Sətir printeri
Sətir printeri (en. line printer) – adi matrisli printerdə olduğu kimi, bir dəfəyə bir simvolu deyil, bir sətri və ya lazerli printerlər kimi, bir səhifəni çap edən hər hansı printer. Sətir printerləri, adətən, 1117 düymlük vərəqlərə çap edir. Bu sürətli qurğulardan (dəqiqədə təxminən 3000 sətir) çox zaman biristifadəçi sistemlərində deyil, meynfreymlərdə, minikompüterlərdə və ya hesablama şəbəkələrində istifadə edilir. Belə qurğuların iki növü vardır: zəncirvari printerlər (CHAIN PRINTER) və daha müasir lentli printerlər (BAND PRINTER). Məşhur LPT abreviaturası (MS-DOS’da kompüterin paralel çıxış portunu göstərir) ilkin olaraq məhz sətir printerlərini bildirirdi.
Bir dəqiqədə sətirlərin sayı (en. lines per minute (LPM)) – printerin sürətinin ölçüsü; bir dəqiqədə çap olunan simvollu sətirlərin sayı. Bir dəqiqədə sətirlərin sayı, adətən, sətir printerlərini (LINE PRINTER) xarakterizə edir, çünki onlarda istənilən məzmunlu sətirlər eyni müddətdə çap olunur. Başqa sürət ölçüləri bunlardır: bir saniyədə simvolların sayı (CHARACTER PER SECOND, CPS), adətən, matrisli printerlərin xarakteristikası kimi istifadə olunur; bir dəqiqədə səhifələrin sayı (PAGES PER MINUTE, PPM) səhifə printerlərinin (PAGE PRINTER), məsələn, lazerli printerlərin xarakteristikasıdır.