UĞRUNDA

qoş. for; vətən ~ vuruşmaq to fight* for one’s country; azadlıq ~ mübarizə etmək to fight* for freedom; sülh və demokratiya ~ mübarizə aparmaq to fight* / to struggle for peace and democracy

UĞRATMAQ
UĞULDAMAQ
OBASTAN VİKİ
Cəbrayıl uğrunda döyüşlər
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.
Füzuli uğrunda döyüşlər
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Küstrin uğrunda döyüşlər
Kəlbəcər uğrunda döyüş
Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu. Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Laçın uğrunda döyüş
Laçın uğrunda döyüşlər — Qarabağ müharibəsinin gedişində baş vermiş əməliyyat. Azərbaycan Ordusunun ermənilər tərəfindən hələ 18 may tarixində işğal olunan Laçın rayonunun geri qaytarılması məqsədilə həyata keçirilən əməliyyat olmuşdur. 1 oktyabr 1992-ci ildə 2-ci ordu korpusu general-mayor Dadaş Rzayev Qubadlı rayonunun şimalında Muradxanlı kəndindən hücuma keçmişdir. Laçına 4 km qalmış Qraç Andresyanın rəhbərlik etdiyi erməni silahlı birləşmələrinin və rus hərbçilərinin hərbi müdaxiləsi sayəsində qarşısı kəsilir. Digər hərbi hissə Laçına şimal-qərbdən hücuma keçmişdi. 19 oktyabrda erməni ordusunun əks hücumu ilə Azərbaycan ordusu geri çəkilməli olur. Ağdərə əməliyyatı Murovdağ əməliyyatı “Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər” – Keçmiş “kombriq”lə MÜSAHİBƏ – II hissə "Laçının işğalına səbəb olan xəyanət" ( (az.)). pia.az. 2016-05-18. 2016-09-26 tarixində arxivləşdirilib.
Laçın uğrunda döyüşlər

Moskva uğrunda döyüş
Moskva uğrunda döyüş (rus. Битва за Москву; alm. Schlacht um Moskau‎) — İkinci dünya müharibəsi ərzində Şərq cəbhəsində Sovet və alman qoşunları arasında baş vermiş döyüş əməliyyatlarına verilən addır. Bu döyüş əməliyyatları Şərq cəbhəsinin 600 km genişliyindəki sektoru boyunca baş tutmuşdur və strateji əhəmiyyətli iki dövrə bölünür. Birinci dövr Sovet qüvvələrinin şəhəri alman hücumlarından müdafiə etməsindən, ikinci dövr isə almanlara qarşı əks-hücum əməliyyatından ibarətdir. Döyüşlər 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvar ayına qədər davam etmişdir. Bu şəhər Nasist Almaniyası və onun müttəfiqlərinin Sovet İttifaqının işğalı üçün əsas hərbi və siyasi obyektivlərindən biri idi. Almanların strateji hücum əməliyyatı olan "Tayfun əməliyyatı" iki cinah hücumundan ibarətdi. Belə ki, bu əməliyyatın planına əsasən almanların 3-cü və 4-cü tank orduları Moskvanın şimalındakı Kalinin cəbhəsinə, 2-ci tank ordusu Tulanın qərbinə, Moskva vilayətinin cənub istiqamətinə göndərilmişdi, 4-cü alman ordusu isə qərb istiqamətindən birbaşa Moskva şəhəri üzərinə hücuma keçməli idi. İlkin olaraq, Sovet qoşunları Moskva vilayətinin strateji müdafiəsini təşkil etmək məqsədilə üç müdafiə zolağı yaratdı və yenicə təşkil olunmuş ehtiyat orduları irəli çəkdi, həmçinin Sibir və Uzaq Şərq hərbi dairələrindən gələn yeni qoşun hissələrini cəbhə xəttinə göndərdi.
Qubadlı uğrunda döyüşlər
Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar. Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi.
