QƏNAƏTSİZLİK
QƏNBƏRLİK
OBASTAN VİKİ
Qənbər
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Nurəddin Qənbər
Nurəddin Qənbər (azərb. Nurəddin Qənbər oğlu Mirzəyev‎; d.20 iyun 1933, Ağcabədi, Qaradolaq k.) — nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Fəxri cərrahı, Müharibə və Əmək vətəranı. == Həyatı == 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M. Qorki adına orta məktəbi bitirib. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirir. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlamışdır. 1957–61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961–71-ci illərdə Azərbaycanda — Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973–74-cü illərdə isə baş həkim vəzifəsində çalışmışdır. Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N. Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirmişdi.
Qənbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. == Həyatı == Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Qənbər Qarabaği
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. == Həyatı == Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
Qənbər Qurbanov
Qənbər Şəmşiroğlu (tam adı:Qurbanov Qənbər Şəmşir oğlu; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı. == Həyatı == Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. 16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Qənbər Qənbərli
Qənbər Şəmşiroğlu

Usta Qənbər
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. == Həyatı == Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
Usta Qənbər Qarabaği

Heydər Qənbərzadə
Mehdi Qənbərli
Mehman Qənbərov
Mehman Nəriman oğlu Qənbərov (27 may 1981; Ağdam rayonu, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Qənbərov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Miri Qənbərov
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri. == Həyatı == Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir. 1956–1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961–1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971–1978-ci illərdə həmin idarənin baş direktoru, 1978–1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979–1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri, Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981–1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür.
Mədət Qənbərov
Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad)
Qışlaq-i Qənbərli-i Ülya (fars. قشلاق قنبرلوي عليا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (20 ailə).
Qışlaq-i Qənbərlihacıməhəmmədhəsən (Pərsabad)
Qışlaq-i Qənbərlihacıməhəmmədhəsən (fars. قشلاق قنبرلوحاج محمدحسن‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (20 ailə).
Qışlaq-i Qənbərlirüstəmqənbərli-i Vusta (Pərsabad)
Qışlaq-i Qənbərlirüstəmqənbərli-i Vusta (fars. قشلاق قنبرلورستم قنبرلوي وسطي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 422 nəfər yaşayır (59 ailə).
Qənbərli
Qənbərli — soyad. Qənbər Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Taleh Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elton Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehdi Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əli Qənbərli — Azərbaycanın maarif xadimi. Digər Qənbərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Qənbərli (Germi)
Qənbərli (fars. قنبرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (42 ailə).
Qənbərməhəllə (Astara, İran)
Qənbərməhəllə (fars. قنبرمحله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 644 nəfər yaşayır (149 ailə).
Qənbərməhəllə (Talış)
Qənbərməhəllə (fars. قنبرمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 867 nəfər yaşayır (196 ailə).
Qənbərəli bəy Bənəniyarski
Qənbərəli bəy Bənəniyarski (1890, Bənəniyar, Naxçıvan qəzası – 29 noyabr 1937) — Araz Türk Cümhuriyyətinin maliyyə naziri. == Həyatı == Qənbərəli bəy Şirəli bəy oğlu Bənəniyarski 1890-cı ildə Naxçıvan yaxınlığındakı Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan xanlığına aid sənədlərdə onun ulu babaları Bənəniyarlı kimi qeyd olunublar. Naxçıvan, İrəvan və Gəncə gimnaziyalarında təhsil alan Qənbərəli bəy sonralar Rusiyada ali təhsil almışdır. Universitet təhsili alan Qənbərəli bəy Naxçıvana hüquqşünas kimi qayıtmışdır. === Sovet dövrü === Naxçıvanda sovet hökuməti qurulduqdan – 1922-ci ildən sonra Qənbərəli bəy məcburən Bakıya köçmüşdür. İnqilab Komitəsinə rəhbərlik edən bolşeviklər Naxçıvanın ziyalılarını, hərbçilərini həbs edir və sürgünə göndərirdilər. Qənbərəli bəy də onlar kimi təqib edilir, siyasi idarənin xüsusi şöbəsinə sorğu-suala çağırılırdı. O, milyonçu Məşədi Heydər Nəsirbəyovun qızı Zəhra xanım ilə ailə qurduğundan Naxçıvandan tez köçməsini tələb etmişdilər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivinin sənədlərinə görə 29 noyabr 1937-ci ildə güllələnmişdir == Siyasi fəaliyyəti == 3 noyabr 1918-ci il tarixində İbrahim bəy Cahangirzadə rəhbərliyində təşkil olunan Araz Türk Cümhuriyyəti Nazirlər Şurasında maliyyə naziri postunu tutmuşdur.
Rafiq Qənbərov
Rafiq (Rəfail) Əli oğlu Qəmbərov (31 dekabr 1947, Qroznı) — Azərbaycan kinooperatoru və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (1998–2007), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), SSRİ Dövlət Mükafatı laureatı (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966–1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L. B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir. 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir. 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Filmoqrafiya == Bakı haqqında 10 dəqiqə (film, 1970) Gecə söhbəti (film, 1971) Hörmətli alim yoldaşlar (film, 1971) "Müstəntiq və məntiq" (film, 1971) Vətəndaş sərnişinlər... (film, 1971) Nəriman Nərimanov (film, 1972) Sözsüz mahnı (film, 1972) Təki dam olsun... (film, 1972) Gilas ağacı (film, 1972) Bizim küçənin oğlanları (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İçəri şəhər (film, 1978) Azərbaycanın palçıq vulkanları (film, 1979) Çovqan oyunu (film, 1979) İstintaq (film, 1979) Qəribə adam (film, 1979) Lahıc (film, 1979) "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980) Bağlı qapı (film, 1981) Cəmşid Naxçıvanski (film, 1982) Fövqəladə hadisə (film, 1982) İstirahət gecəsi (film, 1982) Rəngli yuxu (film, 1982) Zərbə (film, 1983) Gethagetdə (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Park (film, 1983) Xəbərdarlıq (film, 1985) Atası yandı (film, 1986) Burulğan (film, 1986) Ölsəm...
Ramiz Qənbərov
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur.
Rəşad Qənbərli
Taleh Qənbərli

Digər lüğətlərdə