SƏHRA

Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. S.-nın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7-30 dəfə az olmasıdır. S.-nın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qaxlxır. Orta Asiya S-larında yağıntının illik miqdarı 60-150 mm, Mərkəzi Asiya (Təklə-Məkan) 9 mm, tropik S.-larda isə hər yerdə 100 mm-dən azdır. Şimali Afrika və Ərəbistan S.-larında bir neçə il ərzində yağış düşməyən yerlər də vardır.S.-ların zəbt etdiyi ərazi bütün qurunun təqribən 30%-ni tutur. Səth quruluşuna görə S.-lar qumlu, daşlı, gilli və şoranlı S.lara bölünür. Azərbaycan Respublikası üçün S. xarakterik deyil. Burada S.-ya yaxın landşaft fraqmentləri Abşeron yarımadasında, Kür-Araz ovalığında, Naxçıvan M.R.-nın Araz boyu ərazisində təsadüf edilir.
SEYŞ, DURMUŞ DALĞA
SƏHRALAŞMA
OBASTAN VİKİ
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Gilli səhra
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Akkona (səhra)
Akkona (it. Accona) — İtaliyanın Siena vilayəti, Toksana regionunda yerləşən səhra. İllik yağıntının miqdarı 600 mm təşkil edir. İllik günəşli günlərin miqdarının çoxluğu və isti küləklər buxarlanmanı yüksək edir. İllik yağıntının miqdarı 22 °C təşkil edir. Orta əsrlərdə səhrada Monte-Oliveto-Macore monastrı inşa edilmişdir.
Antarktik səhra
Аntarkti səhra — Təbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir.
Qübbətüs-Səhra
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Səhra balakəkliyi
Səhra balakəkliyi (lat. Ammoperdix griseogularis) — Qırqovullar fəsiləsinə aid quş növü. Nadirdir. (EN). Təhlükə altındadır. Regionda cinsin tək növüdür. Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil.
Səhra könlücəsi
Səhra gönlücəsi və ya Səhra yarasası (lat. Eptesicus bottae) — Gönlücələr fəsiləsinə daxil olan yarasa növü. Arktik bölgələrdən başlayaraq, Yunanıstanın Rodos adası, Misir, Ərəbistan yarımadası, Yaxın Şərq, Kiçik, Ön və Mərkəzi Asiya, Cənubi Qafqazdan şimal-qərbi Çin və şimali Pakistana qədər ərazidə rast gəlinir. Azərbaycanda 5 məntəqədə tapılmışdır (Qabırrı (İori) və Alazan çaylarının mənsəbi, Mingəçevir ətraflarında, Xaldan, Sabirabad və Qobustan qoruğu). Onlara əsasən turay meşələrində, Azərbaycanın mərkəzi ərazilərində yarımsəhra landşaftlarında aşkar edilmişdir. Məskunlaşma yerləri yuyulma nəticəsində yaranan mağaralar və qaya çatlarıdır. Bu yarasalar daha çox Bozdağ silisiləsinin yeraltı mağaralarında və Qobustanda tapılırdı. Qobustanın Böyük-Daş silsiləsində, yay sığınacaqlarında aprelin sonlarından peyda olmuşlar, sentyabrın ikinci ongünlüyünə qədər böyük sayda qeyd olunmuşlar, oktyabrın əvvəllərində isə, tək-tək uçurdular. Yay ayları erkək fərdlər tək-tək yaşayırlar..
Səhra müşğülü
Səhra qarquşu
Səhra qarquşu (lat. Bucanetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Səhra qaysağı
Səhra qaysağı — Başlıca olaraq subtropik və tropik səhralarda süxurların və ya torpağın səthində əmələ gələn tavayaoxşar sıx və bərk qabıqdır.
