TARİXÇİ

сущ. тарихчи, историк (урус.), тарихшуьнас (тарихдин специалист; тарих илимдал кӀвалахзавай алим).
TARİXÇƏ
TARİXƏN
OBASTAN VİKİ
Tarixçi
Tarixçi — tarix üzrə mütəxəssis, tarix elmi ilə məşğul olan alim, tarixşünas. Tarixçilər insan nəsli ilə əlaqəli olaraq keçmiş hadisələrin davamlı, metodik izahı və araşdırılması ilə maraqlanır; həm də bütün tarixin dövrlərini öyrənir. Əgər şəxs yazılı tarixdən əvvəlki hadisələrlə maraqlanırsa, onda o, ibtidai icma quruluşu dövrünün tədqiqatçısıdır. Bəzi tarixçilər nəşrləri və ya təcrübə ilə tanınırlar. "Tarixçi" XIX əsrin sonlarında Almaniyada və başqa yerlərdə tədqiqat universitetləri yaranan zaman peşəkar bir peşəyə çevrildi. == Obyektivlik == İrvinq Penqvin Buks və Lipştadta qarşı məhkəməsi zamanı məhkəmənin kimin "obyektiv tarixçi" olmasını müəyyənləşdirməli olduğu bəlli oldu. Bu da İngilis qanunlarında ənənəvi olaraq istifadə edilən "insan Klepxem omnibus"u deyil deyə şüurlu insan standarı ilə eyni məna daşıyırdı. Bu, obyektiv bir tarixçinin David İrvinqin tətbiq etdiyi qeyri legitim metodlara qarşı əks mövqe qoymaq üçün hüquqi bir müstəvinin olması üçün lazım idi, çünki İrvinq-Pinqvinlər və Lipştadt məhkəməsindən əvvəl obyektiv tarixçi meyarını müəyyənləşdirmək üçün heç bir hüquqi presedent yox idi. Məhkəmədə hakim Çarlz Qrey böyük ölçüdə şahid-ekspert tarixçi Riçard Con Evansın tədqiqatlarına güvənirdi. Evans Holokost inkarçıları tərəfindən tarixi mənbələrin səhv təqdimatı praktikasını müəyyən olunmuş tarixi metodoloji üsullarla müqayisə etmişdir.
Oqtay Əfəndiyev (tarixçi)
Oqtay Əbdülkərim oğlu Əfəndiyev (26 mart 1926, Bakı – 26 fevral 2013, Bakı) — Azərbaycan tarixçisi, şərqşünas, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi. == Həyatının erkən dövrü == Oqtay Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. === Təhsili === O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir. == Akademik fəaliyyəti == SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdır. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü olmuşdur. O. Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. O. Əfəndiyevin araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki heç tədqiq edilməmişdi.
Qabil Əliyev (tarixçi)
Qabil Əli oğlu Əliyev (13 oktyabr 1956-cı il, Merdinli, Füzuli rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasın professoru, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri. == Həyatı == 1956-cı il oktyabrın 13-də Füzuli rayonu Merdinli kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə həmin rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində təhsil almışdır. === Təhsili === 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsində təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Tarixçi, tarix və ictimaiyyat müəllimi ixtisasını almışdır. "Bakı-Tiflis dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına təsiri (XIX əsrin 80–90-cı illəri)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 21 may 1986-cı ildə müdafiə etmişdir "XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı" mövzusunda tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 19 iyun 2003-cü ildə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 18 yanvar 1995-ci il tarixli qərarı ilə Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti elmi adı (diplom DY № 0621) verilmişdir. Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə 11 may 2005-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasında professor vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 1977–1981-ci illərdə təyinatla Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində tarix, ictimaiyyat müəllimi vəzifəsində işləmişdir 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi (1917-ci il Oktyabr inqilabına qədərki dövr) kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1982–1985-ci illərdə universitetin aspiranturasında "Vətən tarixi" ixtisası üzrə təhsilini davam etdirmişdir.
