Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayraqlı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Boyaqlı
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür. == Məşhur yerlər == Şişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Bataqlı torpaqlar
Bataqlı torpaqlar — dənizsahili çökəklərdə, düzənliklərin depresiya sahələrində, çayların axmazlarında lokal şəkildə rast gəlinən torpaq tipidir. Bu torpaqlar 137 min hektar sahəni əhatə edir. == Yayıldığı ərazilər == Lənkəran rayonu, Kür-Araz ovalığı, Naxçıvanın düzənlikləri, Qanıx-Əyriçay vadisi, Dəvəçinin Ağzıbirçala gölü hövzəsi və s yerlərdə yayılmışdır. == Bitki örtüyü == Bataqlı torpaqların inkişaf etdiyi ərazi üçün halofitlər (qamış, çil, sirkən və s.) iştirak etdiyi su-bataqlıq bitki qruplaşmaları səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa böyük miqdarda fitokütlə verir. == Morfoloji tərkibi == Torpaqəmələgətirən süxurlar laylı allüvial çöküntülər, karbonatlı, şoranlaşmış gillər və gillicələrdir. Düzən sahələrdə qurunun bataqlaşma prosesi ağır qranulometrik tərkibli süxurlar üzərində gedir. Qrunt sularının səviyyəsi çox vaxt səthdən 10-158 sm dərinlikdə yerləşir, quraqlıq mövsümündə isə 50-80 sm-lik dərinliyə düşür. Bataqlı torpaqlar torpaqəmələgəlmə və qleyləşmə prosesinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Torflaşma Azərbaycanda zəif gedir.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Boyaqlı (Kəlbəcər)
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür. == Məşhur yerlər == Şişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.
Vaqif Bayatlı
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Astara mayakı
Astara mayakı — Azərbaycanın Astara şəhərinin ərazisində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 25 m olan bir dəmir konsrtruksiyasının üzərində quraşdırılmışdır. Astara mayakı Astara çayının sağ sahilində, Azərbaycan-İran dövlət sərhəddindən sərhədi 400 m (1/4 mil) şimalda, Xəzər dənizi sahilindən isə 250 m (820 ft) aralıda yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar quraşdırılıb. Hər iki nişan 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanır. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
Dərbənd mayakı
Dərbənd mayakı — Rusiya Federasiyasının ən cənub mayakıdır. Mayak Dağıstanın Dərbənd şəhərində yerləşir. Mayak Rusiyanın qorunan abidələri və UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Dərbənd qədim zamanlarlar liman şəhəri olmasına baxmayaraq, burada XIX əsrə qədər limanların əsas atributlarından sayılan mayakın olması barədə məlumat yoxdur. Rusiya imperiyasına məxsus gəmilər Dərbənd qalası rayonuna XVI əsrin 60-cı illərində yan almışlar. Bu zaman ruslar Xəzər dənizinin qərb sahillərinə gərbi yürüşlər təşkil edirdilər. I Pyotr Xəzər dənizində Rusiyanın təsir dairəsini artırmaq və Baltik-Xəzər dəniz yolunu inkişaf etdirməklə Avropa-Şərq arasında ticarət əlaqələrini qurmaq məqsədi ilə 1722—1723-cü illərdə Rusiya imperator donanamasının köməyi ilə Xəzəryanı bölgələrə hərbi yürüşünü təşkil etmişdir. Bunun nəticəsində Dərbənd və Bakı kimi tratüji əhəmiyyəti olan şəhərlər ələ keçirilir. 1826—1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi sonrası Rusiya Xəzər dənizində yeganə hərbi gücə çevrildi. rus və fars ticarət gəmiləri isə dənizdə sərbəst dolaşma hüququ əldə etdi.
