TURİZM

is. tur. □ Safari turizmi – ovçuluq və ya foto ovçuluq, balıq tutmaq, acıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təbiətə, qoruqlara səyahət. Turizm konsorsiomu – bütün iştirakçıların maliyyə və hüquqi müstəqilliyinin saxlanılması şərti ilə, vahid siyasət yeritmək, turoperator və digər topdansatış turist firmaları ilə sazişlərin ümumi şərtlərini hazırlamaq məqsədi ilə, müvəqqəti müqavilə əsasında bir neçə turagentliyin yaratdığı könüllü birlik.
TURİST-REKREASİYA
TURKORPORASİYA
OBASTAN VİKİ
Dayanıqlı turizm
Ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarında hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır. Buna görə də dayanıqlı turizm həm də davamlı turizm adlanır. Müasir dövrdə bir çox ölkələr təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışır. Planetdə insan sayının və mədəni tələbatların artması ilə bərabər, eyni zamanda ehtiyatların məhdudluğu da turizmdə dayanıqlı inkişafın təkcə bir region üçün deyil, bütün dünya üçün vacib olduğunu ortaya qoyur. Turizmin dayanıqlığının təmin olunması turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. fəaliyyətləri nəzərdə tutur. Dayanıqlı turizmin həll etmək istədiyi ən vacib problem turizm resurslarından səmərəli istifadə etməklə yanaşı, bu resursları gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Bundan başqa, dayanıqlı turizm seçilmiş ərazidə turizm fəaliyyətinin mövsümi deyil, daimi səciyyə daşımasını hədəfləyir. Dünya üzrə neft sənayesinin zəifləməsi ölkəmizi yeni gəlir mənbələrinə yönəlməyə məcbur edir.
Dini turizm
Dini turizm (inanc turizmi və ya mənəvi turizm) - dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir. Analoji olaraq mənəvi turizm mənəvi məqsədlərlə edilən səyahətləri əhatə edir. Bu, dini turizm ola bilər, amma bəzən daha geniş mənalar da daşıya bilər. Həcc əsasən uzun məsafədə dini, yaxud mənəvi motivli səyahətdir. Antik dövrlərdən bəri bir çox dinlərdə müxtəlif cür yerinə yetirilir. Dünyada ən böyük həclərdən biri müsəlmanları Məkkəyə etdikləri həcc ziyarəti hesab olunur.
Ermənistanda turizm
Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞ və İrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var. Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər. 2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır. Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi. 2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı.
Etnik turizm
Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni qorunma strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunur.
Gürcüstanda turizm
Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir. Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür. Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.
Kanadada turizm
Kanadada turizm — Kanada ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Kanada bir çox təkrarolunmaz, nadir cəhətlərinə görə beynəlxalq turizm mərkəzi kimi xarici turistləri özünə cəlb edir. Bu ölkədə turizm müasir tələblərə və istehlakçıların ehtiyaclarına cavab verməklə çoxşaxəlidir. Kanadanın turizm sənayesi çevik, çoxpilləli turizm inzibati-idarəçilik sistemi dövlətin əhəmiyyətli maliyyə dəstəyinə arxalanır. Ona görə də ölkə iqtisadiyyatının həm qabaqcıl, həm də yüksək sərmayə tələb edən əsas sahələrindən birinə çevrilmişdir. Məsələn, 1995-ci il Kanadanın turizm sənayesi üçün olduqca uğurlu olmuşdu. Həmin il əhalisi 25 milyon nəfər olan Kanadaya xaricdən 17 milyon qonaq gəlmişdi. Turizm sənayesində 500 min nəfərdən çox insan çalışır. İllik mənfəət 26 milyard $ təşkil edir, büdcəyə ödənilən vergi 450 milyon $ təşkil edir, bundan 250 milyon $ dövlət xəzinədarlığına, 160 milyon $ əyalət büdcələrinə, 40 milyon $ bələdiyyələrə mədaxil olur. Hökumətin turizm sənayesinə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi "Kiçik biznesin inkişafı proqramı" çərçivəsində ölkədə turizmin inkişafına himayəsi dövlətin daima diqqət mərkəzindədir.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosovoda turizm
