TAS²

[ər.] сущ. тас (нарддал пуд гъил кумукьрун ва я кумукьун).
TARZƏN
TAS¹
OBASTAN VİKİ
Malakatın-Tas
Malakatın-Tas — Kotelnı adasının cənubunda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ust-Lenski Dövlət Təbiət Qoruğuna daxildir. Anju adaları qrupunun ən hündür zurvəsidir. Adanın zirvəsi Böyük Sovet Elsiklopediyasında 374m olaraq göstərilir. Dağ silsiləsi ilə Orto-Tas dağı (256 m) ilə birləşir.
Tas (hərf)
𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Թաս (T'as) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan ətraflı izah təklif etmədən bu hərfin qədim gürcücə Ⴇ hərfinin bir forması olduğunu irəli sürmüşdür. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf [t] səsinin qarşılığı idi. Rəqəmsal dəyəri 9 olmuşdur. Sözlərin hər yerində rast gəlinir.
Tas-Arı adası
Tas-Arı adası — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna aid olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Faddeevski yarımadası cənub-qərbində, Qedenştrom körfəzində yerləşir. Uzunsov formaya malikdir. Qumla örtülmüşdür. Şimalında elə də böyük olmayan göl vardır. Adada daimi yaşayış yoxdur. Kotelnı adası kimi bu adada Ust-Lena qoruğu ərazisinə daxildir. Bu adanı Lena çayının deltasında yerləşən Tas-Arı aadası ilə səhv salmaq lazım deyil.
Tas-Yuryax çayı
Tas-Yuryax- (устар. Таас-Юрэх)- Lena çayının qolu. Yakutiya çayı. Yakutiyanın Jiqan rayonunun çayıdır. Çayın uzunluğu 22 km -dir. Velikan kanalına tökülür hansı ki, oda öz növbəsində 534 km yüksəklikdən Lena çayına tökülür. Kurunq-Bısır çayının sağ qoludur.
Bastın-Tas adası
Bastın-Tas adası — qayalıqdan ibarət olan ada. Adanın sahillərini Laptevlər dənizinin suları yuyur. Bastın-Tas adası Belkovski adasının şimalında qərarlaşıır. Anju adaları qrupuna daxildir. İnzibati cəhətdən Saxa Respublikası ərazisinə daxildir.
Erigeron tasmanicus
Erigeron tasmanicus (lat. Erigeron tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eupatorium tashiroi
Eupatorium tashiroi (lat. Eupatorium tashiroi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Mauro Tassotti
Mauro Tassotti (it. Mauro Tassotti ; 19 yanvar 1960, Roma) — İtalyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi mövqeyində çıxış edib. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınır. Mauro Tassotti karyerasına "Latsio" klubunda başlayıb, klubda debütünü 5 noyabr 1978-ci ildə "Askoli"yə qarşı oyunda edib. Tassotti 2 mövsüm "Latsio"da keçirdikdən sonra, o zaman İtaliya futbolunda yaranan qalmaqal səbəbindən B Seriyasına düşən "Milan" klubuna keçir. Tassotti 24 avqust 1980-ci ildə "Kataniya" klubu ilə oyunda Milanlıların heyətində debüt edir. "Milan"a gəldikdən dərhal sonra Tassotti Rossonerilərin əsas oyunçusuna çevrilir. Arriqo Sakkinin "Milan" məşqçi korpusuna gəlişi ilə Tassotti özü də klubun ən hörmətli və əvəzolunmaz oyunçularından birinə çevirilir. Bu zaman o, komandanın vitse-kapitanı olur.
Publi Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Qala-i Tasiyan (Sərdəşt)
Qala-i Tasiyan (fars. قلعه تاسيان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (23 ailə).