Genuya mayakı
Genuya mayakı (it. faro di Genova, ancaq sadəcə Lanterna adlandırılır)— Genuya limanının əsas mayaklarından biri. Ətraf ərazilərdə gecə dənizçiliyi üçün mühüm yardımı olmaqla yanaşı, mayak Genuya şəhərinin tarixi simvolu rolunu oynayır. 76 metr hündürlüyə malik olan bu mayak dünyanın beşinci ən hündür mayakı olmaqla bərabər, daş hörgüsü ilə tikilmiş ikinci ən hündür mayakdır. 1902-ci ildə İle Viergedə mayakın tikilməsinə qədər 1543-cü ildən bəri dünyada ən hündür mayak idi. Üzərində inşa edildiyi təbii qaya ilə birlikdə ümumi hündürlüyü 117 metrdir. Mayak hər biri terraslarla bağlanmış iki kvadrat hissədən inşa edilib. Bütün bu struktur işıq saçan fənərlə tamamlanır . Keçmiş mayakın 1543-cü ildə dəyişdirilməsi ilə özünün indiki formasında yenidən qurulub və İspaniyanın La Korunya şəhərində yerləşən Herkules qülləsi və Estoniyanın Hiyumaa adasında yerləşən Kıpu mayakından sonra dünyanın ən qədim üçüncü mayakıdır.
Hamiqot mayakı
Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır. == Tarixi == 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
Lənkəran mayakı
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir. == Tarixi == 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək türmə ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayan Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir. 1957-ci ildə mayak binası təmir edilmişdir.
Mahaçqala mayakı
Mahaçqala mayakı və ya Petrovski mayakı — Dağıstan Respublikasının paytaxtı Mahaçqalada fəaliyyət göstərən mayak. Mayak binası 1862-ci ildə istismara verilmişdir.Hazırda mayak Kirovski rayonu, Əmirxanova küçəsi, 20 ünvanında yerləşir. Mayakın binası şəhərin ən görməli binalarında sayılır. Bina Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irs obyekti olaraq qorunur. }}</ref> == Tarixi == Xəzərdə mayakların inşasının təşəbbüskarı Qafqaz canişini Mixail Vorontsov olmuşdur.Petrovski qalasındakı ilk mayak, 1852-ci ildə Tarkovskaya Gorada da, əfsanəyə görə, Rusiya imperatoru I Pyotrun Port-Petrovsk qalasının təməlinə ilk daşı qoyduğu yerdə inşa edilmişdir. Mayak əvvəlcə ağ bir qüllə idi. O, dəniz səviyyəsindən 75 metr yüksəklikdə yerləşirdi. Onun üzərində səkkiz lampanın işığını reflektorlar tərəfindən gücləndirilərək, işığın görünmə məsafəsini 18 milə çatdıran müxanizm qurulmuşdu. == Yeni qüllə == Şəhərin və limanın inkişafı ilə mayak şəhərin ən görkəmli və diqqət çəkən binası olmağı dayandırdı və 1866-cı ildə Xəzər Donanmasının Hidroqrafik hissəsinin nəzarəti altında yeni, daha uğurlu bir yerdə Anji-Arka dağında yenidən quruldu.Yeni qüllənin hündürlüyü 27 metr (dəniz səthindən təxminən 80 metr yüksəklikdə), mayak işığının görünürlüyü 15 mil idi. 1895-ci ildə mayakın parlaqlığı artırıldı, mayak işığı daha yüksək yerdə quruldu.
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazuisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Smolls mayakı
Smolls mayakı (ing. Smalls Lighthouse) — Birləşmiş Krallıq daxilindəki Uelsin Pembrukşir qraflığındakı Marlus yarımadasından 32 kilometr (20 mil) qərbdə, Qrassholm adasından 13 kilometr (8.1 mil) qərbdəki Smolls adasında yerləşən mayak. Mayakın yerləşdiyi Smolls adası dalğalar tərəfindən yuyulmuş bazalt və dolerit qayalar qrupunun ən böyüyüdür. İndiki mayak 1776-cı ildə ucaldılmış köhnə mayakı əvəzləmək üçün 1861-ci ildə mühəndis Ceyms Duqlas tərəfindən ucaldılmışdı. Bu, "Trinity House" təşkilatının əməliyyatda olan ən ucqar mayakıdır. == Əvvəlki mayak == İlkin Smolls mayakı Liverpul şəhərindən olan musiqi instrumenti istehsalçısı Henri Uaytsaydın planları əsasında 1775–1776-cı illərdə ucaldılmışdır. Mayak palıddan hazırlanmış doqquz sütun üzərində dayanırdı. Mayakın yırğalanmadan əziyyət çəkməsinə baxmayaraq, 80 il dayanmışdır. Bu 80 il ərzində mayaka əlavə sütunlar da yerləşdirilmişdir.Uaytsayd mayakı 1777-ci ildə ziyarət edən zaman o, fırtınaya görə adada düz bir ay ilişib qalmışdı. Uaytsayd Sent-Deyvids şəhərindəki bir dostuna məktub yazmış və onu bir qutunun içərisindəki butulkaya qoyaraq dənizə atmışdır.
