindən, müəllimlərin qarşısında duran vəzifələrdən danışır. == Məzmun == Kinolent Azərbaycan müəllimlərinin VI qurultayının işindən, respubika məktəblərində təlim-tərbiyə məsələlərinin həllindən, müəllimlərin qarşısında duran vəzifələrdən danışır.
Azərbaycan qadınlarının qurultayları
Azərbaycan qadınlarının qurultayları — Azərbaycan SSR və Azərbaycan Respublikasında Azərbaycan qadınlarının qurultayları. Birinci qurultay 1921-ci ildə, sonuncu qurultay isə 2018-ci ildə keçirilmişdir. == Tarixi == === SSRİ dövründə === Azərbaycan Bitərəf Qadınlarının Birinci Qurultayı 8–11 fevral 1921-ci il tarixlərində, Bakı şəhərində keçirilmişdir. Burada 1,188 nümayəndə iştirak etmişdir. 815 nəfəri Bakıdan, 373 nəfəri isə qəzalardan idi. Qurultayda sovet hakimiyyəti və qadın, xalq maarifi, kommunizmin Şərqdə vəzifələri və s. məsələlər müzakirə edilmişdir. Qurultayda Nəriman Nərimanov "Şərqdə kommunizm" haqqında məruzə etmişdir. Qurultayda Ruhulla Axundov, Səməd ağa Ağamalıoğlu, Mir Bəşir Qasımov, Dadaş Bünyadzadə və başqaları çıxış etmişlər. Qurultay Oktyabr inqilabının qadınlara verdiyi hüquqları həyata keçirməyə və onları sosializmin fəal qurucuları olmağa çağırmışdır.
Babək Qalası Qurultayı
Babək Qalası Qurultayı — Azərbaycanın milli qəhrəmanı Babək Xürrəminin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş zamanı keçirilən tədbir. Qurultay ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir. Babək Xürrəminin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son illər ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir. Babək qalasın illik qurultayının qadağan olunmasından sonra, Traktor Sazi klubunun tərəfdarları hər həftə Təbrizin Səhənd stadionunda toplaşıb milli şuarlar səsləndirirlər.
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası və ya qısaca BNQŞ — neft sənayeçiləri qurultayının daimi rəhbər orqanı, Rusiya burjuaziyasının ilk sahibkar təşkilatlarından biri. == Tarixi == 1884-cü ildə Bakı neft sənayeçilərinin 1-ci qurultayında seçilmişdi. Şuraya ən iri neft şirkətlərinin nümayəndələri seçilirdilər. Şura qurultayların qərarlarını həyata keçirir, növbəti qurultayın proqramını tərtib edir və onu hökumət orqanlarının təsdiqinə verirdi. Şura, fəaliyyəti haqqında qurultaylara hesabat verir, neft sənayeçilərinin mənafeyini hökumət qarşısında müdafiə edir və neft maqnatlarının yüksək gəlirlərinin təmin olunmasına çalışırdı. 1890-cı ilin sonlarından şuranın Peterburqda daimi nümayəndəsi vardı.1899-cu ildən Şuranın orqanı "Neftyanoye delo" jurnalı nəşrə başladı. Şuranın statistika bürosu hər il "Obzorı Bakinskoy neftyanoy promışlennosti" ("Bakı neft sənayesinin icmalı") və s. çap edirdi. Şura fəhlə hərəkatına qarşı mübarizənin təşkili ilə də məşğul olurdu. 1918-ci ildə Bakı Xalq Komissarları Soveti (BXKS) Şuranın fəaliyyətinə nəzarəti ələ aldı.
Bakıda şərq xalqlarının I qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Bakıda şərq xalqlarının I qurultayı (film, 1920)
Bakıda şərq xalqlarının I qurultayı — qısametrajlı sənədli film. 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. == Məzmun == Kinosüjet Azərbaycan sovetləşəndən sonra, 1-7 sentyabr 1920-ci ildə Bakıda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun iştirakı ilə keçirilən Şərq xalqlarının I qurultayının işindən bəhs edir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Başqırdıstan Respublikası Qurultayı
Başqırdıstan Respubliksası Qurultayı — Başqırdıstan Respublikasında ali və yeganə qanunverici orqan. Rusiya Federasiyasının parlamentarilərinin sayı ən çox olan subyektlərindən biridir, halbuki əhalisinin sayına görə federasiyanın orta həcmli regionlarındandır. Parlamentdə 110 deputat vardır.
