Kompüter savadlılığı
Kompüter savadlılığı (computer literacy) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil
olmaqla, onlar haqqında biliklərin səviyyəsi. Bəzən (və tamamilə əsassız olaraq) kompüterlərə, dərin texniki biliklərin və ya riyaziyyat və elektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar. Əslində isə başqa fənnlər kimi, hesablama texnıkasında da müxtəlif səviyyəli səriştəlilik (kompetentlik) mümkündür. Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salınması ardıcıllığı, sadə tətbiqi proqramların çalışdırılması, istifadə olunması və işinin başa çatdırılması, informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur. Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur; məsələn, mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır. Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika, assembler dili kimi sahələrdə xüsusi biliklərin olmasını nəzərdə tutur.
Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil, yəni testləməni istər Microsoft proqram məhsulları (Windows 98, 2000, XP, Vista; Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” (OPEN SOURCE) tətbiqi proqramları (Linux (Unix), Open/Star Office) üzrə aparmağa imkan verir.
ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir:
1. İnformasiya texnologiyalarının əsasları
2. Kompüterdə iş.