Taqanroq mayakı
Taqanroq mayakı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində 1878-ci ildə inşa edilmişdir. Bina bir əsrindən az bir müddətdə öz fəaliyyət göstərmişdir. 1970-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar fəaliyyətini tayandırmış və tamamən sökülmüşdür. == Tarixi == Taqanroqda ilk mayak 1770-ci ildə inşa edilmişdir. Ancaq bir müddət sonra mayak bilinməyən səbəblərdən fəaliyyətini dayandırmışdır. 1877-ci ildə verilən iki qərarla burada msyakın inşa edilməsi qərarlaşdırılırdı. 5 iyul və 24 oktyabr tarixli qərarla mayak üçün 625 sajen torpaq sahəsi ayrılmışdır. Üslək əlavə olaraq mayak ərazisinə 750 sajen torpaq sahəsi ayrılırdı. Bu mayak ətrafında əlavə əkin yerinin salınması ilə əlaqədar idi. Ancaq bircə şərq qoyulurdu.
Çeçen mayakı
Çeçen mayakı — Xəzər dənizinin şimal-qərb hissəsində yerləşən Çeçen adasında mayak. Mayak 1863-cü ildə İngilis inşaatçılar tərəfindən inşa edilmişdir. Çeçen adasının yeganə tarixi abidəsidir. Mayak strateji obyekt statusuna malikdir. == Tarixi == Çeçenistan adasının qərb ucunda, Xəzər dənizinin qərb sahilində, Aqraxan yarımadasından üç mil şimalda, Çeçen mayak ucaldılıb.Çeçen adasındakı mayak haqqında ilk məlumatlar, Rusiyaya səyahət edən və 1636-1638-ci illərdə Səfəvilər dövlətinə yollanan Şlezviq-Holşteyn səfirliyinin tərkibində olan alman səyyahı Adam Olearinin "Moskva səfərinin təsviri" əsərində qeyd edilmişdir Adam Oleari, bu adanın uclarından birində dörd dirəyin bir-birinə bağlandığını və onların üzərinin budaqları ilə örtüldüyünü bildirirdi. Адам Олеарий сообщал, что на Onların yanında gecə alovlandırılan iki böyük çuxur da vardı. Məlumdur ki, "dəniz gəmilərinin keçməsi üçün" adadakı alov haqqında 1723-cü ildə "dənizçilərin qeydlərində bir növ mayak təsvir edilirdi".Yerli diyarşünasların məlumatına görə, indiki mayakın yerində kiçik bir taxta mayak mövcud olmuşdur. Qeyd edək ki, hazırkı mayak Çeçen adasının yeganə tarixi abidəsidir. Masajın hündürlüyü dəniz səviyyəsindən 41,1 metrdir. == Tikintisi == 1855-ci ildə Həştərxan limanının komendantı, 1 -ci dərəcəli kapitan R.Q.Maşin, Xəzər dənizinin sahillərini araşdıraraq "dənizçilərin ada ilə paralel sahil boyunca şərqə doğru uzanan qayalardan qorunmasını" təklif etdi.
