SADİQ – XƏYANƏTKAR Sadiq adamdır, ona bel bağlamaq olar. Onun təbiəti elədir, xəyanətkardır (H.Nadir).
SADİQ – NAMƏRD Bir sadiq ömür dostum; Şeir dilli yarım var (R.Rza); Namərdəm tutmasam mən özüm! (S.Rüstəm).
SADİQ – SATQIN Fazil, sadiq dostumuz! Sizi böyüdən atalar və analar müqəddəs dostluq önündə diz çökürlər (C.Məmmədov); Satqına rast gəlsə, satar Nəbini (S.Rüstəm).