Kosovo Respubliksında turizm - Avropanın cənub-şərqində, Balkan yarımadasında, tarixi Kosovo vilayətində yerləşən, qisməm tanınmış dövlət. Serbiya kostutsiyasına görə Kosovo Respublikası onun tərkibinə daxil olan Kosovo və Mestixiya adlı muxtar vilayətdir. Amma Serbiyanın Kososovada hec bir hakimiyyəti yoxdur. Kosovoya gedən beynəlxalq turistlərin əksəriyyəti Albaniya, Almaniya, İtaliya, ABŞ, Böyük Britaniya, Xorvatiya və Avstriyadan gələnlərdir. Turizm hər il ölkəyə gələnlər hesabına artan bir sektordur. Kosovoda turistik sahədə illiryalılar, dardanilər, romalılar, bizanslılar, serblər və osmanlılar dönəminə aid tarixi tikililər, alban mətbəxi, dini ənənələr, adətlər və təbiət mənzələrəri kimi üstünlüklərə sahibdir. Bölgənin bir çox tarixi tikililəri Kosovo müharibəsi zamanı dağıdılmışdır (1998—1999). «New York Times» 2011-ci ildə Kosovonu ziyarət ediləsi 34 ölkə siyahısına daxil etmişdir. Elə həmin ildəcə Kosovo Skyscanner sistemində dünya turizminin inkişafı ilə əlaqədar 40-cı yerə qədər qalXmışdır. Kosovo Respublikası statistika agentliyi ölkəni ziyatət etmiş turistlərin 2008-cildən siyahısını açıqlamışdır.
Macarıstanda turizm
Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir.
Monteneqroda turizm
Monteneqroda turizm — iqtisadiyyatın sürətlə inkişaf edən aparıcı sektorlarından biridir 2009-cu ildə turizm mənfəəti 2007-ci illə müqayisədə 39% artaraq 480 milyon avroya (2007) qarşı 569 milyon avro (2009) təşkil etmişdir. Adriatik sahili 295 km təşkil edir, bunun 72 kilometri çimərliklərdir. 2012-ci il üçün turistlər arasında ən populyar şəhərlər: Budva (692.000 turist) Herseq Novi (229.000) Bar (156.000) Ulsin (125.000) Kotor (56.000) Podqoritsa (53.000) Kotorun köhnə hissəsi və Durmitor Milli Parkı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Monteneqronun sahil xətti 295 km uzunluqdadır. 73 km çimərliyi vardır. Bu çimərliklərin sayı 120-dən çoxdur. Qumdan tutmuş çınqıllara qədər müxtəlif çimərlik üslubları var. Ulsinin sahil xətti 32 km uzunluqdadır. 10-dan çox çimərliyi var. Ada Boyana çay adasıdır.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Ornitoloji turizm
Ornitoloji turizm — müxtəlif quş növlərini təbii mühitlərində müşahidə etmək məqsədiylə baş tutan turizm fəaliyyəti. Ekoloji turizmin növlərinə aid olan ornitoloji turizmin inkişafına quşlar haqqındakı sənədli filmlər, teleskop və dürbün kimi avadanlıqların çox baha olmaması, müxtəlif dövlətlərin həvəsləndirici proqramları müsbət təsir göstərir. Ornitoloji turizmdə müşahidə olunan quşlar qəfəsə salına, əhlilləşdirilə, yaxud gəlir əldə etmək məqsədilə quş fermalarında saxlanıla bilməz. Türkiyədə ən çox bu ərazilərdə ornitoloji turizm inkişaf etmişdir: Qızılırmak deltası, Marmara hövzəsi, Meriç hövzəsi, Konya qapalı hövzəsi, Dəclə hövzəsi, Antalya hövzəsi, Burdur qapalı hövzəsi, Yumurtalıq gölü, Manyas quş cənnəti, Şərqi və Qərbi Qaradəniz hövzəsi və s.
Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur. Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.
Qastronomik turizm
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Qazaxıstanda turizm
Qazaxıstanda turizm — 2014-cü il məlumatına görə turizm sahəsi Ümumi Daxili Məhsulun 0,3 % təşkil etmişdir. 2020-ci ildə Qazaxıstan hökuməti bu rəqəmi 3 % artırmağı planlaşdırır. 2000-cu il məlumatına görə ölkəyə 1,47 mln xarici turist gəlmişdir. Bu rəqəm 2012-ci ildə 4,81 milyona çatdırılmışdır. Bu isə ölkəni bu göstəricilərlə 51-ci yerə çıxartmışdır. Beynəlxalq mətbuatda Qazaxıstanda turizm elədə yaxşı inkişaf etməmiş olaraq göstərilir. Burada pis xidmət və loqistika çətinlikləri vardır. 2013-cü ildən Qazaxıstanda turizm konsepsiyası qəbul edilmişdir. Konsepsiya 2020-ci ilə qədər turizmin inkişaf etdirilməsi planlaşdırılır. Proqramın hədəfi beş turistik klasterin meydana gətirilməsidir: Astana, Almatı, Şərqi Qazaxıstan, Cənubi Qazaxıstan və Qərbi Qazaxıstan.
Qırğızıstanda turizm
Qırğızıstanda turizm — çox zəif inkişaf edir. 2000-ci illərin əvvəllərində orta hesabla hər il əsasən keçmiş Sovet İttifaqı ölkələrindən təxminən 450.000 turist ölkəyə gəlirdi. 2018-ci ildə İngilis beqpekinq cəmiyyəti, ölkənin macəranın sirri olan bir ölkə olduğunu bildirərək Qırğızıstanı dünyanın ən yaxşı beşinci macəra səyahət yeri olaraq təyin etdi. İssık-Kul və Tyan-Şan dağları nisbətən populyar turistik yerlərdir. Qırğız mədəniyyəti Monqol ordularının dövründən qalma köçəri ənənələrə əsaslanır. Müasir qırğızlılar əsasən evlərdə və ya binalarda yaşasa da, yaz aylarında yerli insanların bir sürü qoyun, keçi, at və bəzən də yaklar ilə bir yurdda necə yaşadıqlarını müşahidə edə bilərsiniz. Hər ərazidə turistlərə xidmət göstərən bir neçə; daha görünən (və uzaq) olan bəziləri, Narin vilayətindəki, Narın şəhərindən kənarda "daş evi" olan Taş Rabat və İssık-Kul gölünün Karakol şəhəri yaxınlığında Yeddi-Oğuz bölgəsindəki Yeddi-Oğuz ("Yeddi Boğa") vadisində yurd düşərgələri var. Hazırda Qırğızıstanda "ekoloji cəhətdən təmiz" turizmin inkişafı üçün bir sıra işlər görülür. İsveçrənin Helvetas mədəni inkişaf təşkilatı "Şepard həyatı" və "İcma əsalı Turizm" də daxil olmaqla bir neçə belə layihəyə sponsorluq etmişdir. Qırğızıstandakı bir çox turizm şirkəti "eko" nun ölkələrinə gələn bir çox turist üçün çox cəlbedici göründüyünü başa düşür, buna görə də "az təsirli" hadisələri təbliğ etmək üçün heç bir şey etməsələr də, bu sözləri təşkilatlarını izah etmək üçün istifadə edirlər.
Sinqapurda turizm
Sinqapurda turizm — Sinqapur iqtisadiyyatının əsas sahələrindən biridir. 2013-cü ildə Sinqapura 15,6 mil milyon turist gəlmiş. Bu ölkə əhalisinin 3 qatı deməkdir.. 2010-cu ildə turizm ölkə büdcəsinə 18,8 milyard dollar gəlir gətirmişdir. Ölkədə turizm üzrə məsəllərə Sinqapur turizm birliyi nəzarət edir. (STB; çin. 新加坡旅游局). Turizmin inkişafı məqsədi ilə 1980-ci illərdə ölkənin tarixi və mədəniyyət əhəmiyyətli bölgələrinin (Çaynataun, Kiçik Hindistan) qorunub saxlanılmasına və bərpasına qərar verildi. Sinqapur çayı zibil qalıqlarından təmizləndi, çay ətrafı ərazilər restoran və turistik tikililər üçün satıldı. Ümumən Sinqapur hökuməti 2017-ci il üçün turizmin inkişafına 905 milyon dollar ayrımış.