ABŞ bayrağı
ABŞ bayrağı (ing. Flag of the USA) və ya Amerika bayrağı (ing. American Flag) — Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı. Növbələşən qırmızı (yuxarıda və aşağıda) və ağ on üç bərabər üfüqi zolaqdan, kantondakı göy dördbucaqlıda (xüsusilə "birliyi" bildirmək məqsədi ilə) hər sırada altı ulduzun (yuxarıda və aşağıda) beş ulduzla növbələşdiyi doqquz üfüqi sırada düzülmüş əlli ağ və kiçik beşguşəli ulduzdan ibarətdir. Bayraqdakı 50 ulduz ABŞ-nin 50 əyalətini və 13 zolaq Böyük Britaniya Krallığından müstəqilliyini elan edən və ilk ABŞ ştatı olan on üç Britaniya koloniyasını təmsil edir. Bayrağın digər ləqəblərinə Ulduzlar və Zolaqlar (ing. The Stars and Stripes), Köhnə Şərəf (ing. Old Glory) və Ulduzlarla Bəzədilmiş Bayraq (ing. The Star-Spangled Banner) aiddir. == Tarixi == ABŞ bayrağının hazırkı dizaynı 27-cidir, bayrağın dizaynı 1777-ci ildən bəri rəsmi olaraq 26 dəfə dəyişdirilib.
Abxaziya bayrağı
Abxaziya bayrağı — Bəzi dövlətlər tərəfindən tanınan Abxaziya respublikasının rəsmi dövlət bayrağı. 1991-ci ildə V. Qamqiya tərəfindən hazırlanmış bayraq dörd ədəd yaşıl və üç ədəd ağ paralel zolağın ardıcıl yerləşməsindən ibarətdir. Sol üst küncdə üç cizgi uzunluğunda qırmızı fonda dördbucaq vardır. Dördbucağın içində sağ əlin içi və əlin üstündə yarımdairə şəklində dayanan 7 ədəd 5 guşəli ulduz təsvir olunmuşdur. Bayraqdakı əl dost üçün "Xoş gəldin", düşmən üçün isə "yol yoxdur" mənasını daşıyır. Bayraqdakı 7 ulduz isə Abxaziyanın 7 tarixi bölgəsi olan Abyuva, Bzıp, GQma, Psı-Aybga, Dal-Tzabal, Sadz və Samırzakanı təmsil edir. Bu yeddi bölgə daha sonra 7 şəhərə çevrilmişdir. (Suxuma, Gudauta, Qaqra, Afon, Qal, Oçamçira və Tkuarçal) Yaşıl və ağ zolaqlar isə uyğun olaraq islamı və xristianlığı bildirir. Açıq əl XIV əsrdə Abxaziya Krallığının simvolu olmuşdur. Üzərində bu cür əl olan bayraq Sebastopolsda istifadə olunmuşdur.
Adıge bayrağı
Adıge bayrağı (adıq Адыгэ Быракъ) — gerbi ilə birlikdə Rusiya Federasiyası Adıgey Respublikasının rəsmi dövlət simvollarından biridir. 25 mart 1992-ci ildə "Adıgey Respublikasının Dövlət Bayrağı haqqında" 2 saylı Adıgey Respublikası Qanunu ilə təsdiq edilmişdir.Adıgey Respublikasının 1 avqust 2013-cü il tarixli 231 nömrəli "Bayramlar və yaddaqalan tarixlər haqqında" Adıgey Respublikası Qanununun 3-cü maddəsində dəyişiklik edilməsi haqqında "Qanunu ilə 25 aprel tarixi Adıgey Respublikasının Dövlət Bayrağı Günü olaraq təsbit edildi. == Təsviri == Adıgey Respublikasının milli bayrağı, on iki qızıl ulduzu və yuxarıya doğru işarə edən üç qızıl çarpaz oxu əks etdirən düzbucaqlı yaşıl kətan parçadır. Bayrağın uzunluğunun eninə nisbəti 2: 1-dir.24 mart 1992-ci il tarixli qanununa əsasən parçanın rəngi tünd yaşıl rəngdə idi. == Simvolların əsaslandırılması == 12 ulduz 12 Adıge (Çərkəz) tayfasını və 3 oxu 3 ən qədim Adıge knyaz ailəsini ifadə edir. Üç çarpaz ox onların birliyini göstərir. Yaşıl rəng, meşələrlə əhatə olunan respublikanın həyatını, əbədiliyini və təbii xüsusiyyətlərindən birini simvollaşdırır. Müasir dövrdə, akuamarin rəngi İslam dini ilə əlaqəli yaşıl rəngə dəyişdirildi. Bayraq, bütün ərazi baxımından kabarda, çərkəz, şapsuq, adıqlar diasporasına bölünmüş bütün Çərkəzlərin (Çərkəzlərin) milli bayrağıdır. Hər il aprelin 25-də bütün dünyada Çərkəzlər Adıq (Çərkəz) bayrağı gününü qeyd edirlər.