Rauf Məmmədov (tarixçi)
Rauf Ağabala oğlu Məmmədov (26 fevral 1932, Bakı – 1988) — Azərbaycan tarixçisi.[mənbə göstərin] == Həyatı == Rauf Ağabala oğlu Məmmədov 1932-ci ildə Bakı şəhərində dünyaya göz açmış, 1951-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirən, həmin ildə Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində işə başlayan gənc tədqiqatçı “Bilik” cəmiyyətinin də üzvü olur. O dövrdə “Bilik” cəmiyyəti geniş ictimaiyyəti elmin yenilikləri ilə tanış edir, xalqımızın tarixi və mədəniyəti ilə bağlı respublikanın müxtəlif rayonlarında mühazirələr təşkil edirdi. Mühazirələrdə iştirak edən gənc alimdən daim elmi axtarışların yeni nəticələri ilə tanış olmaq, onları sadə, hamının qavraya biləcəyi dildə zəhmətkeşlərə çatdırmaq tələb olunurdu. Mühazirələr oxumaq üçün respublikanın bölgələrini qarış-qarış gəzmək, çox vaxt normal yolları, adi tələblərə cavab verən qonaq evi və mehmanxana olmayan kolxoz, kənd və qəsəbələrdə qalmaq gənc tarixçidən inadkarlıq, iradə tələb edirdi. == Elmi fəaliyyəti == Azərbaycanın qədim şəhərlərinin tarixilə məşğul olan Rauf Məmmədov vətən torpağının ayrılmaz parçası olan Naxçıvanın tarixini ciddi şəkildə araşdırmağa başlayır. Orta əsr Azərbaycan şəhərlərinin xarici əlaqələri üzrə tanınmış tədqiqatçı Ə.N.Hüseynovun rəhbərliyi ilə dissertant Rauf Məmmədov orta əsr mənbələrini öyrənməyə başlayır. Artıq 1962-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri”ndə gənc tədqiqatçının “Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi barədə” adlı məqaləsi çap olunur. Qədim Azərbaycan torpağı Naxçıvan haqqında xarici səyyahların qeydlərinin araşdırılması vətən tarixşünaslığını yeni faktlarla zənginləşdirir. Tarix muzeyinin daimi nəşrlərindən olan “Azərbaycan tarixi üzrə materiallar” toplusunda R.Məmmədovun “Naxçıvan şəhərinin qədim dövr və orta əsr tarixindən” (1962) və “Naxçıvan şəhərinin X-XII əsrlər tarixindən” (1963) adlı məqalələri çap olunur.
Rizvan Hüseynov (tarixçi)
Saleh Əliyev (tarixçi)
Saleh Məmməd oğlu Əliyev (13 dekabr 1929, Gəncə, Gəncə dairəsi – 22 noyabr 2006, Moskva) — Sovet–Rusiya tarixçi alimi, şərqşünas–iranşünas, tarix elmləri doktoru, professor. == Həyatı == Saleh Əliyev 13 dekabr 1929–cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1947–ci ildən 1952–ci ilədək Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Fars dili bölməsində ali təhsil alıb. 1955–ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aspiranturaya qəbul olunmuş, dissertasiyasının uğurlu müdafiəsindən sonra Moskvada qalaraq ömrünün sonunadək həmin elmi–tədqiqat institutunda çalışmışdır. == Kitabları == Neft və XX əsrdə İranın ictimai – siyasi inkişafı. Moskva, 1985, 302 s. (rus.) Müasir İran: arayış kitabçası. Moskva, 1993, 428 s. (rus.) İranın tarixi: XX əsr. Moskva, 2004, 643 s.
Samvel Karapetyan (tarixçi)
Samvel Karapetyan (erm. Սամվել Կարապետյան; 30 iyul 1961, İrəvan – 27 fevral 2020, İrəvan) — Ermənistan tarixçisi, araşdırmaçısı, yazıçısı və orta əsr memarlığı üzrə mütəxəssisi. O, Ermənistanın, Qarabağın və Cənubi Qafqazın digər bölgələrinin tarixi abidələrinin öyrənilməsi üzrə ixtisaslaşmışdı. Karapetyan iyirmi ildən artıq müddət ərzində erməni tarixi və memarlığının minlərlə əsərini araşdırmış və kataloqlaşdırmışdır. O, Erməni Memarlığı Araşdırmaları (EMA) QHT-sinin İrəvan şöbəsinin rəhbəri idi. == Tənqidi == Karapetyanın elmi fəaliyyəti dəfələrlə tənqid olunub. "Gürcüstanda "erməni" yoxsa gürcü kilsələri?!" kitabında gürcü alimi Bondo Arveladze qeyd edir ki, Karapetyanın 1995-ci ilin "Gürcüstandakı erməni kilsələri" istinad xəritəsində 653 gürcü kilsəsinin 80% erməni kimi təqdim olunur. Arveladze onu da qeyd edir ki, əgər Ermənistan Quqarkı zaman-zaman ələ keçirdisə, bu o demək deyil ki, Quqark S. Karapetyanın və başqaların arzuladığı kimi doğrudan da ermənidir". Karapetyana 2011 və 2015-ci illərdə Gürcüstana giriş qadağan edilib. Britaniyalı jurnalist Tomas de Vaal "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında Karapetyanın Kəlbəcər şəhəri barədə iddiaları ilə razılaşmır: "Son yüz il ərzində orada bir nəfər də erməni yaşamırsa, Kəlbəcəri hansı mənada “erməni” adlandırmaq olar?