Tailandda turizm
Tailandin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. 2011-ci ilin statistikasına görə Tailand turizmdə 1-ci yeri tutub.: Tailandın paytaxtı Banqkok Cənub Şərqi Asiyanın incisi hesab edilir. Banqkok 200 il bundan əvvəl kiçik bir balıqçı qəsəbəsi idi. Tay dilindən tərcümədə Banqkok qısaca olaraq mələklər ölkəsi mənasını verir. Amma Banqkokun tam adının tay dilində mənası belədir: "Mələklər, ölməz hökmdarlar, 9 qiymətli qaş-daş, kral sarayları". Tailand unikal ekzotik bir ölkədir və bu da oraya səyahət edənlərə böyük təsir bağışlyayır. Tailandın ərazisi 513 min 115 kvadratkilometr, əhalisi 66,8 milyon nəfərdir artıqdır. Ölkə bütövlüklə Hind-Çin yarımadasında yerləşir. Yalnız Tailandın cənub hissəsi Malay yarımadasına düşür.
Tibbi turizm
Tibbi turizm — yaşayış bölgəsindən kənarda planlaşdırılan tibbi xidmətlərin göstərilməsini, xaricdə tətilin yüksək ixtisaslı tibbi yardımla birləşdirilməsini ifadə edən bir termin. Tibbi turizm mütləq tibbi xidmətin başqa bir dövlətdə alınmasını nəzərdə tutmur. Məsələn, ABŞ-də xəstələr xərcləri azaltmaq üçün digər dövlətlərə müraciət edə bilər. Tibbi turizm üç qrupa bölünür: daxili, xarici və gələn. Daxili tibbi turizm adətən bir ölkənin vətəndaşlarının tibbi xidmətlər almaq üçün bölgələri arasında hərəkəti adlanır. Xarici tibbi turizm xəstənin öz tibbi ehtiyaclarını ödəmək üçün xaricə getməsi halında tibbi xidmətlərin idxalı hesab olunur. Gələn tibbi turizm tibbi xidmətlərin ixracı, yəni xarici xəstələrə tibbi xidmət göstərilməsi üçün cəlb edilməsidir. Tibbi turizm ABŞ, Kanada və Qərbi Avropa sakinləri arasında çox populyardır. ABŞ-də sığortası ciddi xroniki xəstəliklərin müalicəsini əhatə etməyən insanların sayı 110 milyona yaxınlaşır. Buna görə, bir çox amerikalı xaricdə müalicə almağa üstünlük verir, çünki kardioloji, ortopedik və digər bir çox xəstəliklərin müalicəsi, məsələn, Hindistanda və ya Taylandda, ABŞ-də bənzər müalicənin dəyərinin dörddə biri, bəzən isə onda biri olur.
Turizm bazarı
Bazar - tələbin və təklifin görüş yeridir. Müvafiq olaraq turizm bazarı elə bir yerdir ki, burada turist tələbi turizm təklifi ilə görüşür. "Turizm terminlərinin izahlı lüğətində" turizm bazarı anlayışının 3 variantı verilir. Bu gün və sabah turizm məhsulunu almaq üçün imkanı olan (potensial alıcılıq qabiliyyəti olan) istehlakçılar toplumu Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi Dörd əsas elementin (turist tələbi, turizm məhsulunun təklifi, qiymətlər və rəqabət) qarşılıqlı iqtisadi əlaqələr sistemi. Turizm biznesi aşağıdakı qruplara bölünür: fərdi kiçik orta biznes İstehlakçılar cəmiyyətinin əsas hissəsindəki prioritet Rəqabət mübarizə prinsipinin hökmran olması Turizm maddi bazası üzərində şəxsi əmlak hüququ Həm istehlakçı, həm də müştəri üçün azad seçim hüququ İnsanın gəlirlərinin, əməyin nəticəsindən və əmək bazarındakı vəziyyətdən asılılığı Dövlət tərəfindən fərdi sahibkarlığın, istehlakçıların hüquqlarının hüquqi-normativ qanunvericiliklə dəstəklənməsi və sosial xarakterli fəaliyyətin həyata keçirilməsi. İnsanların mövcud olan qiymətlərlə ala biləcəkləri müəyyən turizm məhsulu və xidmətindən ibarət olan turizm tələbatının alıcılıq qabiliyyəti ilə təsdiq olunması. İstirahət və səyahət zamanı turistə lazım olan turizm və onunla əlaqədar xidmətlərin çeşidli toplusudur.
Türkiyədə turizm
Türkiyədə turizm — Türkiyə ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. 2016-cı ildə Türkiyədə 444 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. VikiSəyahətdə Turkey haqqında səyahət məlumatları var.
Türkmənistanda turizm
Türkmənistanda turizm — son illərdə sürətlə inkişaf edən Türkmənistan iqtisadiyyatının əsas sahələrindən biridir. Xaricdən gələn turistlərə viza tətbiq olunur. Yerli əhali ilə ünsiyyət qurmaq, bir sıra obyektlərin fotoşəkillərini çəkmək imkanları əhəmiyyətli dərəcədə məhduddur. Hər bir turist Türkmənistana girməzdən əvvəl viza almalıdır. Turist vizası almaq üçün bütün əyalətlərin vətəndaşlarına ev sahibi turist təşkilatının yazılı ərizəsi və ya şəxsi müraciəti lazımdır. Almaniya, İran, ABŞ, Avstraliya, Böyük Britaniya, Belçika, Fransa və İtaliyadan olan turistlər Türkmənistana ən çox maraq göstərirlər. 2012-ci ildə Türkmənistana gələn turist istiqamətindəki üç lider dövlət aşağıdakılardır: İran — 3874 nəfər Almaniya — 1143 nəfər ABŞ — 531 nəfər Yerli valyutanın idxalı və ixracı qadağandır. Türkmənistana gəldikdən sonra xarici valyuta bəyan edilməlidir. Bəyannamədə göstərilən məbləği aşmayan məbləğ çıxara bilərsiniz. Şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaların, habelə 200-ə qədər siqaret və ya 200 qrama qədər tütünün (16 yaşdan yuxarı olanlar üçün), 2 litrə qədər hər hansı spirtli içkilərin (21 yaşdan yuxarı insanlar üçün) gömrük idxalına icazə verilir.
Xorvatiyada turizm
Xorvatiyada turizm - turizm Xorvatiya iqtisadiyyatının əsas aparıcı sahələrindən biri. Ölkənin əsas turistik bölgərindən biri Adriatik dənizi sahilləridir. Burada Xorvatiyaya məxsus olan çoxlu adalar vardır. Bu adalar yumşaq iqlimi ilə seçilir. Üstəlik uzun qumlu çimərliklərə sahibdirlər. Sahil ərazisi Vindsörfinq, Dayvinq və Yelkənli idman həvəskarları arasında məşhurdur. Dənizdən kənarda isə əsasən Zaqreb, Varajdin kimi şəhərlər özünün borokko stilli tikililəri ilə turistləri özünə cəlb edir. Yeddi obyekt YUNESCO Ümumdünya irsi siyahısına daxildir. Üstəlik 15 obyekt siyahıya namizəddir. Ölkədə 8 milli park və 11 təbiət parkı vardır.
Çində turizm
Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir. Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniya və ABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, Aomın və Tayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990).
Cənubi Afrikada turizm
Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir.
Cənubi Koreyada turizm nəqliyyatı
Cənubi Koreyada turizm nəqliyyatı — Turist baxımdan Cənubi Koreya planetin ən maraqlı ölkələrindən biridir. Bu gözəl dövlət, davamlı iqtisadi və mədəni inkişafda, beləliklə ən mürəkkəb səyyahları da cəlb edir. Dünyanın hər yerindən hər il 12 milyondan çox adam Respublikanın ən yaxşı yerlərini görmək üçün gəlir və ölkəsi ilə tanışlıq hər zaman yerli hava limanlarından birində başlayır. Koreya yaşayış səviyyəsini artırmaq üçün ictimai nəqliyyatı əlindən gəldiyi qədər sadələşdirmiş və inkişaf etdirmiş ən birinci ölkələrdəndir. Koreyada ictimai nəqliyyat vasitələrindən biri olan avtobuslar həm nəqliyyat xərclərinə , həm də nəqliyyat daxilindəki xidmətlərinə görə ən rahat nəqliyyat vasitələrindən biridir. Koreyada iki növ avtobuslar xidmət göstərir: şəhərlər daxilində və şəhərlər arasında (regional) . Regional avtobuslar ölçüsündən asılı olmayaraq demək olar ki, Cənubi Koreyanın bütün şəhərlərinə xidmət göstərir. Koreyada həmçinin avtobuslar: müntəzəm və yüksək sürətli(ekspress) olur . Bu avtobuslar həmçinin xidmət fərqinə görə müxtəlif rənglərə:mavi, yaşıl, qırmızı, sarı rənglərə malikdir. Yüksək sürətli avtobuslar ən uzun məsafələrdə fəaliyyət göstərir və bir neçə dayanacaq təşkil edir.