Albaniya bayrağı
Albaniya bayrağı — Albaniyanın Dövlət bayrağı Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini "şkiperi" adlandırırlar ki, bu da tərcümədə "qartallar ölkəsi" mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər.
Almaniya bayrağı
Almaniya bayrağı — Almaniya Federativ Respublikasının bayrağıdır. Eninə 3 bərabər parçadan ibarətdir. Bu parçalar ardıcıllıqla qara, qırmızı və sarı rənglərdən ibarətdir. Bayrağın rənglərini 1813-cü ildə Napoleona qarşı müharibədə Prussiyanın həm maddi həm də əsgər baxımından yaşadığı sıxıntılara görə Lütçovun öndərliyi ilə tərkibini əsasən universitet tələbələrinin təşkil etdiyi könüllü Freikorps (azad korpus) birliyi qurulmuşdur. Maddiyyat baxımından zəif olduqlarına görə müxtəlif rənglərdə olan əsgər uniformaları əsasən başdan ayağa qara idi. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bu gün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb oldu. Bu hadisə Almaniya bayrağının tarixi olaraq qəbul edilir. 7 iyun 1950-ci ildə alınan qərara əsasən rənglərin mənası bərabərlik, ədalət və azadlıq olaraq təsdiqlənmiş və 3:5 proporsiyasında Almaniya dövlətinin rəsmi bayrağı olmuşdur.
Andorra bayrağı
Andorra bayrağı — Andorranın Dövlət bayrağı Andorranın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: göy, sarı və qırmızı. Sarı zolağın mərkəzində Andorranın gerbi həkk olunub. Bu üçrəngli bayraq XIX əsrdən etibarən Andorranın bayrağıdır. Bayraqdakı mavi və qırmızı rəng Fransanın, sarı rəng isə İspaniyanın rəngi hesab edilir. Onlar birlikdə Andorra üzərindəki Fransa-İspaniya hakimiyyətini əks etdirir. Bayraq 1866-cı ildə qəbul edilmişdir.
Anqola bayrağı
Anqola bayrağı — Anqolanın Dövlət bayrağı Günümüzdəki istifadə edilən halı ilə 11 noyabr 1975-cı il tarixindən istifadə edilməyə başlanmışdır. Anqola bayrağı üfüqi olaraq iki bərabər hissəyə bölən qalın qırmızı və qara zolaqdan ibarətdir. Əlavə olaraq bayrağın ortasında sarı dişli, paz və ulduz var. Bayraqdakı qırmızı rəng ilk günlərdə sosializmin bir simvolu olaraq istifadə edildiyi halda, bu gün Anqola xalqının 1992-ci ildə konstitusiya çərçivəsində ifadə etdiyi kimi ölkənin müstəqilliyi üçün tökdüyü qanı simvolizə edir. Bayraqın digər yarısını aşağıda təşkil edən qara rəng, ölkənin yerləşdiyi Afrika qitəsini göstərir. Bayraqın ortasındakı yarı dişli işçi sinfi sosialist inqilabını, qılınc əkinçilik sinfini, beşguşəli ulduz isə ölkənin inkişafını və beynəlmiləlçiliyi təmsil edir. Bayraqda istifadə olunan bu işarələrin Sovet İttifaqında istifadə olunan orak və çəkic işarələrinə bənzərliyi ölkənin kommunizmə sadiqliyini ifadə edir. Bayrağın formalaşmasında Anqolanın müstəqilliyi uğrunda mübarizə aparan MPLA partiyasının bayrağı əsas götürüldü və partiya bayrağındakı iri beşguşəli ulduz əvəzinə yarı dişli, qılınc və xırda ulduz istifadə edilmişdir. 2003-cü ildə ölkədə, xüsusən müxalifət partiyaları tərəfindən bayrağın dəyişdirilməsi barədə fikirlər irəli sürüldü və hətta bayraqlar təklif olundu, lakin bu günə qədər heç bir nəticə əldə olunmadı.