Radio Tashkent International
Daşkənd beynəlxalq radiosu (ing. Radio Tashkent International), həmçinin (özb. Toshkent xalqaro radiosi / Toşkent xalkaro radiosi) və ya Radio Taşkent (ing. Radio Tashkent; özb. Toshkent radiosi / Toşkent radiosi) kimi tanınan radiostansiya 1947-ci ildə, əsasən, xarici dinləyicilər üçün yayımlanırdı. 31 mart 2006-cı ildə radiostansiyanın yayımı dayandırıldı. Bağlandığı dövrə qədər SSRİ-də, Asiyada və Mərkəzi Asiyada ən böyük beynəlxalq radiostansiyalardan biri idi. "Daşkənd beynəlxalq radiosu" 1947-ci ildən xarici auditoriyaya 70 dildə yayımlanan "Moskva radiosu"nun əlavəsi olaraq efirə buraxılıb. Daşkənd SSRİ-də ( Moskva, Leninqrad və Kiyevdən sonra) sayca dördüncü böyük şəhər, Sovet Orta Asiyasında və SSRİ-nin bütün Asiya hissəsində isə ən böyük şəhər hesab olunurdu. "Daşkənd radiosu" Asiya bölgələrinə xidmət etdiyi üçün, əsasən, burada danışılan dillərdə yayımlanırdı.
Tasaday tayfaları
Tasaday (tɑsɑdɑj) — Filippinin Mindanao adasında yaşayan yerli bir xalqıdır. Onlar adanın digər xalqları ilə birlikdə Lumad qrupuna aid edilirlər.Tasadaylar qonşu tayfaların dilindən fərqli bir dildə danışırlar ki dilçilər tərəfindən , 200 il bundan əvvəl ehtimal ki qonşu Manobo dillərdən parçalanması təsvir edilibdir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tasi mədəniyyəti
Tasi mədəniyyəti - Yuxarı Misirdə aşkarlanmış ən qədim arxeoloji mədəniyyət olub, təxminən e.ə. 4500-cü ildə yaranmışdır. Mədəniyyət öz adını dəfn artefaktlarının tapıldığı Nilin şərq sahilində, Asut və Axmim şəhərləri arasındakı Deir-Tasa ərazisindən götürmüşdür. Tasi mədəniyyətinin əsas xarakterik göstəricisi yuxarı hissəsi və içi qara rəngdə olan ketamik qablardır. Ümumiyyətlə bu cür keramik qablar Qədim Misirdə sülalədən əvvəlki dövrün periodizasiyasını verməyə imkan verir. Misiroloq Flinders Pitrinin yaratdığı xüsusi sistemlə sülalədən əvvəlki dövr aid istənilən keramikin təxmini tarixini vermək olar. Bu zaman artefaktın tutacaqlarına istinad edilir. Arxeoloji qazıntılar nəticəsində bu mədəniyyətə aid məzarlıqlar tapılmışdır. Əldə edilən daşlaşmış skeletlər Merimde mədəniyyətinə aid skeletlərə oxşayır. Araşdırmalar göstərir ki, bu dövrün insanları dolixosefal, yəni uzunsov başlı, iri gövdəli olurlar.
Tasikmalaya
Tasikmalaya İndoneziyanın Qərbi Yavadakı şəhəridir. Şəhər bəzən İslam internat məktəblərinin bolluğuna görə Min Pesantren Şəhəri adlandırılır. Əyalətin paytaxtı olan Bandunqdan 120 kilometr cənubi-şərqindəki Tasikmalaya İndoneziya Milli Marşrutu 3-dən (Yavada əsas yol) keçir. Şəhər Yavanın dağlıq Preanqer regionunun 351 metr yüksəkliyində yerləşir. Şəhərin əhalisi 2010-cu il əhalinin siyahıya alınmasına əsasən (şəhərin qərbdə, cənubda və şərqdə əhatə edən Tasikmalaya Reqensi istisna olmaqla) 635,464 nəfər, son rəsmi məlumat (2015-ci ilə kimi) 808,506 nəfərdir. Tasikmalaya şəhəri,Tasikmalaya və Ciamis bölgələrini əhatə edən 14 rayonun tərtib edilmiş 2010-cu il siyahıya alınmasına görə əhali 1,339,891 nəfərdir. 2005-ci ildə əhalinin siyahıya alınmasına görə Tasikmalaya şəhərinin əhalisi 579.671 nəfər idi və 2010-cu ildə 635.464-ə yüksəldi. Son məlumatlara görə şəhərin əhalisi 2015-ci ildə 808.506 nəfərədək artıb. Tasikmalaya şəhəri 1996-cı ilin dekabr ayının sonlarında geniş yayılmış kütləvi iğtişaşlar yeri idi. Dörd nəfər öldürüldü, polis zorakılığı ilə dağıdılan iğtişaşda bir çox kilsələr və onlarla çinlilərə aid müəssisələr dağıdıldı.
