TAL

[holl.] сущ. таль (пар хкаждай механизмрин са жуьре).
TAQQILTI
TALA
OBASTAN VİKİ
Mixail Tal
Mixail Tal (latış. Mihails Tāls‎; rus. Михаил Нехемьевич Таль; 9 noyabr 1936[…], Riqa – 27 iyun 1992 və ya 28 iyun 1992, Moskva) — SSRİ və Latviyalı qrosmeyster, şahmat üzrə səkkizinci dünya çempionu. == Şahmat karyerası və dünya çempionluğu == Mixail Tal 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarırdı. Birinci sinfə gəldikdən iki gün sonra onu üçüncü sinfə keçirirlər. 1952-ci ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə, Talı qəbul etmirlər, çünki hələ 16 yaşı tamam olmamışdı. Uşaq yaşlarında o, musiqiyə, riyaziyyata və futbola daha çox maraq göstərirdi. Bu yaşlarında atası onu şahmatla tanış edir.
İsrail Tal
İsrail Tal (ivr. ‏ישראל טל‏‎; 13 sentyabr 1924, Maxanayim[d], İsrail şimal dairəsi – 8 sentyabr 2010, Rexovot, Mərkəz dairəsi), həmçinin Talik (ivr. ‏טליק‏‎) — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin generalı. O, tank müharibəsi ilə bağlı olan biliyinə və Merkava tankının istehsalındakı iştirakına görə tanınır. == Həyatı == İsrail Tal 13 sentyabr 1924-cü il tarixində, Fələstin mandatının Maxanayim kibbutzunda anadan olmuşdur. Onun ana tərəfi əslən 1777-ci ildə Safed və Tiberiyaya köçmüş hasidist yəhudilərindəndir. O, beş yaşından Safeddə yaşamış və 1929-cu il Safed qiyamına şahid olmuşdur. Tal hərbi karyerasına Böyük Britaniya Silahlı Qüvvələrinin Yəhudi briqadasında başlamışdır. O, İkinci Dünya müharibəsi zamanı İtaliyada manqa komandiri kimi xidmət göstərmişdir. O, daha sonra Birinci Ərəb-İsrail müharibəsi zamanı kiçik piyada zabiti kimi, Sinay muharibəsi zamanı briqada komandiri, Altı günlük müharibə zamanı Sinay yarımadasında zirehli diviziya komandiri, Yom Kippur müharibəsi zamanı isə cənub cəbhəsinin komandiri kimi xidmət göstərmişdir.
Tal Kuskarı (Əbyəlil)
Tal Kuskarı (başq. Тал Ҡусҡары) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tal Kuskarı kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Qusev): 22 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 62 km. == Məşhur şəxsləri == Sariya Mirjanova (24 dekabr 1924 — 25 noyabr 2000) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Hacı Mir Abbas bəy Talışinski
Hacı Mir Abbas bəy Talışinski — Çar ordusunun hərbiçisi. Mir Mustafa xanın beşinci oğlu Hacı Mir Abbas bəydir. Atasının əmlak bölgüsündə ona Astara mahalı düşmüşdü. Hətta Mirzə Əhmad bu haqda “Əxbərnamə”də də yazır: “Mir Mustafa Xan öz ogulları arasında Mir Abbası çox istəyirdi və əmlak bölgüsündə Astara mahalını və özünün bir neçə nökərini Mir Abbasa bagışlamışdı, üstəlik məni də Mir Abbasa mirzə verdi.” Hacı Mir Abbas bəyə 1829-cu ildə mayor rütbəsi verilir. 1831-ci ildə Rusiyaya qarşı iddialarına görə həbs olunur. Helə həmən ilin axırlarında da həbsdən azad olunur. 1860-cı ildə Astaradan Peterburqa köçür. Astaranın idarə olunmasını öz oğlu Mir Tagıya tapşırır. 1860-cı illərdə Peterburqda yaşaması haqqında arxivdə belə bir məlumat var: “Mir Abbas bəy Qraf Orlov Davıdovun 1 hissəli 2-ci kvartalının 3 nömrəli evində yaşamışdır”. Peterburqa getmeyinin məqsədi o idi ki, vəfat etmiş bacısının qəbrini ziyaret etsin və bacısının saxladığı vəsiyyətnamələri Talışa gətirsin.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Hüseyn Talıbov
Talıbov Hüseyn Heydər oğlu (16 noyabr 1937, Kirovabad – 2013) —1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2007–2010-cu ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi. Hüquq elmləri namizədi. == Həyatı == Hüseyn Talıbov 1937-ci il noyabr ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirmişdir. 1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ve Ali Sovetin deputati. 1992–2000-ci illərdə Sumqayıt Şəhər Xalq Məhkəməsinin sədri. 1994-cü ildə H. Talıbov Sumqayıt Şəhər Məhkəməsinin sədri işlədiyi vaxt respublika məhkəmələri hakimlərinin konfransında Bakı şəhəri və respublikanın digər şəhər və rayon məhkəmələri hakimlərinin ixtisas kollegiyasının sədri seçilmişdir. Qanunun tələbinə görə, məhkəmələrə hakimlərin seçilməsi və onların vaxtından əvvəl geri çağırılması yalnız ixtisaslaşdırılmış kollegiyanın razılığı ilə olurdu. Həmçinin hakimlərə ixtisas dərəcəsi verilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi məsələlərinə də həmin kollegiyada baxılırdı. 2000–2007-ci illərdə isə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışmışdır.