Xocavənd uğrunda döyüşlər
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Demokratik Cəmiyyət Uğrunda Tələbələr
Demokratik Cəmiyyət Uğrunda Tələbələr (İngiliscə "Students for a Democratic Society" və ya qısaca SDS) ABŞ-də tələbə fəalları hərəkatı idi. O, ölkədəki Yeni Solçuluğun nümayəndəsi olan əsas ikonalardan biri idi. 1969-cu ildəki iclasında ləğv edilməzdən əvvəl 1960-cı illərin ortalarında təşkilat çox sürətlə inkişaf etmiş və böyümüşdür. Ləğv edilməsindən sonrakı onilliklər ərzində SDS tələbə təşkilatlanmasına əhəmiyyətli təsir göstərmişdir. İştirakçı demokratiya, birbaşa fəaliyyət, radikalizm, tələbə gücü, məhdud büdcələr ilə SDS-in təşkilati strukturu müasir Amerika tələbə fəalları qruplarında müəyyən səviyyələrdə mövcuddur. Sonrakı illərdə solçu tələbə təşkilatı şəbəkələri formasında bir çox təşkilatların yaradılmasına baxmayaraq, onların heç biri SDS-in təsir səviyyəsinə çatmamış və onların əksəriyyəti ən çoxu bir neçə il yaşadıqdan sonra ləğv edilmişdirlər. 2006-cı ildə SDS-in yeni təcəssümü yaradılmışdır.
"Vətən uğrunda" medalı
"Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə. "Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. "Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib.
Atlantika uğrunda müharibə
Atlantika uğrunda müharibə (ing. Battle of the Atlantic) — İkinci dünya müharibəsi dövründə dəniz yollarına nəzarət uğrunda Antihitler koalisiyası ilə Üçüncü Reyx qüvvələri arasında aparılmış müharibə. 1939-cu ilin 3 sentyabr tarixində başlayan və 1945-ci ilin 8 may tarixinə qədər davam etmiş hərbi əməliyyatlar Üçüncü Reyxin məğlubiyyəti ilə nəticələnmişdir. 6 ilə yaxın müddət ərzində davam etmiş döyüşlər müharibənin ən uzun müdddətli hərbi toqquşmalarından hesab olunur.
Ağdam uğrunda döyüş
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Bakı uğrunda döyüş
Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Daşnak-Sentrokaspi qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. == Tərəflərin qüvvələri == === Qafqaz İslam Ordusu === === Bakı Kommunası === Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ Birinci Dünya müharibəsi getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu. 1918-ci il martın əvvəllərində S. Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir.
Bolluq uğrunda (qəzet)
Bolluq uğrunda — Sovet dövründən Lerikdə nəşr olunan qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Britaniya uğrunda döyüş
Britaniya uğrunda döyüş (alm. die Luftschlacht um England‎; ing. Battle of Britain) — 1940-cı ilin iyul-oktyabr aylarında İkinci dünya müharibəsi zamanı hava döyüşləri. "Britaniya uğrunda döyüş" termini ilk dəfə Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən nasist Almaniyasının İngiltərənin cənubu üzərində hava üstünlüyü əldə etmək və Britaniya xalqını mənəvi cəhətdən sarsıtmaq cəhdini təsvir etmək üçün istifadə edilmişdir. Şiddətli hava döyüşlərində Kral Hərbi Hava Qüvvələri ilə nasist Almaniyasının Hərbi Hava Qüvvələri (Luftwaffe) arasında hava üstünlüyünə nail olmaq uğrunda mübarizə getmiş, Almaniyanın Britaniya Hərbi Hava Qüvvələrini məhv etmək, ölkənin sənayesini və infrastrukturunu məhv etmək, əhalinin mənəviyyatını pozmaq və bununla da Britaniyanı təslim olmağa və ya sülh bağlamağa məcbur etmək cəhdləri dəf edilmişdir. Britaniya döyüşü Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin müstəsna olaraq iştirak etdiyi ilk hərbi kampaniya idi. 1940-cı ilin iyulundan Almaniyanın bombardmanının əsas hədəfləri sahil konvoyları və Portsmut kimi dəniz bazaları idi, lakin bir ay ərzində Lüftvaffe Britaniya aerodromlarına hücuma keçdi. Döyüş zamanı təyyarə zavodları və yerüstü infrastruktur obyektləri də bombalandı. Nəhayət, Almaniya Hərbi Hava Qüvvələri qorxuducu bombardman taktikasına və yüksək siyasi əhəmiyyət kəsb edən hədəflərə hücum etmə üsuluna əl atdı. Almaniyanın bu kampaniya zamanı məqsədlərinə çatmaması nasist Almaniyasının İkinci dünya müharibəsindəki ilk məğlubiyyəti və dönüş nöqtələrindən biri hesab olunur.
