RAMİN
RANÇO
OBASTAN VİKİ
Ramiz Quliyev
Ramiz Əyyub oğlu Quliyev (30 aprel 1947, Ağdam) — Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2014). == Həyatı == 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. == Fəaliyyəti == Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak etmişdir.1957-ci ildə Respublika musiqi kollektivləri arasında Bakıda keçirilən Festivalda (Azərbaycan Dram teatrında keçirilmişdir; münsiflər heyətinin sədrləri – Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov) I yer qazanmışdır, 1961-ci ildə isə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Bu illər ərzində Ağdam rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963–1964-cü illərdə Ağdam 1 saylı orta-ixtisas müsiqi məktəbində, 1965–1974-cü illərdə isə Bakı şəhəri 1 və 20 saylı musiqi məkləblərində təhsil almışdır. 1974-cü il onun həyatında əlamətdar olmuşdur. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafatа, oktyabr ayında iсə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür. 1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib.
Ramiz Qurbanov
Ramiz Qurbanov (Qurbanov Ramiz Seyfulla oğlu; 30 oktyabr 1935, Salyan, Salyan rayonu) — texnika elmləri doktoru, professor, AMEA müxbir üzvü (30.06.1989). == Həyatı == Ramiz Qurbanov 1935-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən kafültəsini fərqlənmə ilə bitirmişdir. "26 Bakı komissarı adına" NQÇİ-də operator kimi əmək fəaliyyətinə başlayaraq, usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində işləmişdir. 1961-ci ildən bu günə qədər AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent, professor, kafedra müdiri işləmişdir. 1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1989-cu illərdə AzNKİ-da "Nəzəri mexanika" kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru işləmişdir. 1989–1990-cı illərdə AzPİ-nun rektoru olmuşdur. 1989-cu ildə Qurbanov R. S. Azərbaycan EA müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Qurbanov R. S. bərk cismin mexanikası və neft hasilatı texnologiyası sahəsində tanınmış alimdir.
Ramiz Qusarçaylı
Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu; 25 dekabr 1958, Çartəpə, Quba rayonu) — Azərbaycan şairi və publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2002–2015; 2022–indi). "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisi. == Həyatı == Ramiz Qusarçaylı 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974–1976) almışdır. 1977–1979-su illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın "Krasnaya Zvezda", Zaqafqaziya Hərbi Dairəsinin "Leninskaya Znamya" qəzetlərində oçerk və məqalələr dərc edilmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat" jurnalı redaksiyasında, "Zaman" Beynəlxalq qəzetində,Tula və Donetsk vilayətlərində, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Azərbaycan Respublikası "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisidir. == Yaradıcılığı == Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlamış, "Bağban" adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir.
Ramiz Qəmbərov
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur.
Ramiz Qənbərov
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur.
Ramiz Rizayev
Ramiz Həsən Qulu oğlu Rizayev (2 noyabr 1939, Naxçıvan) — Azərbaycan alimi, kimya elmleri doktoru, AMEA-nın həqiqi üzvü. == Həyatı == Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Rizayev “Neft və neft-kimya sintezi” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Azərbaycan Dövlət Universitetində fiziki-kimya fənni ilə dərs demişdir. AMEA-nın Kimya Problemləri İnstitunun baş mütəxəssisdir. 1993-cü il 3 iyul tarixindən Ramiz Rizayev Rusiya Federasiyası fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir, Azərbaycan Prezidentinin Fərmanı ilə Moskvada, 1994-cü 15 avqust tarixindən səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib. 2005-ci ildə vəzifəsindən geri cağırılıb.
Ramiz Rzayev
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). == Həyatı == Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Ramiz Rəhmanov
Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı – 15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi. == Həyatı və xidməti fəaliyyəti == 1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur. 1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb. 1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir. 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir.