Sevinc Əliyeva (tarixçi)
Sevinc İsrafil qızı Əliyeva (19 may 1976, Armavir (Rusiya), Krasnodar diyarı, RSFSR, SSRİ) — Rusiya və Azərbaycan tarixçisi, tarix elmlər doktoru, AMEA Tarix İnstitutunda Azərbaycan və Şimali Qafqaz xalqların əlaqələri və Türk xalqları üzrə mütəxəssis, "Azərbaycan-Rusiya əlaqələri tarixi" şöbəsinin müdiri. == Həyatı == Sevinc Əliyeva Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərində anadan olub. S.İ.Əliyeva 1998-ci ildə Rusiya Federasiyasının Armavir Dövlət Pedaqoji İnstitutunun tarix və dünya mədəniyyət fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin institutun "Regionşünaslıq" kafedrasında müəllim vəzifəsində işləmiş və eyni zamanda əyani aspiranturada oxuyub. 8 dekabr 2000-ci ildə RF-nin Krasnodar şəhərində Kuban Dövlət Universitetində "Şimal-Qərbi Qafqazın noqayları XVIII–XX əsrin əvvələrində tarixi proseslərdə" adlı namizədlik dissertasiyanı uğurla müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Azərbaycan-Rusiya əlaqələri tarixi" şöbəsinin müdiridir.. S.Əliyeva 2004-cü il 1 mart tarixində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna elmi işçisi vəzifəsinə işə qəbul olunmuş, "Qafqaz tarixi" şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışıb. 25 iyun 2014-cü ildə "Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələri (XIX–XX əsrin əvvəlləri)" mövzusu üzrə doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və tarix üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 169 elmi publikasiyanın, 4 monoqrafiyanın, 4 kollektiv monoqrafiyanın və 2 braşuranın müəllifidir. Zaman zaman yerli və xarici mətbuatda müxtəlif tarixi, etnoqrafik yazıları, müsahibələri, araşadırmaları çap olunmuşdur. Ailəlidir, 2 övladı var.
Süleyman Məmmədov (tarixçi)
Süleyman Abbas oğlu Məmmədov (30 oktyabr 1932, Xalisa, Vedi rayonu, Ermənistan SSR, ZSFSR, SSRİ – 30 iyun 2018, Bakı, Azərbaycan) — tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı (2012). Süleyman Məmmədov qədim erməni dili üzrə yeganə mütəxəssisdir. == Həyatı == Süleyman Abbas oğlu Məmmədov 30 oktyabr 1932-ci ildə Vedi rayonunun Xalisa kəndində anadan olmuşdur. 1951-ci ildə Xanlar şəhər pedoqoji məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin tədris ilində yeddilik məktəbdə müəllim işləməklə əmək fəaliyyətinə başlamışdır. 1952–1954-cü illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. O, 1954-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. Süleyman Məmmədov 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, həmin ildə Azərbaycan SSR EA Tarix İnstitunun orta əsrlər tarixi şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1960–1963-cü illərdə qədim erməni dilini öyrənmək məqsədilə Ermənistan EA H.Acaryan adına Dilçilik İnstitutuna ezam edilmişdir. 1962-ci ildə Azərbaycan SSR EA Tarix İnistitu orta əsrlər tarixi üzrə məqsədli aspiranturaya qəbil edilərək, Ermənistan SSR EA Tarix İnistitutuna göndərilmişdir.
Teymur Bünyadov (tarixçi)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı, Qazax qəzası – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı., Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur. == Həyatı == Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. == Fəaliyyəti == === Elmi Fəaliyyəti === Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.