Antarktida bayrağı
Antarktida bayrağı — Materikin 2002-ci ildə Antarktika haqqında konvensiyasında qəbul olunmuş qeyri-rəsmi bayrağı. Ancaq bu Antarktika bayrağı deyil, Müqavilənin bayrağıdır. == Digər variantlar == Bir çox dizayn təklif edilmişdir, baxmayaraq ki, bunlardan yalnız bir neçəsi istehsal olunur və ya uçurulur. === Həqiqi Cənub === "True South" Antarktidada 2018-ci ilin qışında yaradıldı. O vaxtdan bəri, ekspedisiya şirkətləri, Milli Antarktika Proqramları və dünyanın yüzlərlə fərdi bayrağı qəbul etdi. Beləliklə, digər bayraq təkliflərindən daha çox rəsmi statusa sahibdir. Dizayn aşağıdakı mənaya malikdir: "Dəniz və ağ rəngli üfüqi zolaqlar Antarktidanın həddindən artıq enliyindəki uzun günləri və gecələri təmsil edir. Mərkəzdə, qar və buz sahəsindən Antarktika üfüqünü müəyyənləşdirən meyvələr, dağlar və təzyiq silsilələri ilə səsləşən tək bir ağ zirvə püskürür. Çıxardığı uzun kölgə, cənuba yönəlmiş bir pusula oxunun şəksiz şəklini meydana gətirir və qitənin tədqiqat irsinə hörmət edir. İki mərkəz şəkli birlikdə Antarktidanın gələcək nəsillər üçün sülh, kəşf və əməkdaşlıq mərkəzi olmağa ümidini simvolizə edən bir almaz yaradır." === Qrem Bertram === Onun təklif etdiyi eskiz Birləşmiş Millətlər Təşkilatınin bayraqları sırasına daxil edilmişdir.
Argentina bayrağı
Argentina bayrağı — Argentinanın Dövlət bayrağı Argentinanın dövlət bayrağı rəsmi olaraq 1818-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayraq mərkəzdə günəş şəkli həkk olunmuş 3 bərabər üfüqi zolaqdan ibarətdir: mavi, ağ və mavi. Mavi, ağ rənglər səmanın və And dağlarındakı qarın rəmzidir. 1818-ci ildə bayrağa əlavə edilmiş günəş şəkli isə Argentinanın milli rəmzi hesab olunur. Onlar bayraqdakı günəşə Sole de Mayo, yəni "May günəşi" deyirlər. O, 1810-cu ilin may ayının 25-də buludlu səmada günəşin peyda olmasını xatırladır. Həmin tarixdə ölkədə müstəqillik lehinə ilk kütləvi nümayiş keçirilib.
Astana bayrağı
Astana bayrağı — bayraq Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayev tərəfindən dizayn edilib.
