titrəyiş
titullu
OBASTAN VİKİ
Titul
Titul (lat. titulus — üz yazısı, fəxri ad) — kimlərinsə xüsusi xidmətlərinin qeyd edilməsi üçün ona irsən və ya özünə ömürlük verilən fəxri ad (məsələn, lord, knyaz, bəy və s.). Titullu şəxslər cəmiyyətdə xüsusi statusa və qeyd edilən nüfuza malik olurlar. Feodal dövründə meydana gəlib və geniş inkişaf edib. Titullar sistemi Böyük Britaniyada indiyə qədər qalmaqdadır. İmperator Sultan Kral Xəlifə Şah Maharaca Xan Çar Aşina Türk Qarapapaq Şadı Xan Bəy Hersoq Markiz Baron Qraf Boyar Vikont Kadzoku Prince of Wales is a title granted, following an investiture, to the eldest son of the Sovereign of the United Kingdom – he is not a monarch in his own right. Алексушин Г.В. Партикулярная Россия. Самара: Издательство Самарского юридического института, 2001. Шепелев Л.Е. Титулы, мундиры, ордена в Российской империи — М.: Наука, 1991.
Afşin (titul)
Afşin (pəhl. Pišīn) — Usruşana hakimlərinin irsi titulu. Ən məşhur nümayəndəsi Heydər Afşindir. İlk afşinlərin adı bizə məlum olmasa da Abbasilər dövrünün müasirləri olan afşinlərin müəyyən mənbələrdə adı çəkilir. == Bilinən afşinlərin siyahısı == Karakana — 794/795-ci ildə afşin (Harun ər-Rəşid dövrü) Kavus — Məmun dövrü Fəzl ibn Kavus — Afşinin qardaşı, atasının yerinə keçmişdi. Heydər ibn Kavus — Qardaşı Fəzlə məğlub olaraq Abbasilərə sığınmış, burada İslamı qəbul edib taxtını geri almışdır.
Avqust (titul)
Avqust (lat. augustus – müqəddəs, böyük) Roma imperatorlarının titul adıdır. Qadın üçün Avqusta qəbul eilir. İlk dəfə olaraq e.ə. 27-ci ildə Oktaviana senat tərəfindən təltif edilərək imperator titulu kimi qəbul eilmişdir. Sezar (titul)dan fərqli olaraq onun hakimiyyətinə məhddudiyyət qoyulmur.
Ağa (titul)
Ağa (osman. أغا türk. ağa azərb. ağa‎ fars. آقا‎ Qədim türk dilində aka — böyük) — bəzi Şərq ölkələrində (Osmanlı İmperiyası, Səfəvi dövləti və s.) rütbəli bir başçıya müraciət forması, qəbilə zadəganlığının və titulunun təyin edilməsi anlamında işlədilirdi. Osmanlı İmperatorluğunda yeniçəri komandiri - yeniçeri ağası və sipahi komandiri - sipahi ağası adlanırdı. Habelə bəzi məhkəmə işçiləri qruplarının başçıları da daxil olmaqla hərbi rəhbərlərin adı ada adlanması ilə seçilirdi. Yeniçərilər ləğv edildikdən sonra (1826) Osmanlı ordusunun kiçik və orta zabitləri bu cür adlandırılırdı. XX əsrə qədər Türkiyə və Azərbaycanda ağa çiçəklənən torpaq mülkiyyətçilərinə edilən müraciət forması idi. Bəzən bir adın ayrılmaz bir hissəsi ola bilirdi.
Jupan (titul)
Jupan — cənub slavyanlarının mədəniyyətində knyaz və ya starşina, dairə, ölkə bölgəsi (diyar, dövlət) başçısı. == Tarixi == Konstantin Porfirorodnıya görə Dunay slavyanlarını (serbləri) jupanlar-starşinalar idarə edirdilər. Elə ona aid mənbələrdə bəhs olunur ki, xorvatların ölkəsi jupanyalar (zupania) bölünmüşdür, serblər, macarlar və digər slavyan xalqalarında isə jupanlar (Zupanus sea jupanus) vilayət və ya dövlət başçılarına deyilir. Dalmatlarda jupanlar hökmdarın xüsusi əyan-müşaviri hesab olunurdular. Macarlar bu sözü işpan (ispán, qraf) olaraq dəyişdirdilər. == Xorvatiyada == Müasir Xorvatiyada jupan (xorv. župan) qubernator, jupaniya başçısı (sayı 20-ə bərabərdir) və Zaqreb bələdiyyə başçısına deyilir.
Pan (titul)
Pan — orta əsrlər Polşasında və Çexiyada iri feodala verilən ad. Xırda feodallar — rıtsarlar panların vassalı idilər.
Qaraçı (titul)
Qaraçı — XV–XVIII əsrlərdə türk xalqları arasında ən ali feodal titullardan biri. Bu, Yaxın Şərq və Orta Şərqdə işlədilən vəzir titulu ilə eynidir. "Qaraçı" titulundan Krım xanlığında, Sibir xanlığında, Böyük Noqay Ordasında, Qazan xanlığında və digər dövlətlərdə istifadə edilirdi. "Qaraçı" ünvanı, adətən, Şirin, Barğın, Arğın və Qıpçaq tayfalarının adamlarına verilirdi. Bu dörd tayfa Krım xanlığının idarə olunmasında iştirak edən və Çingiz xanın soyundan gəlməyən əsas tayfalar idi. Bəzi mənbələrə görə, Çingiz xan və bir çox qardaşları “Qaraça, Qara Tatar, Xaraçın” alt qrupundan idilər. Bu ad həm də Çingizlə bağlı ifadədən götürülüb. Tatar xalqında belə bir məsəl var: “Ağıllı qaraçı ağıllı insanı xan edər”. Bəylərbəyi Новосельский А. А. «Борьба Московского государства с татарами в XVII веке», Москва 1948 Скрынников Р. Г. «Ермак», Москва 2008. Шамильоглу Ю. «Карачи-беи» (сборник «Из истории Золотой Орды, Казань, 1993, с.
Qraf (titul)
Qraf, qrafinya (alm. Graf‎) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi. Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau‎ — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi. Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur. Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi.
Sezar (titul)
Sezar və ya qeysər (lat. Cæsar, yun. καισαρ — kaisar, ər. qeysər — قيصر) — Roma imperatorlarının titul adıdır. Sezar əslində Romalı dövlət adamı Qay Yuli Sezarın ləqəbidir (lat. cognomen — qondarma ad və ya ləqəb deməkdir). Ondan sonra gələn imperatorlar sezar sözünü adlarına əlavə etmişlər. Daha sonralar xüsusən tetrarxiya zamanında bu titul cavan imperatorlara verilmişdir ki, bu da Avqust ilə müqayisədə hakimiyyət məhduddiyətinə malik olması ilə fərqlənir.
Van (titul)
Van — e.ə. XVI əsrdən Qədim Çin hökmdarlarının adı. Xan sülaləsi dövründən "van" anlayışı yüksəkmənsəbli əyanların titulunu bildirir və hökmdar ailəsi üzvlərinə, xüsusi xidməti olan məmurlara verilirdi. Koreyanın qədim və orta əsrlər dövlətlərində də hökmdarlar "van" tituluna malik idilər.
İşxan (titul)
İşxan — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında və Ermənistanda "azqapet", "nahapet" (tayfa başçısı) terminlərinin sinonimi. Əsasən tayfa başçısının siyasi hakimiyyətini (knyazlığın, vilayətin, ölkənin idarə olunması) bildirmək üçün işlədilirdi. VI əsrdən Qafqaz Albaniyasında "işxan" termini müstəqil məna daşıyırdı. ASE, V cild, Bakı, 1981, səh.
Çələbi (titul)
Çələbi — Azərbaycan və Türkiyədə tarixi titul. Sözün lüğəvi mənası "alicənab" və ya "mərifətli" deməkdir. "Çələb" sözü qədim türkcədə "tanrı" mənasını daşıyırdı və bu titul həmçinin, "tanrının adamı" deməkdir.
Ağaxan (titul)
Ağa Xan — İsmaili dini icmasının başçısı və Nizarinin irsi titulu . İran şahı Fəth Əli şah bu titulu qızı Fatimə vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən sayılan Kirman hakimi (1800-1881) kürəkəni Əbülhəsənə verib . Lakin sonra I Ağa Xan 1838-ci ildə İranda uğursuz üsyana rəhbərlik etdikdən sonra Əfqanıstan və Sindhə qaçdı . Böyük Britaniyanın dəstəyini qazanaraq Bombeydə məskunlaşmağı bacardı . Əbül Həsənin nəvəsi Sultan Məhəmməd şah (1877-1957), Ağa Xan III Hindistanın siyasi həyatında mühüm rol oynamış , müsəlman əhalidən Britaniya müstəmləkəçiliyinə dəstək almağa çalışmış , xüsusən də bütün dövlətlərin prezidenti olmuşdur. == Ağa Xan İnkişaf Şəbəkəsi == 1967-ci ildə İsmaili İmaməti tərəfindən yaradılmış, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən BMT, BMTİP, BMT-nin Narkotiklərə Nəzarət Proqramı, Dünya Bankı və s., eləcə də bir çox dövlətlərlə əməkdaşlıq edən ən böyük beynəlxalq özəl təşkilatlardan biridir. 1998-ci ildə təşkilat Qazaxıstanla əməkdaşlığa başlayıb, 31 avqust 2000-ci ildə Ağa Xanın Qazaxıstana ilk səfəri baş tutub və nəticədə Tacikistanın iştirakı ilə Orta Asiya Universitetinin yaradılması haqqında Müqavilə imzalanıb .
Sədr (titul)
Sədr — ilk növbədə İran dünyasında alim kimi müstəsna bir şəxsi təyin etmək üçün istifadə olunan titul. Bu, əvvəlcə Maveraünnəündə böyük din alimləri üçün şəxsi titul kimi, sonra da yüksək rütbəli inzibati xadimlər üçün və təq. 1380 ildən XVIII əsrin sonlarına qədər bir millətin dini hakimiyyətinin başçısı üçün istifadə olunurdu. Daha sonra Qacar dövlətində yüksək vəzifəli şəxslər, o cümlədən baş vəzir üçün istifadə edilmişdir. Floor, Willem (2005). "Ṣadr". In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation.
Dey (titul)
Dey, tarixi baxımdan Osmanlı dövründə 1671-ci ildən bəri seçilib təyin olunan Osmanlı Əlcəzairi, Osmanlı Tripolitaniyası və Osmanlı Tunisi rəhbərlərinə verilmiş olan tituldur . 1671-ci ildən Əlcəzairin sonuncu deyi olan Hüseyn ibn Hüseynin Fransa tərəfindən 1830-cu ildə vəzifəsindən uzaqlaşdırıldığı zamana qədər ümumilikdə 28 dey Osmanlı Əlcəzairində hökmranlıq sürmüşdür. Onlardan yarısı, yəni ki, 14-ü sələflərinin öldürülməsindən sonra hakimiyyət başına gəlmişdirlər. == Deyliyin yaranması və inkişafı == 1591-ci ildə 40 dey ağa ilə birlikdə özlərindən birini ordu komandanı seçmişdirlər. Beləcə seçilən dey tezliklə hökumətin təkbaşına rəhbərinə çevrilir və onun nüfuzu Babı-Alinin nümayəndəsi (vəkil, müməssil) olan paşanın nüfuzunu kölgədə qoyur. Lakin XVII əsrin ikinci yarısından etibarən deyləri ordunun ikinci dərəcəli sərkərdələri olan bəylər əvəz etməyə başlamışdırlar. XVIII əsrin əvvəllərində İbrahim bəy dey titulu əldə edir; Bu titul daha sonrakı dövrlərdə, yəni 1705-ci ildə Hüseyn ibn Əli tərəfindən ləğv edilmişdir. == Əlcəzairdə yaranması == Deylik Əlcəzairdə bir inqilab nəticəsində meydana çıxmışdır. 1671-ci ildə ağaların özbaşına idarəçiliyindən bezmiş rəislər və ya pirat gəmilərinin kapitanları öz içlərindən bir nəfəri dey adı və qeydi-həyat şərtləri ilə ağaların yerinə təyin etmişdirlər. Əvvəllər rəislər tərəfindən seçilən deylər 1689-cu ildən etibarən yeniçəri zabitləri tərəfindən seçilirdilər.
Prezident (korporativ titul)
Prezident — təşkilatın, şirkətin, icmanın, klubun, həmkarlar ittifaqının, universitetin və ya digər qrupun rəhbəri. Prezident və baş icraçı direktor arasındakı münasibət konkret təşkilatın strukturundan asılı olaraq dəyişir. Baş əməliyyat direktoruna bənzər şəkildə, korporativ prezident titulu ayrıca vəzifə kimi sərbəst şəkildə müəyyən edilir. Prezident adətən səlahiyyət baxımından müxtəlif vitse-prezidentlərdən (o cümlədən, baş vitse-prezident və icraçı vitse-prezident) yuxarıda yer alan korporativ məmurun qanuni olaraq tanınan ən yüksək rütbəsidir, lakin təkbaşına ümumiyyətlə, praktikada baş icraçı direktora tabe sayılır. Prezidentin səlahiyyətləri təşkilatlar arasında geniş şəkildə dəyişir və belə səlahiyyətlər "Robertin nizamnamə qaydaları" kimi nizamnamələrdəki xüsusi icazədən irəli gəlir. == İstinadlar == == Əlavə ədəbiyat == Bennett, Nathan; Stephen A. Miles. Riding Shotgun: The Role of the COO. Stanford, California: Stanford University Press. 2006. ISBN 0-8047-5166-8. National Association of Parliamentarians, Education Committee.
Kim Çen İrin titul siyahısı
Şimali Koreyada Kim Çen İrin adının qarşısında müəyyən titullar istifadə olunur. O, 1994-cü ildən 2011-ci ilədək ölkə rəhbəri, KXDR dövlət müdafiə komitəsinin sədri, Koreya Əmək Partiyası MK-nin baş katibi olmuşdur. Başçının adı xüsusi şriftlə ya qalın, yada daha böyük hərflərlə qeyd olunur. Bu da öz növbəsində bu şəkildə yazılır "위대한 령도자 김정일동지께서<…>지적하시였다." (Böyük Rəhbər yoldaş Kim Çen İr əmr edirdi…). Titullar KƏP MK-də hazırlanır, onların adının çəkilməsi isə siyasi vəziyyətdən asılı olaraq dəyişir. Analoji vəziyyət 1948–1994-cü illərdə KXDR-na başçılıq edən Kim Çen İrin atası Kim İr Senin dövründə də mövcud idi. Bəzi alimlər Şimali Koreya liderlərinin titullarının tam siyahısını toplamağa cəhd göstərmişdilər. Aşağıda Kim Çen İrin titul siyahısı verilib.