Səhra timsahı
Səhra timsahı və ya Qərbi Afrika timsahı (lat. Crocodylus suchus) — əsl timsahlar sinfinin dümayəndəsi. Bu növü çox vaxt nil timsahı ilə səhv salırlar. 1807-ci ildə qədim misirlilər tərəfindən mumiyalanan timsahların kəllə sümükləri arasında fərqlər aşkar edirlir. Etienne Qeoffroy Saint-Hilaire yeni növə bir ad verir. Bununla belə Qərbi Afrika timsahı hələ də Nil timsahının sinonimi sayılırdı. 2011-ci ildə aparılan yeni bir mumiya nümunələri onun Nil timsahına deyil, Qərbi Afrika timsahına aid olduğunu göstərdi. Bu kəşf Crocodylus suchus taksonunun dirilməsi ilə nəticələnir. Qərbi Afrika timsahları Mavritaniya, Benin, Nigeriya, Niger, Kamerun, Çad, CAR, Ekvatorial Qvineya, Seneqal, Mali, Qvineya, Qambiya, Burkina Faso, Qana, Qabon, Toqo, Kot-d'İvuar, Konqo və Konqo Respublikası və Uqandada (Nil timsahlarının eyni zamanda mövcud olduğu yerlərdir) yayılmışdır. Bir səhra timsahı Florida zooparkında saxlanılır.
Səhra qızılquşu
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb.
Mavi səhra
Mavi səhra və ya Sinay sülh qovşağı — Sinay səhrasının Müqəddəs Ketrin yaxınlığındakı ərazisi.Burada bir sıra qayalar mavi rəngə boyanmışdır. Bu sənət əsəri 1980-ci ildə, 1979-cu ildə İsrail–Misir sülh müqaviləsinin imzalanmasından sonra belçikalı rəssam Jan Veramın sülh xətti çəkmək üçün Sinaya səfəri zamanı yaradılmışdır. Veram Misir prezidenti Ənvər Sədatın icazəsini almıış və Birləşmiş Millətlər Təşkilatından on ton boya qrant almışdır.
Səhra aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi. Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir. Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir. Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu. Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Səhra dənizi
Səhra dənizi — Böyük Səhrada yerləşən endoreik hövzələri Atlantik okeanı və ya Aralıq dənizindən gələn sularla doldurmağı təklif edən hipotetik makromühəndislik layihəsi. Bu həyata keçirilməmiş layihənin məqsədi Böyük Səhranın dəniz səviyyəsindən aşağıda yerləşən əhəmiyyətli sahələrini əhatə edəcək, rütubətli hava, yağış və kənd təsərrüfatını səhranın dərinliklərinə gətirəcək daxili dəniz yaratmaq idi. Belə bir layihənin mümkünlüyü XIX əsrin sonu və XX əsrin əvvəllərində müxtəlif alim və mühəndislər tərəfindən bir neçə dəfə qaldırılmışdır. Su basmış Böyük Səhra anlayışı dövrün romanlarında da yer alırdı. Səhra dənizi anlayışı ədəbiyyatda bir neçə dəfə, xüsusən də Jül Vernin son romanı olan "Dənizə hücum"da birbaşa Ruder və de Lessepsin planına istinad etmişdi. Su basmış Sahara səhrası ideyası Con Vindemin "Gizli xalq" əsərində də cərəyan edir. 2018-ci ildə çəkilmiş "Akvamen" filmində Böyük Səhra bir vaxtlar Atlant qəbiləsinin yaşadığı dəniz idi.
