ulu-kiçi 2021

ulu-kiçi
ulu
uludan-ulu
OBASTAN VİKİ
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana
Ulu Ata
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen, daha əvvəl rusdilli mənbələrdə: Ullu-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu.
Ulu juz
Ulu jüz (qaz. Ұлы жүз) — Yeddisu, Cənubi Qazaxıstan ərazilərində, qərbi Çinin müasir ərazilərinin və Özbəkistanın Daşkənd vilayətinin bir hissəsində yerləşən qazax tayfaları. XIX əsrdə ulu jüzdəki qazax əhalisinin sayı 550 nəfər idi. А. Т. Толеубаев, Ж. К. Касымбаев, М. К. Койгелдиниев, Е. Т. Калиева, Т. Т. Далаева, перевод с казахского языка С. Бакенова, Ф. Сугирбаева. — История Казахстана. Изд-во «Мектеп», 2006 г. — 240 с.
Ulu körpü
Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
Ulu məscid
Ulu məscid (digər adı İlisu came məscidi) — Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşən tarixi-memarlıq abidəsi. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.
Adana Ulu məscidi
Adana Ulu məscidi — Adanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır. Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır. Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar. Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır. Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var.
Bursa Ulu məscidi
Bursa Ulu məscidi — əvvəl təkkə olaraq tikilib, sonradan məscid kimi istifadə edilməyə başlamasına baxmayaraq çox sütunlu məscid sxeminin ən klassik və monumental nümunəsi sayılır. I Bəyazid tərəfindən 1396-1399-cu illər arasında tikilmişdir. Düzbucaqlı planlı məscid təxminən cəmi 5 min kvadrat metr ölçüdə olub, 20 qübbə ilə örtülüdür. Səkkizbucaqlı halqalara oturan günbəzlər mehrab divarına dik beş cərgə halında düzülmüşdür. Ulu Məscid, bəzi din adamları tərəfindən İslamın 5-ci ən yüksək mərtəbəsində olan ibadətgah kimi qəbul etmişdilər. İslamda ən yüksək mərtəbəli məscid, Məkkədəki Məscid-i Haram, digərləri Mədinədəki Məscid-i Peyğəmbər, Qüdsdəki Məscid-i Axsa, Şamdakı Emeviye Məsciddir. Beşincilik bəzilərinə görə Anadoluda inşa edilən ilk məscid olan Diyarbəkirdəki Ulu Məscidə aiddir. Ancaq Əmir Sultan, Akşemsettin, Molla Gürani kimi din xadimlərinin bildirdiklərinə görə beşincilik Bursadakı Ulu Məscidindi. Ulu məscid, Bursanın ən görkəmli məscid və ən mühüm tarixi tikililərindəndir. Övliya Çələbinin ifadəsi ilə Bursanın Ayasofayasıdır.
Divriği Ulu məscidi
Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir. == Tarixi == Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş və məscid, hamam və xəstəxanadan ibarət olmaqla Anadolunun bu tipli külliyələri içərisində ən qədimidir. Kompleksə daxil olan məscidin memarı Əhlətli Xürrəmşahdır. Darüşşəfa binası məscidin cənub divarına bitişik inşa edilmişdir. Bina üstü işıqlıq qübbəylə örtülmüş, giriş ilə birgə dörd eyvandan ibarətdir. Darüşşəfanın şimal-şərqində isə bir türbə vardır.
Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. == Tarixi == Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.
Qaoçe Ulu Bəyliyi
Qaoçe Ulu Bəyliyi — 487-ci ildə Afuçjilo bəyin başçılığı altında Jujan xaqanlığından müstəqil olaraq yaradılmış dövlətdir. Qaoçelər 6 qəbilə və 12 ailədən ibarət idi. Qaoçelər Şelun tərəfindən fəth olunmuşdular. Fufuluo ailəsinin başçısı Afuçjilo 487-ci ildə Yuyçzülyü Tuluna üsyan edərək şimala köçdü və 490-cı ildə Yueban xaqanlığını işğal edərək Qaoçe Ulu Bəyliyini qurdu. Afuçjilo ordusunu hələ 481-ci ildə Qaoçanq krallığına yürüş etdirərək Jujan xaqanlığının vassalı olan kral Kan Şoquini öldürərək yerinə öz adamlarından biri olan Çanq Menminqi yerləşdirdi. Qaoçanq krallığı artıq Qaoçe bəylinin vassalı halına gəldi. Göytürklər dövrünə qədər Şərqi Türkistan Jujanların əlindən çıxıb Qaoçelərin əlinə keçdi. 503-cü ildə Afuçjilodan sonra taxta keçən Biliyan bəy 505-ci ildə üsyan nəticəsində devrildi. Bu fürsətdən istifadə edən Ağ Hunların imperatoru Mihiraqula Afuçjilonun əmisi nəvəsi Mietunu bəy olaraq təyin etdi. Mietu dövründə bəylik gücləndi 508-ci ildə Jujan xaqanı Yuyçzülyü Futu onun tərəfindən öldürüldü.