Avropa bayrağı
Avropa bayrağı (ing. Flag of Europe) — Avropa İttifaqının və Avropa Şurasının bayrağı kimi istifadə edilən, mavi fonda 12 sarı ulduzla Avropanın birliyini və bütövlüyünü təmsil edir. Mavi fonda on iki qızıl ulduz bir dairə ibarət olan Avropa bayrağı kimi istifadə olunur. İlk olaraq 1955-ci ildə Avropa Şurası üçün nəzərdə tutulmuşdur, daha sonra Avropa Birliyinin sələfləri olan 1986-cı ildə Avropa İcmaları tərəfindən qəbul edildi. Avropa Şurası bayrağa aşağıdakı şərtlərlə simvolik bir tərif verir, Avropa birliyinin qəbul etdiyi rəsmi simvolik təsvirdə “Qərb dünyası” ndan bəhs olunur: Qərb dünyasının mavi səmasının fonunda ulduzlar Avropa xalqlarını bir dairə, birlik nişanı şəklində simvollaşdırır. Onların sayı daima on ikidir, on iki rəqəm isə mükəmməlliyin və bütövlüyün simvoludur. — Avropa Şurası. Paris, 7-9 dekabr 1955-ci il. Paul M. Levy tərəfindən dizaynına görə digər simvolik şərhlər təklif edilmişdir. Beş guşəli ulduz istək və təhsili təmsil edərək, bir çox milli bayraqlarda istifadə olunur.
Avstraliya bayrağı
Avstraliya bayrağı (ing. Flag of Australia) — ölkənin dövlət rəmzlərindən biri. Bayraq 1:2 proporsiyalı göy rəngli düzbucaqlı taydan ibarətdir. Sol üst rübündə Britaniya bayrağı əks olunub. Bundan əlavə, Avstraliya bayrağında altı ağ ulduz təsvir olunub, onlardan beşi tayın sağ hissəsində Cənub Xaçı bürcü şəklində əks olunub, bir böyük ulduz isə sol aşağı rübün mərkəzində yerləşdirilib. Bayraq 1901-ci ildə federasiya yaradılandan az sonra qəbul edilmişdir. O, bir çox ölkə nümayəndələrinin iştirak etdiyi müsabiqə nəticəsində seçilmişdir. Sonrakı illər ərzində o, Avstraliya və Britaniya hakimiyyətləri tərəfindən bəyənilmişdir, lakin bayrağın dəqiq xarakteristikaları bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Müasir bayrağın xarakteristikaları 1934-cü ildə dərc edilmişdir, 1954-cü ildən isə bayrağa qanunvericiliklə "Avstraliya milli bayrağı" statusu verilmişdir. Ölkədə respublikaçıların təsiri güclü olduğundan, 1990-cı illərin ortalarından bayrağda Britaniya bayrağının təsvir olunması tez-tez tənqid edilir.
Avstriya bayrağı
Avstriya bayrağı — Avstriyanın Dövlət bayrağı.Bu bayraq Danimarkanın bayrağı ilə birlikdə dünyanın ən qədim bayraqlarından biri hesab edilir == Tarixi == Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinə baxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdə olan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə son qoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir, həmçinin ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını da təmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazine yaxınlığındakı döyüşdə iştirak etmişdi. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb.
Azərbaycan Bayrağı
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. == Bayrağın təsviri == Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".Bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur.
Azərbaycanın bayrağı
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. == Bayrağın təsviri == Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".Bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur.
Banqladeş bayrağı
Banqladeş bayrağı — Banqladeşin Dövlət bayrağı
Barbados bayrağı
Barbados bayrağı — Barbadosda işlədilən rəsmi dövlət bayrağı 30 noyabr 1966-cı ildə ölkənin Müstəqillik Günündə qəbul edilmişdir. Bayraqdakı sol tərəfdəki göy rəng göy üzünü, sağ tərəfdəki göy rəng isə okeanı təmsil edir. Qızılı rəng isə ölkənin şəriət ölkəsi olduğunu göstərir. Mərkəzdəki çəngəl isə ölkənin İngilis əsarətindən xilas olduğunu göstərir. Barbadosun milli bayrağı 1966-cı ildə təsdiqlənmişdir. Bayraq 3 bərabər şaquli hissəyə bölünmüş düzbucaqlı parçadan təşkil olunmuşdur. Bayrağın mərkəzində üçbaşlı əsa şəkli həkk olunub. Barbadosun milli bayrağını əhali arasında keçirilmiş konkursdan sonra Karl Brudhaqen, Qrantley Preskod və Advena Kendall düzəldiblər. Rəsm müəllimi olan Qrantley Preskodun yazdığına görə, mavi rəng dənizin, sarı rəng isə adanı əhatə edən qızılı qumun rəmzidir. Üçbaşlı əsa isə Barbadosun demokratik hökumətinin 3 prinsipini özündə cəmləşdirir: xalqdan, xalqla, xalq üçün.