Dövlət Turizm Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi — Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamına əsasən yaradılmış orqandır. Agentlik, 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi olaraq yaradılıb. 2018-ci il aprelin 24-də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Fuad Hümbət oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri təyin olunub.
Dünya turizm reytinqləri
Dünya turizm reytinqləri (ing. World Tourism rankings) — Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı tərəfindən ildə üç dəfə açıqlanan turizm reytinqi. Bu reytinqdə BMT-yə üzv olan region və subregionlar beynəlxalq turistlərin sayına, daxili turizmdən əldə olunan gəlirə və xaricə gedən ziyarətçilərin xərclərinə əsasən sıralanmışdır. 2014-cü ildə bütün dünyada 1,133 turist gəlişi olmuşdur. Bu rəqəm 2013-cü ildəkinə nisbətən 4,3 % çoxdur (2013-cü ildə 1,087 milyard turist gəlişi). 2014-cü ildə ən çox ziyarət edilmiş yerlər: 2013-cü ildə Afrikaya 55,7 milyondan çox turist gəlişi olmuşdur. Bu rəqəm 2012-ci ildəkinə nisbətən 5,4 % çoxdur. 2013-cü ildə Afrikada ən çox ziyarət edilmiş 10 ölkə 2014-cü ildə Orta Şərqə 51 milyon beynəlxalq turist gəlişi olmuşdur. Bu rəqəm 2013-cü ildəkinə nisbətən 5 % çoxdur. 2014-cü ildə ən çox ziyarət edilən Orta Şərq ölkələri: 2014-cü ildə Amerikaya 181 milyondan çox beynəlxalq turist gəlişi olmuşdur.
Film turizmi
Film turizmi - film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növü. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur. İngiltərədə Harri Potter filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artım əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.
Hərbi irs turizmi
Hərbi irs turizmi — insanların keçmiş hərbi obyektləri ziyarət etdiyi turizm növü. Burada keçmiş hərbi obyektlərdən savayı hərblə bağlı olan qurğuları da misal göstərmək mümkündür. Keçmiş Sovet Nüvə Mərkəzi Jemayçiy Kalvariya, Jemaytiya yaxınlığında işə salınmışdır. Keçmiş döyüş meydanı Nikaraqua inqilabı ərzində tikilmişdir. İnqilab Sandinitsa Milli Qurtuluş Cəbhəsinin etdiyi döyüş kampaniyasını da cəlb etmişdir. Bu zaman Nikaraquada hakimiyyət1978–1979-cu illərdə mövcud olmuş Samoza diktatoranlığının əlində idi.
Kruiz turizmi
Kruiz — baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.
Kulinariya turizmi
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Kənd turizmi
Kənd turizmi - kənd mühitində yataq yerləri ilə təmin etməyə istiqamətləndirilmiş kompleks turist xidmət fəaliyyəti. Burada şəhərlinin xərcləri kəndlinin qazancına çevrilir. Beləliklə, ölkədaxili pul axını təmin olunmaqla rayonlararası gəlir fərqləri nisbətən azalır. Kənd turizmi əsasən mövsumi xarakter daşıyır. Həmin ərazidə yaşayan yerli əhali üçün bu fəaliyyət, ənənəvi kənd təsərrüfatı əldə olunan gəlirdən əlavə olaraq qazanılan gəlir mənbəyi kimi təqdim olunur. Bu növ turizm kənd təsərrüfatı sahəsində, onun əsas peşəsinə təsir göstərmədən, yeni iqtisadi alternativ fəaliyyət kimi özünü göstərir. Kənd turizm biznesinin fəaliyyəti nəticəsində bir sıra imkanlar yarana bilər. Kənd təsərrüfatı məhsullarının dəyərinin digər məhsullarla bərabərləşdirilməsi və ənənəvi kənd təsərrüfatından gələn gəlirin azalması, məhsulun müxtəlifliyi ilə nəticələnmişdir. Məsələn əvvəllər, kənd təsərrüfatı sahəsinin əkinçilik və heyvandarlıq kimi ikicə növü var idi. Lakin kənd turizmi torpaqdan və mövcud şəraitdən istifadə etməklə başqa müxtəlifliklər də yaratmışdır.