Ramiz Sadıqov
Ramiz Cəmil oğlu Sadıqov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1981–1988). == Həyatı == Ramiz Cəmil oğlu Sadıqov 1932-ci ildə sənətkar ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1952-ci ildən tikinti layihələrində iş icraçısı, Ehtiyat Əmək Qüvvələri İdarəsinin istehsalat təlimi ustası, metodisti, böyük müfəttişi, texniki peşə məktəbinin direktoru olmuşdur. 1965-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Bakı asbest-şifer və keramika məmulatları kombinatının direktoru, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, 1974-cü ildən isə Azərbaycan KP MK tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1981-ci ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri olmuşdur. Ramiz Sadıqov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (9–11-ci çağırış) seçilmişdir.
Ramiz Sultanov
Ramiz Abbas oğlu Sultanov (9 may 1934 – 18 fevral 2004) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Ramiz Abbas oğlu Sultanov 1934-cü il mayın 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Bakı şəhəri 171 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun kimya-texnologiyası fakültəsinə qəbul olunmuş və 1959-cu ildə oranı bitirmişdir. == Elmi fəaliyyəti == 1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Moskvada SSRİ EA N. Zelinski adına Ümumi Kimya İnstitutunun aspiranturasında oxumuşdur. 1962–1966-cı illərdə Azərbaycan EA Y. Məmmədəliyev adına NKPİ-də böyük mühəndis, kiçik və böyük elmi işçi vəzfələrində işləmidir. 1966-cı ildə Azərbaycan EA NKPİ-nin Sumqayıt Filialına böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1967–1979-cu illərdə NKPİ-nin Sumqayıt Filialında, sonralar onun əsasında yaradılmış Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda "Silisium-üzvi birləşmələr" laboratoriyasına rəhbərlik etmişdir. 1979-cu ildən indiki Azərbaycan Sənaye İnstitutunda (Sumqayıt) əvvəlcə (1979–1986-cı illərdə) "Əsas üzvi sintezin texnologiyası" kafedrasında, 1986-cı ildən ömrünün sonuna kimi "Ümumi kimya" kafedrasında müdir vəzifəsində işləmişdir.
Ramiz Sərkərov
Ramiz Beqay oğlu Sərkərov (3 iyul 1959, Qax – 7 aprel 2007) — aktyor, prodüser. == Həyatı == Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib. R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb. 7 aprel 2007-ci ildə vəfat edib. == Xatirəsi == 2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib. == Əsas rolları == Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa Ərizə (Ə.Əmirli) — Kamil Cəza (Ə.Əmirli) — aktyor Mağara (A.Həsənzadə) — Eldəniz Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək Mahmud və Məryəm (Elçin) — Süleyman paşa Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə Ağ div və qara div (Ə.Səmədli) — qara div Yaddaş ağrısı (H.Mirələmov) — Vahan Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri Ezop (G.Fiqeyredo) — Ksanf Mustafa (O.Asena) — Hüseyn dayı Hacı Qara (M.F.Axundzadə) — Sərkis Danışan gəlincik (A.Şaiq) — padşah == Filmoqrafiya == Apardı sellər Saranı (film, 1996) At ilinin birinci ayı (film, 1993) Bir anın həqiqəti (film, 2003) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Gəlinlər (film, 2002) Halal pullar (film, 2008) Hərənin öz payı+tayı (film, 2006) Kəndim+nizə qayıdın!?
Ramiz Təkani
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ == Həyatı == Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır.
Ramiz Vəliyev
Ramiz Vəliyev – Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında yaradıcı aktyor heyətində, aktyor kimi işə başlayıb, 1981–1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildən C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında işləməyi ilə bərabər Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır: "Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, "Memarın məhəbbəti" – Əcəmi, "Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı və s. Hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi "Əlmanə" tamaşasında Səddaq obrazı üzərində işləyir. Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür, "Qızıl Dərviş" mükafatı laureatıdır. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəlidir. İki övladı var.