Ulu Öndər (kitab)
Yeddi Ulu Ozan
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Yeddi ulu şair
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Ulu məscid (Van)
Ulu məscid — Türkiyənin Van ilinin köhnə Van şəhəri ərazisində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. Abidə Van şəhərinin mərkəzində Təbriz qapı ilə Orta qapı yollarının kəsişməsində yerləşir. Günümüzdə qalıntıları qalan abidənin heç bir kitabəsi tapılmayıb. Bu səbəbdən onun tikilmə tarixi ilə bağlı tarixşünaslıqda dəqiq fikir yoxdur, lakin bu barədə prof. Oqtay Aslanpanın verdiyi tarix daha dəqiq hesab edilir. 1970–1973-cü illər arasında apardığı qazıntılar nəticəsində Oqtay Aslanpa abidənin Qaraqoyunlu Qara Yusifin səltənət dövründə inşa edildiyini söyləmişdir.O bildirir ki, qazıntıdan tapılan sərdabə qalıqları, divar bəzəkləri, məhlulun növü və texnikası da bu fikri təsdiq edir. Daha sonra bu fikir Culs Laurenin Türkiyə səyahəti ilə bağlı yayımladığı kitabında da öz əksini tapmışdır. O yazır ki, mərkəzləri Ərciş olan Qaraqoyunluların ən görkəmli abidəsi Vandakı Ulu məscididir. Tarixşünaslıqda Oqtay Aslanpanın irəli sürdüyü bu fikir bir çox tarixçi tərəfindən də dəstəklənir. Abidənin tarixi ilə bağlı bir digər fikir Faruq Sümər tərəfindən irəli sürülmüşdür.
Bayburt Ulu məscidi
Bayburt Ulu məscidi — Bayburt vilayətində yerləşən cümə məscidi. Anadolu Səlcuqlu Sultanlarından III Qiyasəddin Məsudun dövründə tikildiyi qəbul edilir. İlkin planına sadiq qalaraq 1970-ci illərdə yenidən qurulmuşdur.
Afyonkarahisar Ulu Məscidi
Afyonkarahisar Ulu Məscidi — Türkiyənin Afyonkarahisar şəhərinin mərkəzində yerləşən taxta dirəkli monumental məscid. 1272-1277-ci illər arasında inşa edilən məscid, Anadolu Səlcuqlular dövrünün taxta sütunlu məscid memarlığının mühüm nümunələrindən biridir. == Tarixi == Məscid 13-cü əsrdə Anadolunun monqol hakimiyyəti altında olduğu dövrdə şəhərin ən qədim yaşayış məskənlərindən olan Xıdırlıq təpəsi ilə Afyonkarahisar qalası arasındakı dərin vadidə inşa edilmişdir. Məsciddə tapılan kitabələrə və dövrün hadisələrinə əsasən onun 1272-1277-ci illər arasında tikildiyi güman edilir. O zamanlar “Karahisar” adı ilə tanınan Afyon, bu dövrdə Anadoluda qurulan ilk bəyliklərdən biri olan Sahib Ataoğulları Bəyliyinin paytaxtı olmuşdur. Şimal istiqamətindəki əsas giriş qapısının üzərindəki kitabədə məscidin Sahibita Nüsrədiddin Həsən tərəfindən tikildiyi yazılır, buna görə də bir çox mənbələrdə binanın qurucusu Sahibita Nüsrədiddun Həsən kimi qeyd olunur. Lakin bu yazının orijinal olmadığı və məsciddəki digər yazılardan istifadə edilərək yazıldığı iddia edilmişdir. Başqa bir fikrə görə, məscidi mehrabda adı keçən Sivastosoğlu Əli bəy tikdirmişdir. Məscid 19-cu əsrə qədər Xocabəy məscidi kimi tanınırdı. 19-cu əsrdən etibarən "Böyük Məscid" adlandırılmağa başladı.
Akşehir Ulu Məscidi
Akşehir Ulu Məscidi — Akşehir Ulu Məscidi Akşehirdəki tarixi məsciddir. == Tarixi == Tikinti tarixi dəqiq olmasa da, minarənin üzərindəki yazıya görə minarənin tikilmə tarixi 1213-cü ildir. Minarə Əbu Səid İbrahim tərəfindən tikilmişdir. Bu tarix Anadolu Səlcuqlu sultanı I İzzəddin Keykavus (1211–1220) dövrünə uyğun gəlir. Buna görə də məscid binası daha qədim olmalıdır. Məscid I Əlaəddin Keykubad dövründə (1220–1237) genişləndirilib. Keramika mehrab XV əsrdə əlavə edilib, şimal divarına bitişik olan fəvvarə və bulaq Osmanlı dövrü əlavələridir. Fəvvarənin üzərindəki yazıya görə, bu əlavələri 1811-ci ildə Cihanbəyli Yaralı Yusuf adlı şəxs tikdirmişdir. == Yerləşmə yeri == Məscid Konya vilayətinin Akşehir rayonunda Akşehir muzeyi ilə üzbəüz Dudukadın küçəsində və 38°21′22″ şm. e.