Tofiq Məmmədov (tarixçi)
Tofiq Məhəmməd oğlu Məmmədov (5 avqust 1935, Noraşen, Naxçıvan MSSR) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Tofiq Məmmədov 1935-ci il avqustun 5-də Azərbaycan SSR-in Naxçıvan MSSR-nin Şərur rayonunun Şərur şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Vətən tarix ixtisası üzrə tarix elmləri doktoru dərəcəsi almaq üçün "Qafqaz Albaniyası IV–VII əsrlərdə" mövzusunda dissertasiya işi müdafiə etmişdir. Bakı Dövlət Universitetində 15 il (1970–1982; 1992–1994; 2008–2009) pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Tofiq Məmmədov hal-hazırda A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir. == Elmi fəaliyyəti == Tofiq Məmmədovun elmi fəaliyyəti vətən tarixinin tədqiqi ilə bağlıdır. Azərbaycan tarixşünaslığında ilk dəfə məhz o, yunan-latın, bizans, suryani, gürcü, ərəb dilində olan çoxsaylı mənbələri, Azərbaycan və xarici tarixçilərin ən yeni tədqiqatlarını, nəşr olunmuş arxeoloji və etnoqrafik materialları tədqiqata cəlb edilməklə Qafqaz Albaniyasının IV–VII əsrlər tarixini araşdırıb == Elmi əsərləri == Tofiq Məmmədov 31 nəşr olunmuş elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. Фавст и Летопия Кавказской Албании, как первоисточник по истории Азербайджана. Материалы IX научной конференции аспирантов АН Азерб.
Vəli Əliyev (tarixçi)
Vəli Əliyev (Vəli Hüseyn oğlu Əliyev; 20 iyul 1936, Daşbulaq, Nuxa rayonu – 8 yanvar 2020) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2003).AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və İlk Dəmir dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyib. == Həyatı == Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-cü ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 1959-cu ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan Vəli Əliyev 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiridir. O, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışır. V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti", "Qədim Naxçıvan", "Ağsunun tarixi səhifələri", "Naxçıvan Azərbaycanın tarixi diyarıdır", "Gəmiqaya", "Naxçıvanın Qədim qala şəhərləri", "Qədim Qarabağ" kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Vəli Əliyev Arxeologiya və Etnoqrafiya İnstitutunun "Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti" mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəridir. O, Naxçıvan arxeoloji ekspedisiyasına rəhbərlik edərək, bu ərazidə qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparmışdır.
Xəqani Məmmədov (tarixçi)
Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor. == Həyatı == Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur. 1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. == Elmi-pedaqoji fəaliyyəti == 1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur. 1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir. 1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.
Yohannes Rau (tarixçi)
Professor Yohannes Rau Almaniyada Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə tanınmış ekspertdir və bir sıra kitabların, məqalələrin müəllifidir. O, müstəqil elmi fəaliyyəti ilə yanaşı, Almaniya Şərqşünaslıq İnstitutunda da çalışıb, bir sıra universitetlərdə mühazirələr oxuyub. Hazırda Almaniya Müdafiə Nazirliyi Akademiyası nəzdindəki təhlükəsizlik forumunun üzvüdür. Yohannes Raunun "Dağlıq Qarabağ Azərbaycanın tarixində və Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlı kitabı işıq üzü görüb. Müəllif 423 səhifədən ibarət kitabında Qafqazın tarixini qədim dövrlərdən başlayaraq müasir dövrümüzədək dərindən araşdırıb, Avropa ictimaiyyəti üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb. Qafqaz Albaniyasının tarixindən bəhs edən müəllif əsərində qədim alban şəhərlərinin — Şamaxının, Bərdənin, Gəncənin, Ərdəbilin adlarını çəkib. Qədim Albaniyada ilk əvvəl xristianlığın mövcudluğunu qeyd edən alman professor indiki Qarabağ bölgəsinin də bu dövlətin, sonradan isə albanların qurduqları Girdiman dövlətinin tərkibində olduğunu qeyd edib. VII əsrdə ərəblərin gəlməsi ilə indiki Azərbaycan ərazilərində yerləşən qədim alban əhalisinin əksəriyyətinin islam dinini qəbul etdiyi bildirilib. Beləliklə, müəllif Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olduğunu vurğulamaqla yanaşı, Qarabağın da Azərbaycanın tarixi ərazisinin tərkib hissəsi olduğunu göstərib. Müəllif orta əsr dövründən, xüsusən Albaniya tarixindən bəhs edərkən erməni kilsəsinin qədim alban kilsəsini məhv etmək və alban irsinə sahiblənmək uğrunda çirkin mübarizəsini ifşa edib.