Ramiz Yediyarov
Ramiz Qəni oğlu Yediyarov (31 may 1966, Vedi rayonu, Ermənistan SSR) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2012–2018). == Həyatı == Ramiz Yediyarov 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. 1983-cü ildə Şəki şəhər orta məktəbini bitirib. 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir. 1984–1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. Ailəlidir, 3 övladı vardır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1990-cı ildə Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı kimi başlamış, 1995–1997-ci illərdə Şəki rayonu C.Cabbarlı adına kolxozda mühasib işləmişdir. Ramiz Yediyarov 1997-ci ildən vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2008–2012-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini və 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir. 2012–2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Ramiz Yusifov
Yusifov Ramiz Yusif oğlu — Azərbaycan geoloq alimi, geologiya elmlər üzrə fəlsəfə doktoru, professor, təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu (1980-1997), Boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958 -ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə Beynəlxalq dərəcəli hakim, Dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri və Prezident təqaüdçüsüdür. "Azpetrol LTD"nin birinci müavini və təhlükəsizlik xidmətinin rəisi olmuş, hazırda isə ictimaiyyətlə əlaqə departamentinin müdiridir. Yusif Yusifov (dövlət xadimi)nin oğludur. Qazax rayonunun Xanlıqlar kəndindəndir. == Həyatı == Yusifov Ramiz Yusif oğlu - 1936-cı ildə Ağdam rayonunda mayın 15-də anadan olub. O, ilk İbtiadi təhsilini Ağdam rayonunda 1 N-li məktəbdə sonra , Naxçıvan şəhər 1 saylı orta məktəbin 7-ci sinfini, 1954-cü ildə isə Bakı şəhər 199 saylı orta məktəbini bitirib. Evlidir. İki övladı, 4 nəvə, 2 nəticəsi var. == Elmi fəaliyyatı == 1954-cü ildə BDU-nun Geoloji-Coğrafiya fakültəsinə qəbul olunub.
Ramiz Zeynalov
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. === Ailəsi === Ailəlidir, 1 övladı var.
Ramiz
Ramiz — kişilərə verilən şəxsi ad. Ramiz Rövşən — Azərbaycan şairi. Ramiz Mirzəyev Ramiz Mirzəyev — AFFA-nın keçmiş prezidenti. Ramiz Mirzəyev (Ramiz Həsənoğlu) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ramiz Məlik Ramiz Alıquliyev — texnika elmləri doktoru, professor. Ramiz Bağırov (I) — istedadlı musiqiçi, vokal sənətini respublikada geniş təbliğ edən müəllim. Ramiz Qasımov Ramiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor. Ramiz Tahirov (general) — general. Ramiz Əbdülrəhimov — memarlıq doktoru, professor.
Ramiz Abbaslı
Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; 1 iyul 1948, Papravənd, Ağdam rayonu) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi. == Həyatı == Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S. S. Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F. M. Dostoyevskinin "Cinayət və cəza", V, Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R. Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakültəsində davam etdirib. Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb. == Yaradıcılığı == Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb.
Ramiz Abbasov
Abbasov Ramiz Hüseyn oğlu - "Azərbaycan Bayrağı" ordenli döyüşçü. == Həyatı == 19 may 1965-cü ildə anadan olmuşdur. 27 aprel 1994-cü ildə şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütıvlüyünün qorunması uğrunda gedən döyüşlərdə xüsusi xidmətlərinə, şəxsi igidliyinə və şücaətlərinə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Bakı şəhəri Binəqədi rayonunda yaşadığı Ə.Naxçıvani küçəsi 29 saylı binaya baralyefi vurulmuşdur.
Ramiz Abdullayev
Abdullayev Ramiz Həbibulla oğlu (d.23 iyun, 1953) – Azərbaycan şairi, dramaturq, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb. 1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" və "Əməkdar mühəndis" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur.
Ramiz Zöhrabov
Zöhrabov Ramiz Fərzulla oğlu (2 may 1939 – 24 aprel 2017) — Azərbaycan mədəniyyətinin alimi. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor. == Həyatı == Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir.
