tazı
teatr
OBASTAN VİKİ
Qədim Tbilisi
Qədim Tbilisi və ya Qədim şəhər (gürc. ძველი თბილისი) — Gürcüstanda yerləşən inzibati rayon — Tbilisi şəhərinin tarixi mərkəzi. Şəhərin cənub-şərq hissəsində yerləşir. Müxtəlif mənbələrə görə, ərazinin sərhədləri XII əsrdə Qədim Tbilisi ərazisi , şəhərin köhnə qala divarı içərisində, Puşkin-Barataşvili küçəsi boyunca Kür və Sololaki yamacına, o cümlədən kükürd banyolarına (Abanotubani) və Gürcüstanın birləşdirilməsindən əvvəl şəhərin Xarpuxi ərazisində göstərilmişdir (1801). Bu rayonda küçələr əyri, dar, binalar isə orta əsr binalarının xüsusiyyətlərini qoruyur. Memarlıq abidələri Qədim Tbilisidə yığılmışdır, hətta V əsrin binaları da burada mövcuddur, lakin rayonda XIX əsrin binaları üstünlük təşkil edir. Rayonda XIX-XVII əsrlərdə başa çatan Narikala qalasının qalıqları, aşağı qala divarlarının qalıqları, Ançisxati bazilikası (6-cı əsr) və Metekxi (təq, 5-ci əsr) qədim kilsələri, Sioni Kilsəsi və Çar Rostomun hamamları burada yerləşir. Memarlıq abidələrinin bəziləri Dünya Abidələr Fondunun təhlükəsizlik siyahısına daxil edilmişdir. "Qədim Tbilisi" termini uzun müddət şəhərin tarixi hissəsinə istinad etməklə istifadə olunsa da, bu adı ilə inzibati rayon yalnız 2007-ci ildə paytaxtın dörd inzibati-ərazi bölgəsinin Mtatsminda-Krtsanisi, İsani-Samqori, Didube-Çuğureti və Vake-Saburtalo, daha əvvəl şəhərin digər sahələrinə daxil edilmişdir. Uzun müddətdir ki, qədim şəhər Kür çayından Sololaki dağ silsiləsinin ətəyinə qədər qala divarı ilə əhatə olunmuşdur.
Tbilisi müharibəsi
1991–1992-ci illərdə Gürcüstanda dövlət çevrilişi və ya Tbilisi müharibəsi — Sovet İttifaqının süqutundan sonra yeni müstəqillik qazanmış Gürcüstan Respublikasında 22 dekabr 1991-ci ildən 6 yanvar 1992-ci ilə qədər baş vermiş daxili hərbi münaqişə. Gürcüstanda vətəndaş müharibəsinə səbəb olan çevriliş 1991-ci ilin sonunda Tenqiz Kitovani, Caba İoseliani və Tengiz Siquanın rəhbərliyi altında birləşmiş bir neçə yarımhərbi təşkilata qarşı Milli Qvardiyanın prezident Zviad Qamsaxurdiyaya sadiq fraksiyalarını toqquşdurdu. Tbilisi müharibəsi, Qamsaxurdiyanın bunkerdə təcrid olunduğu Gürcüstan Parlamenti binasının mühasirəyə alındığı Tbilisinin əsas küçəsi olan Rustaveli prospektində iki həftə davam edən şiddətli döyüşlərdən sonra Gürcüstanın demokratik yolla seçilmiş ilk prezidentinin sürgün edilməsi ilə başa çatdı. Qamsaxurdiyanın süqutundan sonra Kitovani, İoseliani və Siquanın başçılıq etdiyi Hərbi Şura Tbilisidə hakimiyyəti ələ keçirdi və hakimiyyəti ona təhvil vermək üçün sonuncu Sovet Xarici İşlər Naziri Eduard Şevardnadzenin geri qayıtmasını təmin etdi. Vətəndaş müharibəsi zamanı devrilmiş prezidentin tərəfdarları onu hakimiyyətə qaytarmaq üçün uğursuz üsyan qaldırdılar. Şevardnadze tədricən Kitovani və İoselianidən uzaqlaşmağa başladı və 2003-cü ildə "Qızılgül inqilabı"nda hakimiyyətdən uzaqlaşdırılana qədər ölkəni idarə etdi. 2005-ci ildə Gürcüstan parlamenti 1991–1992-ci illər hadisələrini "konstitusiyaya zidd silahlı dövlət çevrilişi" kimi pisləyən qətnamə qəbul edib. Qafqaz Araşdırma Resurs Mərkəzlərinin 2020-ci il sorğusuna əsasən, gürcülərin 76%-i çevrilişin Gürcüstan üçün pis olduğunu düşünür. Asatiani, Nodar; Janelidze, Otar. History of Georgia.
Lokomotiv Tbilisi FK
Lokomotiv Tbilisi FK (gürc. ლოკომოტივი თბილისი) — Gürcüstanın Tbilisi şəhərini təmsil edən Gürcüstan futbol klubudur. Hal-hazırda klub Gürcüstan Milli Futbol Çempionatında mübarizə aparır və öz ev oyunlarını Mixail Mesxi adına stadionda keçirir.
Noraşen kilsəsi (Tbilisi)
Tanrı anasının yüksəlişi kilsəsi və ya Noraşen kilsəsi (gürc. ნორაშენი, erm. Նորաշեն) – Tbilisidə yerləşən Erməni Həvari kilsəsidir. Kilsə, şəhərin Qədim şəhər rayonunda, Kote Abxazi küçəsində yerləşir. Noraşen kilsəsinin sağ tərəfində Sioni kafedralı, sağ tərəfində Cvaris Mama kilsəsi, bir qədər aralıda isə Tbilisi sinaqoqu yerləşir. Hazırkı kilsənin yerində ilk məbəd 1467-ci ildə Sadat adlı bir nəfər tərəfindən atası, həyat yoldaşı və uşaqlarının xatirəsinə inşa edilmişdir. 1650-ci illərdə knyaz Xoca Nəzərin sifarişi ilə kilsədə bərpa və yenidənqurma işləri aparılmışdır. Həmin dövrdə kilsənin günbəzi ustad Petros tərəfindən inşa edilmişdir. 1795-ci ildə kilsə knyaz Bebutovun, 1808-ci ildə Katolikos Nersesin göstərişi ilə bərpa edilmiş, 1875-ci ildə kilsədə kiçik təmir işləri aparılmışdır. Minas Medits tərəfindən tərtib edilmiş “Tbilisidəki erməni kilsələrinin təsviri” adlı siyahıda Noraşen kilsəsi xatırlanmır.
Paracanov heykəli (Tbilisi)
Paracanov heykəli — Tbilisidə yerləşən sovet rejissoru, əslən Tbilisili, Sergey Paracanovun (1924-1990) xatirəsinə qoyulmuşdur. Qədim şəhərin Pambıq sıraları küçəsində yerləşir. Şəhərin cazibədar yerlərindən biri hesab edilir.
Puşkin abidəsi (Tbilisi)
Puşkin abidəsi — Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Pişkin bağında qoyulmuş abidə. Abidənin müəllifi Feliks Xodoroviçdir. 1892-ci ildə şairin vəfatının 55-ci il dönümündə şəhərin «Yeni Bağ» hissəsində (1885-ci ildə qədər təsis edilib), Puşkinin Tiflisdə qaldığı (1829) evin yaxınlığında qoyulmuşdur ("Puşkinin qaldəığı" ev günümüzə qədər gəlib çıxmamışdır. Abidənin hazırlanmasının təşəbbüskarı Tiflis polis məmuru Rossinski idi. Adidənin hazırlanması ilə bağlı hətta vəsait toplama belə təşkil edilir. Bir büstü hazırlamaq üçün 2281 rubl toplanmışdır. 30 aprel 1890-cu ildə Şəhər Duması tərəfindən layihə qəbul edilmiş və layihə martın 14-də 1891-ci ildə Sankt-Peterburqda təsdiq edilmişdir. Bürünc büst Sankt-Peterburqdakı Verfel zavodunda hazırlanır - bədii brünc istehsalında Rus İmperiyasının aparıcı müəssisələrindən biri idi. Qırmızı və boz alqeti daşından hazırlanan postament Vinçenso Pilacinin Tiflis emalatxanasında hazırlanmışdır. Müasirlər şairin büstünün bədii dəyərlərini tənqid edirlər 2007-ci ildə Gürcüstan parlamentinin deputatı Nuqzar Siklauri paytaxt administrasiyasına Puşkin meydanınnın adını Varşava meydanı olaraq dəyişməyi barədə müraciət etmişdir.
Qədim şəhər (Tbilisi)
Qədim Tbilisi və ya Qədim şəhər (gürc. ძველი თბილისი) — Gürcüstanda yerləşən inzibati rayon — Tbilisi şəhərinin tarixi mərkəzi. Şəhərin cənub-şərq hissəsində yerləşir. Müxtəlif mənbələrə görə, ərazinin sərhədləri XII əsrdə Qədim Tbilisi ərazisi , şəhərin köhnə qala divarı içərisində, Puşkin-Barataşvili küçəsi boyunca Kür və Sololaki yamacına, o cümlədən kükürd banyolarına (Abanotubani) və Gürcüstanın birləşdirilməsindən əvvəl şəhərin Xarpuxi ərazisində göstərilmişdir (1801). Bu rayonda küçələr əyri, dar, binalar isə orta əsr binalarının xüsusiyyətlərini qoruyur. Memarlıq abidələri Qədim Tbilisidə yığılmışdır, hətta V əsrin binaları da burada mövcuddur, lakin rayonda XIX əsrin binaları üstünlük təşkil edir. Rayonda XIX-XVII əsrlərdə başa çatan Narikala qalasının qalıqları, aşağı qala divarlarının qalıqları, Ançisxati bazilikası (6-cı əsr) və Metekxi (təq, 5-ci əsr) qədim kilsələri, Sioni Kilsəsi və Çar Rostomun hamamları burada yerləşir. Memarlıq abidələrinin bəziləri Dünya Abidələr Fondunun təhlükəsizlik siyahısına daxil edilmişdir. "Qədim Tbilisi" termini uzun müddət şəhərin tarixi hissəsinə istinad etməklə istifadə olunsa da, bu adı ilə inzibati rayon yalnız 2007-ci ildə paytaxtın dörd inzibati-ərazi bölgəsinin Mtatsminda-Krtsanisi, İsani-Samqori, Didube-Çuğureti və Vake-Saburtalo, daha əvvəl şəhərin digər sahələrinə daxil edilmişdir. Uzun müddətdir ki, qədim şəhər Kür çayından Sololaki dağ silsiləsinin ətəyinə qədər qala divarı ilə əhatə olunmuşdur.
Saburtalo Tbilisi FK
Saburtalo Tbilisi FK (gürc. საბურთალო) — Gürcüstanın Tbilisi şəhərini təmsil edən Gürcüstan futbol klubudur. Hal-hazırda klub Gürcüstan Milli Futbol Çempionatında mübarizə aparır və öz ev oyunlarını Bendela stadionunda keçirir. Saburtalo 20 avqust 1999-cu ildə Tbilisidə yaradılmışdır. 2005-ci ildə klubu Iberia Business Group ("Iberia Biznes Qrup") və onun sahibi – sonradan Gürcüstanın İdman və Gənclərlə İş üzrə Nazir olmuş Tariel Xeçikaşvili alıb. Saburtalo ölkənin ən yaxşı futbol akademiyalarından birinə malikdir. Klubun 1800 tamaşaçı tutumuna malik Bendela adlı tam ölçülü stadionu var. 2016-cı ilin martında Manolo Hierro klubun idman direktoru təyin edilib.
Sioni bağı (Tbilisi)
Sioni bağı (gürc. სიონის სკვერი) – Tbilisidə yerləşən şəhər bağıdır. Bağ, şəhərin Qədim Tbilisi rayonunda, Kote Abxazi, Sioni küçələri və Çarevna Tekle karvansarası arasında, Sioni kafedralının yaxınlığında yerləşir. Bağ adını yaxınlıqda yerləşən tarixi Sioni kafedralının adınadan almışdır. Parkda Gürcüstan aktrisası Sofiko Çiaurelinin heykəli yerləşir. Heykəl Levan Vardosanidze tərəfindən 2009-cu ildə yaradılmış heykəl, 2014-cü ildə vandalların hücumuna məruz qalmışdır. Hər il may ayının sonlarında Sioni bağı və yaxınlıqdakı küçələrdə Gül festivalı keçirilir.
Tbilisi Şəhər Məclisi
Tbilisi Şəhər Şurası (gürc. თბილისის საკრებულო) — Gürcüstanın Tbilisi şəhəri hökumətində nümayəndəlik orqanı. Şura 1991-ci ildə ölkənin SSRİ-dən müstəqilliyini elan etdiyi vaxt aparılan islahatlar nəticəsində təkcə Tbilisidə deyil, bütün Gürcüstanda yerli hakimiyyətin qanunverici orqanı kimi yaradılmışdır. Şura üzvləri qarışıq seçki sistemi ilə seçilir. 50 yerdən 40-ı şəhərin yerli rayonlarında birbaşa seçkilər yolu ilə seçilir. Qalan 10 üzv siyasi partiyalar tərəfindən seçilir və onların dəstəyinə görə şəhər daxilində bölüşdürülür. 2021-ci ildən Şuraya hakim "Gürcü Arzusu"ndan 29, Vahid Milli Hərəkatdan 13, "Gürcüstan Uğrunda"dan 4, "Lelo"dan 2, "Girçi – Daha çox Azadlıq" partiyasından 1 və "Xalq Naminə" partiyasından 1 deputat var.
Tbilisi Şəhər Şurası
Tbilisi Şəhər Şurası (gürc. თბილისის საკრებულო) — Gürcüstanın Tbilisi şəhəri hökumətində nümayəndəlik orqanı. Şura 1991-ci ildə ölkənin SSRİ-dən müstəqilliyini elan etdiyi vaxt aparılan islahatlar nəticəsində təkcə Tbilisidə deyil, bütün Gürcüstanda yerli hakimiyyətin qanunverici orqanı kimi yaradılmışdır. Şura üzvləri qarışıq seçki sistemi ilə seçilir. 50 yerdən 40-ı şəhərin yerli rayonlarında birbaşa seçkilər yolu ilə seçilir. Qalan 10 üzv siyasi partiyalar tərəfindən seçilir və onların dəstəyinə görə şəhər daxilində bölüşdürülür. 2021-ci ildən Şuraya hakim "Gürcü Arzusu"ndan 29, Vahid Milli Hərəkatdan 13, "Gürcüstan Uğrunda"dan 4, "Lelo"dan 2, "Girçi – Daha çox Azadlıq" partiyasından 1 və "Xalq Naminə" partiyasından 1 deputat var.
Tbilisi
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Tbilisi FK
Tbilisi FK (gürc. საფეხბურთო კლუბი თბილისი) — paytaxt Tbilisidə oynayan Gürcüstan futbol klubu. Klubun stadionu Olimpik Stadion idi. Tbilisi FK, ikinci diviziya klub Rustavi FK ilə birləşdikdən sonra stadionun adı Olimpik Rustavi olaraq dəyişdirildi. Klubun adı Olimpi Rustavi olaraq dəyişdirilmişdir. 2008-ci ilin yay fəslində, klub yenə iki yerə parçalandı. Olimpi Tbilisi FK olaraq yaradıldı . 2003: Merani-91 Tbilisi FK ilə birləşdi və adını Merani-Olimpis Tbilisi FK olaraq dəyişdirdi. 2003: Adı Tbilisi FK olaraq dəyişdirildi 2006: Rustavi FK ilə birləşdi və adını Olimpi Rustavi FK olaraq dəyişdirdi. 2008: Parçalandı.
Tbilisi atəşgahı
Tbilisi atəşgahı (gürc. ათეშგა) – Tbilisi şəhərinin Qədim şəhər ərazisindəki Kldisubani məhəlləsində, Qomi küçəsi, 3 ünvanında yerləşən qədim dini ibadətgah. 2017-ci ildə məbəd milli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Bütün dünyada ən şimalda yerləşən od məbədi olan Tbilisi atəşgahı, həm də Gürcüstan ərazisindəki yeganə od məbədidir. Dövrümüzdə məbəd yaşayış binaları ilə əhatə olunduğuna görə, giriş çətindir. Belə ehtimal edilir ki, hazırda Tbilisi atəşgahının yerləşdiyi ərazidə qədim dövrlərdən məbəd yerləşmiş və o, V-VII əsrlərdə farsların ərazidə hakim olduqları dövrdə inşa edilmişdir. 1720-ci ildə məbəd binasında dəyişikliklər edilərək məscidə çevrilmiş, 1735-ci ildə türklərin Tbilisidən qovumasından sonra isə bina dağıdılaraq xarabaya çevrilmişdir. Sonrakı dövrlərdə binadan məişət məqsədləri üçün istifadə edilmişdir. Tbilisi atəşgahı dövrümüzə xarabalıq şəklində çatmışdır. 2007-ci ildə Norveçin mədəni irsin idarə olunması idarəsinin maddi vəsaiti hesabına bina qalıqlarının möhkəmləndirilməsi işləri həyata keçirilmiş və plastik dam inşa edilmişdir.
Tbilisi funikulyoru
Tiflis funikulyoru (gürc. თბილისის ფუნიკულიორი) — Tiflisin mərkəzini Mtatsminda dağındakı yuxarı parkla birləşdirən funikulyar xətt. Xəttin üç stansiyası var: Aşağı (Daniela Conkadze küçəsi), Panteon, Mtatsminda. 21 iyun 2000-ci ildə kabel qırıldıqdan sonra funikulyor uzun müddət yenidən qurulmaq üçün bağlanılır. Funikulyor 30 yanvar 2013-cü ildə yenidən sərnişinlərin istifadəsinə açılır. 1900-cü ildə şəhər bələdiyyəsi Tiflisdə kanatlı dəmiryolu tikintisi barədə müqavilə imzalayır və Belçikalı mühəndis Alfons Robinin layihəsini təsdiqləyir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur: Belçikanın anonim cəmiyyəti, funikulyoru 45 il müddətində istifadə etmək hüququ əldə edirdi. Sonradan şirkət bu hüququ şəhərə pulsuz olaraq verir. 5 yaşın altındakı uşaqlar, poçtalyonlar, polis məmurları və jandarmalar üçün funikulyordan istifadə pulsuz olur. Funikulyorun inşasına 1903-cü ildə başlanmış və tikinti işləri 1905-ci ildə başa çatmışdır.
Tbilisi meriyası
Tbilisi meriyası (gürc. თბილისის საკრებულო) – Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Azadlıq meydanının cənub hissəsində yerləşən saat qülləsinə malik tarixi binadır. Binada şəhər meriyası və şəhər assambleyası (sakrebulo) yerləşir. Bina, ilkin olaraq Çar Rusiyası hakimiyyəti dövründə – 1830-cu illərdə inşa edilsə də, sonrakı iki yüz il ərazində dəfələrlə yenidənqurmalara məruz qalmış və ilkin görkəmini əhəmiyyətli dərəcədə itirmişdir. 1879-cu ildə kimi bina, Baş polis idarəsi və polis departamenti kimi fəaliyyət göstərmişdir. 1878-ci ildə binada yenidənqurma işlərinin aparılması və şəhər duması binasına çevrilməsi üçün müsabiqə elan edilmiş və müsabiqədə Pavel Şternin layihəsi qalib elan edilmişdir. Binanın memarlığında o zaman məşhur neomavritan elementləri ilə zəngin ekzotik stil əksini tapmışdır. 1910-cu ildə binaya saat qülləsi əlavə edilmiş, 1912-ci ildə isə binanın aşağı mərtəbəli cinah hissələrinə əlavə mərtəbələr əlavə edilməsi ilə genişləndirilmə işləri aparılmışdır. Tbilisi meriyası binasında, şəhər meriyası və əlaqəli bir neçə hökumət orqanı, şəhər assambleyası və tarixi əczaxana yerləşir. Binanın birinci mərtəbəsinə lüks kateqoriyalı geyim mağazaları fəaliyyət göstərir.
Tbilisi metropoliteni
Tbilisi metropoliteni (gürc. თბილისის მეტროპოლიტენი) — Gürcüstanın Tiflis şəhərində yerləşən metro xətti. SSRİ tikinti nazirliyi tərəfindən hərbi və mülki məqsədlər naminə inşa edilmişdir. Tikintisində 2500 nəfər iştirak edir. İstifadəyə ilk dəfə 11 yanvar 1966-cı ildə istifadəyə verilmişdir. SSRİ-də Moskva, Peterburq və Kiyev metrolarından sonra dördüncü olmuşdur. 2000 ildə Vaşa-Pşavela metro stansiyasının tikintisi ilə metronun uzunluğu 26,3 kilometrə çatır. İki xəttən ibarətdir. Ümumilikdə 23 stansiyadır. Qafqazın Bakı metropolitenindən sonra ikinci ən böyük metropolitenidir.
Tbilisi quberniyası
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
Tbilisi tramvayı
Tiflis tramvayı (gürc. თბილისის ტრამვაი) — 1883-cü ildə (konka şəklində) meydana çıxan və 2006-cı ildə fəaliyyətini dayandıran nəqliyyat sistemi. Gürcüstanda yeganə tramvay sistemi idi. XX əsrin ikinci yarısında tramvayda ona qədər marşrut var idi. Lakin sonradan sistem sürətlə geriləmə baş verir. Konka 3 aprel 1883-cü ildə Tiflisdə istifadəyə verilir. Orijinal yol göstəricisi 914 mm olur. Konkanın ilk xətti Mixaylovski (indiki David Aqmaşenebeli prospekti) prospekti ilə və Vorontsovskaya meydanı ilə dəmir yolu stansiyasını birləşdirirdi. Tezliklə marşrut İrəvan meydanına (indiki — Azadlıq meydanı) qədər uzanır və vaqonların sayı 556-ya (439 iki atlı və 117 tək atlı) çatır. 1904-cü ildə Kiroçnaya küçəsi (indi — Marcanişvili) boyunca bir xətt çəkilir Bununla birlikdə XX əsrin əvvəllərində konkanın vaxtının keçdiyi artıq bəlli idi.
Tbilisi zooparkı
Tiflis zooparkı (gürc. თბილისის ზოოპარკი) — Gürcüstanın paytaxtı Tbilisidəki zoopark. Tbilisi Zooloji Parkı Tblisi Şəhər Şurası İcraiyyə Komitəsinin fərmanı ilə 10 fevral 1927-ci ildə qurulur. Tikinti üçün Vere çayının dərəsində (indi şəhərin tam mərkəzində - Qəhrəmanlar Meydanında) təxminən 100 hektarlıq bir sahə ayrılır. Zooparkın baş planı Moskva Zooparkının tədqiqat sektorunun müdiri, Leninqradın memarı professor P. A. Manteifeldən ibarət xüsusi komissiya tərəfindən hazırlanmışdır. Zooparkdakı heyvanların təbii yaşayış mühitinin şərtləri nəzərə alınmaqla, süni şəkildə mümkün qədər təbiətə yaxın şərait yaradılmışdır (qayalar, şəlalələr, hovuzlar, bitki örtüyü, çəmənliklər.). Zooparkda meymun evi, akvarium, terrarium vardır. Tbilisi Zooparkında Qafqazda və xüsusən də Gürcüstanda geniş yayılmış endemik fərd növləri geniş şəkildə təmsil olunur: dağ keçisi, bezoar keçisi, Asiya muflonu, qarapaca, Avropa cüyürü, Adi qırqovul, Qafqaz uları, dağ qartalı və s. Uzun illər görkəmli gürcü zooloqu professor Arçil Canaşvili zooparkın elmi hissəsinin daimi rəhbəridir. Burada bir çox tanınmış təbiətşünas alimlər və aparıcı mütəxəssislər tədqiqat işləri ilə məşğul olmuşdur.