Bavariya bayrağı
Rəsmi olaraq iki Bavariya bayrağından biri — zolaqlı tip və romb tipli, hər ikisi ağ və mavi rəngdədir. Hər iki bayraq tarixən 1180–1918-ci illərdə Bavariya krallığını idarə edən Vittelsbax sülaləsi ilə əlaqəlidir. == Haqqında == Zolaqlı bayrağın həm üfüqi, həm də şaquli variantı və ya üzərində gerb olmayan ağ və mavi romblar Bavariyada alm. Staatsflagge‎ adlanan dövlətin rəsmi bayraqları hesab edilə bilər. Onlar mülki şəxslər və hökumət tərəfindən, o cümlədən dövlət avtomobillərində istifadə oluna bilər. Zolaqlı və romb tipli bayraqlar bərabər statusa malikdir və ofislər və ya istifadəçilər onlar arasında seçim etməkdə sərbəstdir. Gerb əlavə edilmiş variantlar qeyri-rəsmidir və mülki şəxslər tərəfindən bu simvollardan istifadə qəti şəkildə qeyri-qanunidir, lakin laqeyd yanaşılır. Gerbli bayraq əsasən romb tipli olur. Mavinin dəqiq tonu heç vaxt rəsmiləşdirilməyib, lakin ictimaiyyət tərəfindən istifadə edilən bayraqların əksəriyyəti təxminən RGB 0-204-255 kodlu tonlardadır; rəsmilər RGB 0-128-255-ə daha yaxın bir versiyanı istifadə edirlər. Rombların sayı ən azı 21 olmalıdır və yuxarı sol (natamam) tərəfdə olan romb mütləq ağ olmalıdır.Rombların dəqiq mənşəyi mübahisəlidir.
Başqırdıstan bayrağı
Başqırdıstan bayrağı — Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvoludur. 25 fevral, 2001-ci ildən — Başqırdıstan Respublikasının Dövlət bayrağı Günüdür. == Tarixi == === 1918—1992-ci illər === 4547 nömrəli fərmana əsasən, başqırd Hökuməti "milli bayraq Haqqında" qanun yaradılmışdır. Mavi rəng türk tayfalarının rəngi, yaşıl — İslamın rəngi, ağ müsəlman sülhpərvərliyini və Rusiyaya birləşmələrini simvollaşdırdı. Fərman 19 iyun, 1918-ci il "Başkort" qəzetində və 20 avqust, 1918-ci ildə "Başqırdıstan hökümətinin dili" qəzetində dərc edilmişdi. Bu bayraq həmçinin Başqırd qoşununun ümumqoşun bayrağı kimi istifadə olunurdu. 1920-ci ildən Başqırd SSR-nin simvolu kimi qırmızı rəngin parçasını təşkil edən bayraq istifadə olundu. 11 oktyabr, 1924-cü ildən MSK-ın Başqırdın Qətnaməsinə əsasən "quraşdırılmamış nümunənin dövlət bayraqlarının müraciətindən və dövlət bayraqlarının yayılmasına Başqırd respublika üzrə inhisar hüququnun verilməsi" haqqında Başqırd ASSR-i dövlət bayrağı təsdiq edilmişdir. Onun uzunluğu 1:2-i təşkil edirdi. 12 fevral, 2003-cü ildə, Dövlət Yığıncağının Qanunverici Palatası — Başqırdıstan Respublikasının Qurultayı, bayrağın yeni nisbətini təsdiq edilmişdir — 2:3.
Benin bayrağı
Benin bayrağı — Beninin Dövlət bayrağı