Ramiz İbrahimov
Ramiz İbrahimov — Yunan-Roma güləşi üzrə öz çəki dərəcəsində üç dəfə (1952, 1954, 1955-ci illərdə) SSRİ çempionu olub. İdman ustası. Hazırda Ağdaş UGİM-in məşqçisidir. == Uğurları == 1952-ci ildə Tiflisdə keçirilmiş SSRİ birinciliyinin qalibi 1954-cü ildə Bakıda keçirilmiş SSRİ birinciliyinin qalibi 1955-ci ildə Lvovda keçirilmiş SSRİ birinciliyinin qalibi 7 dəfə Azərbaycan çempionu 3 qat SSRI,7 qat Azərbaycan ?empionu vətəndaşlıqdan imtina etdi Respublika dərəcəli hakim Ramiz ibrahimova g?stərilən yad m?nasibət onu belə bir addım atmağa məcbur edib Hakimiyyətin ən cox ?y?nd?y? sahələrdən biri də idmandır.Yeerlərdə m?htəşəm olimpia mərkəzlərinin açılması,idman-sağlamlıq komplekslərinin inşası,idmana və idmançılara yüksək qayğı göstərilməsi ilə bağlı gecə-gündüz aparılan təbliğat beyinləri deşir. Reallıqda isə bunların tam əksini görürük.İdmana xərclənən k?lli miqdarda vəsait cəmiyyətin fiziki sağlamlığına deyil,ayrı-ayrı zümrənin maraqlarının təminatçısına yönəldilir və yaxşı gəlir gətirən "obyektlərə" ?evrilir.X?susən də bu "obyektlər"əlverişli coğrafiərazilərdə yerləşən b?lgələrdə əlavə qazanc mənbəyidir. İdmançılara yanaşma da eynəndir.Hakimiyyət eşəlonuna yaxındırsa,onların bəxti gətirir.Hər yerdə yaşıl işıq yandırılır.Müxalifəty?nl?d?rsə,yaxud da yaltaqlığı,ikiüzlülüyü bacarmırsa,həqiqətin g?z?nə dik baxırsa,onlar "oyundankənar" vəziyyətə salınırlar.Doğmalıq-ögeylik burada da özünü açıq-aydın büruzə verir.Həyatını idmana gənc nəslin fiziki sağlamlığına həsr edərək,vaxtilə Azərbaycanın adını yüksək tribunalarda səsləndirmiş,Yunan-Roma güləşi üzrə 3 dəfə SSRİ,7 dəfə Azərbaycan çempionu olmuş ağdaşlı Ramiz İbrahimova göstərilən yad m?nasibəti kimi.76 yaşlı idman ustası qatıldığı yarışlarda bir dəfə də olsun b?drəməyib. 1952-ci ildə Tiflis,1954-c? ildə Bakı,1955-ci ildə isə Lvovda ke?irilən SSRİ birinciliyinin qalibi olub.1951-1957-ci illərdə isə Azərbaycanda onun k?rəyini yerə vuran tapılmayıb.1956-cı ildən SSRİidman ustasıdır.Yüzlərlə yetirməsi var.Sumqayıt güləş məktəbinin əsasını da Ramiz İbrahimov qoyub.Dünya şöhrətli idmançı Xəzər İsayevin ilk dəfə əlindən tutaraq b?y?k idmana gətirən də odur.Uzun illər Gəncədə məşqçilik edib.Bu m?ddət ərzində yeni-yeni uğurlara imza atıb. R.İbrahimov həm də Respublika dərəcəli hakimdir.B?t?n bu y?ksək titullaraına baxmayaraq,bu qocaman idmançı hələ də layiq olduğu qiyməti almayıb.Onun dediyinə g?rə,Yunan-Roma g?ləşi üzrə 67 kq ?əki dərəcəsində bir ne?ə dəfə keçmiş SSRİ-nin yığmasına salınsa da,komandanın baş məşqçisi olmuş Probrejeniçin qoyduğu ayrı-seçkilik ucbatından beynəlxalq turnirlərdə iştirak edə bilməyib.Bundan o qədər də təəss?flənmir.R.İbrahimovu ən ?ox təəss?fləndirən Azərbaycan rəhbərliyinin,müvafiq qurumların münasibətidir.Daha ?ox təsir edən isə bir vaxtlar k?rəyini yerə vurduğu insanların fəxri adlarla,d?vlət mükafatları ilə təltif olunmaları müqabilində,onun zəhmətinin qiymətləndirilməməsidir.?lkədə elə bir nazirlik,idarə,y?ksək r?tbəli məmur qalmayıb ki,müraciət etməsin.?z?