Tasit Korneli
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Taskiqidə sifilisin tədqiqatı
Taskiqidə sifilisin tədqiqatı — Alabama ştatının Taskiqi şəhərində 1932-1972-ci illərdə aparılmış tibbi eksperiment tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub. Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. Təcrübənın əsas məqsədi insanlardan təcrübə obyekti kimi istifadə edərək sifilisin bütün mərhələlərini öyrənmək idi. Təcrübələrin aparılması üçün 600 afroamerikalı kişi (bu şəxslərdən 200-ü sifilis xəstəliyinə yoluxmamışdı) seçilmişdi. 1947-ci ilə qədər aparılan araşdırmalar nəticəsində sifilisin müalicəsində penisilinin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdi. Lakin, xəstələrə bu barədə heç bir məlumat verilməmişdi. Alimlər penisilin haqqında məlumatları xəstələrdən gizlədərək araşdırmalarını davam etdirirdilər. Onlar tədqiqat iştirakçılarının digər xəstəxanalarda müalicə almasına mane olurdular. Bu tədqiqatlar 1972-ci ilə qədər davam etmişdir. Tədqiqatların dayandırılmasına səbəb isə yuxarıda qeyd olunan məlumatların mətbuata sızması olmuşdur.
Taskmaster
Taskmaster — Marvel Comics nəşriyyatının uydurduğu anti-qəhrəman. İlk dəfə 1980-ci ilin mayında "Qisasçılar" komiksinin 195-ci buraxılışında görünmüşdür. İndiyə qədər heç bir filmdə Taskmaster görünməsə də, 2014-cü ildə "Qisasçılar Məxfi: Cəzalandıran və Qara dul" və "Qəhrəmanlar birliyi: Dəmir adam və Kapitan Amerika" animasiyalarında yer almışdır. Əsl adı bilinmir. Qəribə bacarığını uşaq yaşlarında ikən kəşf etmişdir. Anasının çağırdığı psixoloqlar onun digərlərinin hərəkətlərini təqlid edə bildiyini söyləmişdilər. Gənclik illərində bacarığından öz ehtiyacları üçün istifadə etmişdir. Məktəbdən məzun olduqdan sonra cinayətlə mübarizə aparmağa başladı, amma daha sonra cinayətkar olmağın daha əlverişli olduğu qərarına gəlmişdir. Televizorda döyüş proqramlarını izləyərək hərəkətlərini əzbərləməyə başlamışdır. Öyrəndiyi döyüş texnikaları ilə adi cinayətkarları peşəkar cinayətkarlara çevirən bir akademiya qurmuşdur.
Taskmaster (komiks)

Taskənd (Tikantəpə)
Taskənd (fars. طاس كند‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (31 ailə).
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Tasmalı (Qax)
Tasmalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı kəndi Qarabaldır və Lələpaşa kəndləri ilə birlikdə Tasmalı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Tasmalı bələdiyyəsi tərəfindən idarə edilir. Tasmalı oyk., diiz. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim türk mənşəli tasına etnonimindən və mənsub, bildirənli şək.-sindən ibarətdir. Qırğızlarda və qazaxlarda da tasma tayfası vardır. Bəzi mənbələrə əsasən, XI-XII əsrlərdə tasma tayfalarının bir hissəsi Səlcuqi oğuzlarının tərkibində Azərbaycanda məskunlaşmışdır. Kənd əhalisi'nin tamamı etnik Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycanca danışırlar.
Tasmalı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə