TİKAN
TİKANLIQ
OBASTAN VİKİ
Tikanlı
Tikanlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Tikanlı kəndi mərkəzdən 13 km qərbdə Alazan-Həftəran vadisindədir. Xalq etimologiyasına əsasən buralar əvvəllər tikanlı sahələrdən ibarət olub, yerində kənd salınıb. Toponimik bilgilərə görə keçən əsrdə Qars əyalətində Yuxarı Tikan və Aşağı Tikan adlı kəndlər mövcud olub. Alimlər güman edir ki, kəndin mənşəyi də bu sözlərdən götürülüb. İndi kənddə 1900 nəfər yaşayır. Dörd məşğuliyyət növündən əhali öz çörəyini çıxarır. Hamının meyvə bağı, taxıl sahələri, tərəvəzləri və mal-qarası var. Bu ərazidə çəpərlənmiş evlərin sayı demək olar ki, yoxdur. Yol boyu hamının həyət bacası iri daş hasarlara alınıb və evlərin görkəmindən də bəllidir ki, Dovşan dağının yanında əhali özünə maraqlı düzəm qura bilib.
Tikanlı araliya
Tikanlı araliya (lat. Aralia spinosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Tikanlı ardıc
Tikanlı ardıc (lat. Juniperus oxycedrus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər olan sahillərdə və dağlarda yayılmışdır. Hündürlüyü 10 m-ə qədər olan boz-qonur qabıqlı kol və ya ağacdır. Yarpaqları iynəli, ucu biz, tikanlı, üstü hamar, qırışlıdır, yarpaqlarında 2 ağ xətti var, kənar və mərkəzi damarcıqları aydın görübür. Çiçəkləri ikievlidir. Qozaları tək, oturaqdır, qırmızı-qonur, parlaqdır, yumru-yumurtavarı formalı olub, 3-6 qabıqlı, əsasən 3 toxumludur. İkinci il yetişir. Toxumla çoxaldılır. İstisevəndir, quraqlığadavamlıdır.
Tikanlı badam
Tikanlı badam (lat. Prunus spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Vətəni Qərbi Sibir, Orta və Kiçik Asiya, Avropadır. Hündürlüyü 0,5–2 m olan, dağınıq çətirli, yarpağı tökülən koldur. Düz dayanan, şaxələnmiş budaqları üzərində tikanlar yerləşir. Yarpaqları xətvari-neştərvari və ya uzunsov-oval formalı olub, bünövrəsində daralmışdır. Mart-aprel ayında çiçəkləyir. Çəhrayı və ağ rəngli ətirli çiçəkləri yarpaqlarla eyni vaxtda açılır. Meyvələri iyun ayında yetişir. Meyvələrinin diametri təxminən 2,5 sm, uzunluğu 1–2 sm-dir, yumurtaşəkilli, sıx boz rəngli, cod tüklərlə örtülmüş olur.
Tikanlı bozaqgülü
Tikanlı bozaqgülü (lat. Phlomis herba-venti subsp. pungens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir. BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.
Tikanlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tikanlı dəvəqıran
Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir. Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5–16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5–8 mm, eni 5–9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4–5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir. Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.
Tikanlı gəvən
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Tikanlı innab
Tikanlı itburnu
Tikanlı iydə
Tikanlı iydə (lat. Elaeagnus pungens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. Yaponiyada yayılmışdır. Həmişəyaşıl, gözəl, sıx yarpaqlı, hündürlüyü 7 m-dək olan, şaxələnmiş budaqlı və qısa,qalın tikanlı koldur. Bəzən qısa, iti bucaq altında, aşağıya əyilmiş, möhkəm, yan budaqlıuzun zoğları olur. Onların köməkliyi ilə digər bitkilərə yapışaraq 10 hündürlüyədək qalxır və beləliklə sarmaşan kola çevrilir. Cavan zoğları qonur xırda yarpaqlarla örtülmüşdür. Yarpaqları uzunsov-ellipsvari, uzunluğu 10 sm-dək, üst tərəfi parlaq, tünd-yaşıl, alt tərəfi gümüşü-qonurdur. Yarpaqların kənarları dalğalı, bəzən qıvrım, saplaqları qonurdur. Çiçəkləri xırda, dəstələrdə 1-3 ədəd, sallaq, üstdən gümüşü-ağ içərisi qızılı rəngdə və çox ətirlidir.