Miss Dünya titulunu qazananların siyahısı
Miss Dünya titulu 1951-ci ildə Erik Morley tərəfindən təsis edilib və müsabiqə ilk dəfə İngiltərədə baş tutub. 2000-ci ildə Erik Morleyin vəfatından sonra həyat yoldaşı Culiya Morley təşkilata həmsədr seçilib. Miss Dünya titulu rəqabət apardığı Miss Kainat, Miss Beynəlxalq, Miss Yer, Miss Sözügedən və Miss Böyük Beynəlxalq ilə birlikdə dünya üzrə tanınan məşhur müsabiqələrdən biridir. Qalib şəxs həm də, bir il ərzində Birləşmiş Millətlər Təşkilatının təmsilçisi seçilir və BMT ilə bağlı müxtəlif tədbirlərdə iştirak edə bilir. Ənənəvi olaraq Miss Dünyanın qalibi bir il müddətində Londonda yaşayır. Müsabiqənin son mərhələsində 15, yaxud 20 yarımfinalçı qalır. Bu mərhələdə müxtəlif tədbirlər, şənliklər həyata keçirilir və bütün dünyada canlı yayımlanır. Aşağıda 1951-ci ildə yaradılan Miss Dünya müsabiqəsinin qaliblərinin siyahısı qeyd edilmişdir.
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı (ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration) — Səfəvi imperiyasının tarixi barədə yazılmış elmi əsər nəzərdə tutulur. Kitab Mage Publishers tərəfindən Uillem Floorun müəllifliyində və tərcüməçiliyində hazırlanmışdır. Əsərin əsaslandığı tarxi əsərin müəllifi isə Mirzə Nağı Nasiridir. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin müəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Titulsuz lider
Dünya şöhrətli liderlik mütəxəssisi Robin Şarmanın Titulsuz lider əsəri bütün dünyada ən çox satılmış şəxsiyyətin inkişafı barəsində kitablardan biridir. Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazılan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına daha çox təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur. Onun həyatı bir bazarertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin mağazanın başqa bir filialından gələn digər işçi-Tomi Flinlə tanışlıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu olan Tommi işində bir çox uğurlara imza atmış, hörmət edilən bir şəxsdir. Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki titulsuz liderlik etmə fəlsəfəsi ilə böyük uğurlar qazanmış 4 müəllimlə tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını kökündən dəyişir.
Titulyar kilsə
Titulyar kilsə — Roma ətrafında inşa edilmiş və adları onları tez-tez tanıyan havadarlarına aid edilən bir çox erkən xristian kilsələrindən (toplu olaraq "tituli" kimi tanınır): Bu növün tituluna istinad edən ən qədim mətn IV əsrə aiddir — Böyük Afanasiyin Ariellərə qarşı müdafiəsi. V əsrin sonunda Liber Pontificalis 25 tituli tanıdı. XII əsrdə daha üçü əlavə edildi. Roma Katolikliyində bu kilsələrdən birinin sahibi tituldur. Bu sahiblər əvvəlcə ənənəvi olaraq yüksək sosial statuslu yerli Romalılar idi. Romalı İtalyan olmayan bir titula sahib olan ilk kilsə Santi-Kuattro-Koronati idi: Ditrix Trir, 975-ci ildə Papa VII Benedikt tərəfindən titullu təyin edildi. Bu bazilika, əvvəlcə, şübhəsiz ki, geniş Roma villasına sahib olan qurucusuna görə Titulus Aemilianae adlanırdı. Bu gün kardinal presbiyer dərəcəsindəki kardinallar kollecinin hər bir üzvünə titullu bir kilsə təyin edilmişdir. Kollec beynəlmiləlləşdikdən sonra hər bir kardinala bir titul verildi və onu Roma ruhanilərinin fəxri üzvü etdi. Bu gün kardinal ağsaqqallar titullu kilsələri ilə sərbəst himayə münasibətlərinə malikdirlər (adları və gerbləri kilsədəki xatirə lövhəsində yazılmışdır, kilsələrini saxlamaq və bərpa etmək üçün pul da alır), lakin artıq faktiki kilsənin rəhbərliyində iştirak etmirlər.

Digər lüğətlərdə