Yusif Yusifov (tarixçi)
Yusif Bəhlul oğlu Yusifov (23 sentyabr 1929, Vedi – 4 yanvar 1998, Bakı) — görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri. Elam tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoydu, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələrinə işıq saçdı və yeni istiqamətdə əvəzsiz rol oynadı. == Həyatı == Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Vedi rayonunda anadan olmuşdur. Qədim Oğuz yurdu Vedidə boya-başa çatan Yusif Yusifov 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini dünyanın tanınmış şərqşünaslıq mərkəzlərindən olan Leninqrad (hazırda Sankt-Peterburq) Universitetində davam etdirmiş və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçmişdi. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952–1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. Lakin tezliklə qədim Şərq tarixinə maraq və Universitetdə aldığı zəngin biliyi elmi-tədqiqat sahəsində reallaşdırmaq arzusu gənc Yusifi yenidən Leninqrada çəkir. 1953–1956-cı illərdə o, Leninqrad Dövlət Ermitajında görkəmli şumerşünas və assurşünas İ. M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzusu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra vətənə tanınmış, elimdə öz sözü və istiqaməti olan alim kimi dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır. Qısa müddətdə o, Elam, Midiya, Assuriya və Urartu tarixinin mühüm problemlərinə aid respublika, ittifaq və xarici ölkələrin jurnallarında məqalələr nəşr etdirir, Elamın ictimai-iqtisadi tarixinə aid doktorluq dissertasiyasını başa çatdırır və 1965-ci il tarixində Tbilisidə uğurla müdafiə edir.
Zakir Bağırov (tarixçi)
Zakir Nəriman oğlu Bağırov (27 noyabr 1929, Şuşa, DQMV – 30 mart 1989, Bakı) — Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Zakir Bağırov Moskva Aviasiya İnstitutunda təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin, idman zamanı ayağının sınması ona karyerasını pilot kimi davam etdirməyə mane olur. Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddətli müalicələrdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul olur. 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb: Zakir Bağırov göstərdiyi fəaliyyətlər nəticəsində 42 yaşında Azərbaycanın mədəniyyət naziri vəzifəsinə layiq görülür.
Zaur Həsənov (tarixçi)
Çingiz Axundov (tarixçi)
Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent. == Həyatı == Çingiz Axundov 1932-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Seyidlinin Axundovlar nəslindəndir. Çingiz Axundov 1939–1949 illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxumuş, 1949–1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Çingiz Axundov 1954–1958 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunda işləmiş, aspiranturada oxumuşdur. O, Respublika Komsomol təşkilatının mərkəzi komitəsində şöbə müdiri (1958–1965), Azərbaycan Respublikası Nazirlər Sovetində şöbə müdiri (1965–1969), Azərbaycan Respublikasının Xalq Təsərrüfat İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) müəllim, prorektor, partiya tarixi kafedrasının müdiri (1970–1977) vəzifələrində işləmişdir. Çingiz Axundov 1977-ci ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Çingiz Axundov 1966-cı ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 50-dən çox elmi əsərin müəllifi olmuşdur. == Mənbə == Orxan Zakiroğlu (Baharlı).