Diyarbakır Ulu Məscidi
Diyarbakır Ulu Məscidi — Məscid Diyarbakır qalasının divarları üzərində, Harput qapısı ilə Mardin qapısını birləşdirən oxun qərbində yerləşir. == Tarixi == 639-cu ildə Diyarbakıra hakim olan müsəlman ərəblər tərəfindən şəhərin mərkəzindəki ən böyük məbəd olan Martoma kilsəsini məscidə çevirərək yaradılmışdır. Daha sonra 1091-ci ildə Böyük Səlcuq hökmdarı Məlikşahın göstərişi ilə məscid əsaslı təmirə məruz qalıb. Müxtəlif dövrlərdə dəfələrlə təmir olunmuşdur. 1115-ci ildə baş vermiş yanğın və zəlzələ nəticəsində içəridəki tağlar, sütunlar və bəzəkli daşlar hamısı məhv olmuşdur.
Malatya Ulu Məscidi
Malatya Ulu Məscidi — (Battalqazi Ulu Məscidi kimi də tanınır) Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda şəhər divarları arasında yerləşən tarixi məsciddir. == Tarixi == Təxminən 1224-cü ildə Anadolu Səlcuqlu Sultanı I Əlaəddin Keykubad dövründə tikildiyi güman edilir. İrandakı Böyük Səlcuq İmperiyası Anadoluda məscid memarlıq ənənəsini təmsil edən bir nümunədir. Onun memarı Yakub Bin Ebubekirdir. Müxtəlif illərdə apardığı təmir nəticəsində onun ilkin memarlığında müəyyən dəyişikliklər baş vermişdir. 1273-1274-cü illərdə aparılan təmirlə binanın şimalına bir hissə əlavə edilmişdir. Sonuncu dəfə 1980-ci illərdə təmir olunub. Onun 2023-cü il fevralın 6-da baş verən zəlzələdə çökdüyü bildirilir.
Sivas Ulu Məscidi
Sivas Ulu Məscidi — Türkiyənin Sivas şəhərinin Mərkəz rayonunda yerləşən tarixi məscid. 1196–1197-ci illərdə Kılıç Arslanın ölkəni 11 oğlu arasında bölüşdürdükdən sonra Sivas ilə Aksaray arasındakı bölgəyə Qutbəddin Məlikşah hakim olmuşdur. Həmin dövrdə məscidi Qızıl Arslan bin İbrahim tikdirib. Məscid 1212-ci ildə I İzzəddin Keykavus tərəfindən təmir edilmiş, minarəsi isə 1213-cü ildə tikilmişdir. 1955-ci ildə Sivas Qubernatorluğu tərəfindən bərpa edilərkən həm tikinti, həm də təmir kitabələri tapıldı.
Sivrihisar Ulu Məscidi
Sivrihisar Ulu Məscidi — Əskişəhərin Sivrihisar rayonunda yerləşən məscid. 1232-ci ildə tikilmiş məscid 1274-cü ildə bərpa olunaraq indiki formasını almışdır. 1440-cı ildə məscidə minarə əlavə edilmişdir. Dörd girişi olan məscidin damını altmış yeddi taxta sütun daşıyır. UNESCO məscidi 2016-cı ildə Ümumdünya İrs Siyahısına daxil edib.
Ərzurum Ulu Məscidi
Ərzurum Ulu Məscidi — Türkiyənin Ərzurum vilayətinin Yakutiyə rayonunda yerləşən məscid. Şəhərin ən qədim və ən böyük məscidi olan Ərzurum Ulu məscidi Atabəy məscidi kimi də tanınır. 1179-cu ildə Saltukilərdən Məlik Nəsirəddin Məhəmməd bəyin (1174–1185) dövründə tikilmişdir. Malazgird döyüşündən sonra Anadoludakı ilk Türk bəyliyi Ərzurumda qurulan Saltuklu Bəyliyi olmuşdur. Bu bəylik Ərzurumu da özünə paytaxt elan etmişdir. Saltuklu bəyliyinin qurucusu Malazgirdin qələbəsində mühüm rol oynamış Əmir Saltukdur. Malazgird qələbəsindən sonra Bizans imperatoru IV Romanos Diogenin ölümü və müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə Sultan Alparslan sərkərdələrinə Anadoluda fəthləri davam etdirmələrini əmr etdi. Bunun əsasında Əmir Saltuk Ərzurum və ətrafını fəth edərək Saltukilər bəyliyini qurdu. Böyük Səlcuqlu dövlətindən yaranan Saltuklu Bəyliyi ilə Səlcuqlu memarlığı da Ərzuruma daxil oldu. Ərzurum vilayətində öz dövrünün nəhəng tikililəri indi tarixi abidələrdir.