Səhra kraliçası
Səhra kraliçası (İngilis dilindəki əsl adı ilə: Queen of the Desert) — 2015-ci ildə Verner Hersoq tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş olan Amerika epik bioqrafik dram filmidir və film ingilis səyyahı, müəllifi, arxeoloqu, kəşfiyyatçısı, kartoqrafı və siyasi məmuru Gertrude Bellin həyatına əsaslanır. Film də Bellin iyirmi yaşından etibarən ölümünə qədər olan həyatı xronoloji ardıcıllıqla nümayiş etdirilir. Filmdə baş rolları Nikol Kidman, Ceyms Franko, Demian Levis və Robert Pattinson canlandırmışdırlar. Filmin çəkilişləri çoxlu gecikmələr və süjet xəttindəki problemlərindən sonra nəhayət 2013-cü ilin dekabr ayından etibarən başlamış və 2014-cü ilin mart ayına qədər Əlcəzair, İordaniya və İngiltərədə aparılmışdır. Film 65-ci Berlin Beynəlxalq Film Festivalının Əsas müsabiqə bölməsində nümayiş etdirilmiş və 6 fevral 2015-ci ildə premyerası baş tutmuşdur. 3 sentyabr 2015-ci ildə Almaniyada kinoteatrlarda nümayiş olunmuşdur. Film tənqidçilərdən əsasən mənfi rəylər almış və eyni zamanda böyük maliyyə müvəffəqiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, film 36 milyon dollarlıq istehsal büdcəsinə qarşı cəmi 2 milyon dollar gəlir əldə etməyə nail olmuşdur. Zəngin ingilis ailəsinin qızı olaraq dünyaya gəlmiş olan Gertruda Bell London elitasının sosial həyatı ilə maraqlanmır. Təmtəraqlı ziyafətlər, qəbullar və imtiyazlı həyat onun yalnız canını sıxır.
Gibson səhrası
Gibson səhrası (ing. Gibson Desert) — Avstraliyanın Qərbi Avstraliya ştatı ərazisində yerləşən səhra. Şimaldan Böyük Qumlu səhra, cənubdan isə Böyük Viktoriya səhrası ilə əhatələnmişdir. Səhranın sahəsi 155 530 km² təşkil edir. Əsasən şeben adlı suxurlarla örtülmüşdür. Bölgəni ilk tətqiq etmiş səyyahlar səhranı «böyük təpəli səhra» adlandırmışdır. Səhrada orta hündürlük 411 m, şərq hissədə isə maksimal mündürlük 762 metrdir. Bu yüksəkliklər əsasən qranit və ya qumdan ibarətdir. Səhra qərbdən Hamersli silsiləsi ilə əhatələnir.. Qərb hissədə çoxlu sayda göl vardır.
Goravan səhrası
Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir. Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır. == İqlimi == Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir.
Hami səhrası
Hami — Qobi səhrasının tərkib hissəsi olan səhra Sincan-Uyğur Muxtar Rayonunun şimal-şərqində yerləşir. Tyan-Şan silsiləsinin şimalında və Nanşam dağlarının cənubunda qərarlaşır. Qərb hissədə Lupa səhrası ilə birləşir. 1879-ci ilin yayında səhranı Nikolay Prjevalski keçmişdir.
Karson səhrası
Karson səhrası - Nevada ştatı ərazisində yerləşən kiçik səhra. Səhranın sahəsi 5, 568 km² təşkil edir. İl ərzində səhraya cəmi 130 mm yağıntı düşür.
Kau səhrası
Kau səhrası (ing. Kaʻū Desert) — Havay adasının cənub-şərqində, Kilauza vulkanının ətrafında yerləçən səjhra. Eynio adlı rayonun ərazisinə daxildir. Vulkanik çöküntülərlə örtülən səhrada tez-tez turşu yağışı yağır. == iqlimi == Kau tioik vulkanik səhradır. Tipik səhralardan (hansı ki, yağıntının miqdarı 200 mm keçmir və buxarlanma iillik yağıntını üstələyir) aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: burad illik yağıntının miqdarı 1000 mm keçir. Kilauea vulkanından çıxan vulkanik qazlar turşu yağışı əmələ gətirir ki, buda bitki öretyüyünün əmələ gəlməsinə maneə olur. su tez şəkildə lavada buxarlanır. lava və vulkanik suxurların arasınadakı çatlar yağış suyunu asanlıqla keçirir == Milli park == Kau səhrasından Havay Vulkanik Milli parka yol gedir. Səhradan № 11 şose keçir.
Kiçik Qumlu səhra
Kiçik Qumlu səhra (ing. Little Sandy Desert) — Avstraliyanın qərbində (Qərbi Avstraliya) yerləşən səhra. Böyük Qumlu səhranın cənubunda, şərqdən Gibson səhrasına keçir. Səhranın adı sahəsinə görə verilmişdir. Səhranın sahəsi 101 min. km² təşkil edir. Orta illik yağıntının miqdarı 150–200 mm, buxarlanmanın miqdarı isə 3600–4000 mm təşkil edir. Yayda orta temperatur 22 - 38,3 °C, qışda isə 5,4—21,3 °C-dir. Ən iri axarı Seyvori-Krik çayıdır ki, oda Disappoyntment gölünə tökülür. Göl səhranın şimalında yerləşir.