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılmışdır. Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir. Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir. KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanununa əsasən, macəra turizmi - turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm formasıdır. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006.
Mingəçevir Turizm Kolleci
Mingəçevir Turizm Kolleci (tam adı: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci) — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş orta-ixtisas təhsili müəssisəsi 13 fevral 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Muzey işi və abidələrin qorunması; Mühasibat uçotu; Nəqliyyatın logistikası; Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi; Turizm işinin təşkili; Turizm Bələdçiliyi; İaşə müəssisələrinin servisi; Rekreasiya, idman və sağlamlıq turizmi; Aqroturizm; Maliyyə işi.
Musiqi turizmi
Musiqi turizmi hər hansı böyük şəhər və ya kiçik şəhərcikdə keçirilən musiqi festivalını və ya ayrı-ayrı musiqi tədbirlərini görmək üçün ziyarət etmək aktıdır. Bu növ turizm hal-hazırda getdikcə populyarlaşır. Müxtəlif ölkələrin həm böyük şəhərləri , həm də kiçik qəsəbələri belə , musiqi festivalı keçirərkən xarici qonaqların dəvət olunması və ziyarətçilərin axını yerli bələdiyyələr tərəfindən tənzimlənir, festivalın proqramı aylarca öncədən elan olunur ,kağız daşıyıcılar, məsələn , afişa və müasir üsulla, yəni KİV vasitəsilə turistlər cəlb edilir. Yaxın dövrlərdə Jam band fenomenini kimi müasir örnək musiqi turizminin inkişafına yol açmışdır.Hər il keçirilən festivallarda ildən-ilə ziyarətçi turistlərin sayı daha da artır.Bu cür musiqi bayramları həm musiqi kollektivlərinin tanınması, həm tədbir məkanının məşhurlaşmasına səbəb olur. Bütün dünyada böyük sayda musiqi festivalları keçirilir , adətən , onlar hər il keçirilir ki , bu da təkcə yerli deyil , əcnəbi ziyarətçiləri cəlb edir.Bəzi nəhəng musiqi festivalları davamiyyətinə və ziyarətçi sayına görə rəqabət aparır.Bəzi festivalların konsertləri isə açıq havada icra olunur. Hər halda , hər bir böyük musiqi tədbiri böyük maliyyə hesabına başa gəlir. Azərbaycanda musiqi turizmi son on ildə çox inkişaf etmişdir.Azərbaycanın paytaxtı Bakıdan əlavə , böyük şəhərləri olan Qəbələ , Şəki Beynəlxalq musiqi festivallarına ev sahibliyi edir.
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi — mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir. 20 aprel 2018-ci ildə Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 28 teatr 6308 tarix və mədəniyyət abidəsi 1 sirk 12 konsert müəssisəsi 3985 kitabxana 2708 klub 189 dövlət muzeyi (filiallarla birlikdə) 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi 33 rəsm qalereyası və sərgi salonu 21 dövlət qoruğu 60 mədəniyyət və istirahət parkı 1 zoopark Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 4 asudə vaxt Mərkəzi 6 təsərrüfat təşkilatı, "Azərbaycanfilm" də daxil olmaqla 7 film istehsalı studiya 134 şəhər və rayon kinoteatrı Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə) Respublika Kitabxana Kollektoru bir qəzet ("Mədəniyyət") iki jurnal ("Mədəni-maarif" və "Pəncərə") redaksiyası Bakı Xoreoqrafiya Məktəbi Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi Milli Kulinariya Mərkəzi 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi Naxçıvan MR Mədəniyyət Nazirliyi Şəki Atçılıq Mərkəzi Lənkəran Uşaq düşərgəsi . Azərbaycan Film Komissiyası müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək; strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək; müvafiq sahənin inkişafı üçün tədbirlər görmək. Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir. Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin Azərbaycanda tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.

Digər lüğətlərdə