SÜMÜKLÜLÜK
SÜMÜKSÜZLÜK
OBASTAN VİKİ
Sümüksüz İvar
Sümüksüz İvar (Ívarr hinn beinlausi; IX əsr, Danimarka – ən tezi 787 və ən geci 878, İngiltərə) — Tarixi vikinq döyüşçüsü və berserk. Raqnar Lodbrokun ən kiçik və ən qəzəbli oğludur. Saqalara görə İvar Raqnar Lodbrok və Aslauqun ilk övladıdır.Háttalykill inn forni saqasına görə doğularkən onun heç bir sümüyü yox idi. Buna görə ona sümüksüz ləqəbi verilmişdir. Raqnar Lodbrokun Nortumbriya krallığındakı ölümü üzərinə qardaşları ilə birgə İngiltərəni işğala qoşulmuşdur. 865-ci ildə qardaşı Halfdan Hvitserk ilə Şərqi Anqliya torpaqlarını işğala başlamışdır. 867-ci ildə isə York şəhərini işğal etmişdir. II Aelladan atasının intiqamını almış, qardaşları ilə birgə onu qan qartalı edam şəkli ilə öldürmüşdür. 869-cu ildə Şərqi Anqliya kralı Müqəddəs Edmundu edam edib ölkəsini ələ keçirmişdir. Bu ildən sonra ordusunun bir hissəsini götürərək Dublini işğala getmişdir və orada Dublin krallığı və Adalar krallığının əsasını qoymuşdur.

Digər lüğətlərdə