Tbilisi şəhəri
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Tbilisi prospekti
Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır. == Tarix == Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar. 2024-cü ildə avtobuslar üçün nişanlanma və yol nişanlarının quraşdırıldığı xüsusi zolaq yaranıb. == Mühüm tikililər və heykəllər == Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına idman-konsert kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası == Ədəbiyyat == Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Tbilisi Dövlət Universiteti
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (gürc. თბილისის ივანე ჯავახიშვილის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın aparıcı və ən böyük ali məktəbi, ölkənin ən böyük elm mərkəzlərindən biri. 1918-ci ilin fevralında yaradılıb. Universitetdə təxminən 18.000 tələbə təhsil alır. Universitetdə Hüquq, İqtisadiyyat, Sosial elmlər, Tibb və Təbiət Elmləri Fakültəsi var. 2010-cu ildə Tbilisi Dövlət Universitetinin kitabxanasından 10 minlərlə avro dəyərində XVIII–XIX əsrlərə aid 39 ədəd nadir kitab oğurlanıb. Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Tbilisi Marriott Hotel
Tbilisi Marriott Hotel (gürc. თბილისი მარიოტი) – Tbilisi şəhərində yerləşən Marriot otelidi. Otel, Rustaveli prospekti 13 ünvanında yerləşir. Otelin hazırda yerləşdiyi bina, 1911–1915-ci ildə zəngin erməni taciri Mikael Aramyantsın sifarişi ilə lüks otel kimi inşa edilmişdir. Bina, 1911-ci ildə Rusiya tərəfindən idarə olunan Gürcüstan paytaxtında o cümlədən bütövlükdə Qafqazda ən böyük otel kimi Aleksandr Ozerov tərəfindən layihələndirilmiş, daha sonra isə Mikael Aramyantsın dostu Qavriil Ter-Mikelov tərəfindən yenidən modelləndirilmişdir. Binanın tikintisi 1915-ci ildə tamamlanmış və açılış zamanı o, "Hôtel Majestic" adlandırılmışdır. Birinci Dünya müharibəsi dövründə 1915–1917-ci illərdə bina hərbi hospital kimi istifadə edilmişdir. 1921-ci ildə Gürcüstanın SSRİ tərkibinə qatılmasından sonra binada Həmkarlar İttifaqı fəaliyyət göstərməyə başlamışdır. Binanın zirzəmisində müxtəlif tipli obyektlər fəaliyyətə başlamış, otel binası tipoqrafiya, mağazalar və kinoteatra ev sahibliyi etmişdir. 1939-cu ildə bina əsaslı bərpa edilərək ilkin təyinatı üzrə fəaliyyətə başlamış və Hotel Tbilisi adlandırılmışdır.
Cümə məscidi (Tbilisi)
Tbilisi Cümə məscidi (gürc. თბილისის ჯუმა მეჩეთი) və ya sadəcə Cümə məscidi (gürc. ჯუმა მეჩეთი); daha əvvəl Sünni məscidi (gürc. სუნიტური მეჩეთი; rus. Суннитская мечеть) — Gürcüstanın paytaxtı Tbilisi şəhərinin tarixi Abanotubani rayonunda, Narınqalanın yaxınlığında, Botanika küçəsində fəaliyyət göstərən məscid. İndiki Cümə məscidi öz simasını dəfələrlə dəyişmişdir. XIX əsrin sonlarında isə məscid hazırki formasmın almışdır. == Tarixi == Tbilisidəki ikinci məscid Səfəvi-Osmanlı müharibəsi (1723–1727) dövründə Osmanlı ordusunun şəhəri zəbt edilməsindən sonra tikilmişdir (təxminən 1723–1735-ci illərdə). Nadir xan Əfşarın Səfəvi-Osmanlı müharibəsi (1730–1736) dövründə Qafqaz yürüşü nəticəsində 1735-ci ildə Tbilisini geri almışdır. 1740-ci illərdə Nadir şah məscidin dağıdılmasını əmr etmişdir.
Heydər Əliyev adına bağ (Tbilisi)
Heydər Əliyev adına bağ (gürc. ჰეიდარ ალიევის სახელობის სკვერი) — Tbilisi şəhərində yerləşən skver tipli park. 15 iyun 2004-cü ildə açılmışdı. Bağ Tbilisinin tarixi rayonlarından birində, Abanotubanidə yerləşir. Bağın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanmış və postamentin hündürlüyü dörd metrdir. == Tarixi == === Bağın salınması === 2004-cü il iyunun 14-də Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev ilk ağacları əkməklə. gürcü paytaxtının tarixi mərkəzində bağın əsasını qoydular. Tbilisi meriyasının məlumatına görə, Heydər Əliyev adına bağın abadlaşdırılması üçün, şəhər büdcəsindən 75000 lari (təxminən, 45 min ABŞ dolları) ayırılıb. === Bağın və Heydər Əliyevin büstünün açılışı === 12 may 2007-ci ildə "Caspian Service" şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycanın üçüncü Prezidentinin büstünün rəsmi açılış mərasimi olmuşdur.
II İrakli meydanı (Tbilisi)
II İrakli meydanı (gürc. ერეკლე II-ს მოედანი) — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşən meydan. II İrakli, Çaxruxadze, Şavteli ilə kəsişir. == Tarixi == Yuxarı (Zemo) meydan kimi adlandırılırdı. Çar Rostom öz iqametgahını buraya köçürdükdən sonra (XVII əsr), meydan Çarlı deyə adlandırıldı. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşməsi zamanı meydanda qubernator sarayları tikilməyə başlamışdır. XIX əsrin dördüncü rübündən burada iyerarxların iqamətgahı yerləşirdi və meydan Ekzaşer adlandırıldı. 1956–1957-ci illərdə arxeoloji qazıntılar zamanı burada V əsrə aid qədim mədəni təbəqə tapmışdılar. == Ədəbiyyat == Иоселиани П. И., Описание древностей города Тифлиса, Тфл., 1866 გარეგანი სახე XVIII საუკუნეში, თბ., 1965; ბერიძე თ., ქსე, ტ. 4, გვ.