Tikanlı kövər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Tikanlı küknar
Tikanlı küknar (lat. Picea pungens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır.
Tikanlı kəvər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Tikanlı lantana
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Tikanlı məftil
Tikanlı məftil - Hər hansısa bir ərazinin sərhədlərini müəyyənləşdirmək üçün istifadə olunan vasitə. Tikanlı məftillər, iki mis dəmir parcasının bir-birinə burulması yolu ilə möhkəmləndirilir və əsasən hasarların üzərinə yerləşdirilir. Tikanlı məftillərdən həbsxana, getto və hərbi hissələrin sərhədlərinin müəyyənləşdirilməsi zamanı daha çox istifadə edilir.
Tikanlı odotu
Tikanlı parkinsoniya
Şimali Amerika, Aşağı Kaliforniya, Şimali Meksikada çay vadilərində, rütubətli torpaqlarda bitir. Hündürlüyü 9 metr, gövdəsinin diametri 30 sm olan həmişəyaşıl, hamar, nazik qabıqlı, adi və ya üç bölümlü tikanları olan gözəl çətirli ağacdır. Uc budaqları əyri və sallaqdır. Zoğları tüklü, cavan budaqları sarımtıl-yaşıl, boz və ya açıq sarı rənglidir. Yarpaqları 20-45 sm uzunluğunda, açıq yaşıl rəngli, çılpaqdır. Çiçəkləri cavan zoğlarda əmələ gəlir, açıq sarı rəngli, solğun və ətirlidir. Kasacığı çılpaq, çox qısa borulu və 5 uzunsov dilimlidir. Ləçəkləri 9-26 mm uzunluğunda, dəyirmi və ya yumurtavari, üst ləçəkləri içəri tərəfdən qaidə hissədən qırmızı lələklidir. Erkəkcikləri tacdan qısa, ağızcığı tükcüklüdür. May ayında çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir.
Tikanlı paxlakolu
Tikanlı paxlakolu (lat. Ononis spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. Ononis campestris Koch & Ziz Ononis repens subsp. spinosa Greuter Ononis spinosa subsp. spinosa Ononis vulgaris "Rouy, p.p.C" Ononis spinosa subsp. antiquorum (L.) Briq. Ononis spinosa subsp. australis (Širj.) Greuter & Burdet Ononis spinosa subsp. austriaca (Beck) Gams Ononis spinosa subsp. hircina (Jacq.) Gams Ononis spinosa subsp.
Tikanlı qanqal
Tikanlı qaratikan
Tikanlı qaratikan (lat. Paliurus spina-christi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin qaratikan cinsinə aid bitki növü.
Tikanlı quşüzümü
Tikanlı quşüzümü (lat. Solanum angustifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsində, Uzaq Şərqdə yayılmışdır. Hündürlüyü 30 -100 sm olan ulduzvari tükcüklərlə sıx örtülmüş bitkildir. Şaxələnmiş mil kökü 3 m-dək dərinliyə gedir. Gövdəsi, budaqları, saplaqları, çiçəyin kasacığı möhkəm, saman rəngli, uzunluğu 5–12 mm olan tikanlarla örtülmüşdür. Gövdəsi silindirik, oduncaqlı, çox budaqlı, bozumtul rənglidir. Bir bitkidə 70-dək budaq əmələ gələ bilər, kolun diametri 70 sm-ə çatır. Yarpaqları növbəli, uzun saplaqlı, dərin ikili lələkvari bölünmüş, uzunluğu 5-10 sm-dir. Çiçəkləri beş hissəli, salxımdadır.
Tikanlı çaqqalqanqalı
Tikanlı çaqqalqanqalı (lat. Onopordum acanthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çaqqalqanqalı cinsinə aid bitki növü. Onopordum acanthium subsp. acanthium Onopordum acanthium var. araneosotomentosum (Rech.f.) Parsa Onopordum acanthium subsp. ceretanum (Sennen) Arènes Onopordum acanthium subsp. gautieri (Rouy) R.C.V.Douin Onopordum acanthium subsp. gypsicola Gonz.Sierra, Pérez Morales, Penas & Rivas Mart.
Tikanlı bigəvər
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Tikanlı sezalpiniya
Tara spinosa (lat. Tara spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin tara cinsinə aid bitki növü.
Hamar-tikanlı qızılgül

Digər lüğətlərdə