I Talork
Anielin oğlu Talorq (v. 460) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == V əsrdə anadan olmuş, V və ya VI əsrin əvvəllərində vəfar etmişdir. Родился в V веке. "Piktlərin xronikası"na əsasən Anielin oğlu və I Nextonun qardaşı olmuşdur. Piktlərin kralları I Drestlə I Nexton arasındakı dövrdə 2 və ya dörd il müddətində? 480-484 və ya 513-516-c; illərdə hakimiyyətdə olmuşdur. == Mənbə == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
In 100 Years (Modern Talking)
In 100 Years... (azərb. 100 ildə‎)– Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
In The Garden Of Venus (Modern Talking albomu)
In The Garden Of Venus (azərb. Venera bağında‎) - 1987-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.Bu albom qrupun 6-cı çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Kamal Talıbzadə
Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı – 19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu. == Həyat və fəaliyyəti == Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir.
Kazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. == Həyatı == Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Koramar (Talış)
Koramar (az.-əski. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Köhnə Həyət (Talış)
Köhnə Həyət (fars. كهنه حياط‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (22 ailə).
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür‎) — ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anney Seneka tərəfindən tərcümə edilmişdir.
Lantana Tallin FK
Lantana — Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Last Exit To Brooklyn (Modern Talking)
Last Exit To Brooklyn (azərb. Sonuncu dəfə Bruklinə daxil olmaq‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ligularia talassica
Ligularia talassica (lat. Ligularia talassica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Locomotion Tango (Modern Talking)
Locomotion Tango (azərb. Lokomotiv Tanqo‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinql. Bu mahnı Danimarka hit-paradında populyar idi.
Maryan (Talış)
Maryan (fars. مريان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (19 ailə).
Mir İbrahim bəy Talışinski
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor. == Həyatı == Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Mir İbrahim xan Talışxanov
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor. == Həyatı == Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Mir Əbülfət bəy Talışinski
Ağaxan Talışınski (tam adı: Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski; 19 sentyabr 1885, Lənkəran, Lənkəran qəzası – 21 dekabr 1949, Bakı) — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor, Kiyev Dövlət İnstitutunun tibb fakültəsinin məzunu. == Həyatı == Həkim, travmatoloq-orteped, Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan (Əbülfət bəy) Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsil adı – Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın (1823–1877) adıdır. Atası Mir Rza xanın (1863–1932) ilk oğul övladı olduğu üçün, ənənəyə görə, atasının adını ona vermişdir, lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talışinskinin ömür yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş Kişvər xanım Xanoğlan bəy qızı Talışinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmotoloq həkim Əziz (Abbasqulu) Talışinski, qızı Adilə (Lyalya) xanım Talışinskaya. == Təhsili == Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-ci ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur.
Mir Əsgər xan Talışinski
Mir Əsgər xan Talışinski — görkəmli ictimai xadim, Talışxanovlar nəslinin parlaq nümayəndəsi, hüquqşünas, xeyriyyəçi. == Həyatı == Mir Əsgər xan 1841-ci ildə Lənkəran şəhərində, xan ailəsində anadan olub. Atası Azərbaycanın ilk general-leytenantı, Talış xanı Mir Mustafa xanın oğlu Mir Hüseyn xandır. O, ilk təhsilini İranda, Nəmin mədrəsəsində, sonra isə Təbrizdə almışdır. 1859-cu ildə, 18 yaşında Lənkərana dönərək dövlət qulluğunda işləyib. 1873–1874-cü illərdə Lənkəran qəzasının dəftərxana qulluqçusu idi. O, 1885-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakultəsində ali təhsil almışdır. 1890-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Mir Əsgər xan doğma vətənə qayıdır. Elə həmin ildə Lənkəran şəhər idarəsinin müvəkkili və tərcüməçisi təyin olunur. 1894–1898-ci illərdə Lənkəran şəhər idarəsinin ibtidai təhsil rəhbəri seçilir.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.

Digər lüğətlərdə