İbrahim Zeynalov (tarixçi)
İbrahim Zeynalov (tam adı: Zeynalov İbrahim Xudaverdioğlu; 5 fevral 1954, Aşağı Ayıblı, Tovuz rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı. == Həyatı == İbrahim Zeynalov 5 fevral 1954-cü ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1971-cı ildə Tovuz rayonunda orta məktəbi bitirmişdir. 1980-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir. 1980–82-ci illərdə Tovuz rayonu Xəlfəli kəndində tarix müəllimi işləmişdir. 1972–74-ci illərdə ordu sıralarında ADR-də xidmət etmişdir. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1986-ci ildən Bakı Dövlət Universiteti Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1986-cı ildə "Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti" mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1999-cu ildə "Azərbaycanın iqtisadi və sosial inkişafı (1970–1980-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
İlyas Babayev (tarixçi)
İlyas Atababa oğlu Babayev (23 mart 1935, Quba rayonu və ya Xanəgah, Quba rayonu – 28 dekabr 2017) — Azərbaycan tarixçi-arxeoloqu, tarix elmləri doktoru (1983), professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == İlyas Babayev 23 mart 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub. Ali təhsilini 1958-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. == Elmi fəaliyyəti == İlyas Babayev 1962-1964-cü illərdə Le­nin­qrad (Sankt-Peter­burq) şəhərin­də SSRİ EA Arxeologiya İnstitutunun Lenin­qrad böl­mə­sində M.İ.Maksimovanın rəhbərliyi altında aspi­ranturada təhsil alıb. 1965-ci ildə Bakıda “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. O zaman Azərbaycanda qliptika, sfragistika üzrə mütəxəssis yox idi. Respublikanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan müxtəlif qiymətli daşlardan, şüşədən, pastadan və keramikadan hazırlanmış qliptika abidələri mütəxəssislər tərəfindən işlənməmiş qalırdı. Qliptika abidələrinin cəmiyyətdə əmlak bərabərsizliyinin, sinifli cəmiyyətin və dövlətin, iqtisadi-ticarət və mədəni əlaqələrin öyrənilməsində mühüm əhəmiyyəti vardır. İlyas Babayev Azərbaycanda sfragistika üzrə ən yaxşı mütəxəssis hesab olunur.
İradə Hüseynova (tarixçi)
İradə Mehtiqulu qızı Hüseynova (19 aprel 1963, Bakı) — Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, "Erməni araşdırmaları" elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq "Sokrat" mükafatı laureatı (İngiltərə), Azərbaycan Respublikasının Əməkdar müəllimi. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb."De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramının Respublika Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru, həmçinin "İnklüziv təhsil" Dövlət Proqramının Milli koordinatoru olmuşdur. Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Yeni Azərbaycan partiyasının Siyasi Şurasının üzvü (1999). Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərin - Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Гейдар Алиев - от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа” (Bakı, 2010) adlı irihəcmli ensiklopedik nəşrin müəllifidir. Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib. İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və həmin akademiyanın Beynəlxalq Qızıl Ulduz mükafatına layiq görülüb.
Antenor (tarixçi)
Antenor (q.yun. Ἀντήνωρ) — qədim yunan tarixçisi. Yaşadığı dövr dəqiq məlum deyil. Kritin tarixi haqqında bir əsər yazmışdır. Əsər mükəmməlliyinə görə "Delta" (Δέλτα) adlandırılmışdır.
Aqafangel (tarixçi)
Aqafangel (erm. Ագաթանգեղոս, q.yun. Ἀγαθάγγελος; V əsr – VI əsr) — V əsr erməni tarixçisi. Aqafangel "Ermənistan tarixi" əsərində ermənilərin xristianlığı qəbul etməsi dövründə Ermənistanın daxili vəziyyəti, xristianlığın yayılması, feodal qayda-qanunları və s. barədə məlumat verilir. Əsərdə Qafqaz Albaniyası, albanlar, həmçinin başqa Qafqaz tayfaları və xalqları haqqında da məlumat var. Gürcü və ərəb dillərində variantları qalmışdır. Əsər 1909-cu ildə Tiflisdə erməni dilində (qrabar) nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Краткая литературная энциклопедия / Гл. ред.
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Ksanf (tarixçi)
Ksanf (yun. Ξάνθος; e. ə. I minillik, Sardı[d], Manisa ili – e. ə. V əsr) — qədim yunan tarixçisi. Əslən Sarddan olan lidiyalı idi. O, Lidiyanın tarixini 4 kitabda yazmışdır, lakin onlardan parçalar gəlib çatmışdır. Herodot (sonralar da Halikarnaslı Dionisi) Lidiya haqqında hekayələrində Ksanfın əsərindən istifadə etmişdir. Coğrafi və tarixi məlumatlarla yanaşı, Lidiya mifologiyası və etnoqrafiyası haqqında da məlumat vermişdir.