Ramiz İsgəndərov
Ramiz İsgəndərov — İqtisad elmləri doktoru, professor. == Həyatı == Ramiz İsgəndərov 1953-cü ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olmuşdur. Orta təhsilini Mehdixanlı kənd orta məktəbində almışdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Kənd təsərrüfatının mexanikləşdirilməsi» fakültəsini, Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının «İqtisadiyyat» fakültəsini, Moskva Elmi-Tədqiqat Texnologiya İnstitutunun aspiranturasını bitirmişdir. Ramiz Kamal oğlu İsgəndərov 1988-ci ildən texnika elmləri namizədi, 2006-cı ildən iqtisad elmləri doktorudur (08.00.05 — «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı)» və 08.00.13 — «İqtisadiyyatın riyazi və instrumental üsulları» ixtisasları üzrə), 2010-cu ildən professordur. Elmi-texniki tərəqqinin sosial-iqtisadi məsələləri, eləcə də əmək bazarı və əhalinin sosial müdafiəsi ilə bağlı problemlərin tədqiqi ilə məşğuldur. Ölkəmizdə və bir sıra xarici ölkələrdə nəşr olunmuş 200 çap vərəqindən artıq həcmi olan 100-dən çox elmiməqalənin, 4 dərsliyin, 7 dərs vəsaitinin, 2 monoqrafiyanın və 5 tədris proqramının müəllifidir. Müəllifi olduğu «Əmək bazarı və əhalinin sosial müdafiəsi» və «Elmi-texniki tərəqqi: sosial-iqtisadi aspektlər» adlı kitabları Respublika Təhsil Nazirliyinin qərarı ilə iqtisad yönümlü ali məktəblər üçün dərslik kimi tövsiyə olunaraq nəşr edilmişdir. Ramiz İsgəndərov Beynəlxalq İnformasiya Akademiyasının, Rusiya Federasiyasının Pedaqoji və Sosial Elmlər Akademiyasının, Gürcüstanın Biznes Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh Səfiridir.
Ramiz Əbdülrəhimov
Ramiz Həmid oğlu Əbdülrəhimov (29 iyun 1940, Bakı) — görkəmli Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki, Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor, Azərbaycan əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür. == Həyatı == Ramiz Əbdülrəhimov 29 iyun 1940-cı il Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq ixtisasını bitirib. 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb. Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi ilə çalışır Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 2010-cu ildə hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabının redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova onun haqqında bildirib: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında böyük zəhmət çəkir.
Ramiz Qasımov (pilot)
Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur. == Həyatı == Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. === Təhsili === Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur.
Ramiz Qasımov (polkovnik-leytenant)
Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur. == Həyatı == Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. === Təhsili === Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur.
Ramiz Qasımov (əməkdar elm xadimi)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi. == Həyatı == Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb. == Əmək fəaliyyəti == İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.
Ramiz Rzayev (dəqiqləşdirmə)
Ramiz Rzayev (hüquqşünas) — Azərbaycan Ali Məhkəməsinin sədri, Azərbaycanın əməkdar hüquqşünası. === Digər === Ramiz Rizayev — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın üzvü.
Ramiz Rzayev (hüquqşünas)
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.
Ramiz Sadıq Saleh oğlu Bağırov
Ramiz Bağırov (müəllim)
Ramiz Tahirov (general)
Ramiz Firudin oğlu Tahirov (16 aprel 1966, Orconikidze) — Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant. == Həyatı == Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib. 1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A. M. Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib. 1992–2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24. iyun 2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Ramiz Zeynalov (polis)
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. === Ailəsi === Ailəlidir, 1 övladı var.

Digər lüğətlərdə