Liviya səhrası
Liviya səhrası (ərəb. الصحراء الليبية‎, Əl-Libya — Şimali Afrikada, Saxaranın şimal-şərqində yerləşən səhra. == Coğrafi yerləşməsi və təbii xüsusiyyətləri == Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı ilə əhatələnir. Liviyanın şərqi, Misirin qərbi və Sudanın şimalını əhatə edir. Səhra okean və materik qabığı üzərində yerləşir. Şimalı düzənlik düzənlikdir və dyunlarla örtülüdür. Dyunların uzunluğu 650 km, hündürlüyü 300 metrdir. Şimal-şərində çökəkliklər yerləşir. Afrikanın ən çökək hissəsi 133 metr olan Kattar çökəkliyidir.
Lop səhrası
Lop səhrası — səhra Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşir. Korla şəhərindəb Tarim çökəkliyinənin sərhədinə qədər uzanır. Səhra ideal şəkildə düzən relyefə malikdir. Şimal-şərqdə Baqraşgöl sahillərində hündürlü 1030–1040 metr, cənub-şərqdə isə Lobnor gölü ərazisində hündürlük 250 metrdir. == Coğrafiya == Lop səhrası bütünlüklə düzən relyefə malikdir. Bununla belə ərazisində çala ərazilər vardır ki, onlara su toplandığı halda göllərə çevrilə bilər. Tarim çayı dövrlərdən asılı olaraq öz məcrasını dəyişir. Bu səbəbdən göllərin sərhədləridə dəyişilir. Keçmişdə Lobnor nəhəng bir bataqlıq olmuşdur. Hazırda bu ərazi gum və gildən ibarət olan olan səhradır.
Men ştatının səhrası
Men ştatının səhrası (ing. Desert of Maine) — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir. 1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür.
Moneqros səhrası
Moneqros (isp. Desierto de los Monegros) — İspaniyanın şimal-şərqində, Araqon muxtar bölgəsi ərazisində yerləşən yarımsəhra. Səhra Saraqosa, Ueksa vilayətlərinin büpöv ərazisini və Moneqros rayonunun bir hissəsini əhatə edir. Частично расположена в долине реки Эбро. Площадь пустыни 27 644 км². На её территории расположено 49 деревень и 31 муниципалитет. Ən hündür nöqtəsi Oskuro dağı 822 metr hündürlüyə malikdir. Bu bölgənin orta hündürlüyü 61 - 91 metr arasında dəyişir. Əsas bitki örtüyü kolluqlardır. il ərzində 350 mm yağıntı düşür.
Muyumqum (Alma-ata dairsində səhra)
Muyunqum — elə də böyük olmaya qumlu massiv Qazaxıstanın Almatı vilayəti ərazisində yerləşir. Bu səhranı Canbul və Cənubi-Qazaxıstan vilayəti ərazisində yerləşən geniş əraziyə malik Muyunqum səhrası ilə səhv salmaq lazım deyildir. Kiçik Muyunqum Almatı şəhərinin 10 km şimalından İli çayının sahilinə qədər uzanır. Orta eni 2–5 km təşkik edir. Sahəsi 60 km²-dır. Qumlu massiv 500–600 metr hündürlüyə malikdir. Şərqindən Almatı-Kapçaqay avtomagistralı keçir. Bitki örtüyü kserofitdir. Kənarlarında Karaoy, Zareçnoe və Arna kimi yaşayış məntəqələri vardır.