İslam tarixçiliyinin təşəkkül prossesi
İslam tarixçiliyinin təşəkkül prosesi — İslam tarixinin təşəkkülü, Quranın nazil olması və hədislərin tərtibinin yanında, müxtəlif İslam elmlərinin yazılışı ilə birlikdə başlayır. Həqiqətən müsəlmanlar, tarix elminin ilk qurucuları olmamaqla birlikdə, fikri tərəfdən tarixçiliyin liderlərindəndirlər. İslam tarixi, Mədəniyyət tarixi, Dinlər və Məzhəblər tarixi, Təfsir tarixi, Düşüncə tarixi və Sənət tarixi kimi tarix elmləri vasitəsilə tarixçiliyin inkişafında və təkmilləşməsində mühüm rol oynadılar. İslam peyğəmbəri Məhəmməd Miladi 570 və ya 571-ci ildə, o vaxtlar "Ümmül-Qura (kəndlərin beşiyi) deyə adlandırılan Məkkədə doğuldu. Məkkə əlbəttə Allahın yerüzündəki mələklərinin paytaxtı, inananların dəstə-dəstə ziyarətə gəldikləri, həcc etdikləri Allahın Beytinin, müsəlmanların qibləgahının yerləşdiyi yer olması səbəbi ilə belə adlandırılmışdır. == Quranda tarix == Miladi tarixlə 610-cu ildə Məkkədə, oxumağı əmredən və kəlamı tərifləyən ilk vəhylə "İslam Çağrısı", Hz. Muhamməd (s.ə.a.s) in Peyğəmbərliyi dövrü başlandı. Hər tərəfdən cahilliyə qarşı olan İslam Çağrısı yer üzərində ən böyük inqilabdır. İslam inqilabın qaynağı olan Quran, ancaq İslam əqaid və ibadət əsaslarını ortaya qoymaqla qalmadı, ümumi olaraq bəşər tarixindən dəlillər gətirdi; bu doğrulama və şahidləndirmə hadisəsində yaradılış, dinlər, hökmdarlar, nəbilər və əvvəlki qövmlərin qissələri, bir-biriləri ilə olan əlaqələri yer aldı. Quran təməldə İslam təlimindən bəhs edərkən, əvvəlki millətlərin və hökmdarların inanc, əxlaq, sosyal və ekonomik vəziyyətləri haqqında məlumat verdi, daha sonra araşdırmasını kainatın əhvalı ilə doğrudan əlaqəli olaraq müxtəlif insan qruplarının öz ölkələrindəki vəziyyətləri üzərində sıxlaşdırdı.
İsmayıl Hacıyev (tarixçi)
İsmayıl Hacıyev (akademik)
İsmayıl Məmmədov (tarixçi)
İsmayıl Məhəmməd oğlu Məmmədov (25 aprel 1950, Qaravəlli, Zərdab rayonu) — tarixçi, tarix elmləri doktoru, professor. == Həyatı == 1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1976–1979-cu illərdə aspiranturada oxumuşdur. 1983-cü ildə "Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969–1976)" adlı namizədlik disertasiyasını müdafiə edib. 1992-ci ildə "Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70–80-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1980-ci ildən Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda "Türk və Qafqaz xalqları tarixi" kafedrasının professorudur. Təhsilin bakalavr pilləsində "Türk xalqlaırı tarixi" fənnini tədris edir.
İsrafil Məmmədov (tarixçi)
İsrafil Süleyman oğlu Məmmədov (8 noyabr 1927, Əmrəkar – 25 iyun 2019, Bakı) — nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmlər namizədi (1972), Ermənistan SSR əməkdar jurnalisti (1971), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). == Həyat və fəaliyyəti == 1927-ci il noyabrın 8-də Ermənistan SSR Zəngəzur qəzasının Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943–44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib. 1944–48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948–1951-ci illərdə Ermənistan LKGİ Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda Meğri rayon qəzeti — "Kolxoz kəndi" redaksiyasında və radio verilişlərində Azərbaycan dilində olan materialları redaktə etmişdir. 1952–55-ci illərdə Ermənistan KP MK nəzdində üç illik partiya məktəbində təhsil alan İ. Məmmədov, həmçinin 1954-cü ildə Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini qiyabi bitirib. 1956–1987-ci illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında redaktor köməkçisi, partiya və təbliğat şöbələrinin müdiri, məsul katib redaktor müavini, 1987–89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifələrini icra etmişdir. Eyni zamanda Erməniostan KP MK nəzdində partiya komissiyasının, Ermənistan SSR "Bilik" cəmiyyəti Rəyasət heyətinin və Ermənistan SSR sülhü medafiə komitəsinin Mərkəzi Şurasının üzvü olmuşdur. 1991-ci ildən Azərbaycan teleradio verilişləri şirkətində qrup rəhbəri, siyasi icmaçı, Milli Münasibətlər İnstitutunda işləyir. AMEA-nın Tarix institutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsində işləyib.

Digər lüğətlərdə