Vəkalət uğrunda müharibə
Vəkalət uğrunda müharibə — 1524-1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu(ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Vətən Uğrunda (1943)
Film Azərbaycanın oğul və qızlarının cəbhələrdə göstərdikləri qəhrəmanlıqlara və arxadakı fədakar əməklərinə həsr olunmuşdur. Filmin birinci hissəsi Bakının dinc həyatından danışır, buradakı bağçalar və məktəblər, fabrik və zavodlar, neftin çıxarılması və nəqliyyatla göndərilməsi barədə söhbət açılır. "Hər Şey Cəbhə üçün!" şüarı əməkçiləri daha sıx birləşdirir. "Cəbhəyə", "Cəbhə üçün" sözləri gah Azərbaycan, gah da rus dillərində ekranda görünür. Hər sözdən sonra Bakının küçələri ilə cəbhəyə gedən əsgər və tank dəstələri gəlib keçir. Filmin birinci hissəsi lirik mahnılarla və şair Tələt Əyyubovun şerlə yazdığı mətnlə müşayiət olunur. İkinci hissə cəbhə ilə bağlı hadisələri ekranda canlandırır. Döyüş xronikası, ayrı-ayrı əsgərlərin, sanitar qız Leylanın iri planları göstərilir. Budur, əsir almanları aparırlar, həlak olmuş sovet döyüşçülərini dəfn edirlər, azad edilmiş kəndlərin sakinləri ilə görüşlər, öpüşlər, qucaqlaşmalar, çoxdan gözlənilən qələbə. Filmin finalında yazılıb: "İrəli, Qərbə!" Kinooçerkdə ölüm düşərgələrində işğalçı faşistlərin törətdikləri fəlakətlər də göstərilmişdir.
Vətən uğrunda medalı
"Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə. "Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. "Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Zəngilan uğrunda döyüşlər
Zəngilan döyüşü və ya Zəngilan uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar. Zəngilan döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Şuşa uğrunda döyüşlər
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Sevastopol uğrunda döyüş
Sevastopol uğrunda döyüş (rusca: "Битва за Севастополь"; Rom: Bitva za Sevastopol; ukraynca: Незламна"; Rom: Nezlamna) İkinci Dünya müharibəsində nasistlərin Sovet İttifaqına hücumuna qarşı Qırmızı Orduya qoşulan sovet qadın snayperçi olan Lyudmila Pavliçenkonun həyat hekayəsindən bəhs edən Rusiya və Ukraynanın müştərək istehsalı olan filmdir. Filmdə 2015-ci ilin aprelin 2-də buraxılmışdır. Bu filmin ssenari müəlliflərindən biri olan Leonid Korin Baxmuta edilmiş hücum zamanı qəhrəmancasına həlak olmuşdur. Korin 2023-cü ilin yanvar ayında xüsusi olaraq təşkil edilmiş olan bir əməliyyat üçün könüllü olmuşdur. Müəllif Orkestrin kəşfiyyat dəstəsində PKM-nin atıcı köməkçisi kimi xidmət etmişdir. O, 29 mart 2023-cü ildə Baxmut anqarlarına edilmiş olan hücum zamanı öldürülmüşdür. Hücum qrupu düşməni işğal olunmuş xətlərdən çıxarsa da, rəqibin güclü artilleriya atəşinə məruz qalmışdır. Korin artilleriya atəşi zamanı atılan mərmilərdən birinin qəlpələrindən ağır formada yaralanmışdır. Korin Vaqner Şirkətinin daxili mükafatlarını almışdır: bunlara Qızıl Xaç, Şücaət medalı, döyüşlərdəki nailiyyətlərinə görə almış olduğu Qan və Şücaət medalı daxildir. O, ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edilmişdir.