II İrakli parkı (Tbilisi)
II İrakli parkı — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşən, II İrakli küçəsi və Şavteli küçəsi ilə sərhədlənən park. Şəhərin görməli yerlərindən biri. == Tarixi == Çar Rostomun sarayının bağı kimi hesab edilir. Sarayın özü 1795-ci ildə farslar tərəfindən dağıdılmışdır. Bağ Salakbo ("söhbət otağı") adını daşıyırdı, çünki şəhər əhalisi xüsusi adamlar tərəfindən dəstəklənən xəbərləri burada öyrənirdilər. == Görməli yerləri == Fontan — Paris şəhərindən Tbilisiyə hədiyyə olunmuşdur. 1993-cü ildə Karlo İnasaridzenin (1919—2007) təşəbbüsü ilə təsis edilmişdir.
Konstantin Leselidze heykəli (Tbilisi)
Konstantin Leselidze heykəli (gürc. კონსტანტინე ლესელიძის ძეგლი) — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir.. Sovet hərbi lideri general-polkovnik Konstantin Leselidzenin (1903—1944) xatirəsinə qurulmuşdu. == Tarixi == 1947-ci ildə Kote Abxazi küçəsində əsası qoyulmuşdur. Heykəltəraş — Yakov Nikoladze. 1990-cı ildə anti-sovet mitinqi zamanı komandirin büstü zədələnmişdir.
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı (gürc. მარჯანიშვილის თეატრი) —Tbilisi şəhərində yerləşən Gürcüstanın aparıcı dram teatrlarından biri. == Tarixi == Teatr 1928-ci ildə Kote Marcanişvilinin səyləri nəticəsində 2-ci Dövlət Dram Teatrı adı altında Kutaisi şəhərində açıldı. 1930-cu ildə teatr Tiflisə köçürüldü və Zubalov Milli Teatrının binasında yerləşdirildi. Kote Marcanişvili ilə birlikdə teatrın təşkilatçıları arasında onun tələbələri Veriko Ancaparidze, Tamara Çavçavadze, Uşangi Çxeidze, Şalva Qambaşidze, Dodo Antadze, Aleksandr Jorjoliani vardılar. 1933-cü ildə teatr Kote Marcanişvilinin adını aldı. 1949-1952-ci illərdə və 1963-cü ildən 1964-cü ilə qədər teatra Arçil Çxartişvili rəhbərlik edirdi, 1957-1960-cı illərdə isə Veriko Ancaparidze. 1958-ci ildə teatr kollektivi "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edildi. 1966-cı ildə teatr akademik statusuna layiq görüldü.
Mirzə Şəfi küçəsi (Tbilisi)
Mirzə Şəfi küçəsi (gürc. მირზა შაფის ქუჩა) — Tbilisi şəhərində küçə, Abanotubani rayonunda yerləşir. Böyük Azərbaycan maarifçisi Mirzə Şəfi Vazehin adını daşıyır. 2009-cu ildə küçə sakinləri başqa yerə köçürüldülər, rayonun yenidən qurulması üçün köhnə binalar söküldü və Nəriman Nərimanovun Ev Muzeyi dağıdıldı, lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi. Nəriman Nərimanovun Ev Muzeyi 8 və 16 saylı evlər mədəni irs siyahısına daxil edilmişdir.
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası — Tbilisidə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi. Təhsil müəssisəsi 5 may 1846-cı ildə açılmışdır.
Müqəddəs Peter və Müqəddəs Paul Kilsəsi, Tbilisi
Müqəddəs Peter və Paul Kilsəsi(ing. St. Peter and St. Paul's Church, Tbilisi)— Müqəddəs Peter və Paul Kilsəsi (gürcü: თბილისის წმინდა პეტრესა დაპ კათოლიკური ეკლესია), Gürcüstanın paytaxtıTiflisdə yerləşən Roma Katolik kilsəsidir. Tiflis Gürcüstanın paytaxtıdır. Papa II İohann Pavel 1999-cu ilin oktyabrında Gürcüstana səfəri zamanı oranı xüsusi şəkildə ziyarət etdi. Kilsə, 1870–1877-ci illərdə Gürcüstanda Katolik icmasının əhəmiyyətli bir üzvü Konstantin Zubalaşvilinin təşəbbüsü ilə inşa edilmişdir. Layihə memar Albert Zaltsmana həvalə edildi. Kilsənin memarlığı barokko üslubu ilə seçilir. Kilsəyə giriş qərbdəndir.
Müqəddəs Peter və Müqəddəs Paul Kilsəsi (Tbilisi)
Müqəddəs Peter və Paul Kilsəsi(ing. St. Peter and St. Paul's Church, Tbilisi)— Müqəddəs Peter və Paul Kilsəsi (gürcü: თბილისის წმინდა პეტრესა დაპ კათოლიკური ეკლესია), Gürcüstanın paytaxtıTiflisdə yerləşən Roma Katolik kilsəsidir. Tiflis Gürcüstanın paytaxtıdır. Papa II İohann Pavel 1999-cu ilin oktyabrında Gürcüstana səfəri zamanı oranı xüsusi şəkildə ziyarət etdi. Kilsə, 1870–1877-ci illərdə Gürcüstanda Katolik icmasının əhəmiyyətli bir üzvü Konstantin Zubalaşvilinin təşəbbüsü ilə inşa edilmişdir. Layihə memar Albert Zaltsmana həvalə edildi. Kilsənin memarlığı barokko üslubu ilə seçilir. Kilsəyə giriş qərbdəndir.