Birinci Krım-tatar qurultayı
Birinci Krım-tatar qurultayı ya da Tatar parlamenti 1917-ci ildə keçirilmişdir. Bu qurultayın təşkili 1918-ci il 23 fevralda ruslar tərəfindən şəhid edilmiş Krım müsəlmanlarının birinci müftisi, siyasətçi, şair Noman Çələbi Cihanın adı ilə bağlıdır. 1917-ci il 26 noyabrda Bağçasaraydakı Krım xan sarayında günorta namazından sonra, saat 2-də Qurultay öz işinə başladı. Xan sarayının ətrafında ordu və xalq böyük izdiham və həyəcan içində qurultay vəkillərinin çıxışlarını gözləyirdilər. Qurultayda aşağıdakı məsələlərə baxılıb qərar verildi: Krım tatarlarının yarımadada yaşayan digər xalqlarla təbii münasibətlərinin necə nizamlanacağı; Krım tatarlarının milli, dini, ictimai, rəsmi, mədəni və siyasi həyatlarını müəyyənləşdirəcək qanunların işlənilib hazırlanması; Krım tatarları xalqının dini, rəsmi, mədəni həyatını inkişaf etdirəcək sahələrdə bir sıra əsaslı reformların əməli surətdə işlənilib hazırlanması və həyata keçirilməsi; Milli qanunu yerinə yetirəcək orqanların (yəni milli parlament) təşkil edilməsi.Qurultayda Krım Xalq Respublikasının Əsas Qanununu (Konstitutsiyasını) işləyib hazırlayacaq xüsusi komissiya formalaşdırıldı. 18 maddədən ibarət olan Əsas Qanun Krım-tatar Parlamentinin bütün işlərinin xüsusiyyətlərini, Krım həyatının siyasi, mədəni, iqtisadi və digər tərəflərini əhatə edirdi. Kırm Xalq Respublikası bu Əsas Qanun əsasında qanunlar yaradıb, müstəqil dövlət kimi var olmaq niyyətində idi, lakin Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər milli hökuməti tanımırlar. 1918-ci il 26 yanvarda bolşevik qüvvələri milli hökumətin üzərinə şiddətli hücuma keçir və nəticədə qısa müddətdə hökuməti devirməyə nail olur. Fevralın 23-də isə Birinci Qurultayın rəhbəri hesab edilən Noman Çələbi Cihan güllələndi, meyidi isə Qara dənizə atılır.
Birinci Ümumazərbaycan Sovetlər qurultayı
Birinci Ümumazərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri. == Qurultayın çağrılmasına hazırlıq == 1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümumazərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi. Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümumazərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər. Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi.
Birinci Şərq Xalqları Qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Dünya Azərbaycanlılarının III Qurultayı
Dünya Azərbaycanlılarının III Qurultayı — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5–6 tarixlərində Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının üçüncü Qurultayı."Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5–6-da Bakı şəhərində keçirilmişdir. == İştirakçılar == Dünya azərbaycanlılarının II qurultayında 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir.Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılmışdır. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırmışdır.
Dünya Azərbaycanlılarının II Qurultayı
Dünya Azərbaycanlılarının II Qurultayı — 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının ikinci Qurultayı."Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər — Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.Prezident İlham Əliyev qurultaydakı çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da vurğulamışdır. İlham Əliyev qurultaydakı nitqində: == İştirakçılar == Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.. Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.Daha sonra Qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsini böyük ehtiramla yad edirlər. Qurultay nümayəndələri həmçinin şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət edib, əklil qoyublar. == Qurultay == Dünya azərbaycanlılarının II qurultayı Azərbaycan Milli Elmlər Akademiyasının o zamankı prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin sədri akademik Mahmud Kərimovun giriş sözü ilə açıldı.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı. İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı. Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib.İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi. == İştirakçılar == 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər. == Qurultay == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı."Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir.Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. == Qurultay == 2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev geniş nitq söyləmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. Ulu Öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir.ABŞ,Böyük Britaniya,Fransa,Almaniya,Gürcüstan,Özbəkistan,Rusiya,Türkiyə və Ukraynadan, habelə Sankt-Peterburq şəhərindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək, Dünya azərbaycanlılarının I qurultayını alqışlamış və azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildirmişlər.
Dünya Azərbaycanlılarının Qurultayı
Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir. Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. == Tarixi == === İlk təşəbbüs === Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikasının o zamankı Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün ö dövrkü, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. == Bütün qurultaylar == === I Qurultay === Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir."Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı.Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır.Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.Aprelin 22-də Şuşa şəhərində işə başlayan qurultay konsert proqramı ilə davam edib. Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Mərasimdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış ediblər.
Dünya Başqırdlar Qurultayı
Dünya Başqırdlar Qurultayı (başq. Бөтә донъя башҡорттары ҡоролтайы) — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir. == Bütün qurultaylar == İndiyə kimi 4 Qurultay keçirilmişdir. === I Dünya Başqırdlar Qurultayı === I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. === II Dünya Başqırdlar Qurultayı === II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir.

Digər lüğətlərdə

карау́льный оста́нки перекрыва́ние пого́ня подбо́ртный преабсу́рдно прива́тный вня́тный кооперати́вный маврита́нский стиль нараще́ние неусы́пность обихо́женность хоть где-нибудь квакер -ar baubie consultant eud(a)emonical stoolbed thick-sown бройлер видимый вилок свесить