Muyunqum (Alma-ata dairsində səhra)
Muyunqum — elə də böyük olmaya qumlu massiv Qazaxıstanın Almatı vilayəti ərazisində yerləşir. Bu səhranı Canbul və Cənubi-Qazaxıstan vilayəti ərazisində yerləşən geniş əraziyə malik Muyunqum səhrası ilə səhv salmaq lazım deyildir. Kiçik Muyunqum Almatı şəhərinin 10 km şimalından İli çayının sahilinə qədər uzanır. Orta eni 2–5 km təşkik edir. Sahəsi 60 km²-dır. Qumlu massiv 500–600 metr hündürlüyə malikdir. Şərqindən Almatı-Kapçaqay avtomagistralı keçir. Bitki örtüyü kserofitdir. Kənarlarında Karaoy, Zareçnoe və Arna kimi yaşayış məntəqələri vardır.
Namib səhrası
Namib (ing. Namіb, port. Namіbe) — Afrikanın cənub-qərb sahilboyunda yerləşən səhra. Səhranın formalaşmasında Bengel cərəyanın rolu böyükdü. Namib adı "Nama" adlı Afrikanın köklü xalqının dillindən götürülüb. Səhranın sahəsi 100 000 km² çoxdu. Anqoladan tutmuş CAR-a qədər və Atlantik okeanın sahili boyunca səhra 1900 km qədər uzanır. Okean tərəfdən səhra 50–160 km-lik məsafəyə qitənin içərilərinə gedir, cənubda Kalaxarinin cənub-qərb hissəsi ilə birləşir. "Nama" dillindən Namib "heç bir şeyin mövücüd olmadığı yer" mənasını verir. Namib səhrası ildə 1013 mm yağıntı ilə quru yer sayılır, və bir neçə sahilyanı şəhərləri istisna olmaqla, demək olar ki əhalisi yoxdur.
Narın qumlar (səhra)
Narın qumlar səhrası (qaz. Нарын құмы, rus. Рын-пески, Рыны, Нарын-пески, Нарын) — geniş ərazini əhatə edən və barxanlarla zəngin olan səhra. Səhra Xəzərönü çökəklikdə Volqa (İdil) və Ural (Yayıq) çayları arasında yerləşən ərazini əhatə edir. Narın qumlar səhrası 40 min. km² ərazini əhatə edir. Vaxtı ilə göl dibini təşkil etdiyindən narın qumlarla örtülmuşdur. Səhranın bir qismi ot və kollarla örtülür. Qum fırtınaları səhra üçün xarakterikdir. Şirin su mənbələri səhtə yaxındır.
Nubiya səhrası
Nubiya səhrası — Səhra Afrikanın şimal-şərqində, Saxaranın şərqində yerləşir. Səhra Nil çayı ilə Etbay silsiləsi arasında qərarlaşır. Böyük qismi Sudan az qismi isə Misir ərazisində yerləşir. Relyefi pilləvari olaraq 1000 metrdən 350 m hündürlük arasında yerləşir. Səhrada hündürlüyü 1240 metr olan tənha dağ vardır. Səhra qurumuş çay vadi və dərələri ilə zəngindir. Dəniz səviyyəsindən orta hündürlüyü 500 metrdir. Ən hündür nöqtəsi Oda zirvəsi 2259 metrdir. Bitki örtüyü kasad olsa da, burada Palma, tamarisk, akasiya və bir sıra kol bitkiləri bitir. Heyvanlar aləmindən gekkonlar, zəhərli ilanlar, səhra varanları, kərtənkələlər, caqqallar, kaftar və hətta timsaha rast gəlinir.
Pataqoniya səhrası
Pataqoniya səhrası (Pataqoniya səhrası və ya Pataqoniya çölü) — qum və daşlıqdan ibarət olan, Cənubi Amerika ərazisində yerləşən səhra. Şimaldan Monte səhrası ilə sərhədlənir. Pataqoniya səhrası Atlantik okeanı boyunca 1600 km məsafədə uzanır. Əsasən Pataqoniya platosu ərazisində 600—800 metr hündürlükləri arasında yerləşir. Səhranın cənubu And dağlarının şərq ətəkləri boyunca Argentina ərazisinə qədər uzanır. Səhranın sahəsi 400 000 km² təşkil edir. Bu hissədə Cənubi Amerika ərazisinə hava axını hərəkət edir. Pataqoniya səhrası yeganə səhradır ki, okeanın sahilində olmaqla bərabər materikin şərqində yerləşir. Andlardan başlayan çaylar səhranı yararaq okeana tökülür. Yarımsəhra ərazisi 0 – 2000 m arasında yerləşir.
Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra)
Qaraqum (Almatı dairəsinin cənubunda səhra) — Almatı vilayətinin cənub-şərqində yerləşən qumlu səhra. İli çayının vadisinin şimal hissəsində qərarlaşır. Usek çayı qərbdən, Xorqos çayı ilə şərqdən və cənubdan isə İli çayı ilə əhatələnir. Orta hündürlüyü 350–400 m təşkil edir. Maksimal hündürlüyü isə 657 metrdir. Qumlu səhranın sahəsi 800 km² təşkil edir. Əraziyə qumlar çay ətrafı vadilərdən gəlir. Səhra ətrafında Eltay, Ulken, şıqan və digər yaşayış məntəqələri vardır. Ərazisindən Хоrqos çayı axır.
Qaraqum (Alma-ata dairəsinin şimalında səhra)
Qaraqum (Almatı dairəsinin şimalında səhra) — Almatı vilayətinin şimalında yerləşən qumlu səhra. Balxaş gölü ilə Sasınkol arasında yerləşən ərazini əhatə edir. Şimaldan elə də hündür olmayan Arkalı silsiləsi ilə əhatələnir. Cənuba doğru isə qumluqlar Lepsı və Teken çaylarının hövzəsindən Andreevka yaşayış məntəqəsinə qədər uzanır. Ətraf ərazilərində Akbalık, Kuraksu, Eltay, Jarsuat və Uçaral yaşayış məntəqələri yerləşir. Şimal hissəsindən quruyan Ayaquz çayı mövcuddur.
Qaraqum səhrası
Qaraqum səhrası (Türkmən dilində mənası - "Kara-Kum" və ya "Qara Kum", Rus dilində isə, "Karakumy" ) — Mərkəzi Asiyanın cənubunda yerləşən, dünyanın sahəsinə görə ən böyük 12-ci səhrası. Türkmənistan ərazisinin təqribən, 70%-ni əhatə edir. Səhranın Qazaxıstan ərazisində yerləşən və Aral gölününün sahillərini təşkil edən hissəsi "Aral Qaraqumu" adlanır. Sahəsi təqribən 350 000 km² (135.000 mil²) -a yaxın olan Qaraqum səhrası şərqdən qərbə 800 km, şimaldan cənuba 500 km məsafədə uzanır. Şimaldan Sarıqamış gölünün hövzəsi ilə, şimal-şərq və şərqdən Amudərya çayı ilə, cənub-şərqdən Qarabil təpəlikləri və Badxız çöllü-təpəli (steplər) regionu ilə, cənub və cənub-qərbdən Kopetdağ silsilələri ilə, qərb və şimal-qərbdən isə qədim Uzboy çayının vadisi ilə sərhədlənir. Səhra üç hissədən ibarətdir : səhranın şimal, şimal-qərb hissələri Zaunquz Qaraqumu, mərkəzi hissəsi Mərkəzi Qaraqum, cənub, cənub-şərq və şərq hissələri isə duz bataqlıqları ilə zəngin olan Cənub-Şərq Qaraqumu adlandırılır. Səhranın şimal-qərb hissəsində eol mənşəli (küləyin yaradıcı fəaliyyəti nəticəsində yaranan təbii landşaft) təpəciklər və tirələr vardır. . Zaunquz Qaraqumu güclü küləklərin denudasiya proseslərinə məruz qalaraq, səth hissəsi kəskin aşınmaya və eroziyaya uğramışdır. Mərkəzi Qaraqum Xəzər dənizi sahillərindən, Amudərya çayının vadisinə qədər olan hamar səthi əhatə edir. Burada, küləyin landşafta təsiri daha böyük olub, səthdə 75-90 metr hündürlükdə dyunlar əmələ gətirmişdir.

Digər lüğətlərdə