Müqəddəs Üçlük Katedrali Tbilisi
Müqəddəs Üçlük Kafedralı (gürc. თბილისის წმინდა სამების საკათედრო ტაძარი; Tbilisis cminda samebis sakatedro tadzari), Sameba kimi tanınan (gürc. სამების ლავრა) — Gürcüstan Ortodoks Kilsəsinin baş paytaxtı. Gürcüstan 1995–2004-cü illər arasında inşa edilən, dünyanın ən hündür üçüncü Şərq Ortodoks katedralıdir və ümumi ərazisinə görə dünyanın ən böyük dini binalarından biridir. Sameba, tarixin müxtəlif mərhələlərində gürcü kilsə memarlığına hakim olan ənənəvi üslubların sintezidir və bəzi Bizans çalarlarına malikdir. Gürcü Ortodoks Kilsəsinin avtosefaliyasının 1500-cü ilini və İsanın doğumunun 2000-ci ildönümünü qeyd etmək üçün yeni bir katedral tikmək fikri 1989-cu ildə, o vaxtki sovet sovet respublikasının milli oyanışı üçün həlledici bir ildə ortaya çıxdı. 1989-cu ilin may ayında Gürcüstan Pravoslav Patriarxlığı və Tbilisi hakimiyyəti "Müqəddəs Üçlüyün Katedrali" layihəsi üçün beynəlxalq müsabiqə elan etdi. Müsabiqənin ilk turunda yüzdən çox layihə təqdim edildikdə qalib müəyyən edilməmişdir. Nəticədə memar Arçil Mindiaşvilinin layihəsi qalib gəldi. Gürcüstanda sonrakı çalxantılı vətəndaş iğtişaşları bu iddialı planın həyata keçirilməsini altı il təxirə saldı və yalnız 23 noyabr 1995-ci ildə yeni bir kafedralın təməli qoyuldu.
Nəriman Nərimanovun Ev Muzeyi (Tbilisi)
Nəriman Nərimanovun Ev Muzeyi — Tbilisi şəhərində yerləşən ev muzeyi. Azərbaycan Respublikasının mülkiyyətidir. Muzeydə Azərbaycan Sovet dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən eksponatlar, onun əlyazmaları, kitabları, əsərləri, ona ünvanlanan məktublar və s. təqdim olunub. Muzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur. 2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdı, lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi, ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsində. Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.
Sovet İşğal Muzeyi (Tbilisi)
Sovet işğalı muzeyi ( gürc. საბჭოთა ოკუპაციის მუზეუმი, sabch'ot'a okupats'iis muzeumi) — Gürcüstanın Tiflisdəki bir tarix muzeyi olan, Gürcüstanda Sovet hakimiyyətinin yetmiş ilini (1921-1991) sənədləşdirən və işğalçı, milli-azadlıq hərəkatının tarixinə həsr olunmuş bir muzeydir. Gürcüstan dövləti Sovet dövründə siyasi repressiyalarının qurbanlarının xatirəsinə 26 may 2006-cı ildə bu muzeyi yaratmışdır. Muzey Gürcüstan Milli Muzeyinin (GMM) tərkib hissəsidir. Muzey Tiflisin əsas magistral yolu olan Rustaveli prospektində yerləşir və Gürcüstan Milli Muzeyinin bir hissəsi kimi idarə olunur. Postsovet məkanında üçüncü belə muzey olmaqla, ən azı qismən Tallinndə (Estoniya) və Riqada (Latviya) oxşar sərgilərin nümunələrindən ilhamlanmışdır. 26 may 2006-cı il tarixində Gürcüstanın Müstəqillik Günü qeyd etməsi çərçivəsində açılışı edildi. Lazımi maliyyələşmə, ilk növbədə, Gürcüstan Prezidentinin administrasiyasının nəzarətində olan büdcədənkənar gəlir mənbəyi olan Prezident Fondu tərəfindən təmin edildi. Muzeyin ümumi sahəsi 700 m², nümayiş olunan əşyaların sayı 3000-dən çoxdur. Sovet İşğal Muzeyi, 1918-1921-ci illər arasındakı qısamüddətli müstəqillikdən 1989-cu ildə Sovet ordusunun 1989-cu ildə müstəqillik tərəfdarı mitinqinə basqın etməsindən bəri Gürcüstan tarixinin xronologiyasından sonra arxiv sənədlərini, foto və video materialları əks etdirən daimi bir sərgidir.
Bakı–Tbilisi–Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan boru xətti və ya rəsmi adı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir. Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir. == Tarixi == Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəlin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır.
Bakı–Tbilisi–Ərzurum boru xətti
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. == Tarixi == 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.