Demokratiya Uğrunda İttifaq
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Cəbrayıl uğrunda döyüşlər (2020)
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Demokratik Cəmiyyət uğrunda Hərəkat
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
Eritreya müstəqilliyi uğrunda müharibə
Eritreya müstəqilliyi uğrunda müharibə - 1961-1991 illərdə Eritreya silahlı birləşmələri ilə Efiopiya imperiyası arasında silahlı münaqişə. 1950-ci ildə BMT-nın qərarı ilə Efiopiya və Eritreya federasiya şəklində birləşir.1952-ci ildə qərar qüvvəyə minir.Eritreyalılar öz müstəqil dövlətin yaratmağ istəyirlər Efiopiya öz növbəsində Eritreyanın muxtariyyat səlahiyyətlərini sıxmağa çalışır.1950 ci illərin sonunda yaranan Eritreya azadlığ cəbhəsi EAC 1961 ilin sentyabr ayında müstəqilliy uğrunda silahlı münaqişəyə başlayır.Buna cavab olaraq 1962 ildə Efiopiyanın imperatoru Xayle Selassiye Eritreya muxtariyyatını ləğv edir və muxtariyyat hökumətini istefaya yollayır. 1970-ci ildə EAC dan fikir ayrılığı nəticəsində yeni bir birləşmə ayrılır bu Eritreya milli azadlığ cəbhəsi EMAC.1974 ci ildə çevriliş nəticəsində Xayle Sellasiye istefaya gedir və hakimiyyətə İnqilabçı hökuməti gəlir bu isə öz novbəsində Efiopiyanın SSRİ ilə yaxınlaşmasına gətirib çıxarır.1980 ci illərdə iç münaqişə nəticəsində EAC qüvvəsin itirir və Sudan ərazisinə keçir.1988-1991 illərdə Eritreya partizanları Efiopiyalıları məğlubiyyətə uğradır SSRİ Efiopiyaya köməyini dayandırır.Efiopiyada vətəndaş müharibəsi gedir.1991 ci ildə hökumət ölkəni tərk edir.1993 ildə Eritreya və yeni Efiopiya hökuməti arasında danışıqlar nəticəsində Eritreyada referendum keçiriliməsi razılaşdırılır.Referendumun nəticəsində 24 may Eritreya müstəqil dövlət elan olunur.
Hadrut uğrunda döyüşlər (2020)
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Həyat Uğrunda Mübarizə (1926)
Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur. Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir. Film tərbiyəvi-profilaktik xarakter daşıyır. Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757 Rejissor: Aleksandr Litvinov Operator: İvan Tartakovski Elmi məsləhətçi: Behbudov (mühəndis) Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Həyat uğrunda mübarizə (film, 1926)

Laçın uğrunda döyüşlər (1992)
Laçın uğrunda döyüşlər — Qarabağ müharibəsinin gedişində baş vermiş əməliyyat. Azərbaycan Ordusunun ermənilər tərəfindən hələ 18 may tarixində işğal olunan Laçın rayonunun geri qaytarılması məqsədilə həyata keçirilən əməliyyat olmuşdur. 1 oktyabr 1992-ci ildə 2-ci ordu korpusu general-mayor Dadaş Rzayev Qubadlı rayonunun şimalında Muradxanlı kəndindən hücuma keçmişdir. Laçına 4 km qalmış Qraç Andresyanın rəhbərlik etdiyi erməni silahlı birləşmələrinin və rus hərbçilərinin hərbi müdaxiləsi sayəsində qarşısı kəsilir. Digər hərbi hissə Laçına şimal-qərbdən hücuma keçmişdi. 19 oktyabrda erməni ordusunun əks hücumu ilə Azərbaycan ordusu geri çəkilməli olur. Ağdərə əməliyyatı Murovdağ əməliyyatı “Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər” – Keçmiş “kombriq”lə MÜSAHİBƏ – II hissə "Laçının işğalına səbəb olan xəyanət" ( (az.)). pia.az. 2016-05-18. 2016-09-26 tarixində arxivləşdirilib.
Makedoniya adı uğrunda mübahisə
Makedoniya adı uğrunda mübahisə — Yunanıstan və Şimali Makedoniya arasında uzun müddət davam etmiş mübahisə. Bunun səbəbi odur ki, Yunanıstanın ən qədim bölgələrindən biri də Makedoniya adlanır. Afina öz qonşusundan ölkəyə elə bir ad verməyi tələb edirdi ki, bu, gələcəkdə Yunanıstan ərazisinə yarana biləcək iddialara şərait yaratmasın. BMT-nin vasitəçiliyi ilə bu ölkələr arasında aparılan danışıqlar 2008-ci ildə Yunanıstanın Makedoniyanın NATO-ya üzv qəbul olunmasına qarşı çıxdıqdan sonra dayandırılmışdır. 2010-cu ildə rəsmi Afina keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuş Makedoniyanın "Şimali Makedoniya" adlandırılmasına razı olduğunu bəyan etmişdir. Bu fikri Yunanıstanın xarici işlər nazirinin birinci müavini Dimitris Droustas bildirmişdir. Rəsmi Afina əks təqdirdə Yunanıstanın Makedoniyanın Avropa İttifaqına və NATO-ya üzvlüyə qəbul edilməsinin qarşısını bundan sonra da alacağını bəyan etmişdir. Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (mak. Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilmişdi. 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəlmişdirlər.
Müsəlmanlar Sülh Uğrunda Mübarizədə (1987)
Film müsəlmanların sülh uğrunda mübarizəsinə həsr edilmiş Beynəlxalq Bakı konfransının işindən danışır.
Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
Film müsəlmanların sülh uğrunda mübarizəsinə həsr edilmiş Beynəlxalq Bakı konfransının işindən danışır.
Naşan vadisi uğrunda döyüş
Naşan vadisi uğrunda döyüş — 23 noyabr–2 dekabr 1952-ci il tarixlərində, Hind-Çin müharibəsi zamanı Vyetnamın şimalındakı Şonla vilayətində yerləşən Naşan vadisi regionunda Fransa qoşunları ilə Vyetmin arasında baş vermiş silahlı toqquşma. 1952-ci ilin oktyabr ayının ortalarında general Vo Nquyen Zyapın komandanlığı altında Vyetmin qoşunları cənuba doğru kütləvi hücuma keçmişdir. Fransa qüvvələrinin Hind-Çindəki baş komandanı, general Raul Salan Vyetnamdakı hücumu dəf etmək üçün Naşan vadisini gücləndirmək əmri vermiş, həmçinin, şimalda, Da çayı boyunca yerləşən qoşunları təxliyə etmək qərarına gəlmişdir. Orada mövcud olan kiçik hərbi post, uçuş zolağı ilə birlikdə, tikanlı məftillərlə səngərlərlə bir-birinə bağlanan çoxlu ayrı-ayrı qalalarla əhatə olunmuşdu. Naşan vadisində yerləşən qoşunlara komandanlıq general Jan Jilə tapşırılmışdır. Noyabrın əvvəlində fransızlar Xonqxa və Da çayları arasında hücuma keçmişdir. Bu, general Vonun irəliləməsini gecikdirmişdir. Noyabrın 23-də Naşan yaxınlığında Vyetmin dəstələri ilə ilk toqquşma baş tutmuşdur. Sonrakı günlərdə Vyetnam qoşunları müxtəlif istiqamətlərdən dəfələrlə hücuma keçmişdir. 1–2 dekabr tarixlərində ümumi hücum baş tutmuşdur, lakin uğursuzluqla başa çatmışdır.
Qubadlı uğrunda döyüşlər (2020)
Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar. Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi.
Qəsr əl-Bahili uğrunda döyüş
Bahilə qalası uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir. Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi. Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir. Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir. Ərəb valisi Əbdülrəhman bin Nüaymin məharətsizliyi vəziyyəti daha da gərginləşdirmişdir. Onun davamçısı olan Səid ibn Əmr əl-Həraşi 720-ci ildə vali təyin edilmişdir, ancaq o da olduqca səriştəsiz idi. Onun vilayət haqqında çox da biliyi yox idi.
Xorvatiyanın müstəqilliyi uğrunda müharibə
Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir. Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb. Müharibənin başlanğıcında döyüşlər əsasən xorvat polisi ilə etnik serblər arasında gedirdi. Mərkəz Belqradda serblərin əhəmiyyətli təsiri nəticəsində Yuqoslaviya hökuməti serblərə gözəçarpan yardım etməyə başlayır. Bunu və digər diskriminasiyalara cavab olaraq, həmçinin milli amili nəzərə alıb, xorvatlar Yuqoslaviyadan öz müstəqilliklərini elan edirlər. Münaqişənin əvvəlində Yuqoslaviya Xorvatiyanı tərkibində saxlamağa cəhd etmiş və qiyamçı ölkənin böyük hissəsini zəbt etmişdir. Xorvatiyada bu müharibə Vətən müharibəsi (xorvatca: Domovinski rat) və ya Böyük Serb təcavüzü (xorvatca: Velikosrpska agresija) adlanır. Serbiyada münaqişəni nəzərdə tutanda Xorvatiyada müharibə (serbсə: Rat u Hrvatskoj) adlandırmasından daha çox istifadə edirlər. Serblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar.

Digər lüğətlərdə